Məhkəmə qərarları › İş №2(102)-557/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-557/2024

12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-557/2024 12.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı (üçüncü şəxslər "xxxx" ASC və Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi) iş üzrə QƏRARİ Açar sözlər: hərracın nəticələrinin etibarsızlığı, icra üzrə icraatın dayandırılması əsasları Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı (üçüncü şəxslər "xxxx" ASC və Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi) “hərracın yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair m ülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5320/2023 saylı, 15 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları

1. Mübahisə iki daşınmaz əmlakla bağlıdır: 1) Yasamal rayonu, 1055-ci məhəllə, K.Kazımzadə küçəsində yerləşən 97G №-li qeyri-yaşayış binası; 2) Yasamal rayonu, 586cı məhəllə, Z.Xəlilov küçəsi, ev 68-də yerləşən 14 №-li mənzil.

2. Birinci əmlak Dilarə Qədirovanın mülkiyyətində olub, o, vəfat etdiyinə görə onun hüquq varisi İddiaçı1 hazırkı işdə iddiaçı kimi iştirak edir. İkinci əmlak isə İddiaçı2 mülkiyyətində olub.

3. Mübahisə predmeti olan əmlaklar “X3” MMC-nin "xxxx" ASC-dən a ldığı keditin qaytarılmasının təminatı kimi Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və kredit qaytarılmadığına görə onlara məhkəmə qətnaməsinə əsasən tutma yönəldilmişdir.

4. Kredit borcunun tutulması və mübahisəli əmlaklara tutma yönəldilməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı qəbul olunmuşdur.

5. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında ipoteka predmetlərinə tutma yönəldilməsi barədə icra sənədi verilmiş, icra sənədi əsasında Cavabdeh MMC hərrac keçirmiş, hərracın yekunlarına dair xx.xx.2022-ci il tarixli 37 və 38 №-li protokollar və eyni tarixdə bağlanmış müqavilələr əsasında üçüncü şəxs - ipoteka sax layan "xxxx" ASC hər iki əmlakı əldə etmişdir. Bankın mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC və Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (Hərrac Mərkəzi) Bakı şəhəri, Yasamal rayonu, 1055-ci məhəllə, K.Kazımzadə küçəsində yerləşən 97 G saylı qeyri-yaşayış binasına və Bakı şəhəri, Yasamal rayonu, 586-cı məhəllə, Z. Xəlilov küçəsində yerləşən 68 saylı evin 14 saylı mənzilinə dair 05 aprel 2022-ci il tarixli hərracın yekunları barədə 37 və 38 nömrəli protokolların və həmin protokollar əsasında eyni tarixli ipote ka predmetlərinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilələrin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, icra sənədi üzrə hərrac sifariş edildikdən sonra ilk hərrac 07 mart 2022-ci il tarixinə təyin edilib, lakin həmin gün hərrac təxirə salınaraq 14 mart 2022-ci il tarixinə təyin edilib. Qeyd edilən bildirişlərin ünvan sahiblərinə çatmasını sübut edən qəbzlər mövcud deyil. Qəbzlərdə qeyd edilib ki, ünvanda adam yoxdur, yəni cavabdehlərin hərracın keçirilməsi barədə məlumatları olmayıb. İkinci hərrac 04 aprel 2022-ci il tarixinə təyin edilib və bu haqda ünvanlarına daxil ol an bildirişlərdən məlumatları olub. Bakı Apellyasiya Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli qətnaməsi onlara rəsmi qaydada 24 fevral 2022-ci il tarixində təqdim edildiyindən, cavabdeh qanunla müəyyən edilmiş müddət ərzində hüququndan istifadə edərək, kassasiya şikayəti vermişdir. 01 aprel 2022ci il tarixində cavabdeh kassasiya şikayətinin sürətini əlavə etməklə İcra şöbəsinə ərizə ilə müraciət edərək 04 aprel 2022-ci il tarixinə təyin edilmiş hərracın dayandırılmasının xahiş etmişdir. Həmin ərizə İcra şöbəsinin dəftərxanası tərəfindən qəbul edilmiş, qəbul edilməsi müvafiq ştamp və imza ilə təsdiq edilmişdir. Bu baxımdan da cavabdehlər 04 aprel 2022-ci il tarixdə keçirilməsi nəzərdə tutulan hərracın dayandırılmasını zənn edərək, hərracda iştirak etməmişlər. Yalnız bundan 4 ay sonra v erilmiş kassasiya şikayətinə baxılaraq, təmin edilməmişdir. Cavabdehlər hərrac təşkilatından hərracın keçirilməsi barədə bildiriş gözlədikləri vaxtda məlum olur ki, hərrac 04 aprel 2022-ci il tarixində qanunsuz olaraq keçirilib və bir gün sonra, yəni 05 aprel 2022-ci il tarixində ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 37 və 38 saylı protokollar və eyni tarixli müqavilələr əsasında bank həmin əmlakları ilkin satış qiymətindən təqribən 40 faiz aşağı olan qiymətlə satın alıb və sonradan mülkiyyət hüquqlarını təsdiq edən çıxarışlar əldə edib. İcra məmuru və bank nümayəndələri birgə razılaşaraq, belə bir addım ataraq əmlakları qanunsuz yolla əldə ediblər. Ən azı mülkiyyətçi olaraq hazırkı iş üzrə iddiaçılar hərracda iştirak etmək və əmlaklarını özləri almaq imkanın dan qanunsuz məhrum ediliblər. Eyni zamanda sənədlərdən görünür ki, sifariş icra məmuru tərəfindən 10 fevral tarixində verilsə də, ilk hərrac 14 mart 2022-ci il tarixində keçirilib, “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinin tələblərinə uyğun olaraq hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilməlidir. Lakin göründüyü kimi birinci hərrac yalnız 33 gün sonra keçirilib.

8. Cavabdeh MMC elektron kabinet vasitəsilə yazılı etiraz təqdim edərək, bildirmişdir ki, ilkin hərracın vaxtının dəyişdirilməsinə səbəb Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 mart 2022-ci il tarixli qərarı ilə 2022-ci il 7 mart iş günü ilə 5 mart istirahət günlərinin yerlərinin dəyişdirilməsi olmuşdur. Hərrac təşkilatı həm sifarişi vaxtında icra etmiş (yəni sifariş 10 fevral 2022-ci il tarixində olmuş, hərracın keçirilməsi ilə bağlı ilkin bildirişin tərtibi və göndərilməsi isə 15 fevral 2022-ci il tarixində olmuşdur ki, bu zaman 5 iş günü müddəti ilə bağlı pozuntu halı müəyyən edilmir. Eyni zamanda, hərracın keçirilməsi ilə bağlı elanın verilməsi və bildirişin göndərilməsi qaydaları pozulmamışdır. Qanunda elan verilməsinin və bildirişin göndərilməsinin hərracın keçirilməsinə ən geci 20 təqvim gün qalmış verilməsi qeyd edilmişdir ki, buna uyğun olaraq bildirişlərin göndərilməsi 15 fevral 2022-ci il tarixinə təsadüf etdiyindən və ilkin hərracın vaxtının 07 mart 2022-ci il tarixi müəyyən edildiyindən, faktiki olaraq 20 təqvim günündən daha çox olan müddətdə - yəni 21 gün qalmış bütün rəsmi prosedurlar yerinə yetirilmişdir. İddiaçıların bu hala istinad edərək, hərracın nəti cələrinin keçirilməsinin etibarsız hesab etməsini tələb etməsi absurddur. Digər tərəfdən iddiaçı nəzərə almamışdır ki, bildirişlərin göndərilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarı mövcuddur ki, həmin qərarda konkret olaraq ifadə edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Bu baxımdan iddiaçı nəzərə almamışdır ki, hərrac təşkilatı və ya ipoteka saxlayan, eyni zamanda hərracın sifarişçisi kimi icra qurumu ipoteka qoyan şəxsi hansısa formada əlavə üsullardan istifadə etməklə məlumatlandırmaq vəzifəsi daşımır. Lakin bütün bunlara baxmayaraq ilkin hərrac üzrə, habelə ikinci hərrac üzrə, hətta tarix dəyişikliyi ilə əlaqədar bildirişlər Qulu-zadə Güllər Eyyub qızına, "xxxx" Atçılıq Klubu MMC-yə, X1, habelə X2 göndərilmiş və onlar tərəfindən qəbul edilmiş və ya qəbulundan imtina edilmişdir. Kassasiya şikayətinin verilməsi halına gəldikdə, icra qurumu sifarişi məhkəmənin təqdim etmiş olduğu icra vərəqəsinə əsasən vermişdir ki, bununla bağlı Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixində elektron imzadan istifadə edilmiş 2(103)325/2021 saylı icra vərəqəsi mövcuddur. İcra vərəqəsinin verilməsi iş ü zrə qəbul edilmiş məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsini ehtiva edir ki, sonuncu dəfə məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixində məhkəmə iclası keçirilmiş və iş üzrə 2(103)-325/2021 saylı məhkəmə qətnaməsi qəbul edilmişdir. Bundan başqa hazırkı iş üzrə iddiaların və ya digər şəxslərin hər-hansı məhkəmə aktından şikayət verilməsi icra hərəkətlərinin dayandırılması üçün kifayət etmir. Belə ki, “İcra haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İcra haqqında” Qanun) 17.1.7-ci maddəsində konkret olaraq vurğulanmışdır ki, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra hərəkətləri dayandırılır. Lakin icra şöbəsinə ünvanlanmış məktubda kassasiya şikayətinin icraata q əbul edilməsinə dair rəsmi sənəd təqdim edilməmişdir Eyni zamanda istinad olunan ərizə hazırkı iş üzrə iddiaçılar tərəfindən deyil, “X3" MMC tərəfindən verilmişdir.

9. Məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən şəxs "xxxx" ASC cavabdehin yazılı etiraz ərizəsi ilə eyni məzmunlu ərizə vermiş və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-824/2023 saylı, 17 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia tələbi rədd edilmişdir.

11. Məhkəmə müəyyən etmişdir ki, iddiaçılar hərracın keçirilməsi vaxtı və yeri barədə qanunvericiliyin tələblərinə uyğun qaydada məlumatlandırılmışlar.

12. İddiaçının əsaslandığı hallardan biri isə icra atın dayandırılması barədə icra şöbəsinə xx.xx.2023-cü il tarixdə ərizə ünvanlandığı icra şöbəsinin isə dayandırma barədə məktubu xx.xx.2023-cü il tarixdə hərrac təşkilatına ünvanlamasıdır ki, bu hal da iddia tələbinin əsaslı olduğuna dəlalət edən mötəbər sübut hesab edilə bilməz. Belə ki, ərizəyə qoşma kimi əlavə edilmiş sənəd olaraq yalnız kassasiya şikayəti göstərilmişdir, halbuki qanunvericiliyin birbaşa tələbinə əsasən icra sənədi üzrə icraatın dayandırıması kassasiya şikayətinin mövcudluğundan deyil, şikayətin icraata qəbul edilməsindən asılı edilmişdir ki, ərizəçi tərəfindən bu faktı təsdiqləyən sübut (qərardad) ərizəyə əlavə edilməmişdir. Belə olan halda icra məmuru tərəfindən icraatın həmin ərizəyə əsasən dayandırılması özü qanun pozuntusu olardı.

13. Birinci instansiya məhkəməsin in qənaətinə görə iddiaçı iddiasının əsasını sübut edə bilməmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 269.1, 317.1, 319.1, 415.2-ci, “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

16. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-5320/23 saylı, 15 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Namiq Cəfərov (s ədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və qeyd etmişdir ki, mübahisəli əmlaklara tutma yönəldilməsi barədə icra sənədi Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən verilib və icra məmuru hərracın keçirilməsi barədə sifariş verib. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən kredit alan “X3” MMC kassasiya şikayəti vermiş, daha sonra isə MMC xx.xx.2022-ci ildə ərizə ilə İcra şöbəsinə müraciət edərək, kassasiya şikayəti verdiyini bildirərək, hərracın dayandırılmasını xahiş etmişdir. Buna baxmayaraq hərrac keçirilmiş, xx.xx.2022-ci il tarixdə bank əmla kları hərracdan almışdır. Bundan 2 ay sonra xx.xx.2022-ci ildə isə Ali Məhkəmə kassasiya şikayətinin rədd edilməsini və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Hərracın etibarsız sayılması barədə tələb iddia ərizəsində məhz bu hal ilə əsaslandırılmışdır.

19. Məhkəmə hesab etmişdir ki, həmin hal hərracın etibarsız sayılmasına əsas ola bilməz. Belə ki, iddiaçı tərəfin hərracın keçiriləcəyi vaxt və yer barədə məlumatı olub, bunu onların özləri də etiraf ediblər. Buna baxmayaraq iddiaçılar hərracda iştirak etməyiblər, bunu onunla izah ediblər ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilib və bu barədə icra məmuru məlumatlandırılıb. Lakin bu hal hərracda iştirakdan imtina üçün əsas sayılmırdı. Belə ki, “İcra haqqın da” Qanunun 17.1.7ci maddəsinə görə, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Bundan başqa, “İcra haqqında” Qanunun 21.5-ci maddəsinə görə, icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırıldığı hallarda bu barədə qərar qəbul olunur və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur.

20. Göründüyü kimi, kassasiya şikayətinin verilməsi öz-özlüyündə icraatın dayandırılması üçün əsas deyil. İcraat o halda dayandırılmış sayılır ki, kassasiya şikayəti müvafiq məhkəmənin icraatına qəbul olunsun və icra məmuru icraatın dayandırılması barədə qərar qəbul etsin. Lakin hərrac keçirilənə qədər kassasiya şikayətinin icraata qəbul edilməsi barədə sənəd icra məmuruna təqdim olunmayıb və icra məmuru icraatın dayandırılması barədə qərar qəbul etməyib. Ona görə də iddiaçıların hərracda iştirakdan imtinasının hüquqi əsası olmamışdır.

21. Məhkəmə, həmçinin qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən iddiaçılar deyil, başqa şəxs – kredit alan “X3” MMC kassasiya şikayəti vermişdir. Bu isə onu təsdiq edir ki, iddiaçılar həmin qətnamə ilə (ipoteka predmetinə tutma yönəldilməsi ilə) razılaşıblar. Kassasiya şikayəti son nəticədə rədd olunub. Belə vəziyyətdə hərracın keçirilməsi iddiaçıların (əmlak mülkiyyətçilərinin) mənafeyinin pozulmasına səbəb olmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçılar kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim olunmuş sübutlara səhv qiymət verilmiş, apellyasiya baxışı zamanı ümumiyyətlə araşdırmaya düzgün münasibət bildirilməmişdir. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsindən kassasiya şikayəti verilməsi, kassasiya şikayətinin verilməsi barədə şikayətlə birlikdə İcra şöbəsinə ərizə təqdim etmələri, eyni zamanda icra məmurunun hərracın ləğv edilərək sifarişin geri qaytarılmasına dair məktubu ilə sübut olunur. Bu sübutlarla iddia yalnız təmin olunmalı idi. Bu sübutlara qiymət verilməmişdir. Keçirilmiş hərracın nəticələri əsassızdır. Hərrac birtərəfli halda keçirilmiş, yalnız ipoteka saxlayanın maraqlarına xidmət etmişdir. Birinci instansiya məhkəməsi əsas sübutları nəzərə almamış, onlara qiymət verməmişdir. Apellyasiya məhkəməsində bu qanunsuzluqlar aydınlaşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

25. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

26. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

27. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini ge cikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

28. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdu rsa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarı

29. Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. “İcra haqqında” Qanun 30. 17.1. Aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır:...17.1.7. İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin i craatına qəbul olunduqda; Mülki Prosessual Məcəllə

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nət icə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası işə şikayət həddində baxaraq hesab edir ki, kassasiya şikayətində irəli sürülmüş dəlillər əsasında apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İş üzrə şikayətin dəlillərindən asılı olmayaraq qətnamənin ləğv olunmasına əsas verən prosessual hüquq normalarının kobud şəkildə pozulması halları müəyyən edilmir.

43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır.

44. İşə baxmış məhkəmələr tərəfindən iddiaçıların hərrac prosesi barədə məlumatları olduqları və özlərinin bu faktı etiraf etdikləri müəyyən edilmişdir.

45. Məhkəmələr “İcra haqqında” Qanunun 17.1.7-ci maddəsinə istinadla, haqlı olaraq belə qənaətə gəlmişdir ki, hərracın dayandırılması barədə ərizəyə kassasiya şikayətinin icraata qəbul edilməsi barədə sübut əlavə edilmədiyi üçün icra icraatının dayandırılmasına əsas olmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçıların hərracın etibarsız hesab olunmasına əsas hesab etdikləri kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin icraatına hərracın keçirilməsindən 17 gün sonra xx.xx.2022-ci il tarixdə qəbul edilmiş və şikayət uğurlu olmamış, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

46. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınla şdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

47. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5320/2023 saylı, 15 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar