Məhkəmə qərarları › İş №2(102)-5578/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5578/2022

19.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5578/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 sentyabr 2022-ci il tarixli, 2(107)-1143/2022 saylı qərardadından İddiaçı kassasiya şikayəti üzrə işə 19 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi, İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh onun mülkiyyətində olan Mingəçevir şəhəri, M.Füzuli küçəsində yerləşən, 23 saylı evin 03 saylı mənzilindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh isə məhkəmədə İddiaçı qarşı qarşılıqlı iddia verərək, onun Mingəçevir şəhəri, M.Füzuli küçəsi 23 saylı evin 03 saylı mənzilindən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.K.Kərimova) ilk iddia rədd, qarşılıqlı iddia təmin edilərək, Cavabdeh Mingəçevir şəhəri, M.Füzuli küçəsi 23 saylı evin 03 saylı mənzilindən istifadə hüququnun tanınması qət edilib. Birinci instansiya m əhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, Mingəçevir şəhəri, M.Füzuli küçəsi 23 saylı evin 03 saylı mənzili X mülkiyyətində olub və sonuncu İddiaçı atası, Cavabdeh isə dayısı olub. 1992-ci ildə X bacısı qızı Cavabdeh həmin mənzilə köçürüb və mənzilə qeydiyyata düşməsinə razılıq verib. 1995-ci ilədək onlar mənzildə birlikdə yaşayıb, ümumi təsərrüfatı birgə idarə etmişlər. Həmçinin, 1992-ci ildə tərəflər faktiki nikah münasibətinə girmişlər və həmin vaxtdan Cavabdeh fasiləsiz və etirazsız olaraq mübahisəli mənzildə yaşayır. Göründüyü kimi, Cavabdeh sözügedən mənzildən istifadə hüququ əmələ gəlib və onun həmin mənzildən çıxarılması üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini mübahisəli hüquq münasibəti əmələ gələrkən qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 123-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 sentyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər G.İ.Cavadova sədrlik edən, məruzəçi, M.A.Əsədli və V.İ.Məlikov) İddiaçı iş üzrə Mingəçevir şəhər məhkəməsinin 14 iyun 2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilib və apellyasiya şikayəti mülki işlə birlikdə Mingəçevir şəhər məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nətic əni onunla əsaslandırıb ki, iş üzrə Mingəçevir şəhər məhkəməsinin 14 iyun 2022 tarixli qətnaməsi “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemində iddiaçının nümayəndəsi-vəkili Vəkil1 məxsus şəxsi elektron kabinetdə 22 iyun 2022-ci il tarixdə yerləşdirilib, apellyasiya şikayəti isə 28 iyul 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olub. Göründüyü kimi, apellyasiya şikayətinin verilməsi müddəti 23 iyul 2022-ci il tarixdə bitdiyi halda, apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, 28 iyul 2022-ci il tarixdə verilib. Bu səbəbdən də İddiaçı sözügedən qətnamədən verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 360, 363.1.3-ci maddələrinin və digər mülki prosessual normaların tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, onun qətnamədən verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş edib. İddiaçı kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi onun qətnamədən verdiyi apellyasiya şikayətini qeri-mümkün hesab edərkən, Mülki Prosessual Məcəllənin tələblərini pozub və iş üzrə düzgün olmayan qərardad qəbul edib. K assasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haq qında ərizə verilməklə eyni zamanda müddət buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və sair); 360.1-ci maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər; 363.1.3-cü maddəsinin tələblərinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır; Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi); Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməs i kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib, işdə, apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, Mülki Pros essual Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddət buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 360.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələblərinə görə ap ellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Apellyasiya instansiyası məhkəməsi, sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə tətbiq edib, işin hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, iş üzrə Mingəçevir şəhər məhkəməsinin 14 iyun 2022 tarixli qətnaməsi “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemində iddiaçının nümayəndəsi-vəkili Vəkil1 məxsus şəxsi elektron kabinetdə 22 iyun 2022-ci il tarixdə yerləşdirilib, apellyasiya şikayəti isə 28 iyul 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olub. Göründüyü kimi, apellyasiya şikayətinin verilməsi müddəti 23 iyul 2022-ci il tarixdə bi tdiyi halda, apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, 28 iyul 2022-ci il tarixdə verilib. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi, İddiaçı sözügedən qətnamədən verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanı qeyri-mümkün hesab etməklə düzgün nəticəyə gəlib və yuxarıda sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan prosessual normaların tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də əsassız sayıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı qətnamədən verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanı qeyrimümkün hesab edərkən, düzgün nəticəyə gəlib. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 sentyabr 2022-ci il tarixli, 2(107)-1143/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar