Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5573/2019 08.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli 2(103)679/2019 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon məhkəməsinin 03 iyul 2015-ci il tarixli qətnaməsi ilə (hakim R.Ə.Əliyev, iş № 2(007)-2793/2015) iddiaçı “xxxx” (Azərbaycan) ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunu n tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi və onların ilkin satış qiymətlərinin müəyyən edilməsi və s. tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh3, Cavabdeh2 və “FED” firmasından müştərək qaydada cəmi 410.888,79 ABŞ dollarının ödəniş gününə olan rəsmi məzənnəyə uyğun olaraq manatla tutulması və tutmanın Cavabdeh2, Cavabdeh3 məxsus mənzillərə yönəldilməsi, Cavabdeh2 məxsus mənzilin ilkin satış qiymətinin 400.000 manat, Cavabdeh3 məxsus mənzilin ilkin satış qiymətinin 120.000 manat məbləğində müəyyən edilməsi, mənzillərin açıq hərracdan satılması və əldə edilmiş vəsaitin hesabına ASC-yə olan borcun ödənilməsi, mənzillərdə yaşayanların istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları qət edilmişdir. Bakı Apellyasiya Mə hkəməsi Mülki Kollegiyasının 20 aprel 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər: M.A.Bağırova, M.A.Məmmədov və S.A.Məmmədov, iş № 2(103)2287/2016) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nizami rayon məhkəməsinin 03 iyul 2015-ci il tarixli qətnaməsi qismən – Cavabdeh3 və qeyrilərinin N saylı evin 52 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsinə dair hissədə ləğv edilərək həmin hissədə iddianın rədd edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2017-ci il tarixli qərarı ilə (hakimlər: V.Ə.İbayev, A.K.Kalbalıyev və E.R.Vəliyeva, iş № 2(102)6961/2017) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 aprel 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş yen idən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.N.İmanov, A.Q.Hüseynov və V.N.Sadıqov) Bakı şəhəri Nizami rayon məhkəməsinin 03 iyul 2015-ci il tarixli qətnaməsi 13 may 2014-cü il tarixli kommersiya kredit müqaviləsi üzrə və 11 sentyabr 2014-cü il tarixli bərpa olunmayan kredit xətti müqaviləsi üzrə əsas kredit müqaviləsi üzrə əsas kredit borcunun və faiz borcunun tutulması hissəsində dəyişdirilərək 13 may 2014-cü il tarixli kommersiya kredit müqaviləsi üzrə əsas kredit borcunun 235.552.89 ABŞ dolları, faiz borcunun 16.251,16 ABŞ dolları, 11 sentyabr 2014-cü il tarixli bərpa olunmayan kredit xətti müqaviləsi üzrə əsas kred it borcunun 144.790,83 ABŞ dolları, faiz borcunun 7786,56 ABŞ dolları məbləğində müəyyən olunması, qətnamənin qalan hissədə Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: 13 may 2014-cü il tarixdə bankla Cavabdeh1 arasında bağlanmış “Baş Kredit Razılaşması”na əsasən Cavabdeh1 5.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmış və həmin razılaşmaya əsasən onlar arasında 13 may 2014-cü il tarixli kommersiya kredit müqaviləsi bağlanmaqla Cavabdeh1 biznesin inkişafı üçün illik 16,51 faiz hesablanmaqla 60 ay müddətinə 250.000 manat məbləğində kredit verilmişdir. Bundan sonra Cavabdeh1la 11 sentyabr 2014-cü il tarixdə “Bərpa olunmayan kredit xətti müqaviləsi” bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 illik 16,35 faiz hesablanmaqla 60 ay müddətinə 150.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borclu Cavabdeh1 öhdəliklərinin təminatı kimi Cavabdeh2 və Cavabdeh3 məxsus mənzillər ipoteka ilə yüklü edilmiş, “FED” firması, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. 2015-ci ilin may ayında “xxxx” (Azərbaycan) ASC borcluya və zaminlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 kredit müqavilələri üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən borclarının yaranmasını əsas göstərməklə Cavabdeh1 və zaminlərdən 13 may 2014-cü il tarixli hər iki müqavilə üzrə cəmi 410.956,93 ABŞ dollarının tutulmasını, tutmanın yönəldilməsi barədə bildirişə görə 90,00 ABŞ dollarının bankın xeyrinə tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tə ləbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh3 kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında Cavabdeh3 vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı müm kün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, kassasiya şikayəti verən Cavabdeh3 borclunun öhdəliklərinin təminatı kimi həm ödənilməmiş borcun qaytarılması barədə üzərinə zamin kimi məsuliyyət götürmüş və həm də özünə məxsus mənzili ipoteka ilə yüklü etmişdir. Müəyyən olunduğu kimi borclu Cavabdeh3 kredit müqavilələri üzrə öhdəliklərinin i crasını lazımınca təmin etməməklə hər iki müqavilə üzrə banka borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. (470.1) Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. (470.2.) Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borclu tərəfindən kreditin ödənilməsi lazımınca təmin edilmədiyindən kredit müqavilələ ri üzrə yaranmış borcun eyni zamanda zamin kimi Cavabdeh3 tutulması qanunun tələbinə uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Göstərilən Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Cavabdeh3 məxsus olan mənzil borclunun öhdəliklərinin təminatı kimi ipoteka ilə yüklü edildiyindən və borclu öhdəliyinin icrasını təmin etmədiyindən işə baxan məhkəmə tərəfindən tutma ona məxsus mənzilə yönəldilmişdir. İşin yuxarıda göstərilən hallarına əsasən kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara və qanunun tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419 -cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 10 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5573/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5573/2019
08.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver