Məhkəmə qərarları › İş №2(102)-5569/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5569/2019

04.09.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5569/2019 04.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 08 aprel 2019-cu il tarixli qətnaməsindən İddiaçı1 və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimov) 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehə qarşı cavabdehin ünvan 1 ünvanda yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş 0.46 ha və 0.08 ha həyətyanı torpaq sahələrindən çıxarılması tələbinə dair ilk iddiası təmin edilmiş, X2 İddiaçı1, İddiaçı2, İddiaçı3 qarşı torpaq sahəsinə görə ödədiyi 5000 ABŞ dolları məbləğində pulun, cavabdehlərin hərəkətləri nəticəsində əldən çıxmış fayda qismində ona dəymiş 32000 (otuz iki min) manat pulun, həmin torpaq sahələrində yerləşən ona məxsus 180 ədəd fındıq kollarının və ya onların dəyəri olan 18000 (on səkkiz min) manat pulun və ona vurmuş olduqları mənəvi ziyanın dəyəri olan 10000 (on min) manat pulun ödənilməsi tələbinə dair qarşılıqlı iddiası isə qismən təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2019-cu il tarixli, 2(107)-731/2019 saylı qətnamə si ilə (hakimlər Ə.Məcidov sədrlik edən, məruzəçi, İ.Quliyev və M.Əsədli) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək iş üzrə Balakən Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qətnaməsi qismən, yəni “yəni torpağa görə verilmiş 3000 manat məbləğində pul İddiaçı1dən alınıb X5 verilməsi” və “cəmi 6970 manat” hissəsi ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddiaçı İddiaçı1ndan torpağa görə ödənmiş pula görə 5000 manat alınıb cavabdeh X5 verilsin. Alınan pulun cəmi məbləği 8970 manat göstərilməsi, apellyasiya şikayətinin qalan hissəsi əsassız olduğundan təmin edilməməsi, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məh kəməsinə müraciət edərək cavabdehin ünvan 1 ünvanda yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş 0.46 ha və 0.08 ha həyətyanı torpaq sahələrindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh X6 İddiaçı1na, İddiaçı2, İddiaçı3 qarşı qarşılıqlı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək İddiaçı1, İddiaçı2, İddiaçı3 mülkiyyətinə verilmiş ünvan 1 ünvanda yerləşən kənd təsərrüfatı təyinatlı 0.46 ha və 0.08 ha həyətyanı torpaq sahələrinə dair cavabdehlərlə mərhum həyat yoldaşı X7 arasındakı 15 may 2000ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. X6 birinci instansiya məhkəməsinin baxışı iclasında məhkəməyə qarşılıqlı iddianın əsasının dəyişdirilməsi barədə ərizə verərək ünvan 1 ünvanda yerləşən kənd təsərrüfatı təyinatlı 0.46 ha və 0.08 ha həyətyanı torpaq sahələrindən çıxarılacağı təqdirdə, həmin torpaq sahələrinə görə cavabdehlərə ödədiyi 5000 ABŞ dolları məbləğində pulun, cavabdehlərin hərəkətləri nəticəsində əldən çıxmış fayda qismində ona dəymiş 32000 (otuz iki min) manat pulun, həmin torpaq sahələrində yerləşən ona məxsus 180 ədəd fındıq kollarının və ya onların dəyəri olan 18000 (on səkkiz min) manat pulun və ona vurmuş olduqları mənəvi ziyanın dəyəri olan 10000 (on min) manat pulun qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı1 və vəkil i Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəməsi işin hərtərəfli və obyektiv araşdırılması üçün şərait yaratmayıb iddiaçının qanunsuz və əsassız dəlillərinə əsaslanaraq, birtərəfli, səthi və qeyri obyektiv araşdırma aparmaqla Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.1,.80,81.,88 və 217-ci maddələrin tələblərini pozmuşdur. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 aprel 2019-cu il tarixli qətnaməsinin qismən yəni torpağa görə verilmiş 3000 manat məbləğində pulun İddiaçı1ndan alınıb X5 verilməsi və cəmi 6970 manat hissəsi ləğv edilib,həmin hissədə yeni qətnamə qəbul edilməsini, iddiaçı İddiaçı1ndan torpağa görə ödənilmiş pula görə 5000 manat alınıb cavabdeh X5 verilməsi,alman pulun cəmi məbləği 8970 manat göstərilməsi hissəsində ləğv edib, işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına qaytarılmasını xahiş edrilər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası, cavabdehin nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyə n tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 08 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apell yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, ünvan 1 ünvanda yerləşən 0.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və 0.08 ha həyətyanı torpaq sahəsinin iddiaçıların mülkiyyətində olmasını, cav abdehin həmin torpaq sahələrinə hər hansı hüququnun yaranmamasını, cavabdehin həmin torpaq sahələrindən çıxmamaqla iddiaçıların hüquqlarını pozduğundan cavabdeh X6 iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 ümumi birgə mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən 0.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və 0.08 ha həyətyanı torpaq sahəsindən çıxarılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, qarşılıqlı iddia üzrə cavabdeh tərəf torpaq sahəsi üçün verilmiş 5000 ABŞ dollari ilə bağlı tələbə görə 5000 manat pul qaytarmağa razılaşırsa, deməli həmin hissədə tələbi 5000 manat məbləğində qəbul etmiş olur. Ona görə də mübahisəli torpaq sahəsi ilə bağlı verilmiş pulun qaytarılmasına aid hissədə tələb 5000 manat həddində təmin edilməli dir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrinin maddi əsası kimi Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ, 29-cu maddəsinin İ, İİ və İV hissələrinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 157.2, 157.7, 238.1, 238.2, 1096.1, Torpaq Məcəlləsinin 82, 84-ci maddələrinə istinad etmişdir. Kollegiya qeyd edir ki, baxışın hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının iddiaçı İddiaçı1na münasibətdə tam yoxlanılması təşkil edir. Digər iddiaçılar apellyasiya şikayəti vermədiyindən qətnamə onlara münasibətdə yoxlanılmır. Kollegiya bu qənaətini onunla əsaslandırır ki, kassasiya şikayətinə əsasən qətnamənin bütünlüklə yoxlanılması və digər iddiaçıların şikayəti olmadığı halda onlara münasibətdə də qərar qəbul edilməsi sonuncuların hüqu qlarına toxunan hal kimi qiymətləndirilə bilər. Həmçinin də, kassasiya şikayətindən görünür ki, kassator apellyasiya instansiyası məhkəməsinin «torpağa görə verilmiş 3000 manat məbləğində pul İddiaçı1ndan alınıb X5 verilməsi” və “cəmi 6970 manat” hissəsinin ləğv edilməsi» hissəsini mübahisələndirir və buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin şikayətləndirilməyən hissəsi hazırki məhkəmə araşdırmasının predmeti ola bilməz. Belə ki, kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşdırır. (Ə.Ə.İbrahimovun şi kayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004-cü il tarixli qərarı) Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qarşılıqlı iddia üzrə İddiaçı1na münasibətdə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, ********* nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı»na əsasən ünvan 1 ünvanda yerləşən 0.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 ümumi birgə mülkiyyətinə verilmişdir. ********* nömrəli Torpağın mülkiyyətə mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan Balakən rayonu Mahamalar kənd İnzibati Ərazi Dairəsi tərəfindən 11 may 2017-ci il tarixdə verilmiş 814 №li arayışdan görünür ki, İddiaçı1 Balakən rayonu Mahamalar kəndi ərazisində 0.08 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 1990-cı ildə tikilmiş 1 mərtəbəli ümumi sahəsi 32 kv/m olan yaşayış evi vardır. Məhkəmə Ekspertiza Mərkəzinin 01 noyabr 2017-ci il tarixli 24138 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş 15 may 2000-ci il tarixd ə ünvan 1 ünvanda tərtib olunmuş aktda İddiaçı1 adı və soyadının qarşısındakı imza onun tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş 15 may 2000-ci il tarixdə ünvan 1 ünvanda tərtib olunmuş aktda və iddia ərizəsində İddiaçı1 adı və soyadının qarşısındakı imzalar müxtəlif şəxslər tərəfindən icra edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 01 noyabr 2017-ci il tarixli 24138 nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri, İddiaçı1, İddiaçı2, İddiaçı3 mülkiyyətində olan ünvan 1 ünvandayerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş 0.46 ha və 0.08 ha həyətyanı torpaq sahələrində 2000-ci ildən hal-hazıradək hansı ağacların budanması, torpaq sahəsinin yaxşılaşdırılması yeni ağacl arın əkilib-əkilməməsi və görülmüş işlərin dəyərinin müəyyən olunması tikinti-texniki ekspertinin səlahiyətinə aid olmadığı üçün qərardadla qoyulmuş sualların birinci hissəsi üzrə tədqiqat aparılmadı. Lakin həyətyanı torpaq sahəsində aparılmış tikinti-təmir işlərinin (hasarın çəkilməsi) dəyərinin hal-hazırki bazar qiymətlərinə uyğun qiymət normaları tətbiq olunmaqla 970 manat təşkil etdiyi müəyyən edilmişdir. İşin materiallarından görünür ki, cavabdeh X6 İddiaçı1na, İddiaçı2, İddiaçı3 qarşı qarşılıqlı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanda yerləşən kənd təsərrüfatı təyinatlı 0.46 ha və 0.08 ha həyətyanı torpaq sahələrindən çıxarılacağı təqdirdə, həmin torpaq sahələrinə görə cavabdehlərə ödədiyi 5000 ABŞ dolları məbləğində pulun, cavabdehlərin hərəkətlər i nəticəsində əldən çıxmış fayda qismində ona dəymiş 32000 (otuz iki min) manat pulun, həmin torpaq sahələrində yerləşən ona məxsus 180 ədəd fındıq kollarının və ya onların dəyəri olan 18000 (on səkkiz min) manat pulun və ona vurmuş olduqları mənəvi ziyanın dəyəri olan 10000 (on min) manat pulun qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ p ozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkən ə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər İşin materiallarından görünür ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 və onun nümayəndəsi izahatlarında torpaq sahəsi üçün aldıqları 3000 manat pula görə 5000 manat pul ödəməyə razı olduqlarını göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı i ddia üzrə cavabdeh tərəf torpaq sahəsi üçün verilmiş 5000 ABŞ dollari ilə bağlı tələbə görə 5000 manat pul qaytarmağa razılaşırsa, deməli həmin hissədə tələbi 5000 manat məbləğində qəbul etmiş olması və ona görə də mübahisəli torpaq sahəsi ilə bağlı verilmiş pulun qaytarılmasına aid hissədə tələb 5000 manat həddində təmin edilməli olmasına dair nəticəsi işin araşdırılmış hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin kassatorun azərbaycan dilini yaxşı bilmədiyindən istifadə edərək 3000 rubl əvəzinə 3000 manat göstərməsi, əslində onun 3000 rublun əvəzinə 5000 rubl verməsini deməsini kimi dəlillərinə qiymət verərək hesab edir ki, kassator istər birinci instansiya məhkəməsinin, istərsə də apellyasiya instansiyası məhkəməsinin iclas protokollarına izahatlarında manat deyil rubl kimi ifadələr işlətməsi ilə bağlı müvafiq qeydlər verməmiş, nə də birinci instansiya məhkəməsinin qətnaməsindən bununla bağlı apellyasiya şikayəti verməmişdir. Bundan əlavə, işin materiallarından görünür ki, işə apellyaisya icraatı qaydasında baxılarkən iddiacı İddiaçı1 hər iki məhkəmə instansiyasında səlahiyyətli nümayəndəsi olmuş X4 torpaq sahəsi ilə bağlı aldıqları 3000 manat pulun əvəzinə cavabdehə 5000 manat ödəməyə razı olması barədə ərizəsi ilə müraciət etmiş, ərizənin məzmununu apellyasiya instansiyası məhkəməsinin iclasında həm izahatında, həm də suallara verdiyi cavablarında müdafiə edərək qarşıqlıqlı iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək hesab edir ki, bu dəlillər ona münasibətdə mahiyyəti üzrə qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia hissəsinin ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikasının MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göst ərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yu xarıda göstərilən tələblərini nəzərə alıb qarşılıqlı iddia üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin d əlilləri əsassız olmaqla həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia üzrə ləğvi üçün qanuni əsas ola bilmədiyi üçün kassasiya şikayəti təmin edilməməli, mahiyyəti üzrə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə iddiaçı İddiaçı1na münasibətdə isə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hə min iş üzrə 08 aprel 2019ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar