Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5581/2019 20.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı KB ASC-nin vəkili X1 iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli, 2(103)11688/2018 saylı qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 08 iyun 2018-ci il tarixli, 2(004)-593/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim T.C.Xəlilova) İ ddiaçı KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs X2 qarşı “kreditin, ona hesablanmış faizlərin və cərimənin ödənilməsi, tutmanın ipotepka predmetinə yönəldilməsi, ipoteka predmetinin boşaldılması” barədə iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödəniş vaxtı milli manata məzənnədə 30 yanvar 2014-cü il tarixli kredit müqaviləsi üzrə 10 avqust 2017-ci il tarixə əsas borca görə 108.212 ABŞ dolları, faiz borcuna görə 9.457,77 ABŞ dolları, dəbbə puluna görə 2.600 ABŞ dolları, cəmi 120.269,77 ABŞ dolları; 15 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə 10 avqust 2017-ci il tarixə əsas borca görə 77.200,96 ABŞ dolları, faiz borcuna görə 7.926,96 ABŞ dolları, dəbbə puluna görə 1.600 ABŞ doiları, cəmi 85.129,52 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkil ata ödənilməsi, tutmanın Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş xxx rayonu. xxx şəhərində yerləşən 0,30 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 1.075,76 kv.metr olan əmlak kompleksinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 403.000 manat müəyyən edilməsi və iddia ərizəsinin ipoteka predmetinin boşaldılması hissəsində rədd edilməsi qət olunub.Cavabdeh1 qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı “kreditin, ona hesablanmış faizlərin və cərimənin ödənilməsi, tutmanın ipotepka predmetinə yönəldilməsi, ipoteka predmetinin boşaldılması” barədə iddia qaldırıb və tələblərini o nunla əsaslandırıb ki,20 iyul 2011-ci il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanan 28 yanvar 2014-cü il tarixli sazişə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 1.000.000 manat məbləğində kredit xətti açılıb və kreditin bitmə tarixi 30 yanvar 2019-cu il tarixədək müəyyən edilib. 30 yanvar 2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 16 faiz ödəmək şərti ilə 350.000 ABŞ dolları kredit verilib. Həmin əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 21 oktyabr 2016-ci il tarixli sazişə əsasən kreditin bitmə müddəti 28 fevral 2018-ci il tarixədək müəyyən edilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi digər Cavabdeh2lə 30 yanvar 2014-cü il tarixli zaminlik müqavilə si bağlanıb. Eləcə də 15 may 2015-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 14 faiz ödəmək şərtilə 136.000 ABŞ dolları kredit verilib və həmin əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 21 oktyabr 2016-ci il tarixli sazişə əsasən kreditin bitmə müddəti 15 noyabr 2018-ci il tarixədək müəyyən edilib. Eləcə də iddiaçı təşkilatla Cavabdeh1 arasında bağlanan 20 iyul 2011-ci il tarixli ipoteka müqaviləsinə və ona dəyişikliklər edilməsi haqqında 28 yanvar 2014-cü il tarixli sazişə əsasən Cavabdeh1 mülkiyyətində olan xxx rayonu, xxx şəhərində yerləşən əmlak kompleksi və onun yerləşdiyi 0,30 ha torpaq sahəsi iddiaçı təşkilatın xeyrinə ipoteka qoyulub. İddiaçı təşkilat kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetir sə də, cavabdehlər həmin müqavilələr üzrə öhdəliklərini yerinə yetirməyib.Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunub. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı KB ASC-nin vəkili xxx məhkəmə iclasında k assasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh1, vəkili Xəqani Musayev, digər Cavabdeh2 və üçüncü şəxs Gülnarə Əliyeva məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı KB ASC vəkili xxxun izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tə tbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəbbə pulunun tutulması hissəsində Cavabdeh1 münasibətdə dəyişdirib, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, tərəflər arasında kredit, ipoteka və zaminlik müqavilələri üzrə öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsinə, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə, dəbbə pulunun tənasübsüz surətdə yüksək olmasına istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 462.1, 467-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassa siya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 20 iyul 2011-ci il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanan 28 yanvar 2014-cü il tarixli sazişə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 1.000.000 manat məbləğində kredit xətti açılıb və kreditin bitmə tarixi 30 yanvar 2019-c u il tarixədək müəyyən edilib. 30 yanvar 2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 16 faiz ödəmək şərti ilə 350.000 ABŞ dolları kredit verilib. Həmin əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 21 oktyabr 2016-ci il tarixli sazişə əsasən kreditin bitmə müddəti 28 fevral 2018-ci il tarixədək müəyyən edilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi digər Cavabdeh2lə 30 yanvar 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanıb. Eləcə də 15 may 2015-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 14 faiz ödəmək şərtilə 136.000 ABŞ dolları kredit verilib və həmin əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqınd a 21 oktyabr 2016-ci il tarixli sazişə əsasən kreditin bitmə müddəti 15 noyabr 2018-ci il tarixədək müəyyən edilib. Eləcə də iddiaçı təşkilatla Cavabdeh1 arasında bağlanan 20 iyul 2011-ci il tarixli ipoteka müqaviləsinə və ona dəyişikliklər edilməsi haqqında 28 yanvar 2014cü il tarixli sazişə əsasən Cavabdeh1 mülkiyyətində olan xxx rayonu, xxx şəhərində yerləşən əmlak kompleksi və onun yerləşdiyi 0,30 ha torpaq sahəsi iddiaçı təşkilatın xeyrinə ipoteka qoyulub. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə, əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllən in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, tərəflər arasında kredit, ipoteka, zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, sözügedən kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun olması, kredit müqavilələri üzrə dəbbə pulunun məbləğinin düzgün müəyyən edilməməsi, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəbbə pulunun tutulması hissəsində dəyişdirilib və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılıb və sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilib. İşdən görünür ki, Cavabdeh1 qətnamədən kassasiya şikayətini şikayət xatirinə verib və o, kassasiya şikayətin də apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, faiz borcunun və dəbbə pulunun məbləğinin düzgün müəyyən edilməməsini və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmayıb və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblə rinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənatə gəlir ki, kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanla ra əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli, 2(103)-11688/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5581/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5581/2019
20.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver