Məhkəmə qərarları › İş №2(102)-5573/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-5573/2021

30.08.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5573/2021 30.08.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Aqil Əzizağa oğlu Abbasov cavabdeh İddiaçı vəkili Vəkil kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: Cavabdeh İddiaçı vəkili Vəkil Şirvan Apellyasiya Məhkəməsi MK-nın 2(106)129/2021 saylı 09 fevral 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti və kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir. (i.v.194, 199) Kassasiya şikayəti və müddətin bərpasına dair ərizə 12 iyul 2021-ci ildə rabitə müəssisəsinə təqdim edilmiş, apellyasiya məhkəməsinə 16 iyul 20121-ci ildə daxil olmuşdur. İş materialları ndan görünür ki, cavabdeh İddiaçı vəkili Vəkil Şirvan Apellyasiya Məhkəməsi MK-nın 2(106)-129/2021 saylı 09 fevral 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayətinə əlavə olunmuş müddətin bərpası barədə ərizəsinə apellyasiya instansiyası tərəfindən münasibət bildirilməmişdir. Nəticədə kassasiya şikayəti prosessual müddət ötürülməklə və bu müddətin bərpasına dair ərizəyə qiymət verilmədən kassasiya instansiyasına göndərilmişdir. Mülki Prosessual Məcəllənin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Göstərilənlərə əsasən hesab edirəm ki, kassasiya şikayəti icraata qəbul edilməməli və mülki iş müddətin bərpası barədə ərizəyə qiymət verilmə si üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanları və Mülki Prosessual Məcəllənin 408-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şirvan Apellyasiya Məhkəməsi MK-nın 2(106)-129/2021 saylı 09 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin, mülki iş müddətin bərpası barədə ərizəyə qiymət verilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar