Məhkəmə qərarları › İş №2(102)-558/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-558/2023

14.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-558/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı5 və İddiaçı2 cavabdeh «Cavabdeh» MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin boşaldılması və tikililərin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-141/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aş ağıdakı qərarı qəbul etdi. İşin halları

1. Xızı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə 3,50 ha torpaq sahəsi X3, X1, İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı5 və İddiaçı2 birgə mülkiyyətinə verilmişdir. 2. 21 yanvar 2010-cu il tarixdə Xızı rayonu, Sitalçay kəndində yerləşən 3,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə “Cavabdeh” MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində vərəqində qeydiyyata alınmışdır. 3. 20 fevral 2010-cu il tarixdə Xızı rayonu, Sitalçay kəndində yerləşən 3,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə “Cavabdeh” MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

4. Xızı rayon İcra Hakimiyyəti başçısının 241 nömrəli, 10 iyun 2010-cu il tar ixli “Tikintiyə icazə verilməsi barədə” sərəncamı ilə Xızı rayon İcra hakimiyəti başçısının Memarlıq və tikinti bölməsinin 10 iyun 2010-cu il tarixli memarlıq planlaşdırma tapşırığına və həmin bölmənin “Tikintiyə icazə verilməsi barədə” rəyi nəzərə alınmaqla, “Cavabdeh” MMC-yə mülkiyyətində olan 6,0 ha torpaq sahəsində damazlıq və inkubator sahəsinin tikintisinə icazə verilmişdir.

5. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib olunmuş 10 may 2018-ci il tarixli akta əsasən, JN-190 nömrəli Dövlət aktı ilə verilmiş 3,50 ha torpaq sahəsinə baxış keçirilmiş, torpaq sahəsinin üzərində mülkiyyətçiyə aid olmayan tikililər yerləşdiyi məlum olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçılar İdd iaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı5 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xızı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli, 17 saylı qərarı əsasında iddiaçılara verilmiş, Xızı rayonu, Sitalçay kəndi ərazisində yerləşən (Dövlət aktı JN-190 nömrəli) 3,50 ha torpaq sahəsinin boşaldılması və orada olan tikililərin sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

7. İddiaçılar tələblərini işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq belə əsaslandırmışlar ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 10 may 2018-ci il tarixli akta əsasən JN-190 nömrəli Dövlət aktı ilə verilmiş 3,50 ha torpaq sahəsinə baxış keçirilmişdir. Məlum olmuşdur ki, torpaq sahəsi üzə rində mülkiyyətçilərə aid olmayan tikililər mövcuddur. Araşdırma aparılmış və müəyyən olunmuşdur ki, mülkiyyətçisi olduqları torpaq sahəsini zəbt edən və orada binalar tikən «Cavabdeh» MMC-dir. Cəmiyyətin işçiləri onları torpaq sahəsinə buraxmırlar. Məsələ ilə əlaqədar olaraq Xızı rayon Polis şöbəsinin rəisinə məktubla müraciət etmişlər. Xızı rayon PŞ-nin 27 iyun 2018-ci il tarixli, 165-3346/1218 saylı məktubu ilə onlara bildiriblər ki, mübahisə mülki xarakterli olduğuna görə məhkəməyə müraciət edilsin. Cavabdeh tərəfindən zəbt edilən torpaq sahəsi onlara məxsusdur. Cavabdeh qeyri-qanuni olaraq onların torpaq sahəsindən istifadə etməklə torpaq üzərində mülkiyyət hüquqlarını kobud surətdə pozur.

8. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kad astrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 26 iyul 2019-cu il tarixli, **********92 saylı mütəxəssis rəyinə əsasən aparılmış araşdırma nəticəsində mübahisələndirilən ərazidə mülkiyyətçilərə aid olan pay torpaq sahələrinin əvvəllər istifadə edilən "Pulkova 1942" koordinat sistemində işlənməsi səbəbindən, yerquruluşu layihəsində göstərilmiş pay torpaq sahələri ilə, ümumi olaraq naturada olan faktiki istifadə vəziyyətləri arasında uyğunsuzluqlar mövcud olduğu müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən naturada yerli baxış keçirilən zaman iddiaçıların faktiki istifadə etdikləri torpaq sahəsini göstərməməsi səbəbindən sözügedən torpaq sahəsinin koordinatlarını müəyyən etmək və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi t ərəfindən 20 fevral 1999-cu il tarixdə verilmiş JN-190 (kod ********) nömrəli “Torpağa mülkiyyət huququna dair Dövlət aktına əsasən ümumi mülkiyyətlərinə verilmiş 3,50 hektar torpaq sahəsi ilə uyğun olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis tərəfindən aparılmış araşdırmalar nəticəsində elektron baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (reyestr nömrəsi **********37) Cavabdeh" MMC-nin xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 3,0 hektar torpaq sahəsinin koordinatlarının natura ilə uyğun olduğu müəyyən edilmişdir. Sözügedən torpaq sahəsi mütəxəssis rəyinə əlavə edilmiş sxemdə 1 (bir) kimi qeyd olunmuşdur. Mütəxəssis rəyinin məlumatlarını nəzərə alaraq elektron baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyya tı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (reyestr nömrəsi **********96) “Cavabdeh” MMC-nin xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 3,0 hektar torpaq sahəsinin koordinatlarının naturada “Cavabdeh” MMC-nin mülkiyyətində olan torpaq sahəsi ilə 0,067 hektar hissədə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Mütəxəssis rəyinin məlumatlarını nəzərə alaraq, elektron bazada mövcud olan Xızı rayonunun ümumi “dwg” fayl məlumatlarına əsasən X3 və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 3,5 hektar torpaq sahəsinin koordinatlarının əvvəllər istifadə edilən “Pulkova 1942” koordinat sistemində işlənməsi səbəbindən natura ilə uyğunsuzluq təşkil etdiyi və bu səbəbdən, “Cavabdeh” MMC-nin mülkiyyətində olan torpaq sahəsi ilə 0,747 hektar hissədə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən naturada yerli baxış keçirilən zaman iddiaçıların faktiki istifadə etdikləri torpaq sahəsini göstərməməsi səbəbindən, sözügedən torpaq sahəsinin koordinatlarını müəyyən etmək və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən 20 fevral 1999-cu il tarixdə verilmiş JN-190 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən ümumi mülkiyyətlərinə verilmiş 3,50 hektar torpaq sahəsi ilə uyğun olubolmamasını müəyyən etmək mümkün olmamışdır.

9. Xızı Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2(068)-3/2019 nömrəli qətnaməsi ilə (hakim İ.Hacıyev) iddia qismən təmin edilmiş, cavabdeh “Cavabdeh” MMCnin Xızı rayonu, Sitalçay kəndi ərazisində yerləşən, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı5 və İddiaçı 3 mülkiyyətində olan 0,067 ha və 0,747 ha torpaq sahəsindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 3,5 hektar torpaq sahəsinin bir hissəsi yəni, cavabdeh “Cavabdeh” MMC-nin mülkiyyətində olan torpaq sahəsi ilə 0,747 hektar hissədə və 0,067 hektar hissədə üstüstə düşdüyü, eyni zamanda, iddiaçılara məxsus torpaq sahəsinin “Cavabdeh” MMC-nin mülkiyyətində olan torpaq sahəsində qanuni əsaslarla inşa olunaraq istifadə edilən tikililərin yerləşdiyi sahə ilə üst-üstə düşmədiyi müəyyən olunduğundan, iddia tələbi torpaq sahəsinin boşaldılması hissəsində qismən təmin edilməli, tikililərin sökülməsi hissəsində isə təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. İddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

12. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən – iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin bütünlüklə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2020-ci il tarixli ekspert rəyinə əsasən aparılmış araşdırma nəticəsində, mübahisələndirilən ərazidə mülkiyyətçilərə aid olan pay torpaq sahələrinin əvvəllər istifadə edilən "Pulkova 1942" koordinat sistemində işlənməsi səbəbindən, yerquruluşu layihəsində göstərilmiş pay torpaq sahələri ilə, ümumi olaraq naturada olan faktiki istifadə vəziyyətləri arasında uyğunsuzluqlar mövcud olduğu müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən naturada yerli baxış keçirilən zaman iddiaçıların faktiki istifadə etdikləri torpaq sahəsini göstərməməsi səbəbindən, sözügedən torpaq sahəsinin koordinatlarını müəyyən etmək və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən 20 fevral 1999-cu il tarixdə verilmiş JN-190 (kod ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən ümumi mülkiyyətlərinə verilmiş 3,50 hektar torpaq sahəsi ilə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Aparılmış araşdırmalar nəticəsində elektron baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (reyestr nömrəsi **** ******37) “Cavabdeh" MMC-nin xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 3,0 hektar torpaq sahəsinin koordinatlarının natura ilə uyğun olduğu müəyyən edilmişdir. Sözügedən torpaq sahəsi mütəxəssis rəyinə əlavə edilmiş sxemdə 1 (bir) kimi qeyd olunmuşdur. Mütəxəssis rəyinin məlumatları nəzərə alınaraq elektron baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (reyestr nömrəsi **********96) "xxxx" Quşçuluq MMC-nin xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 3,0 ha torpaq sahəsinin koordinatlarının naturada “Cavabdeh” MMC-nin faktiki istifadəsində olan sxemdə “B” kimi qeyd olunan 0,7288 hektar (mişar daşı ilə hasara alınmış) torpaq sahəsi ilə 0,067 hektar hissədə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Elektron bazada mövcud olan Xızı rayonunun ümumi “dwg” fayl məlumatlarına əsasən X3 və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 3,5 hektar torpaq sahəsinin koordinatlarının əvvəllər istifadə edilən “Pulkova 1942” koordinat sistemində işlənməsi səbəbindən natura ilə uyğunsuzluq təşkil etdiyi və bu səbəbdən, “Cavabdeh” MMC-nin faktiki istifadəsində olan mütəxəssis rəyinə əlavə edilən sxemdə “A" kimi qeyd edilən 1,6488 ha torpaq sahəsi ilə 0,747 hektar hissədə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən naturada yerli baxış keçirilən zaman iddiaçıların faktiki istifadə etdikləri torpaq sahəsini göstərməməsi səbəbindən, sözügedən torpaq sahəsinin koordinatlarını müəyyən etmək və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən 20 fevral 1999-cu İl tarixdə verilmiş JN-190 (k od ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən ümumi mülkiyyətlərinə verilmiş 3,50 hektar torpaq sahəsi ilə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.

14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 avqust 2020-ci il tarixli 2(105)-441/2020 nömrəli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) cavabdeh “Cavabdeh” MMC-nin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, cavabdeh “Cavabdeh” MMC-nin Xızı rayonu, Sitalçay kəndi ərazisində yerləşən, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı5 və İddiaçı3 mülkiyyətində olan 0,067 ha və 0,747 ha torpaq sahəsindən çıxarılması hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə də təmin edilməməsi, qətnamən in qalan hissədə dəyişdirilmədən saxlanılması, iddiaçıların apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçılara aid olan pay torpaq sahələrinin əvvəllər istifadə edilən koordinat sistemində işlənməsi səbəbindən yerquruluşu layihəsində göstərilmiş pay torpaq sahələri ilə, ümumi olaraq naturada olan faktiki istifadə vəziyyətləri arasında uyğunsuzluqlar mövcud olduğu müəyyən edilmişdir. Naturada yerli baxış keçirilən zaman iddiaçıların faktiki istifadə etdikləri torpaq sahəsini göstərməməsi səbəbindən, sözügedən torpaq sahəsinin koordinatlarını müəyyən etmək və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən 20 fevral 1999-cu il tarixdə verilmiş JN-190 (kod ********) nömrəli "Torpağa mül kiyyət hüququna dair Dövlət aktına əsasən ümumi mülkiyyətlərinə verilmiş 3,50 hektar torpaq sahəsi ilə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.

16. Bundan başqa, elektron baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla cavabdehin xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 3,0 hektar torpaq sahəsinin koordinatlarının natura ilə uyğun olduğu müəyyən edilmişdir. Beləliklə, iddiaçıların adına olan dövlət aktında göstərilən koordinatların natura ilə uyğun olmaması, eləcə də elektron baza məlumatlarına əsasən cavabdehin xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 3,0 hektar torpaq sahəsinin koordinatlarının natura ilə uyğun olduğu müəyyən edilmişdir.

17. Bununla da müəyyən edilmişdir ki, cavabdeh hüquqların dövlət qeydiyyatı haqqınd a daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla ona ayrılmış torpaq sahəsində tikililər tikməklə ondan istifadə edir. Bu səbəbdən, iddia tələbi torpaq sahəsinin boşaldılması hissəsində təmin edilə bilməz. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

18. İddiaçı2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1063/2021 nömrəli, 15 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər – V.Həsənov (məruzəçi), İ.Dəmirov və Ə.Əhmədov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instans iyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi faktiki olaraq mötəbər olmayan rəyə istinadla, suallara tamamilə aydın olan şəkildə cavab verilməməsini, işin hallarının müəyyən olunmamış qalmasını nəzərə almamışdır. Buna görə də, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/871 №li, 16 iyun 2022-ci il tarixli ekspert rəyinə əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən 20 fevral 1999-cu il tarixdə verilmiş JN-190, kod 306 00018 saylı torpağa mülkiyyət hüququnda dair dövlət aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı5 və İddiaçı2 ümumi mülkiyyətinə 3.5 ha torpaq sahəsi, Seriya MA ******* nömrəli, 21 yanvar 2010-cu il tarixli AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən cavabdeh “Cavabdeh" MMC-nin mülkiyyətində olan 3.0 ha torpaq sahəsi, eləcə də seriya MA ******* nömrəli, 20 fevral 2010-cu il tarixli AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən cavabdeh "Cavabdeh" MMC-nin mülkiyyətində olan 3.0 ha torpaq sahəsi ayrılmışdır. Sözügedən əraziyə Dövlət aktı və Çıxarış ilə verilmiş torpaq sahələrinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar qe yd alınmışdır. Sözügedən ərazidə vətəndaşların bir qismində ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş köhnə (Pulkovo) koordinat sistemində olan Dövlət Aktları, digərlərində isə Dövlət Aktları əsasında Daşınmaz Əmlakın dövlət reyestri xidməti tərəfindən qeydiyyata alınmış (WGS-84) koordinat sistemində olan çıxarışlar mövcuddur. Vətəndaşlara verilmiş dövlət aktları və çıxarışlarla, faktiki istifadələrində olan torpaq sahələri arasında uyğunsuzluqlar (sürüşmələr) mövcud olduğundan məhkəmə tərəfindən qoyulan sualların cavablandırılması mümkün olmamışdır.

22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-141/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) cavabdehin a pellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, cavabdeh “Cavabdeh” MMC-nin Xızı rayonu, Sitalçay kəndi ərazisində yerləşən, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı5 və İddiaçı3 mülkiyyətində olan 0,067 ha və 0,747 ha torpaq sahəsindən çıxarılması hissəsində iddia tələbinin rədd edilməsi, iddiaçıların apellyasiya şikayətinin mübahisələndirilən hissədə təmin edilməməsi, mübahisələndirilən qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

23. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçılara məxsus torpaq sahəsi zəbt olunmamışdır. Əksinə, iddiaçılara dövlət aktı ilə məxsus torpaq sahəsi ilə cavabdehə Reyestr Xidməti tərəfindən yeni (WGS-84) koordinat sistemi ilə verilmiş çıxarışla məxsus olan torpaq sahələri uyğunsuzluq təşkil etdiyindən, torpaq sahələrinin müəyyən hissələrdə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu hal isə cavabdeh tərəfindən iddiaçılara məxsus torpaq sahəsinin zəbt edilməsi kimi qiymətləndirilə bilməz.

24. Məhkəmə kollegiyası nəzərə almışdır ki, iddiaçılarda ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktı, cavabdeh isə Reyestr Xidməti tərəfindən qeydə alınmış yeni (WGS-84) koordinat sistemində olan çıxarışda mövcud olsa da, iddiaçılar iddia etdikləri onlara məxsus torpaq sahəsinin üst-üstə düşən hissəsində cavabdehin adına qeydə alınmış çıxarış və planölçünü mübahisələndirməmişlər. Kassasiya şikayətini n və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı2 (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini belə əsaslandırmışdır ki, qətnamə qanunsuz və ədalətsizdir. Məhkəmə qərəzli olaraq bildirmişdir ki, iddiaçıların faktiki istifadə etdikləri torpaq sahəsini göstərməməsi səbəbindən, sözügedən torpaq sahəsinin koordinatlarını müəyyən etmək və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən 20 fevral 1999-cu il tarixdə verilmiş JN-190 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən ümumi mülkiyyətlər inə verilmiş 3,50 hektar torpaq sahəsi ilə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bu hal həqiqətə uyğun deyil, iddiaçılar özlərinə məxsus torpaq sahələrini olduğu kimi göstərə bilmişlər. Məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırmamış, Ali Məhkəmənin göstərişlərinə əməl etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.

29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanun suz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

30. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

31. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

32. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obye ktiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tər əfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

39. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

41. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidə n baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

45. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

46. İddiaçılar Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 2 saylı LTİ tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli akta istinad etməklə bildirir ki, onların mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən zəbt olunaraq orada tikililər inşa edilmişdir.

47. Göründüyü kimi, iddia tələbinin əsaslı olub-olmaması iddiaçıların mülkiyyətində ol an torpağın cavabdeh tərəfindən zəbt edilib-edilməməsindən asılı olmaqla, xüsusi bilik tələb edən sahəyə aid olduğundan bu halın müəyyən edilməsi müvafiq ekspertizanın keçirilməsi yolu ilə mümkündür.

48. İşin halları ilə müəyyən edilir ki, işə ikinci apellyasiya baxışında baxan məhkəmə kollegiyası qeyd edilən məsələnin araşdırılması üçün ekspertiza təyin etmiş və ekspertizanın keçirilməsini Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmiş, eyni zamanda qeyd edilən məsələ üzrə mütəxəssis rəyinin verilməsi üçün ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir.

49. Bununla bağlı ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 28 ap rel 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən 20 fevral 1999-cu il tarixdə verilmiş JN-190, kod 30600018 saylı torpağa mülkiyyət hüququnda dair dövlət aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı5 və İddiaçı2 ümumi mülkiyyətinə 3.5 ha torpaq sahəsi, Seriya MA ******* nömrəli, 21 yanvar 2010-cu il tarixli AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən cavabdeh “Cavabdeh" MMC-nin mülkiyyətində olan 3.0 ha torpaq sahəsi, eləcə də seriya MA ******* nömrəli, 20 fevral 2010-cu il tarixli AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən cavabdeh "Cavabdeh" MMC-nin mülkiyyətində o lan 3.0 ha torpaq sahəsi ayrılmışdır. Sözügedən əraziyə Dövlət aktı və Çıxarış ilə verilmiş torpaq sahələrinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar qeyd alınmışdır. Sözügedən ərazidə vətəndaşların bir qismində ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş köhnə (Pulkovo) koordinat sistemində olan Dövlət Aktları, digərlərində isə Dövlət Aktları əsasında Daşınmaz Əmlakın dövlət reyestri xidməti tərəfindən qeydiyyata alınmış (WGS-84) koordinat sistemində olan çıxarışlar mövcuddur. Vətəndaşlara verilmiş dövlət aktları və çıxarışlarla, faktiki istifadələrində olan torpaq sahələri arasında uyğunsuzluqlar (sürüşmələr) mövcud olduğundan məhkəmə tərəfindən qoyulan sualların cavablandırılması mümkün olmamışdır.

50. Məhkəmə Ekspertiza Mərkəzi 2 saylı Sum qayıt Ərazi İdarəsinin yuxarıda qeyd edilən məktubunda göstərilənlərə istinad etməklə, iddiaçıların və cavabdehin mülkiyyətinə verilmiş dövlət aktında göstərilən məkan göstəriciləri ilə faktiki yerləşmə vəziyyəti arasında uyğunsuzluq olduğuna görə ekspertiza qarşısında qoyulmuş suallara cavab verməmiş, bununla bağlı gəldiyi nəticəni rəy adlandırsa da, faktiki olaraq rəy verməmişdir.

51. Belə ki, ekspert rəyi öz-özlüyündə digər kriteriyalarla yanaşı, o cümlədən, ekspertin qarşısında qoyulmuş suallar üzrə aparılmış tədqiqatı və bu tədqiqatın nəticəsində xüsusi bilik tələb edilən məsələlər üzrə ekspertin gəldiyi nəticəni əks etdirən yazılı bir sübut növüdür.

52. Məhkəmə Ekspertiza Mərkəzinin qeyd edilən mövqeyini qətnamədə əks etdirdikdən sonra işə baxan məhkəmə kollegiyası hər hansı bir qiym ətləndirmə aparmadan sonda bu nəticəyə gəlmişdir ki, ekspert tərəflərin mülkiyyətində olan torpaq sahələrinin dövlət aktındakı məkan göstəriciləri ilə faktiki yerləşmə vəziyyəti arasında uyğunsuzluğu müəyyən etdiyindən iddianı qismən təmin edən birinci instansiya məhkəməsi haqlı olmamışdır.

53. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, iddiaçıların tələbi məhz onların mülkiyyət hüququnu təsbit edən dövlət aktına, həmin aktda təsbit edilmiş məkan göstəricilərinə və müvafiq qurum tərəfindən tərtib edilmiş akta əsaslanmaqla ondan ibarətdir ki, cavabdeh onların torpaq sahəsini zəbt etmişdir.

54. Ona görə də, işə baxan məhkəmə kollegiyası həmin dövlət aktlarındakı məkan göstəricilərinə əsasən torpaq sahələrinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsini araşdırmalı və qiymət verməli idi.

55. Nəzərə alınmalıdır ki, iddiaçılara təqdim olunmuş akt və məhkəməyə mütəxəssis rəyi təqdim etmiş qurumların hər ikisi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin strukturuna daxildir. Belə olan halda, eyni Komitəyə tabe qurumların fərqli nəticələrə gəlməsi daha ətraflı araşdırılmalı, tərəflərin mülkiyyətin hüququnun qorunmasına, mülkiyyət hüququna qanunsuz müdaxilənin qarşısının alınmasına nail olunmalıdır.

56. Bu zaman məhkəmə mülki prosessual qanunvericiliklə (MPM-in 63.2, 64.2-ci maddələri) müəyyən edilmiş imkanlardan istifadə edərək, akt və rəylərin tərtib edilməsində iştirak etmiş ekspert və mütəxəssislərin məhkəməyə gələrək izahat verməsi imkanlarından da istifadə edə bilər.

57. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, Nazirlər Kabinetinin 28 aprel 2016-ci il tarixli 250s saylı Sərəncamı ilə həyata keçirilən dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planının məqsədi dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlarla yanaşı xüsusi mülkiyyətdə olan torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsindən ibarət olmaqla, həmin sistem və xəritələrin torpaqlarının yerdəki faktiki istifadə vəziyyətinin məkan göstəricilərinə görə deyil, yalnız ayrı-ayrı fiziki və hüquqi şəxslərə səlahiyyətli dövlət orqanla rı tərəfindən verilmiş sənədlərin, o cümlədən X2 tərəfindən verilmiş torpağa mülkiyyət hüququnu təsbit edən dövlət aktlarının məkan göstəriciləri əsasında aparılmasından ibarətdir.

58. Beləliklə, işin göstərilən halları onu təsbit edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14 və 88-ci maddəsinin tələblərinə zidd olmaqla, qanuni və əsaslı deyildir.

59. MPM-in 9, 14 və 88-ci maddələrinə əsasən tam hüquqlu məhkəmə kimi işə baxan apellyasiya instansiyası məhkəməsi əgər qanunda göstərilən müstəsna hallar mövcud deyilsə, yalnız işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qərar qəbul etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sə nədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.

60. Eyni zamanda prosessual qanunvericiliyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquq i aktlar göstərilməlidir.

61. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

62. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

63. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-141/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar