Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5570/2019 04.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli 2(104)4585/2018 nömrəli qərardadından cavabdeh TYYY və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər Rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli, 2(061)-1590/2018 nömrəli qətnaməsi ilə (sədrlik edən M.Məmmədov) İddi açı iddiası təmin edilmiş və cavabdeh Tərtər rayon S.Zeynalov adına Kəngərli kənd tam orta məktəbin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəllimlərin işə qəbul qaydalarından ehtiyaca görə kənar müddətsiz müqavilə ilə işə götürülmüş biologiya müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 14 iyun 2017-ci il tarixdən xitam verilməsi və axırıncı hesab çəkilməsi barədə” 14.06.2017-cü il tarixli, 190 saylı əmrinin ləğv edilməsi və İddiaçı məcburi iş buraxmağa görə əmək haqqı ödənilməklə Tərtər rayon S.Zeynalov adına Kəngərli kənd tam orta məktəbin biologiya müəllimi vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Loğman Süleymanov - sədrlik edən və məruzəçi, Rəşad Mamedov, Çingiz Məmmədov) 20 dekabr 2018-ci il tarixli 2(104)4585/201 8 nömrəli qətnaməsi ilə cavabdeh Tərtər rayon Kəngərli kənd tam orta məktəbinin apellyasiya şikayəti təmin edilməyərək, Tərtər Rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli, 2(061)-1590/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Tərtər rayon Kəngərli kənd tam orta məktəbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 dekabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Loğman Süleymanov - sədrlik edən və məruzəçi, Fikrət Mehtiyev, Azər Bayramov) 15.04.2019-cu il tarixli qərardadı ilə cavabdeh Tərtər rayon Kəngərli kənd tam orta məktəbinin direktoru Məmmədov İmran Məmili oğlu və onun vəkili Vəkil Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 dekabr 2018-ci il tarixli qətnaməs indən verdikləri kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh və vəkili kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli 2(104)-4585/2018 nömrəli qərardadının ləğv edilərək kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, iş üzrə apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərardadı qanunsuz və əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi qərardadı qəbul edərkən Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” qanunun 9.1, 9.1.1, 9.1.14-cü maddələrinin tələblərini pozmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası MPM-nin 67. 1-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunmadığına görə onun qaytarılması qənaətinə gəl mişdir. Məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsi 15.04.2019-cu il tarixli qərardadla cavabdehin kassasiya şikayətini geri qaytarmaqda haqlı olmamış, prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 108.2. Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Apellyasiya İnstansiya Məhkəməsi dövlət rüsumunun ödənilməməsi əsası ilə cavabdehin kassasiya şikayətini geri qaytararkən cavabdehin dövlət büdcəsindən maliyyələşən təşk ilat olduğunu, buna görə dövlət rüsumunun ödənilməsindən azad olunduğunu nəzərə almamışdır. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsaslı sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsasdır. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və cavabdehin kassasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 402-407-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh TYYYnun kassasiya şikayəti təmin edilsin. İş üzrə Gəncə Apellya siya Məhkəməsi Mülki Kollegiyasının 15.04.2019-cu il tarixli 2(104)4585/2018 nömrəli qərardadı ləğv edilsin. Cavabdehin Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2018-ci il tarixli 2(104)-4585/2018 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 402-407-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş apellyasiya instansiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5570/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5570/2019
04.09.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver