Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5568/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Xcavabdehlər Cavabdeh1 X və X1 qarşı iş üzrə QƏRARİ Açar sözlər:yaşayış sahəsindən istifadə hüququnun tanınması 27.12.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 may 2022-ci il tarixli, 2(104)1465/2022 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 27 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına gö rə, ünvan 1 ünvanda yerləşən 0.14 ha torpaq sahəsi və orada yerləşən ümumi sahəsi 71.1 kv.metr olan fərdi yaşayış evi 01 avqust 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ üzrə İddiaçı X (bundan sonra iddiaçı) adına qeydiyyata alınıb. Cavabdeh1 X (bundan sonra cavabdeh) iddiaçının qardaşı olmaqla, hazırda arvadı X2 (digər cavabdeh) və azyaşlı övladı ilə birlikdə mübahisəli evdə yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus mübahisəli evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı, işin yuxarıda sadalanan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırıb ki, mübahisəli ev anası və digər qardaşı X tərəfindən 09 iyul 2015-ci il tarixli notarial qaydada təsdiq olunmuş müqaviləyə əsasən ona bağışlanıb və reyestrdə mülkiyyətçi kimi onun adına qeydiyyata alınıb. Mübahisəli evdə atası, anası yaşayıb, 30 oktyabr 2021-ci il tarixdə atası ölüb, təxminən 1 ay sonra 30 ildir ailəsi ilə Rusiya Federasiyasında yaşayan qardaşı Cavabdeh1 arvadı və uşağı ilə birlikdə həmin evdə yerləşib, atası yeni rəhmətə getdiyindən o, buna etiraz etməyib, lakin cavabdehdlər anasını təhqir etməyə, ona əziyyət verməyə başlamışlar. Eyni zamanda, qardaşı onun razılığı olmadan sözügedən evə qeydiyyata düşüb. Cavabdehlər könüllü olaraq evdən çıxamadıqlarından hazırkı tələblə məhkəməyə müraciət edib. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, mübahisəli evdə anadan olub, atası heç vaxt o na ev verməyib, dövlət tərəfindən verilmiş evdə yaşayıb, sonradan həmin evi sataraq ata evində yaşamağa başlayıb, həmin evin torpaq sahəsini yararlı vəziyyətə gətirib, oraya 50-dək ağac əkib. Ona görə də, hesab edir ki, iddiaçının hazırkı tələbi onun həmin torpaq sahəsi üzərində əməyinin itirilməsinə, hüquqlarının pozulmasına yol açır. Digər cavabdeh Ayətkin Bayramova da məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək, bildirmişdir ki, mübahisəli evə gəlin köçüb. İddiaçı atasının xəstəliyindən suiistifadə edərək, evi ələ keçirib və anasını öyrədərək, onları evdən çıxarmağa çalışır. Goranboy Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim İsmayıl Abdurəhmanlı) iddia təmin edilərək, cavabdehlərin ünvan 2 ünvanda yerləşən iddiaçının mülkiyyətində olan 0,14 ha t orpaq sahəsindən və onun üzərində inşa edilmiş yaşayış sahəsi 71,1 kv.metr olan yaşayış sahəsindən çıxarılmaları və əvvəlki vəziyyətdə boşaldılaraq təhvil verilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehlər iddiaçıya məxsus torpaq sahəsindən və həmin sahədə yerləşən evdən qanunsuz istifadə edirlər. Cavabdeh mübahisəli torpaq sahəsindən istifadə etmək, yaşamaq hüququ olduğunu bildirsə də, sözügedən torpaq sahəsi və ev daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatdan keçib. Cavabdeh həmin evə mülkiyyətçinin razılığı olmadan qeydiyyata düşüb, bununla əlaqədar məhkəmədə bildirmişdir ki, 2015-ci ildə seçki ərəfəsində evə qeydiyyata alınıb və ona şəxsiyyət vəsqəsi verilib. Həmin vaxt o, faktiki olaraq mübahisəli evdə yaşama yıb. Beləliklə, məhkəmə mübahisə predmeti olan torpaaq sahəsinin və orada yerləşən evin iddiaçının xüsusi mülkiyyətində olmasını, cavabdehlərin heç bir hüquqları yaranmadan həmin evdən və torpaq sahəsindən istifadə, qeyri-qanuni sahiblik etmələrini, nəticədə iddiaçının öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilməməsini, bununla da mülkiyyət hüququnun pozulmasını nəzərə alaraq hesab etmişdir ki, cavabdehlər torpaq sahəsindən və orada yerləşən evdən çıxarılmalı və əvvəlki vəziyyətdə boşaldılaraq təhvil verilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı maddələrinin, Mülki Məcəllənin 152.1, 157.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkə məsində icraat Cavabdehlər apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, məhkəmə mülkiyyət hüququnun müdafiəsi ilə bağlı normalara istinad etsə də, nəzərə almamışdır ki, iddiaçının mülkiyyətində olan mübahisəli ev onların valideynlərinin mülkiyyətində olub, Cavabdeh1 1972-ci ildə həmin evdə doğulub, uşaqlıqdan orada yaşmaqla pasport qeydiyyatında olub. Həmin evdə yaşayarkən digər cavabdeh X ilə ailə qurub və övladı da həmin evdə anadan olub. Həmin vaxtdan hal-hazıradək sözügedən evdə yaşayır. İddiaçı onun 30 ildən artıq müddətdir ki, Rusiya Federasiyasında yaşadığını bildirsə də, bu həqiqətə uyğun deyil. Belə ki, o, bu müd dət ərzində bir neçə dəfə işləmək üçün getsə də, orada olması ən çoxu 2-3 ay çəkib. Bir sözlə, o, Rusiya Federasiyasına daimi olaraq köçməyib, orada olması müvəqqəti xarater daşımışdır. Hazırkı işə məhkəmədə baxılarkən ona məlum olmuşdur ki, mübahisəli ev 2015-ci ildə valideynləri tərəfindən iddiaçıya hədiyyə edilib. Məhkəməyə təqdim olunan arayışlardan da görünür ki, o və ailə üzvləri mübahisəli evdə yaşamaqla orada qeydiyyatdadırlar və onların həmin evə istifadə hüquqları vardır. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Muradov sədrlik edən, məruzəçi, F.Mehtiyev və İ.Həsənov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Goranboy Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə i ddia rədd edilib. Apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, qeyd etmişdir ki, mübahisəli ev əvvəllər tərəflərin valideynlərinə məxsus olub və 01 avqust 2015-ci il tarixli bağışlama müqaviləsinə əsasında iddiaçının mülkiyyətinə keçib. Cavabdeh1 həmin evdə anadan olub, ailə qurduqdan sonra arvadı, iş üzrə digər cavabdeh X da həmin evə gəlin köçüb və hal-hazıradək sonuncular orada yaşayırlar. Göründüyü kimi, Cavabdeh1 mübahisəli evə istifadə hüququ həmin ev iddiaçının mülkiyyətinə keçməmişdən əvvəl yatranıb və sözügedən ev onun və ailə üzvlərinin yeganə yaşayış yeridir. İddiaçı iddia ərizəsində onun 30 ildən çoxdur ki, Rusiya Federasiyasında yaşadığını qeyd etsə də, bu dəlil iş materialları ilə sübut olunmur. Belə ki, apellyasiya icra atı zamanı Cavabdeh1 adına verilmiş Azərbaycan Respublikası pasportundan müəyyən olunmuşdur ki, sonuncu 2014-cü ildən Rusiya Federasiyasına gedib-gəlib. Qeyd olunanlara əsasən Kollegiya hesab etmişdir ki, Cavabdeh1 mübahisəli evə istifadə hüququ olduğundan və həmin ev onun və ailə üzvlərinin yeganə yaşayış yeri olduğu üçün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilməklə xitam verilə bilər. Digər cavabdeh X isə Cavabdeh1 ailə üzvü olduğundan onun da həmin evdən çıxarılması məqsədəmüvafiq deyil. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 228.2, 228.5-ci maddələrinin, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri i lə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edənşəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 228.2-ci maddəsini düzgün tətbiq etməyib. Belə ki, həmin maddədən də göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan notarial qaydada təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdir ilir. İddiaçı ilə cavabdehlər arasında belə bir notarial razılaşma olmayıb. Eyni zamanda, Mülki Məcəllənin 228.5-ci maddəsi də düzgün tətbiq olunmayıb. Çünki, qanunda yaşayış binasının tərkib hissəsindən ailə üzvlərinin istifadə etmək hüququnun bu Məcəllənin qüvvəyə mindiyi gündən yarandığı qeyd olunub. Cavabdehlər isə 30 il bundan əvvəl mübahisəli evi tərk etdiklərindən onlar həmin evdən istifadə hüququnu itirmişlər. Atası qardaşı Cavabdeh1 ev tikdirib, sonuncu həmin evdə ailəsi ilə birlikdə 5-6 il yaşdıqdan sonra evi başqa şəxsə satıb. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçi rilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsa sən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırmas ı kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, işin mübahisə olunmayan hallarına görə ünvan 1 ünvanda yerləşən 0.14 ha torpaq sahəsi və orada yerləşən ümumi sahəsi 71.1 kv.metr olan fərdi yaşayış evi 01 avqust 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ üzrə İddiaçı X (bundan sonra iddiaçı) adına qeydiyyata alı nıb. Cavabdeh1X (bundan sonra cavabdeh) iddiaçının qardaşı olmaqla, hazırda arvadı X2 (digər cavabdeh) və azyaşlı övladı ilə birlikdə mübahisəli evdə yaşayır. Əvvəla, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 228.2-ci maddəsini hazırki mülki mübahisəyə düzgün tətbiq etməyib. Belə ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan notarial qaydada təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. İddiaçı ilə cavabdehlər arasında belə bir notarial razılaşma olmayıb və apellyasiya instansiyası məhkəməsi işin bu halı üzrə səhv nəticəyə gəlib. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərini də mülki mübahisəyə düzgün tətbiq etməyib. Ç ünki, qanunda yaşayış binasının tərkib hissəsindən ailə üzvlərinin istifadə etmək hüququnun bu Məcəllənin qüvvəyə mindiyi gündən yarandığı qeyd olunub. İddia ərizəsindən, kassasiya şikayətinin dəlillərindən isə görünür ki, cavabdehlər 30 il bundan əvvəl mübahisəli evi tərk edərək orada yaşamayıblar və atası qardaşı Cavabdeh1 ev tikdirib, sonuncu həmin evdə ailəsi ilə birlikdə 5-6 il yaşdıqdan sonra isə evi başqa şəxsə satıb. Apellyasiya instansiyası məhkəməsi, ümumiyyətlə iddiaçının bu dəlilləri üzrə heç bir araşdırma aparmayıb, mübahisəli evin 01 avqust 2015-ci il tarixədək olan hüquqi vəziyyətinə aydınlıq gətirməyib və cavabdehlərin həmin evdən istifadə hüquqlarının əmələ gəlib-gəlməməsi ilə bağlı işin hallarını tam, hərtəfli və obyektiv araşdırmayıb və pasport qeydiyyatının evdən isti fadə hüququnun əmələ gəlməsi üçün əsas sayılmamasını nəzərə almayıb. Digər tərəfdən, işin yuxarıda müəyyən edilmiş hallarına görə 01 avqust 2015-ci il tarixdən mübahisəli ev iddiaçının mülkiyyətinə keçdiyindən, həmin müddətdən sonra tərəflər arasında əslində yeni mülki münasibətlər yaranıb. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında göstərilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsini n, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bundan əlavə, həmin Qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərib ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin dəyişməsinə səbəb olur. Bu halda xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll edilməlidir. Eyni zamanda, “Mülki Məcəllənin 228.1, 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə qanunvericiliyində valideynlərin öz övladlarını və digər ailə üzvlərini, o cümlədən övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi müəyyən edilib göstərilib. (Ailə Məcəlləsinin 13 və 15-ci fəsilləri). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünü n saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Hazırki halda, mübahisəli ev 01 avqust 2015-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətinə keçib, Cavabdeh1 onun qardaşı, digər cavabdeh X isə qardaşının arvadıdır. Göründüyü kimi, cavabdehlərin istər əvvlki mülkiyyətçiyə münasibətdə, istərsə də, yeni mülkiyyətçiyə münasibətdə evdən istifadə hüquqlarının qeyd olunan maddələrin tələblərinə əsasən əmələ gəlməsi, mülki iş materialları ilə təsdiq edilmir. Digər tərəfdən, ailə qanunvericiliyində qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi nəzərdə tutlsa da (Ailə Məcəlləsinin 13 və 15-ci fəsilləri), baldızın gəlini və ya gəlinin öz baldızını saxlamaq vəzifəsi (aliment öhdəliyi) nəzərdə tutulamayıb. Göründüyü kimi, hazırki halda nə Cavabdeh1 (yetkinlik yaşına çatıb və əmək qabiliyyətlidir), nə də digər cavabdeh X ailə qanunvericiliyi əsasında mübahisəli evin mülkiyyətçisi olan iddiaçı ilə birlikdə yaşamaq və həmin evin mülkiyyətsisi kimi ondan özünün saxlanılmalarını (aliment) tələb etmək hüquqları yoxdur. Apellyasiya instansiyası məhkəməsi, bu halları nəzərə almadan, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianı rədd etməklə Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərini pozub. Göründüyü kimi, cavabdehlərin mübahisəli evi boşaltmamaları mülkiyyətçi kimi iddiaçının hüququnu pozur və məhdudlaşdırır. Azərbaycan Respublikası Kon stitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsində göstərilir ki, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1-saylı Protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kass asiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən həqiqi hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və işə əlavə edilmiş sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Res publikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 may 2022-ci il tarixli, 2(104)-1465/2022 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5568/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-5568/2022
27.12.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver