Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5567/2019 04.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil2, 3-cü şəxsin nümayəndəsi Nümayəndə, vəkili Vəkil3 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 15 aprel 2019-cu il tarixli qətnaməsindən İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli, 2(075)-4469/2018 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) İddiaçı Cavabdehnə qarşı işdən azad olunmasının qanunsuz hesab edilərək işdən azad edilməsi barədə 17 sentyabr 2018-ci il tarixli, 16 nömrəli əmrinin ləğv edərək Mənzil İstismar Sahəsində işlədiyi vəzifəsi üzrə əvvəlki iş yerinə bərpa edilməsi, qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün işə bərpa olunduğu günə qədər orta aylıq əmək haqqının onun xeyrinə ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 15 aprel 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ə.Məcidov, hakimlər İ.Quliyev və M.Əsədli, İş № 2(107)1107/2019) iş üzrə Şəki Rayon Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli, 2(075)4469/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilm iş apellyasiya şikayəti təmin edilməmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh işdən azad edilməsi barədə əmrinin ləğv edilməsi, kadrlar üzrə müfəttiş vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun işdən azad olunmasının qanunsuz hesab edilərək işdən azad edilməsi barədə 17 sentyabr 2018-ci il tarixli, 16 nömrəli əmri ləğv edərək Mənzil İstismar Sahəsində işlədiyi vəzifəsi üzrə əvvəlki iş yerinə bərpa edilməsi, qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün işə bərpa olunduğu günə qədər orta aylıq əmək haqqının onun xeyrinə ödənilmə si barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, qətnamə işin hallarına uyğun olmamaqla yanaşı, əsaslandırma olmadan, apellyaisy aşikayətinin dəlilləri üzrə araşdırma aparılmadan maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin 15 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilmə sini Şəki Apellyasiya Məhkəməsinin 15 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdilər. 3-cü şəxsin nümayəndəsi Nümayəndə və vəkili Vəkil3 kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Şəki Apellyasiya Məhkəməsinin 15 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 15 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin göndərilməlidir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları y oxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticədən görünür ki, İddiaçı əmək vəzifələrini kobud şəkildə pozaraq qəsdən vəzifə borcunu yer inə yetirməmiş, buna görə də müvafiq iş yerində işin, əmək və icra intizamının ahəngi pozulmuş, işə götürənin, habelə əmək kollektivinin ayrı-ayrı üzvlərinin hüquqları və qanunla qorunan mənafelərinə ziyan dəymiş, müştərilərin narazılığına səbəb olmuş, müştərilərin xidmət göstərmək barədə müraciətlərindən yayınmış, əmək funksiyasını pozduğuna görə bundan əvvəl də işə götürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq təkrarən əmək funksiyasını pozmasına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən 17 sentyabr 2018-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və onun tutduğu peşədən azad edilməsi qərara alınmışdır. Bununla bağlı Cavabdehnın rəisi tərəfindən İddiaçı işdən azad edilməsi haqqında 17 sentyabr 2018-ci il tarixli, 16 nömrəli əmr verilmiş və həmin əmr verilərkən qanunvericiliyin hər hansı bir tələbləri pozulmamışdır. Həmin əmrin ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəsinin maddi əsası kimi həm Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 70-ci maddəsinin “ç” bəndinə, 72-cı maddəsinin «a», «ə» bəndlərinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri işin həqiqi hallarını, tərəflərin qarşılıqlı münasibətlərinı əks etdirmədiyi, həmçinin qəbul etdiyi qətnamə əmək və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. İşin materiallarından görünür ki, Cavabdehnın 17 sentyabr 2018-ci il tarixli, 16 nömrəli əmrinə əsasən Cavabdehnın kadrlar üzrə müfəttişi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 17 sentyabr 2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmiş və son haqq-hesabının hesablanaraq ona ödənilməsi qərara alınmışdır. Əmrin verilməsinə əsas kimi sahə daxili 17.08.2018-ci il tarixli 13 saylı, 14.09.2018-ci il tarixli 5 saylı əmr, 17.09.208-ci il tarixli akt və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi göstərilmişdir. İşdə olan Cavabdehnın 17 avqust 2018-ci il tarixli, 13 nömrəli əmrindən görünür ki, Cavabdehnın kadrlar üzrə müfəttişi İddiaçı heç bir üzürlü səbəb olmadan işə gəlmədiyinə və əmək intizamı qaydalarını pozduğuna görə töhmət, 14 sentyabr 2018-ci il tarixli, 15 nömrəli əmrindən isə görünür ki, ona əmək intizamı qaydalarını pozdu ğuna görə sonucu dəfə xəbərdarlıq edilməklə şiddətli töhmət verilmişdir. İşdə olan Cavabdehnın 12 nəfər əməkdaşının iştirakı ilə tərtib edilmiş 17 sentyabr 2018-ci il tarixli aktdan isə görünür ki, Cavabdehnın kadrlar üzrə müfəttişi İddiaçı avqust ayının əvvəllərindən hal-hazrki tarixədək heç bir üzürlü səbəb olmadan işə gəlməmiş və xəstə olması barədə rəhbərliyə məlumat verməmişdir. Bununla bağlı o, əmək intizamı qaydalarını pozmuşdur. İddiaçı tələbində razılaşdırılmış qaydada 03 avqust 2018-ci il tarixdə əmək məzuniyyətinə çıxmasını, xəstəliyi ilə bağlı 2018-ci ilin avqust ayının 18-dən Bakı şəhərində tibbi müayinədə olmasını, məzuniyyətdə olduğu zaman ərzində iş yeri ilə mütəmadi olaraq əlaqə saxlayaraq işlərin qaydasında olub-olmaması haqqında daimi məlumat almasını, 12 sentyabr 2018-c i il tarixdə işə başlamaq üçün iş yerinə gəldikdə işə buraxılmamasını, onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini, işdən azad edildiyinin şifahi qaydada öyrənməsini, rəhbərlik tərəfindən heç bir şifahi və ya rəsmi məlumat verilməməsinə baxmayaraq iş yoldaşlarından işə gəlmədiyi üçün işdən azad edildiyini öyrənməsini, 28 sentyabr 2018-ci il tarixdə daimi yaşadığı ünvana Şəki Mənzil istismar idarəsi tərəfindən sifarişli xəbəmaməsı zərfə uyğun olmayan, ümumiyyətlə tanış olmadığı, tərtib edilmiş aktlara əsasən intizam tənbehinin verilməsinə dair əmrin göndərilməsini, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq normalarına, eləcə də müəssisənin daxili nizam-intizam qaydalarının pozulmasına formal olaraq istinad edilsə də iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamı bilavasitə qərəzli münasibətlərə söykənməsini göstərmişdir. Cavabdeh isə iddiaya etirazında 17 sentyabr 2018-ci il tarixli, 16 nömrəli əmr verilərkən qanunvericiliyin tələbləri pozulmamasını, İddiaçı sahədə tutmuş olduğu kadrlar üzrə müfəttiş vəzifəsi üzrə apardığı işlər tam yarıtmaz olmasını, onun sahə üzrə əmrlər kitabında 2016/2017-ci illərin əmrlərini hal-hazıradək təsdiqlənməsi üçün rəhbərliyə təqdim etməməsini, 2018-ci ilin əvvəlindən onun işə çıxmadığı tarixədək isə ümumiyyətlə, əmrlər kitabında Cavabdeh rəisi X3 tərəfindən verilmiş əmrlərin heç birinin öz əksini tapmamasını, bütün bunların isə onun işə olan tam məsuliyyətsizliyi, tutduğu vəzifəyə və sahə rəisinə olan hörmətsizliyi, etinadsızlığı olmaqla yanaşı, eyni zamanda da üzə rinə düşüb yerinə yetirməli olduğu əmək funksiyalarını tam yerinə yetirməməsi, sonda isə onunla bağlanmış əmək müqaviləsi şərtlərinin kobud şəkildə pozulmasının demək olmasını, İddiaçı heç bir məzuniyyət ərizəsi təqdim etmədən, heç bir üzürlü səbəb olmadan 2018-ci ilin avqust ayının əvvəllərindən sentyabr ayının 17-dək işə gəlməməsini, İddiaçı işə çıxmaması ilə bağlı ayrı-ayrı tarixlərdə müvafiq aktlar tərtib edilməsini, olunmuş aktlara əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq 17 avqust 2018ci il tarixdə ona sahə daxili 13 saylı əmrlə töhmət, 14 sentyabr 2018-ci il tarixdə 15 saylı əmrlə sonuncu xəbərdarlıqla şiddətli töhmət və 17 sentyabr 2018-ci il tarixli 16 saylı əmrlə isə onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edi lməsini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ilk növbədə birinci instansiya məhkəməsi və həmçinin özü tərəfindən də iddiaçının tələblərində və izahatlarında mübahisələndirdiyi əmrin ləğv edilməsinin əsasları barədə irəli sürdüyü dəlillərin heç biri üzrə araşdırma aparmamaqla onun istinad etdiyi arqumentlərə tam həcmdə hüquqi qiymət verməmiş, yalnız cavabdeh tərəfin birinci instansiya məhkəməsində təqdim etdikləri mübahisələndirilən əmrdə əksini tapmış və tapmamış sənədlərə istinad etməklə həmin əmr verilərkən qanunvericiliyin hər hansı bir tələblərinin pozulmaması kimi səhv nəticəyə gəlmiş, bununla da iddiaçının ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Lakin qanunvericiliyə əsasən işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyi ni yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində çoxsaylı aktlara istinad etsə də, ilk növbədə ləğv edilməsi mübahisələndirilən əmrin verilməsinə əsas olan Cavabdehnın 17 avqust 2018-ci il tarixli 13 nömrəli və 14 sentyabr 2018-ci il tarixli 15 nömrəli əmrləri ilə ona intizam tənbehinin verilməsinin qan uni əsaslarına hüquqi qiymət verməmişdir. Çünki, cavabdehin iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallardan ən əsası İddiaçı avqust ayının əvvəllərindən 17.09.2018-ci il tarixədək heç bir üzürlü səbəb olmadan işə gəlməməsi və xəstə olması barədə rəhbərliyə məlumat verməməklə əmək intizamı qaydalarını pozması olmuşdur. Belə olan halda həmin əmrlərin Azərbaycan Respublikası ƏM-nin 187-ci maddəsinin 1 və 2-ci hissələrinə uyğun olub-olmaması qiymətləndirilməli idi. Belə ki, qeyd edilən normalara əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İntizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt hə min müddətə daxil edilmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ilk öncə iddiaçının işdə olmadığı və qanunvericiliyə əsasən intizam tənbehindən əvvəl yazılı izahatın verilməsi mütləq tələb olduğu, eləcə də, onun 03 avqust 2018-ci il tarixdən 12.09.2018-ci il tarixədək əmək məzuniyyətinə çıxmasını iddia etdiyi və qanunvericilikdə işçinin məzuniyyətdə olduğu vaxt intizam tənbehi verilməsi nəzərdə tutulmadığı halda 17 avqust 2018-ci il tarixli 13 nömrəli, 14 sentyabr 2018-ci il tarixli 15 nömrəli əmrlərlə intizam tənbehi verilməsi barədə əmrlərin qanuniliyinə, intizam tənbehi ilə bağlı verilmiş əmrlərin, o cümlədən 17.09.2018-ci il tarixli əmr verilməmişdən əvvəl iddiaçıdan yazılı izahat alınmamasına hüquqi qiymət verməmiş, məzuniyyətə çıxmasının təsdiqi üçün iddiaçının vəsatəti əsasında əmrin surətini və əmrlər kitabının tələb edilməsini zəruri saymamışdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının əmək funksiyasını pozduğuna görə bundan əvvəl də işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq təkrarən əmək funksiyasını pozması qənaətinə gəlməsi verilmiş intizam tənbehlərinə dair əmrlərin verilməsi zamanı cavabdeh tərəfindən yol verilmiş qanun pozuntularına düzgün hüquqi qiymət verilməməsi ilə müşayət olunduğundan bu qənaəti də qanuni və əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi bu qənaətindən əlavə, İddiaçı əmək vəzifələrini kobud şəkildə pozaraq qəsdən vəzifə borcunu yerinə yetirməməsi, buna görə də müvafiq iş yerində işin, əmək və icra intizamının ahə nginin pozulması, işə götürənin, habelə əmək kollektivinin ayrı-ayrı üzvlərinin hüquqları və qanunla qorunan mənafelərinə ziyan dəyməsini, müştərilərin narazılığına səbəb olmasını, müştərilərin xidmət göstərmək barədə müraciətlərindən yayınmasını göstərsə də, məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr nəzərə almamışlar ki, mübahisələndirilən əmrin verilməsinə əsas kimi əmrdə göstərilən sənədlər (17.08.2018-ci il tarixli 13 saylı, 14.09.2018-ci il tarixli 15 saylı əmrlər, 17.09.208-ci il tarixli akt) iddiaçının yalnız Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin (a) bəndinin tələbinin pozulması ilə əsaslandırılmışdır. Yəni, əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə istinad edilsə də, işçinin özünün əmək funksiyasını və ya əmək mü qaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair tərtib edilmiş hər hansı akta və ya digər sənədə istinad edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəllənin 70-ci maddəsinin «ç» maddəsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əssasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etiansızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmə k və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Qeyd edilən maddənin 3-ci hissəsinə əsasən işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, hər bir halda mübahisənin obyektiv və düzgün araşdırılması məqsədi ilə apellyasiya instansiyası məhkəməsi iddiaçının onun barəsində demək olar ki, hər dəfə eyni şəxslərin tərtib etdikləri aktların məzmununda göstərilənlərin həqiqətəuyğun olmaması ilə bağlı həmin aktları imzalamış şəxslərin şahid qismində dindirilməsi, müəssisə nin əmrlər kitabının tələb edilməklə ona baxış keçirilməsi, orada iddia edilən imzaların saxtalığın müəyyən edilməsi, zərurət olduğu təqdirdə ekspertizanın keçirilməsinə dair vəsatətlərini təmin edilməsinin məqsədə müvafiq olduğu halda hər hansı bir əsaslandırma olmadan rədd etməklə onun ədalətli məhkəmə araşdırması hüququnu növbəti dəfə pozmuşdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, bu vəsatətlərin təmini iddiaçının tələbinin əsası kimi istinad etdiyi mühüm və diqqətəlayiq olan məqamı, yəni, onun 03.08.2018-ci il tarixdən 12.09.2018-ci il tarixə kimi məzuniyyətdə olmasına dair dəlilinə düzgün və obyektiv qiymət verilməsi üçün zəruri idi. Belə ki, işin materiallarından görünür ki, iddiaçı cavabdehin bu barədə olan əmrin və əmr kitabını gizlətməklə ona qarşı qərəzli münasibətin sərg ilənməsini iddia edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəllilərinə hüquqi qiymət verərək daha sonra hesab edir ki, iddiaçının qeyd edilən dəlilinin araşdırılması üçün cavabdehin əmr kitatından əvvəl, müvafiq kargüzarlıq və mühasibatlıq sənədləri də tələb edilməli, iddiaçının əmək haqqı kartına məzuniyyətlə əlaqədar pul köçürülüb-köçürülməməsi aydınlaşdırılmalı, bununla bağlı müvafiq sorğu verilməli idi. Apellyasiya instansiyası məhkəməsi isə işin bu halları üzrə araşdırma aparmayaraq yalnız cavabdehin təqdim etdiyi sənədləri mötəbər sübut kimi qəbul edib iddianı rədd etmiş, bununla da tərəflərin bərabərlik hüquqlarını pozmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının birinci instansiya məhkəməsi yekun qərarı qəbul etməmişdən əvvəl məhkəməyə təqdim etdiyi çıxışında irəli sürdüyü dəlilləri də diqqət yetirməmiş və bu hallar apellyasiya şikayətində də öz əksini tapdığı halda işə baxan məhkəmə tərəfindən bu dəlillərə müfəssəl hüquqi qiymət verilməmişdir Halbuki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikasının MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20.05.2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının MPM-nin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bəqrərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunların və digər normativ hüquqi aktlarının düzgün tətbiqinin təmin olnması məhkəmənin vəzifəsidir. (MPM-nin 2.1-ci maddə) Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə işirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhkəmə kollegiyası hesab edi r ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının tələb, izahat, şikayət və vəsatətlərində irəli sürdüyü dəlillər, yəni, mübahisələndirilən əmrin əmək qanunvericiliyin (84-cü maddə) tələblərinə uyğun olmaması, tərtib edilmiş aktlardan və verilmiş intizam tənbehlərindən məlumatlı olmaması, bu sənədlərin ona təqdim edilməməsi, məzuniyyətdə olması barədə əmrin, əmr kitabının tələb edilməsi, aktları imzayalan şəxslərin dindirilməsi və həmkarlar ittifaqı təşkilatının iclasına dəvət edilməməsi, həmin iclas zamanı yetərsay olmaması və s. bununla bağlı dəlillərini araşdırmadan, onlar əsasında aparılan araşdırmalar zamanı müəyyən edilmiş hallara hüquqi qiymət vermədən gəldiyi nəticələr qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqd a hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməli dir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə yğun olaraq i şə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq, iş üzrə obyektiv nəticəyə gəlmək üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindən qəbul etdiyi qətnaməsi qanuni, əsaslı sayıla bilmədiyi üçün ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları ara dan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi və eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 15 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5567/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5567/2019
04.09.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver