Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5577/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Hüsamədddin oğlunun Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma) 29.11.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı, (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Hüsamədddin oğlunun Cavabdeh qarşı “avtomobilin geri qaytarılması və pul” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)756/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 29 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasınd a yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən, 2002-ci il buraxılışlı, ** BM *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E320” minik markalı avtomobil İddiaçı adına qeydə alınmışdır. 2. 26 iyul 2013-cü il tarixli 95 nömrəli müqavilənin surətinə əsasən, X2 və Bərpası Müəssisəsi tərəfindən Qalınçaq meşəbəyliyinin 18-ci kvartalının 21-ci bölməsindən meşə bərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü (meşə ilə örtülü olmayan) sahədən istirahət-rekreasiya məqsədi ilə 0,30 hektar sahə Cavabdeh verilmişdir.
3. Cavabdeh Meşələrin İnkişafı Xidmətinə ünvanladığı 18 avqust 2021-ci il tarixli ərizəyə əsasən, Cavabdeh onunla X2 və Bərpası Müəssisəsi arasında 0,30 hektar sahə üçün is tirahət-rekreasiya məqsədi ilə bir il müddətinə bağlanmış 01 may 2017-ci il tarixli 43 qeydiyyat nömrəli istifadə müqaviləsinə xitam verilməsinə kömək edilməsini və həmin ərazinin X1 adına keçməsinə razılıq verdiyini bildirərək bunun rəsmiləşdirilməsində köməklik göstərilməsini xahiş etmişdir. 4. 06 noyabr 2021-ci il tarixli ********* nömrəli və 08 dekabr 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzlərinə əsasən, iddiaçı tərəfindən ümumilikdə 130,00 manat dövlət rüsumu ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək “Mercedes Benz E320” minik markalı, ** BM *** seriya nömrəli avtomobilin geri qaytarılması, 2500 manat pul və ödədiy i dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlə İsmayıllı rayonu Qurbanəfəndi kəndi ilə üzbəüz kafedə tanış olmuşdur. Həmin kafenin üzərində "satılır" lövhəsini görmüş və kafeni almaq üçün cavabdehlə kafenin satış qiyməti ilə maraqlanmışdır. İlk öncə cavabdeh kafeni 30000 manata satdığını demişdir. O, qardaşı Rəşad Əliyevə zəng edərək bu barədə məlumat vermişdir. Ertəsi gün o, qardaşı ilə birlikdə cavabdehlə həmin kafedə görüşmüşlər. Söhbət zamanı məlum olmuşdur ki, həmin kafenin sənədləri yoxdur. Cavabdeh həmin kafenin sənədlərini düzəldəcəyini söyləmişdir. Onlar qeyd olunan kafeni almaq üçün cavabdehlə 20000 manata r azılaşmış və həmin pulun içində olmaq şərti ilə cavabdeh onlara sənədləri tam şəkildə verəcəyini bildirmişdir. Cavabdeh kafeni işlətmək üçün onların ixtiyarlarına vermişdir. Onlar kafedə yeni inşa işləri və təqribən 4000 manat civarında bərpa işləri görmüşlər. Bərpa işlərindən sonra kafeni işlətməyə başlamışlar. Cavabdeh hər dəfə gələrək onlardan sənədləri düzəltmək adı ilə hissə-hissə pul alaraq toplamda 2500 manat pul almışdır. Aralarında danışığa əsasən 20000 manat pulu vermək üçün o, özünə məxsus “Mercedes Benz E320” minik markalı ** BM *** qeydiyyat nişanlı avtomobilini satıb pulu verəcəyini söyləmişdir. Cavabdeh həmin avtomobili 20000 manat pulun əvəzində ondan almışdır. O, özünə məxsus “Mercedes Benz E320” minik markalı ** BM *** qeydiyyat nişanlı avtomobili cavabdehə etibarnamə i lə vermişdir. Bundan sonra uzun müddət keçməsinə baxmayaraq cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək kafenin sənədlərini düzəltməmişdir. Onlara sonradan məlum olmuşdur ki, həmin kafe Meşə İdarəsinin ərazisində yerləşir və həmin ərazi Meşə İdarəsinin balansındadır. Həmin ərazinin cavabdehin icarəsində və ya istifadəsində olmasına dair heç bir sənəd yoxdur. Bundan sonra o, həmin avtomobilin mülkiyyətçisi kimi etibarnaməni ləğv etdirmişdir. Bir neçə gün sonra həmin avtomobil Sumqayıt şəhərində cərimə meydançasına aparmışlar. Polis İdarəsindən ona zəng edilərək həmin yerə gəlməyini bildirmişlər. O, qardaşı ilə Sumqayıt şəhərinə getmiş və avtomobilin cərimə meydançasında olmadığını görmüşlər. O, oradan çıxdıqdan sonra bu barədə 102 xidmətinə zəng edərək məlumat vermişdir. O, dəfələrlə cav abdehdən “Mercedes Benz E320” minik markalı, ** BM *** qeydiyyat nişanlı avtomobilin və 2500 manat pul geri qaytarmasını tələb etsə də sonuncu bundan müxtəlif bəhanələrlə yayınmışdır. Bu səbəbdən də o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. “Mercedes Benz E320” minik markalı, ** BM *** qeydiyyat nişanlı avtomobilin geri qaytarılmasını, 2500 manat pul və ödədiyi dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılmasını tələb edir.
7. Birinci instansiya məhkəməsində cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, o, iddiaçı ilə İsmayıllı rayonu Qurbanəfəndi kəndi ilə üzbəüz kafedə tanış olmuşdur. O, qeyd olunan kafeni 30000 manata satmaq qərarına gəlmiş və iddiaçı həmin kafeni almaq istədiyini bildirmişdir. O, iddiaçı ilə kafenin satış qiymətini 20000 manata razılaşmışlar. O, iddiaçıya qeyd olunan kafenin sənədlərinin olmadığı barədə məlumat vermişdir. Həmin kafenin sənədlərini qaydasına qoyacağını iddiaçıya bildirmişdir. İddiaçı bununla razılaşmış və o, kafeni işlətmək üçün iddiaçıya təhvil vermişdir. İddiaçı əvvəlcə ona 2500 manat pul vermişdir. Aralarında danışığa əsasən 20000 manat pulu vermək üçün iddiaçı özünə məxsus “Mercedes Benz E320” minik markalı ** BM *** qeydiyyat nişanlı avtomobilini satıb pulu ona verəcəyini söyləmişdir. O, həmin avtomobili 20000 manat pulun əvəzində etibarnamə əsasında iddiaçıdan almışdır. Həmin avtomobili o, başqa şəxsə satmışdır. O, həmin kafenin sənədlərinin düzəldilməsi üçün müvafiq dövlət orqanlarına müraciət etmişdir. Qeyd olunan kafenin sənədlərinin düzəldilməsində ləngimələr yaranmış və ləngiməl ər aradan qalxdıqdan sonra o, həmin kafenin sənədlərini düzəldib iddiaçıya verəcəkdir.
8. İsmayıllı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, 2(037)-142/2022 saylı qətnaməsi ilə (hakim R.S.Şirinov) iddia təmin edilmiş, “Mercedes Benz E320” minik markalı, ** BM *** qeydiyyat nişanlı avtomobil İddiaçı geri qaytarılması, Cavabdeh 2500 manat və 130 manat ödənilmiş dövlət rüsumunun – cəmi 2630 (iki min altı yüz otuz) manatın alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının cavabdehdən satın almaq istədiyi kafenin yerləşdiyi torpaq sahəsi X2 və Bərpası Müəssisəsinin balansındadır və həmin torpaq sahəsinin cavabdehin icarəsində və ya istifadəsində olmasına dair heç bir sənəd yoxdur. İddiaçı həmin kafenin satıldğını bildikdən sonra cavabdehlə aralarında kafenin satış qiymətini 20000 manata razılaşmışlar. Qeyd olunan kafenin sənədləri olmamış və razılaşmaya əsasən cavabdeh həmin kafenin sənədlərini yaxın müddətdə düzəldib iddiaçıya təhvil verməli idi. İddiaçı əvvəlcə cavabdehə 2500 manat pul vermiş, sonra isə iddiaçı özünə məxsus “Mercedes Benz E320” minik markalı ** BM *** qeydiyyat nişanlı avtomobili 20000 manat pulun əvəzində cavabdehə etibarnamə əsasında vermişdir. Uzun müddət keçməsinə baxmayaraq, cavabdeh kafenin sənədlərini düzəltməmişdir. Bundan sonra iddiaçı dəfələrlə cavabdehdən “Mercedes Benz E320” minik markalı, ** BM *** qeydiyyat nişanlı avtomobili və 2500 manat pulu geri qaytarmasını tələb etsə də sonuncu müxtəlif bəhanələr gətirərək bundan yayınmışdır. Cavabdeh həmin avtomobili etibarnamə əsasında başqa şəxsə satmışdır. İddiaçı həmin avtomobilin mülkiyyətçisi kimi etibarnaməni ləğv etdirmişdir.
10. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırki mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı "Mercedes Benz E320" minik markalı, ** BM *** qeydiyyat nişanlı avtomobilin geri qaytarılmasını, 2500 manat pul və ödədiyi dövlə t rüsumunun cavabdehden alınaraq ona qaytarılmasını tələb edir. Cavabdeh iddia tələbini əsassız hesab edərək rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarına əsaslanaraq qərara gəlmişdir ki, iddiaçı kafenin satın alınması üçün özünə məxsus "Mercedes Benz E320" minik markalı ** BM *** qeydiyyat nişanlı avtomobili və 2500 manat pulu cavabdehə verməsi faktı sübuta yetirilmişdir. Cavabdeh qeyd olunan kafenin razılaşmış dəyərini iddiaçıdan alaraq sənədsiz olaraq satmış və həmin kafeni iddiaçının adına rəsmiləşdirməmişdir. Qeyd olunan maddi hüquq normalarına və müəyyən edilmiş hallara əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh kafenin sənədlərini düzəltmədən razılaşma ilə müəyyən edilmiş kafenin dəyərini almaqla və həmin məbləği iddiaçıya qaytarmamaqla iddiaçının hesabına əmlak əldə e tmiş əsassız varlanan şəxs sayılır. Cavabdeh əsassız varlanmadan əldə etdiyi vəsaiti iddiaçıya qaytarmalı olduğundan məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1091.1, 1091.2, 1092.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassız hesab edilməli, tətbiq edilməli olan hüquq normaları tətbiq edilməlidir. Məh kəmə qətnaməni kobud maddi və prosessual hüquq pozuntuları ilə qəbul etmişdir. Belə bir qətnamə qüvvədə saxlanıla bilməz. Belə ki, məhkəmə nəzərə almamışdır ki, o, İsmayıllı rayonu, Qurban əfəndi kəndində yerləşən kafesini 2021-ci ilin iyul ayından iddiaçıya təhvil vermiş və təxminən 4 aya iddiaçı həmin obyektdən 10.000 manat gəlir əldə etmişdir. Ona 17000 manat pulu avtomobillə əvəzləyib vermiş və 2500 manatı 3 dəfəyə vermiş, sentyabr ayında axırıncı pulu verəndə bildirmişdir ki, sənədlər tam hazır olanda verəcəkdir. 500 manat onda qalmışdır. Hətta ona obyektin işıq pulu olan 42 manatı da ödətdirmişdir. 28 sentyabr 2021-ci il tarixdən də hal-hazıra kimi sənədlər nazirlikdədir hazır olmasını gözləyir. Beləliklə də o öz vədlərini vicdanla yerinə yetirsə də iddiaçı vicdansızcasına hərəkət ed ərək onu əsassız olaraq məhkəməyə vermiş və məhkəmədə də onun bu yalanlarına inanmışdır. Lakin İsmayıllı Rayon Məhkəməsi isə qanunu pozaraq iddianı rədd etmək əvəzinə aralarında sanki razılaşmanın olmasına əhəmiyyət verməyərək və tərəflərin vicdansızcasına hərəkət etməsini görməməzlikdən gələrək iddiaçı ilə aralarında razılaşma olmamış kimi əsassız və qanunsuz olaraq pulu və avtomobilin iddiaçıya verilməsi üstəlik də obyektə sahib olmasına iddiaçıya əsassız imtiyazlar və üstünlük yaratmaqla digər tərəfin ağır maddi vəziyyətə düşməsinə şərait yaratmaqla qanunu pozmuşdur. Lakin qeyd etmək istəyir ki, məhkəmə tərəfindən qətnamə qəbul olunarkən, eləcə də, bundan sonra da, onun 2-ci qrup əlil olmağı, ailə və maddi vəziyyəti və sairə məsələləri nəzərə alınmamışdır. Ona görə də, məhkəmə tərəfində n qətnamənin ləğv edilməsi ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsinə müraciət edir. İsmayıllı Rayon Məhkəməsi qanunsuz və əsassız və ədalətsiz qətnamə çıxartmışdır. Məhkəmə tətbiq edilməli olan hüquq normasını, eləcə də, ölkədə qanunla təyin edilmiş və bütün Respublika ərazisində qüvvədə olan mülki qanunvericiliyin normalarına əməl etməyərək, əlil ailənin mənafeyini nəzərə almayaraq, qanunu düzgün tətbiq etməmişdir ki, bu da həmin qətnamənin ləğvi üçün əsasdır.
15. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(107)-756/22 nömrəli iş üzrə 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.A.Mahmudov, (sədrlik edən və məruzəçi), M.A.Əsədli və G.İ.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnamə si apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
17. Kollegiya qeyd etmişdir ki, apellyasiya şikayətində cavabdeh iddiaçı ilə aralarında olan razılaşmanı pozmadığını, qarşı tərəfin fikrini dəyişməsi səbəbindən problemin həllində mübahisə yarandığını göstərir. Məhkəmə kollegiyası şikayətin dəlilini əsassız hesab edir. Çünki tərəflər alqı-satqı müqaviləsi bağlamağa hazırlaşsalar da sonda əmlakın (kafenin) sənədlərində olan çatışmazlıq səbəbindən alqı-satqı prosesi baş tutmamışdır. Ona görə də hazırkı vəziyyətdə cavabdehin iddiaçıya qarşı hər hansı tələbi əsassızdır.
18. Cavabdehin apellyasiya şikayətində, o cümlədən məhkəmə iclasında mübahisələndirdiyi digər hal iddiaçı tərəfin neçə aydır həmin kafedən istifadə edərək qazanc əldə etməsi olmuşdur. Belə ki, cavabdeh 2500 manat məbləğində pulun, həmçinin mübahisəli avtomobilin dəyərinin iddiaçıya qaytarmağa hazır olduğunu bildirməklə yanaşı, iddiaçı tərəfin kafedən əldə etdiyi qazancının ümumi məbləğdən çıxılmasını tələb edir. İddiaçı isə ümumiyyətlə kafedən heç bir gəlir götü rmədiyini bəyan edir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin etirazının bu hissəsini sübut etmək məhz onun üzərinə düşür. Lakin məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq cavabdeh etirazının bu hissəsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmiş, etmiş olsa da belə, kollegiyanın qənaətinə görə onun bu dəlili hazırki mübahisənin predmeti olmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi normaların tələblərini pozmuş, mübahisəyə düzgün qiym ət verməmişdir. İşə baxılarkən ayrı-ayrı məhkəmə tərkibləri arasında mübahisənin əsası, əmlak və pulun və əsil borclunun və s. müəyyən edilməsinə münasibətdə fərqli hüquqi yanaşmaların mövcud olduğu müəyyən olunmuşdur. Məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Məhkəmələr burada qarşı tərəfin əməllərində Azərbaycan Respublikası CM-nin 177-ci və 178-ci, 179-cu maddələrinin əlamətləri də olmasına baxmayaraq bunlara hüquqi qiymət belə verməmişlər. İşə baxan məhkəmələr Mülki Məcəllənin 1091.1, 1090.2.-ci maddələrinin tələblərini kobud şəkildə pozmuşlar. Məhkəmə tərəfindən həmçinin qətnamə qəbul olunarkən, eləcə də, bundan sonra da, onun 2-ci qrup əlil olmağı, ailə və maddi vəziyyəti və.s məsələləri nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
23. Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdı.
24. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
25. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
26. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə h üququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
27. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
29. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər.
30. Maddə 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.
31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
32. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin h ərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
33. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir..
34. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
35. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
36. Maddə 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edi lir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. MPM
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı ol malıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 41 6.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araş dırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımd an apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallar ına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-756/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.