Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5577/2021 06.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi Ərizəçi “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə” ərizəsi üzrə QƏRARİ iş № 2(102)-5577/21 (Açar sözlər: əmək stajının müəyyən edilməsi, sübutların qiymətləndirilməsi) Bakı şəhəri, 06 dekabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəx sini 8 saylı regional ərazi filialının vəkili Məmmədova Yeganə Bayram qızının iştirakı ilə, Ərizəçi Ərizəçi oğlunun “sosial sığorta stajının müəyyən edilməsi” barədə ərizəsinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-797/2021 nömrəli, 18 may 2021-ci il tarixli qətnaməsindən ərizəçi Ərizəçi oğlunun kassasiya şikayətinə 06 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) İşin halları, birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi ərizə ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, onun 01 iyul 1975-ci ildən 31 iyul 1998-ci ilə kimi Masallı rayonu sabiq “X3”ndə fəhlə kimi işlədiyi illərin iş stajı kimi stajına daxil edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi maraqlı şəxs qismində qoyulmuşdur.
3. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 11 sentyabr 1954-cü ildə Masallı rayonu Boradigah qəsəbəsində anadan olmuş, hazırda Masallı rayonu Boradigah qəsəbəsi, H.Aslanov küçəsi, ev 19-da ailəsi ilə birlikdə yaşayır. 01 iyul 1975-ci ildə Masallı rayonu sabiq “X3”nə fəhlə qəbul edilmiş, 31 iyul 1998-ci ilə kimi orada işləmişdir. İşlədiyi müddətdə adına bir sıra əmr kitabları və əmək haqqı cədvəlləri yazılmış, işlədiyi dövrdə nümunəvi işçi kimi seçilmişdir.
4. Ərizəçinin “X3”ndə 01 iyul 1975-ci ildən 31 iyul 1998-ci ilə kimi işlədiyi illəri təsdiq edən əmək kitabçası olmadığından və arxiv sənədləri dövlət arxivinə təhvil verilmədiyindən, ona məxsus sosial sığorta stajını təsdiq edən sənədləri, fəhlə işlədiyi vaxt adına yazılmış əmək haqqı cədvəlləri, əmək kitabçası tamam şəkildə, əmr kitabları isə olmadığından, həm də arxiv arayışları tam şəkildə olmadığından, pensiya almaq hüquqları məhdudlaşmışdır.
5. Pensiya təyin edilməsindən ötrü sosial sığorta stajı barədə sənədlərin toplanmasında çətinliklər yaranmış, bu da ərizəçinin dövlət tərəfindən verilən pensiya hüquqlarından məhrum olmasına səbəb olmuşdur. Bu barədə bir sıra aidiyyəti orqanlara müraciət etmiş, lakin müraciəti cavabsız qalmışdır. Məhkəməyə müraciət etmək barədə hüquqları izah edilmişdir. İşlədiyi illəri şahidlər də təsdiq edə bilərlər.
6. Ərizəçi ərizəsində Mülki Prosessual Məcəllənin 307,308,309-cu maddələrinə istinad etmişdir.
7. Masalı Rayon Məhkəməsinin 2(050)-2910/2018 saylı, 21 noyabr 2018-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Ərizəç i 01 iyul 1975-ci ildən 31 iyul 1998-ci ilə kimi Masallı rayonu sabiq “X3”ndə fəhlə işləməklə iş stajına malik olma faktının müəyyən edilməsi qət olunmuşdur. (hаkim Nemət Musayev)
8. Birinci instansiya məhkəməsi ərizəni təmin edərkən, şahid ifadələrinə, “X3”nin sənədlərinin dövlət arxivinə təhvil verilmməsinə istinad etmiş, mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 307.1, 308 və 3109-cu maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi apellyasiya şikayəti verib, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətinin dəlilləri: - Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajı daxil edilən digər dövrlərin məcmusudur; - Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işlə yənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; - Qanunun 25-ci maddəsinə əsasən sığorta stajı Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanı tərəfindən məcburi dövlət sosıal sığorta haqlarının ödənilməsi barədə sənədlə təsdiq olunur. - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.2-ci bəndinə əsasən pensiya sektorunun məsləhətçisi zəruri hesab olunan hallarda sənədləri yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. - Masa llı rayon Məhkəməsinin 2(050)-2910/2018 saylı, 21 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Ərizəçi Masallı rayonu sabiq “X2”ndə 01 iyul 1975-ci il tarixdən 31 iyul 1998ci il tarixə kimi fəhlə işləməsi faktını müəyyən etməsinə baxmayaraq, Masallı rayon “X3”nin hal-hazırda fəaliyyətinin olmaması, sənədlərinin Masallı rayon Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən Ərizəçi “X3”ndə göstərilən illərdə işləməsi faktının düzgünlüyüyünün yoxlanılması mümkün olmamışdır.
11. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1153/2019 nömrəli, 19 mart 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Masalı Rayon Məhkəməsinin 2(050)-2910/2018 saylı, 21 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi), Zeynal Zeynalov və Tale Kərimov )
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, ərizəçinin 01 iyul 1975-ci ildən 31 iyul 1998-ci il tarixədək Masallı rayonu, sabiq “X2”də fəhlə işləsə də, lakin bu barədə əmək kitabçasında müvafiq qeydiyyatın aparılmamasına, ərizəçinin həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsinə, Masallı rayonu, “X1” 1975-1998-ci illərə aid sənədlərinin Dövlət Arxivinə təhvil verilməməsinə, ərizəçinin iddia etdiyi faktların şahid ifadələri ilə təsdiq edilməsinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Maraqlı şəxs qətnamdən kassaiya şikayəti verib, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, ərizənin rədd edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına istinad edilmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5332/2019 nömrəli, 23 avqust 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1153/2019 saylı, 19 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır.
16. Kassasiya instansiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyilə razılaşmayaraq qeyd edib ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, ərizədən görünür ki, ərizəçini n tələbi 01 iyul 1975-ci ildən 31 iyul 1998-ci il tarixədək Masallı rayonu, “X2də” fəhlə işləməsi faktının müəyyən edilməsindən və həmin illərin iş stajı kimi sosial stajına daxil edilməsi barədə qətnamə qəbul edilməsindən ibarətdir.
17. Azərbaycan Respublikası MPM-nin 305.1, 305.1.1 307.1, 307.2.1-307.2.11 və 308-ci maddələrinin mənasına görə, hüquqi əhəmiyyəti olan faktlar şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və onlara xitam verilməsinin asılı olduğu faktlardır. Qanun hüquqi faktlarla vətəndaşların və hüquqi şəxslərin əmlak hüquqlarının yaranmasını, dəyişməsini və onlara xitam verilməsini əlaqələndirir. Nəzərə almaq lazımdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi dedikdə, ya həmin faktın qeydiyyatının mövcud olmaması, ya da faktın qeydiyyatının müvafiq qaydasına əməl edilməməsi və ona əməl edilməsinin mümkünsüzlüyü, ya da hüquqi faktın əks olunduğu sənəddə buraxılan səhv ucbatından sənədin sübutetmə əhəmiyyətini itirməsi və həmin səhvin başqa qaydada aradan qaldırıla bilməməsi anlaşılır. İtirilmiş sənədlərin bərpasının mümkün olmaması dedikdə- həmin sənədləri qeydə alan müvafiq orqanın həmin sənədin düblikatını verə bilməsi imkanının olmaması nəzərdə tutulur.
18. Qanunverici burada əsas zəruri şərt kimi ərizəçinin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsini, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmadığını müəyy ən etmişdir. Bu eyni zamanda ondan irəli gəlir ki, hüquqi faktın əks olunduğu sənəd itirildikdə və ya onu başqa qaydada bərpa etmək mümkün olmadıqda həmin faktın mövcudluğu şübhə altına alınır və belə qeyri-müəyyənlik şəxsə həmin hüquqi faktdan irəli gələn subyektiv hüquqlarının (şəxsi və ya əmlak hüquqlarının) həyata keçirilməsində çətinliklər və maneələr yaradır. Elə bu məqsədlə qanunverici hüquq əhəmiyyəti olan faktların məhkəmə qaydasında müəyyən edilməsi qaydasını müəyyən etmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşarkən, gəldiyi nəticəni sadalanan maddələrin tələbləri baxımından kifayət qədər əsaslandırmadan, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş xxxx ifadələrini iş üzrə toplanm ış digər sübutlarla, o cümlədən ərizəçinin özünün izahatı ilə yanaşı yoxlayıb, həmin sübutlara Azərbaycan Respublikası MPM-nin 88, 106.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət vermədən, ərizəçinin 01 iyul 1975-ci ildən 31 iyul 1998-ci il tarixədək fəhlə işləməsini iddia etdiyi Masallı rayonu, “Boradigah 2 saylı çay fabriki”nin hüquqi statusuna, fəaliyyət göstəribgöstərməməsinə aydınlıq gətirmədən, ərizəçinin iddia etdiyi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsinə dair məhkəməyə heç bir yazılı sübut təqdim etməməsinə əhəmiyyət vermədən, yalnız Masallı rayon Dövlət Arxivinin 06 noyabr 2018-ci il tarixli arayışına və birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələrinə əsaslanaraq ərizəni təmin etmişdir. Halbuki, sözügedən arxiv arayışı ilə m üəyyən olunur ki, Masallı rayonu, Boradigah qəsəbəsinin ərazisində fəaliyyət göstərmiş “Boradigah 2 saylı çay fabriki”nin sənədləri, o cümlədən fabrikin əmrlər kitabı, əmək haqqı sənədləri ümumiyyətlə Masallı rayon Dövlət Arxivinə təhvil verilməyib. Bu səbəbdən də ərizəçinin “Boradigah 2 saylı çay fabrikin”də işləyib-işləməməsi barədə, eləcə də fabrikin nə vaxt yaranması və ya nə vaxt ləğv edilməsi barədə Dövlət Arxivində heç bir məlumat yoxdur.
20. Apellyasiya instansiyası məhkəməsi ərizəçinin fəhlə kimi işləməsini iddia etdiyi “Boradigah 2 saylı çay fabriki”nin fəaliyyət göstərməməsi və bu səbəbdən də ərizəçinin iddia etdiyi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi qənaətinə gəlsə də, gəldiyi nəticəni hər hansı mötəbər yazılı sübutlarla əsaslandırmamışdır. Digər tərəfdən işdən görünür ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş xxx ifadələrində ərizəçinin sözügedən fabrikdə fəhlə işləməsini bildirmiş və ifadələrinin doğruluğunu təsdiq etmək üçün məhkəməyə əmək kitabçalarının surətlərini təqdim etmişlər. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan şahidlərin adlarına sözügedən fabrik tərəfindən əmək kitabçaları verildiyi və əmək kitabçaları onların özlərində olduğu halda, onlarla bir fabrikdə işləmiş ərizəçiyə əmək kitabçasının verilməməsinin səbəblərini aydınlaşdırmadan, ərizəçinin izahatı ilə şahidlərin ifadələri arasındakı ziddiyyətlərə aydınlıq gətirmədən ərizəni təmin etmişdir. Halbuki, işə əlavə edilmiş əmək kitabçalarının surətlərindən, o cümlədən şahidlərin özlərinin ifadələrindən görünür ki, sözügedən fabrikdə şahid B araməli Məmmədov 30 iyun 1983-cü ildən 01 avqust 1997-ci il tarixədək, şahid xxx 08 dekabr 1981-ci ildən 02 yanvar 2000-ci il tarixədək, şahid xxx isə 12 fevral 1975-ci ildən 21 aprel 1992-ci il tarixədək işləmişlər.
21. Apellyasiya instansiyası məhkəməsi bu hala da diqqət yetirmədən, ərizəçinin 01 iyul 1975-ci ildən 31 iyul 1998-ci il tarixədək Masallı rayonu, sabiq “X2”də fəhlə işləməsi faktının şahid ifadələri ilə də tam təsdiqini tapmamasına əhəmiyyət vermədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
22. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-211/2020 nömrəli, 04 mart 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Masalı Rayon Məhkəməsini n 2(050)-2910/2018 saylı, 21 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fehruz Abbasov (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və Fuad Soltanov )
23. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, kassasiya instansiyası məhkəməsinin 23.08.2019-cu il tarixli qərarındakı göstərişlər (hüquqi mövqe) nəzərə alınaraq təkrar apellyasiya baxışı zamanı apellyasiya instansiya məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsindən 28.01.2020-ci il tarixli məlumat daxil olmuşdur. Vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən 28.01.2020-ci il tarixə Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən "xxxx" ASC-nin (VÖEN:**********) fəaliyyəti 02.01.2007-ci il tarixdən 01.01.2017-ci il tarixəd ək dayandırılmışdır. "xxxx" ASC “Boradigah 2 saylı çay fabriki”nin bazasında yaradılmış və onun hüquqi varisidir. Hazırda adı çəkilən hüquqi şəxsin fəaliyyəti aktivdir.
24. Bundan əlavə, apellyasiya instansiya məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş 26.02.2020-ci il tarixli məlumatın verilməsi haqqında məktuba əsasən 26.02.2020-ci il tarixə baza və arxiv məlumatlarına əsasən Masallı rayonu “Boradigah 1 saylı çay fabriki” adlı hüquqi şəxsin qeydiyyatı və fəaliyyəti barədə 6 saylı Ərazi Vergilər Baş İdarəsində heç bir məlumat mövcud deyildir.
25. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmiş, ərizəçinin işləməsi faktı ilə bağlı məlumatların əmr və mühasibatlıq kitablarına qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirilməli idi və bu ərizəçidən asılı olmayan səbəb olduğundan, eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu olduğundan, (burada əmr və mühasibatlıq kitablarında müvafiq qeydiyyatın aparılması vəzifəli şəxs olaraq işəgötürənin borcu olması nəzərdə tutulur) qanunla ona verilmiş hüquqlarının həyata keçirilməsi, yəni pensiya hüququndan istifadəyə məhdudiyyət qoyula bilməz. Ərizəçinin işləməsi şahid ifadələri ilə təsdiq olunur ki, həmin şahidlərin ifadələri bir-birilərini inkar etməməklə, birinin ifadəsi digərinin ifa dəsini tamamlayır. Bu da həmin şahidlərin ifadələrinin mötəbərliyi üçün əsas yaradır. Belə olan halda ərizəçinin işləməsi ilə bağlı əmr və mühasibatlıq kitablarının olmamasına görə pensiya təyin edilməsindən imtina edilməsi və ya pensiya təyin edilməməsi əsaslı qəbul edilməməlidir.
26. Apellyasiya instansiya məhkəməsi qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 217, 305.1.1, 308, 310-cu maddələri, 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67, 69-cu maddələri, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 3.2.5-ci bəndi ilə əsaslandırmışdır. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
27. Maraqlı şəxs kassasiya şikayəti verib, qətnamənin ləğv, ərizənin rədd edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayətinin dəlilləri: - işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Hazırkı mübahisə üzrə ərizəçi hansı səbəbdən əmək kitabçasının olmadığını, əmək fəaliyyəti barəsində sənədlərin konkret olaraq hansı üzrlü səbəblərə görə təqdim edə bilməməsi və başqa qaydada bərpasının mümkün olmaması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir; - həmçinin, apelyasiya instansiyası məhkəməsi ərizəçinin iddi a etdiyi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsinə dair məhkəməyə heç bir yazılı sübut təqdim etməməsi, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslərə sözügedən fabrik tərəfindən əmək kitabçaları verildiyi və əmək kitabçaları onların özlərində olduğu halda, onlarla bir fabrikdə işləmiş ərizəçiyə əmək kitabçasının verilməməsinin səbəblərinin aydınlaşdırılması, ərizəçinin 01 iyul 1975-ci ildən 31 iyul 1998-ci il tarixədək Masallı rayonu, sabiq “X2”də fəhlə işləməsi faktının şahid ifadələri ilə də tam təsdiqini tapmaması ilə bağlı Ali Məhkəmənin göstərişlərini təkrar apelyasiya baxışı zamanı da yerinə yetirməmiş, qeyd olunan məsələlərlə bağlı yenə də heç bir araşdırma aparmamışdır; - qanunvericilik normalarına və işin hallarına əsasən ilk növbədə məhkəmə ərizədə göstərilən faktın müəyyən edilməsinə əsas və zərurət olmadığı üçün ərizəni geri qaytarmalı idi. Məhkəmə ərizəni icraata qəbul edib mahiyyəti üzrə baxırdısa o zaman da qanunvericilik normalarının tələblərinə əsasən işi həll etməli idi. Lakin məhkəmə qanunsuz olaraq ərizəni icraata qəbul edərək faktı təsdiq etmiş, faktı təsdiq edərkən isə qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur.
29. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4273/20 nömrəli, 12 oktyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-211/2020 nömrəli, 04 mart 2020-c- il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır.
30. Kassasiya instansiyası qeyd edib ki, haz rıkı iş üzrə kassasiya instansiya məhkəməsinin əvvəlki qərarı ilə apelyasiya instansiyası məhkəməsinə bir sıra göstərişlər verilmişdir. Qərarda qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşarkən, gəldiyi nəticəni sadalanan maddələrin tələbləri baxımından kifayət qədər əsaslandırmadan, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslərin ifadələrini iş üzrə toplanmış digər sübutlarla, o cümlədən ərizəçinin özünün izahatı ilə yanaşı yoxlayıb, həmin sübutlara MPM-nin 88, 106.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət vermədən, ərizəçinin 01 iyul 1975-ci ildən 31 iyul 1998-ci il tarixədək fəhlə işləməsini iddia etdiyi müəssisənin hüquqi statusuna, fəaliyyət göstərib-göstərməməsi nə aydınlıq gətirmədən, ərizəçinin iddia etdiyi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsinə dair məhkəməyə heç bir yazılı sübut təqdim etməməsinə əhəmiyyət vermədən, yalnız Masallı rayon Dövlət Arxivinin 06 noyabr 2018-ci il tarixli arayışına və birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələrinə əsaslanaraq ərizəni təmin etmişdir.
31. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Nəzərə almaq lazımdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydadaala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
32. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.4-cü bəndinə müvafiq olaraq lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması, yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü nəzərdə tutulur. Göründüyü kimi, qanunverici hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin əsas zəruri şərti kimi ərizəçinin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsini, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmadığını müəyyən etmişdir. Bu eyni zamanda ondan irəli gəlir ki, hüquqi faktın əks olunduğu sənəd itirildikdə və ya onu başqa qaydada bərpa etmək mümkün olmadıqda həmin faktın mövcudluğu şübhə altın a alınır və belə qeyri-müəyyənlik şəxsə həmin hüquqi faktdan irəli gələn subyektiv hüquqlarının (şəxsi və ya əmlak hüquqlarının) həyata keçirilməsində çətinliklər və maneələr yaradır. Elə bu məqsədlə qanunverici hüquq əhəmiyyəti olan faktların məhkəmə qaydasında müəyyən edilməsi qaydasını müəyyən etmişdir. Baxılan iş üzrə ərizəçi X2də işləməsi faktının müəyyən olunmasını xahiş edir. İddiaçının təqdim etdiyi şahidlər də müxtəlif dövrlərdə X2də çalışmışlar. Lakin iddiaçının təqdim etdiyi yazılı sənədlərdə və məhkəmənin sorğusu əsasında əldə edilmiş arayışlarda Boradigah 1 saylı çay fabriki və Boradigah 2 saylı çay fabriki ilə bağlı məlumatlar əks olunur.
33. İş materialları əsasında iddiaçının işləməsi faktının müəyyən olunmasını xahiş etdiyi və şahidlərin işlədiyi X1 və ya onun hüquqi var isinin, yaxud onun tabe olduğu müvafiq qurumun mövcud olub-olmadığı, həmin müəssisə ilə Boradigah 1 saylı çay fabriki və ya Boradigah 2 saylı çay fabriki arasında hər hansı hüquqi bağlılığın olub olmadığı müəyyən edilmir. Mövcud vəziyyətdə isə ərizəçinin tanınmasını xahiş etdiyi hüquqi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyi, yaxud itirilmiş sənədin bərpasının mümkün olmadığı barədə qənaətə gəlmək mümkün deyil.
34. Mövcud vəziyyətdə isə ərizəçinin tanınmasını xahiş etdiyi hüquqi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyi, yaxud itirilmiş sənədin bərpasının mümkün olmadığı barədə qənaətə gəlmək mümkün deyil. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
35. Apellyasiya instansiyası məhkəməsində işə üçüncü dəfə baxılarkən sorğular verilmi şdir. Sorğu nəticəsində alınmış Masallı rayonu Boradigah Çay-2 ASC-nin 09 mart 2021-ci il tarixli məktubuna əsasən Masallı rayonu Boradigah Çay-2-nin bütün arxiv sənədləri 16 dekabr 2018-ci ildə Masallı Arxiv İdarəsinə təhvil verilmişdir. Masallı rayonu Boradigah Çay-2-nin fəaliyyəti olmadığından 2017-ci ildə Ərizəçi əmək fəaliyyəti Boradigah Çay-da müəyyən olunmamışdır.
36. Masallı rayon Dövlət Arxivinin 04 may 2021-ci il tarixli 196 nömrəli arxiv arayışına əsasən Masallı rayonu “Boradigah 2 saylı çay fabriki”nin sənədləri həqiqətən də 16.12.2018-ci il tarixdə Masallı rayon Dövlət Arxivinə qəbul edilib. “Boradigah 2 saylı çay fabriki” 22.12.1984-cü il tarixdə fəaliyyətə başlayıb ki, Ərizəçi da, 01.07.1975-ci ildən “Boradigah 2 saylı çay fabriki”ndə işləməsi mümkün deyil. Fabrikin ilk əmrl ərinin və işdən çıxma əmri ehtimal olunan 31.07.1998-ci il tarixdə ən yaxın tarixlərə uyğun əmrlərin təsdiq olunmuş surətləri məhkəməyə göndərilir. Masallı rayon Dövlət Arxivinə təhvil verilmiş 1985-ci ildən 1996-cı ilə kimi olan əmək haqqı sənədləri araşdırılmış və Ərizəçi əmək haqqı alması barədə məlumatlara rast gəlinməmişdir.
37. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-797/2021 nömrəli, 18 may 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Masalı Rayon Məhkəməsinin 2(050)-2910/2018 saylı, 21 noyabr 2018-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək., Ərizəçi oğlunun “X3”ndə fəhlə kimi işlədiyi illərin iş stajı kimi stajına daxil edilməsi barədə ərizəsi təmin edilməmişdir. (hakimlər Zəki Bab ayev (sədrlik edən və məruzəçi), Nüsrət Mirzəyev və Elşad Əliyev )
38. Apellyasiya məhkəməsi qeyd edib ki, birinci instansiya məhkəməsi Ərizəçi Masallı rayonu sabiq “X3”ndə 01 iyul 1975-ci il tarixdən 31 iyul 1998-ci il tarixə kimi fəhlə işləməsi hər hansı qaydada sübuta yetirilmədiyi halda ərizəçinin tələbini yalnız şahid ifadələrinə istinad etməklə təmin etməkdə haqlı olmamışdır. Belə ki, Masallı rayon sabiq “X3”ndə işləmiş şahidlərin əmək kitabçalarının olması, “X3”nin hansı tarixə kimi fəaliyyət göstərməsi, “Boradigah 2 saylı çay fabriki”nin 22 dekabr 1984-cü il tarixdə fəaliyyətə başlaması, həmin müəssisənin 1985-ci ildən 1996-cı ilə kimi olan əmək haqqı sənədləri araşdırılarkən Ərizəçi əmək haqqı alması barədə məlumatların aşkar olunmaması ərizəçinin həmin müəssisələrdə işləməsini tə kzib edir.
39. Apellyasiya məhkəməsi MPM-in 4.1, 5.1, 307, 308 və 310-cu maddələrinə istinadən onu da vurğulayıb ki, adı çəkilən hüquq normalarına əsasən hər bir fiziki və hüquqi şəxsin məhkəməyə müraciət etmək hüquqları vardır. Bu müraciətlərin mahiyyəti və məzmunu fərqli xarakter daşıya bilər. Bu fərqli mahiyyətli və məzmunlu müraciətlərə xüsusi icraat çərçivəsində baxılan müraciətlər də daxil edilir. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi xüsusi icraat çərçivəsində baxılan müraciətlərin tərkib hissəsidir. Hüquq normalarından aydın olur ki, hüquqi əhəmiyyətli faktlarla bağlı məhkəməyə fiziki şəxsin həmin faktların müəyyən edilməsinin məhkəmədən kənar müəyyən edilməsi imkanları tükənsin və yaxud həmin sənədlərin əldə olunması mümkün olmasın. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
40. Ərizəçi qətnamədən kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
41. Kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən MPM-in 14, 77 və 88ci maddələrinin pozulmasına istinad edilib. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
42. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
43. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 8 saylı regional ərazi filialının vəkili Məmmədova Yeganə Bayram qızı kassasiya şikayətini qəb ul etməyərək, onun təmin edilməməsini xahiş etdi.
44. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ərizəçi və onun vəkili məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkə mə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə
310. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların ay dınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsi nin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edil məsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə ərizəçi tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Məh kəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ərizəçinin öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməməsinə istinad edərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv, ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
49. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi ərizə üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, hazırki iş üzrə kassasiya məhkəməsinin qərarlarında verdiyi göstərişlərə əməl edərək, müvafiq sorğular nəticəsində aldığı sənədlərə əsasən qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
50. Mülki Pro sessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı çəkilən qanunvericilik norması hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsinin zəruri şərtini müəyyən etmişdir. Həmin şərtə görə hüquqi əhəmiyyəti olan fakt özü-özlüyündə mövcud olmalı və yalnız ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməzsə və ya itirilmiş sənədləri bərpa etmək mümkün olmadığı hallarda müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər.
51. Apellyasiya məhkəməsinin müəyyən etdiyi işin hallarından isə görünür ki, “Boradigah 2 saylı çay fabriki” 22 dekabr 1984-cü il tarixdə fəaliyyət ə başlayıb, həmin müəssisənin 1985-ci ildən 1996-cı ilə kimi olan əmək haqqı sənədləri araşdırılarkən Ərizəçi əmək haqqı alması barədə məlumatların aşkar olunmayıb, bu da ərizəçinin həmin müəssisədə işləməsini təkzib edir. Başqa sözlə, ən azı hüquqi əhəmiyyəti olan faktın mövcud olması sübut edilməyib.
52. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası tərəfindən prosessual hüquq normalarının pozulması barədə kassasiya şikayətinin dəlillərini əsasız sayır.
53. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənləri, MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi oğlunun kassas iya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-797/2021 nömrəli, 18 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.