Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5582/2021 18.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 Ağahüseyn oğluna, Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilələrin bağlanmış hesab edilməsi və çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili X10, Cavabdeh4 iştirakları ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1562/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, 17.08.2014-cü il tarixdə vəfat etmiş X17 vərəsəsi İddiaçı miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Quba rayon torpaq şöbəsi tərəfindən 28.02.2001-ci il tarixdə X14 verilmiş seriya nömrəsi JN-856, KOD 30319018 olan Dövlət Aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,44 ha olan torpaq sahəsindən ibarət olmuşdur. “Ölüm haqqında Şəhadətnamə”nin surətindən görünür ki, X17 17.08.2014-cü il tarixdə ünvan 1ində anadan olmuşdur. Quba rayonu, İ Nügədi Bələdiyyəsinin 14.10.2019-cu il tarixli arayış ından görünür ki, ünvan 1i ərazisində olan Cavabdeh1 və ailə üzvlərinin adına olan 1,33 ha və X3 adına olan 0,19 ha pay torpaqları 2004-cü ildən etibarən ünvan 1 sakini X17 tərəfindən 2014-cü ildən etibarən hal-hazıra kimi oğlu X19 tərəfindən əkilib becərilmiş və torpaq vergiləri onlar tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5966/2019 saylı, 26.08.2019-cu il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-1133/2019 saylı iş üzrə 02 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı iddia tələbindən imtinasının təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. 20.09.2004-cü il tarixli müqaviləsindən görünür ki, Cavabdeh1, Cavabdeh2, X5, Cavabdeh4, Cavabdeh5 Ağahüseyn oğlu və X17 tərəf indən İ Nügədi kənd sakinləri X19, X11 və X6 şahidlikləri ilə tərtib edilmiş müqaviləyə əsasən, Ağahüseynovlar ailəsinə Ağahüseyn, Mehriban, Kamilə, Pənah, Pərvizə 10/X-2001- ci il tarixdə Dövlət Yerqurlayihə İnstitutu tərəfindən verilmiş JN-868 saylı, kod 30319018 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onlara məxsus olan ünvan 1ində yerləşən 0,80 ha əkin sahəsi 0.53,2 ha bağ sahəsi olmaqla cəmi 1,33 ha torpaq sahəsini bir miloyn yeddi yüz min manata X2. Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Ağahüseyn oğluna Quba rayon AİKnın 23.03.1999-cu il tarixli, 07 saylı qərarına əsasən, JN:868, KOD 30319018 saylı Dövlət Aktı tərtib edilərək, 1,33 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Cavabde h5 Ağahüseyn oğluna məxsus “hərbi bilet”in surətindən görünür ki, Cavabdeh5 Ağahüseyn oğlu 08.01.2004-cü il tarixdə həqiqi hərbi xidmətə çağırılmış və 02.07.2005-ci il tarixədə Azərbaycan Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. İş üzrə təyin edilmiş və keçirilmiş “Sənəd rekvizitlərin tədqiq” ekspertizasının 5/408 saylı, 06.08.2020-ci il tarixli ekspert rəyindən görünür ki, 20.09.2004-cü il tarixli müqavilədə montaj əlamətləri müəyyən edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ində yerləşən 1.33 ha torpaq sahəsinə dair X17 ilə Cavabdeh1, Cavabdeh2, Ağahüseynova (Nurəhmədli) Kamilə Ağahüseyn qızı, Cavabdeh4, Cavabdeh5 Ağahüseyn oğlu arasında imzalanmış 20 sentyabr 2004-cü il ta rixli alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ünvan 1ində yerləşən 1.33 ha torpaq sahəsinə dair X12 adına çıxarışın verilməsini Daşımaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon AİK-nın 23 mart 1999-cu il tarixli qərarı ilə ünvan 1i ərazisində yerləşən 1.33 ha torpaq sahəsi JN-868 kod 30319018 saylı torpağın mülkiyyət hüququna dair Dövlət aktı ilə cavabdehlərə verilmişdir. Cavabdeh1 və digərləri ilə atası X17 arasında 20 sentyabr 2004-cü il tarixində imzalanmış yazılı alğı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi atasına satılmışdır. Həmin müqavilə şahidlərin iştirakı ilə imzalanmışdır. Qeyd olunan müqaviləyə görə satıcılar öz iradəl ərinə əsasən onlara məxsus olan torpaq sahəsini alıcıya təhvil vermiş alıcı isə bunun müqabilində 1.700.000 min köhnə Azərbaycan manatı satıcılara vermişdir. Həmçinin torpaq sahəsinə dair dövlət aktı müqavilə imzalanarkən 2 şahidin iştirakı ilə alıcıya təhvil verilmişdir. Müqavilə imzalandıqdan sonra torpaq sahəsi X12 istifadəsinə və sahibliyinə keçmiş 2014cü ildə isə o, rəhmətə getdikdən sonra həmin torpaq sahəsi onun vərəsələrinin istifadəsində olmuşdur. Torpağa dair alğı-satqı müqaviləsi bağlandıqdan sonra dəfələrlə müraciətlərinə baxmayaraq cavabdehlər həmin alğı-satqı müqaviləsini notariat qaydada təsdiq etməkdən boyun qaçırmışlar. Satıcılar hər dəfə bir bəhanə gətirərək eləcədə, bir araya yığışa bilmədiklərini əsas gətirərək notariata getməkdən imtina etmişlər. X7 2014-cü ildə rəhmət ə getdikdən sonra onlara məlum olmuşdur ki, bu iş üzrə Cavabdeh1 onlara məxsus torpaq sahəsinə dair torpaq aktının nüsxəsini alınması üçün həmin sənədin itirilməsi barədə «Şəfəq» qazetinin 16.12.2017-ci il tarixli nömrəsində elan yerləşdirmiş və həmin torpaq sahəsinə qanunsuz sahiblənmək istəmişdir. Belə olan halda onlar rəsmi olaraq Quba rayon polis şöbəsinə şikayət verərək, Daşınmaz əmlakın dövlət reyestr xidmətinin 5 saylı ərazi idarəsinə bu barədə xəbərdarlıq etmişlər. Sonradan satıcılar yəni Cavabdeh1 digərləri Quba Rayon Məhkəməsinə müraciət edərək qardaşı X15 qarşı xüsusi mülkiyyətdə olan torpaq sahəsinin qanunsuz sahibliyindən geri alınması və mülkiyyətçilərin sahibliyinə qaytarılması barədə iddia qaldırmışlar. Belə olan halda o, alğısatqı müqaviləsi əsasında torpağın mülkiyyətçisi olan X12 vərəsəsi olaraq Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan mülkiyyət hüququnun təmin olunması ilə bu iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Bundan öncə də Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və digərlərinə qarşı torpağa dair alğı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə iddia qaldırmışdır. Quba Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim R.Həsənov, iş № 2(027)-677/2020) İddiaçı ünvan 1ində yerləşən 1.33 ha torpaq sahəsinə dair X17 ilə Cavabdeh1, Cavabdeh2, Ağahüseynova (Nurəhmədli) Kamilə Ağahüseyn qızı, Cavabdeh4, Cavabdeh5 Ağahüseyn oğlu arasında imzalanmış 20 sentyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ünvan 1ində yerləşən 1.33 ha tor paq sahəsinə dair X12 adına çıxarışın verilməsini Daşımaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə İddiaçı mərhum atası X17 ilə Cavabdeh1 arasında 20 sentyabr 2004-cü il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin alğı-satqı müqaviləsinin 20.09.2004-cü il tarixdə bağlanmasına baxmayaraq iddiaçının atası X4 həmin müqaviləni notariat qaydasında rəsmiləşdirməmiş, alğı-satqı müqaviləsi əsasında istifadələrində olan ünvan 1ində yerləşən 1.33 ha torpaq sahəsinə dair çıxarış və ya hər hansı bir rəsmi qaydada sənəd əldə etməmişdir. Belə olan halda iddiaçının atası sağlığında mübahisəli torpaq sahəsi ilə bağlı hər hansı prosessual hərəkəti həyata keçirmədiyindən, hazırki iş üzrə iddiaçının həmin torpaq sahəsini məhkəmə qaydasında mübahisələndirməyə subyektiv hüququ yoxdur. Məhkəmə araşdırması ilə sübuta yetirilmişdir ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Ağahüseyn oğluna Quba rayon AİK-nın 23.03.1999-cu il tarixli, 07 saylı qərarına əsasən, JN:868, KOD 30319018 saylı Dövlət aktı tərtib edilərək, 1,33 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Yəni, mübahisəli torpaq sahəsi cavabdehlərin birgə mülkiyyətindədir. İddiaçı mərhum atası X17 ilə cavabdehlər arasında müqavilə əsasında ünvan 1ində yerləşən 0,80 ha əkin sahəsi 0.53,2 ha bağ sahəsi olmaqla cəmi 1,33 ha torpaq sahəsinin iddiaçının atasına satılmasının sübutu kimi məhkəməyə 20.09.2004-cü il tarixdə bağlanmış müqaviləni təqdim etsə də, müəyyən ol unmuşdur ki, ilk öncə həmin müqavilə bağlanan zaman Cavabdeh5 Ağahüseyn oğlu həqiqi hərbi xidmətdə olmuş və o, 2005-ci il tarixdə ehtiyyata buraxılmışdır. Daha sonra, cavabdeh X5 20.09.2004-cü il tarixli müqavilədə imzası qeyd olunmamışdır. Belə olan halda, cavabdehlər Cavabdeh5 Ağahüseyn oğlunun və X1 iştirakları və razılıqları olmadan həmin müqavilə tərtib edilmişdir. Bundan başqa X4 qeyd edilən müqavilənin rəsmiləşdirilməsi üçün heç bir hərəkət aparmamışdır. Məhkəmə hesab edir ki, iddianın təmin edilməsi cavabdehlər Cavabdeh5 Ağahüseyn oğlunun və X1 birgə mülkiyyət hüququnun pozulmasına səbəb olar. Bundan başqa, alğı-satqı müqaviləsi tərtib edilərkən, Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1.1.3-cü maddəsinin tələblərinə riayət edilməmiş və müqavilə notariat qaydasında təsdiqlənmə mişdir. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuşdur. Cavabdehlərlə müqavilə imzalayarkən qüvvədə olmuş və 24 iyun 2005-ci il 949-İİQD saylı Qanunla 01 noyabr 2005-ci ildə qüvvədən düşmüş Mülki Məcəllənin 335.2-ci maddəsinə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Lakin məhkəmə tərəfindən qanunun bu tələbinə riayət edilməmişdir. İşə baxan birinci instansiya məhkəməsi işi düzgün araşdırmamış, sübutlara düzgün qiymət verməmişdir. Məhkəmə cavab dehlərin ekspertizaya imza nümunələrini məhkəməyə təqdim etməkdən imtina etməsinə düzgün qiymət verməmişdir. Quba Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qətnaməsini ləğv edib, iddianın təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), T.Quliyev və E.Rəhimov, iş № 2(105)-1562/2021) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin iş üzrə 26 oktyabr 2020-ci il tarixli 2(027)-677/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tələb üzrə tərəflər arasında mübahisəli hüquq münasibətləri yaranan vaxt qüvvədə olan Azərbaycan Respublikası MM-nin 335.2-ci maddəsin də göstərilir ki, tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırarsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. İddiaçı qanunun tələblərinin birinci instansiya məhkəməsinin tərəfindən nəzərə almamasının düzgün hesab olunmaması barədə gətirdiyi dəlilə qiymət verərək, məhkəmə hesab etmişdir ki, həmin dəlil qəbul edilməməlidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, həmin müqavilə tərtib edilən zaman Cavabdeh4 həqiqi hərbi xidmətdə olmuşdur. Bundan başqa, digər cavabdeh K.Cavabdeh1nın həmin müqavilədə imzası qeyd edilməmişdir. İş üzrə İddiaçı mərhum atası Q.S.Nəc əfov ilə Cavabdeh1 arasında 20 sentyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinin 20.09.2004-cü il tarixdə bağlanmasına baxmayaraq iddiaçının atası Q.S.Nəcəfov sağlığında həmin müqaviləni notariat qaydasında rəsmiləşdirməmiş, alqısatqı müqaviləsi əsasında istifadələrində olan ünvan 1ində yerləşən 1.33 ha torpaq sahəsinə dair çıxarış və ya hər hansı bir rəsmi qaydada sənəd əldə etməmişdir. Belə olan halda iddiaçının atası sağlığında mübahisəli torpaq sahəsi ilə bağlı hər hansı prosessual hərəkəti həyata keçirmədiyindən, hazırki, iş üzrə iddiaçının həmin torpaq sahəsini məhkəmə qaydasında mübahisələndirməyə subyektiv hüququ yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəl illəri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)1562/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X16 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında v əkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası Cavabdeh4 izahatını dinləməmişdir. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 139-1.1.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlə rinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır hazırkı iş üzrə isə iddiaçının, faktiki mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsinin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 147-ci maddəsinə əsasən, təminat qeydinin aparılması üçün torpaq sahəsinin mülkiyyət çisi ilə torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxs arasında notarial formada bağlanılmış müqavilə tələb olunur. Müqavilədə digər müddəalarla yanaşı, torpaq sahəsinin mülkiyyətçisinin öz mülkiyyətində olan torpaq sahəsi barədə təminat qeydinin aparılmasına və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin həmin torpaq sahəsi barədə öz xeyrinə təminat qeydinin aparılmasına dair razılıqları, habelə müvafiq tələblər yerinə yetirildikdən sonra müqavilədən irəli gələn hüquqların xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı aydın şəkildə ifadə edilməlidir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bil ər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Tərəflər arasında mübahisəli hüquq münasibətləri yaranan vaxt qüvvədə olan Azərbaycan Respublikası MM-nin 335.2-ci maddəsində göstərilir ki, tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırarsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. 337.2-ci mad dəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 394-cü maddəsinə əsasən, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 406.2-ci maddəsinə əəsasən əg ər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifik atını, istismar təlimatını və i.a.) verməyə borcludur. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu i lə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsas ən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfi ndən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, «… işin mübahisəsiz halı o ndan ibarətdir ki, həmin müqavilə tərtib edilən zaman Cavabdeh4 həqiqi hərbi xidmətdə olmuşdur. Bundan başqa, digər cavabdeh K.Cavabdeh1nın həmin müqavilədə imzası qeyd edilməmişdir. İş üzrə İddiaçı mərhum atası Q.S.Nəcəfov ilə Cavabdeh1 arasında 20 sentyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinin 20.09.2004-cü il tarixdə bağlanmasına baxmayaraq iddiaçının atası Q.S.Nəcəfov sağlığında həmin müqaviləni notariat qaydasında rəsmiləşdirməmiş, alqı-satqı müqaviləsi əsasında istifadələrində olan ünvan 1ində yerləşən 1.33 ha torpaq sahəsinə dair çıxarış və ya hər hansı bir rəsmi qaydada sənəd əldə etməmişdir. Belə olan halda iddiaçının atası sağlığında mübahisəli torpaq sahəsi ilə bağlı hər hansı prosessual hərəkəti həyata keçirmədiyindən, hazırki, iş üzrə iddiaçının həmin torpaq sahəsini məhkəmə qaydasında mübahisələndirməyə subyektiv hüququ yoxdur.» Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1562/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5582/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5582/2021
18.11.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver