Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5565/2021 02.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: borc öhdəliyini qərəzli icra etməməyə görə faizlərin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-241/2021 nömrəli iş üzrə 28 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 02 dekabr 2021-ci il tarixdə Ali M əhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin qanuni qüvvədə olan 05 dekabr 2014-cü il tarixli qətnaməsi ilə iddiaçı X1 iddiası təmin edilmiş və Cavabdeh əsəs borca görə 9350 manat və gecikdirilmiş vaxta görə 935 manat, cəmi 10285 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi qət edilmişdir.
2. Bundan sonra Biləsuvar Rayon Məhkəməsi tərəfindən 06 yanvar 2015-ci il tarixli icra vərəqəsi verilmiş və Biləsuvar Rayon Məhkəməsinin 05 dekabr 2014-cü il tarixli qətnaməsi icra olunması üçün Biləsuvar rayon icra və probasiya şöbəsinə yönəldilmişdir.
3. Biləsuvar Rayon Məhkəməsinin 06 yanvar 2015-ci il tarixli qətna məsi Cavabdeh tərəfindən icra edilmədiyndən Biləsuvar Rayon Məhkəməsinin 29 avqust 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsində təqsirli bilinmiş və iki il müddətinə azadlqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
4. Biləsuvar rayon icra və probasiya şöbəsinin 10 dekabr 2019-cu il tarixli arayışından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 05 dekabr 2014-cü il tarixli icra sənədi üzrə borclu Cavabdeh iddiaçı X2 olan 10485 manat borcundan heç bir ödəniş etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı X3 Cavabdeh qarşı “borc öhdəliyini qərəzli icra etməməyə görə əlavə faizlərin tutulması” tələbinə dair iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, ona qaytarma lı olan 10485 manat borcunu 5 il müddətində qanunsuz olaraq qaytarmadığı üçün həmin məbləğin üzərinə illik 5%, 5 il üçün 25% olmaqla 2621 manat əlavə gələrək 13106 manat müəyyən edilməklə həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 13136 manat məbləğində pul vəsaitinin cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Biləsuvar Rayon Məhkəməsinin 05 dekabr 2014-cü il tarixli 2(022)-133/2014 saylı qətnaməsi ilə Cavabdeh ona olan 10485 manat borcun ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən Şırvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermiş, apelyasiya şikayəti təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin adıçəkilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh ona olan borcun un ödənilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq, borcunu ödəməmişdir. Buna görə də, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1 -ci maddəsi ilə cinayət işi başlanılmış və həmin cinayət işi üzrə təqsirli bilinərək Biləsuvar Rayon Məhkəməsinin 29 avqust 2016-cı il tarixli 1 (022)-122/2016 saylı hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh Biləsuvar Rayon Məhkəməsinin 29 avqust 2016-cı il tarixli 1(022)-122/2016 saylı hökmündən apelyasiya şikayəti vermiş və Şirvan Apelyasiya Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli 1 (106)-604/2016 saylı qərarı ilə onun apellyasiya şikayəti təmin edilməyərək, Biləsuvar Rayon Məhkəməsinin 29 avqust 2016-cı il tarixli 1(022)-122/2016 saylı hökmü dəyişdirilmədən saxla nılmışdır. Cavabdehin barəsində təyin edilmiş cəza 2018-ci ilin avqust ayında bitmiş və o, azadlığa çıxmışdır. Bundan sonra o, cavabdehə dəfələrlə borcu qaytarmasını təklif etsə də, cavabdeh borcu qaytarmayacağını bildirmişdir. Cavabdeh hal-hazırda əvəllki fəaliyyətini davam etdirərək sahibkarlıqla məşğuldur və borcu qaytarması üçün kifayət qədər miaddi imkanı vardır. Cavabdeh Biləsuvar Rayon Məhkəməsinin 05 dekabr 2'014-cu il tarixli qətnaməsi ilə müəyyən olunan borc pul vəsaitini qanunsuz saxlayaraq, ondan maddi fayda götürmüş, onun maddi zərərə məruz qalmasına səbəb olmuşdur. Buna görə də. hesab edir ki, cavabdehin ona olan borcu yenidən hesablanmalı və buna uyğun məhkəmə tərəfindən müvafiq qətnamə qəbul edilməlidir. Cavabdeh ona olan borcunun müəyyən edilən tarixindən, yəni 05 dekabr 2 014-cü ildən 5 il müddət keçir.
7. Biləsuvar Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(022)-1071/2019 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh tərəfindən ödənilməsi gecikdirilən 9350 manat məbləğdə pul vəsaitinin saxlanılmasından yaranmış faiz borcu qismində 2343.99 manat məbləğdə pul vəsaitinin iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Biləsuvar Rayon Məhkəməsinin 05 dekabr 2014-cü il tarixli qətnaməsinə və Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin 10 dekabr 2019-cu il tarixli arayışına əsasən Cavabdeh alınaraq iddiaçı X2 verilməsi qət edilmiş əsas borca görə 9350 manat məbləğdə pul vəsaitindən X2 heç bir ödəniş edilməmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının M ülki Məcəlləsinin 385.1, 427.3, 442, 445.1, 445.2.1, 445.7, 448.1, 448.2-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 107, 119, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
11. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-241/2021 nömrəli iş üzrə 28 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Kərimov (sədrlik edən və məruzəçi), T.Heydərov və İ.Əhmədov) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(022)-1Q71/2019 saylı qətnaməsi Cavabdeh apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Azərbayca n Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında formalaşan hüquqi mövqeyi baxımından faizlərin, cərimə sanksiyalarının alınması cavabdehin öz hərəkətlərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi ilə əlaqələndirilmişdir
13. Cavabdehin təqsirli hərəkət (hərəkətsizliyə) yol verməsi isə, onun məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməyə görə Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasında öz əksini tapmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh kassa siya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydad a məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
19. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
20. MPM-ə əsasən kassasiya instans iyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası m əhkəməsinin aktının tam ləğvini xahiş etdiklərindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
23. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)
24. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. (maddə 427.3)
25. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)
26. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)
27. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1)
28. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (maddə 445.7)
29. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şə kildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (maddə 449.1) Mülki Prossesual Məcəllə
30. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
31. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
32. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutl ara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
33. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
35. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üç ün qanuni əsas ola bilməz.
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-241/2021 nömrəli iş üzrə 28 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.