Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5584/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Quliyev Samir Rahib oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2019-cu il tarixli 2(103)3159/2019 saylı qətnaməsindən ilkin iddia tələbi üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon məhkəməsinin 09 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakim Z.Ə.Əliyev, iş № 2(009)-52/2018) İddiaçı cavabdeh “Cavabdeh-A” Mənzil Tikinti Kooperativinə qarşı iddiası təm in edilərək N-də yerləşən çoxmərtəbəli binanın 5-ci mərtəbəsindəki sahəsi 140,3 kv.metr olan mənzildən İddiaçı istifadə etməsinə MTK tərəfindən törədilən maneələrin aradan qaldırılması qət edilmişdir. Həmin qətnamə ilə “Cavabdeh-A” MTK-nın İddiaçı qarşı müqavilənin, maliyyə arayışının və kassa məxaric orderinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 may 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: M.A.Məmmədov, X.Ə.Sarıyev və H.Ü.Həmidov, iş № 2(103)4312/2018) MTK-nın apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 09 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli qər arı ilə (hakimlər: İ.K.Dəmirov, A.Ə.İsgəndərov və Ə.A.Əhmədov, iş № 2(102)7858/2018) MTK-nın kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Mərdanova, E.M.Həsənov və F.F.Babayev) MTK-nın apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Səbail rayon məhkəməsinin 09 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı MTK-ya qarşı iddiasının rədd edilməsi, müstəqil tələb irəli sürən 3-cü şəxs xxxx ASC-nin iddiasının təmin, qarşılıqlı iddia tələbinin qismən təmin edilib 10 oktyabr 2012-ci il tarixdə MTK ilə İddiaçı arasında yuxarıda göstərilən mənzilə dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi, “Cavabdeh-A” MTK-dan İddiaçı xeyrinə 140.300 manat məbləğində pul vəsaitinin tutulması, qarşılıqı iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. İşin halları: 10 oktyabr 2012-ci il tarixdə “Cavabdeh-A” MTK ilə İddiaçı arasında N ünvanında inşa edilən sahəsi 140,3 kv.metr olan mənzilə dair müqavilə bağlanmış və həmin müqaviləyə əsasən MTK İddiaçı mənzillə təmin etmək, sonuncu isə mənzilin tam dəyərini təşkil edən 140.300 manatı MTK-ya altı ay müddətində ödəmək barədə üzərlərinə öhdəlik götürmüşlər. Bundan sonra MTK tərəfindən İddiaçı mənzilin tam dəyərinin ödənilməsi və MTK-ya borcunun olmaması barədə maliyyə arayışı verilmişdir. 2016-cı ilin dekabr ayında İddiaçı iddia ərizəsi ilə məhk əməyə müraciət edərək müqaviləyə əsasən mənzilin dəyərinin tam ödənilməsinə baxmayaraq mənzilin ona təhvil verilməməsini və bununla əlaqədar ona maneələr törədilməsini əsas göstərməklə mənzildən istifadə etməsinə törədilən maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə cavabdeh “Cavabdeh-A” MTK qarşılıqlı iddia verərək iddiaçı ilə müqavilə bağlanan zaman MTK-nın rəhbəri olmuş mərhum X4 tanışları X3 və X2 tərəfindən verilmiş tikinti materiallarının əvəzi olaraq sonuncuların xahişi ilə mənzilin onların borclu olduqları İddiaçı verilməsini, əslində isə iddiaçı tərəfindən MTK-ya mənzilin dəyərinin ödənilməməsini əsas göstərməklə mənzilə dair MTK ilə İddiaçı arasında bağlanmış 10 oktyabr 2012-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 may 2018-ci il tarixli qətnaməsi Ali Məhkəmənin 04 dekabr 2018-ci il tarixli qərarı ilə ləğv edildikdən sonra işə təkrar apellyasiya instansiyası məhkəməsində baxılarkən “xxxx” ASC İddiaçı və MTK-ya qarşı iddia ərizəsi ilə məhkəmə kollegiyasına müraciət edərək Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi 17-də yerləşən 0,6 ha torpaq sahəsinin və onun üzərində olan tikilinin “Cavabdeh-A” MTK-nın götürdüyü kreditin müqabilində “xxxx” ASC-nin qarşısında ipoteka ilə yüklü edilməsini, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2011-ci il tarixli qətnaməsi ilə “Cavabdeh-A” MTK-dan bankın xeyrinə cəmi 1.689.496,10 ABŞ dolları məbləğində kredit borcunun tutulmasını və t utmanın ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə və onun üzərində yerləşən tikililərə yönəldilməsinin qət edilməsini, qətnamənin apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmasını, lakin hazırkı işə baxan məhkəmə instansiyalarının həmin halları nəzərə almadan nəticəyə gəlmələrini, iddiaçı ilə mənzilə dair əqdin Mülki Məcəllədə müəyyən olunmuş şərtlər pozulmaqla bağlanmasını əsas göstərməklə MTK ilə İddiaçı arasında bağlanmış 10 oktyabr 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İlkin iddia tələbi üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və onun iddia tələbinin təmin, bankın və MTK-nın iddia tələblərinin rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh və üçüncü şəxsin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən tə min olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi İddiaçı iddia tələbini rədd MTK-nın iddia tələbini qismən, bankın iddia tələbini isə təmin edərkən mübahisəli mənzilin yerləşdiyi binanın və torpaq sahəsinin (0,06 ha) “Cavabdeh-A” MTK-nın bankdan götürdüyü kreditin təminatı kimi ipoteka ilə yüklü edilməsini və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun tutulmasının ipoteka predmetinə yönəldilməsini, İddiaçıla bağlanmış 10 oktyabr 2012-ci il tarixli müqav ilənin həmin halın nəzərə alınmadan bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən etibarsız olmasını və s. əsas göstərmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi hərtərəfli yoxlanılmış və qiymətləndirilmiş sübutlara əsaslanmadığından, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından qanuni sayıla bilməz. MTK ilə iddiaçı arasında bağlanmış 10 oktyabr 2012-ci il tarixli müqavilənin məzmunundan aydın olur ki, həmin müqavilə bağlanarkən iddiaçıya verilməsi nəzərdə tutulmuş mənzilin yerləşdiyi binanın inşasına başlanmış və müqavilədə MTK-nın öhdəlikləri kimi tikinti quraşdırma işlərinin yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Müqavilədə mənzilin girovda olmaması və heç bir hüquqla yüklü edilməməsinə satı cı, yəni MTK tərəfindən zəmanət verilmişdir. MTK tərəfindən verilmiş və işin 8-ci səhifəsində olan maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən mənzilin tam dəyəri MTK-ya ödənilmişdir. İddiaçının maneələrin aradan qaldırılması tələbi ilə əlaqədar “Cavabdeh-A” MTK müqavilənin etibarsızlığı barədə qarşılıqlı tələb irəli sürərkən binanın bank qarşısında yüklü edilməsini bildirməmiş və müqavilənin başqa əsaslarla etibarsız sayılmasını tələb etmişdir. İşə təkrar apellyasiya qaydasında baxılarkən “xxxx” ASC 3-cü şəxs qismində işə qoşulub MTK ilə iddiaçı arasında bağlanmış müqavilənin etibarsız hesab olunması barədə tələb irəli sürdükdən sonra məlum olmuşdur ki, “Cavabdeh-A” MTK 19 iyul 2006-cı il tarixli kredit müqaviləsinə əsasən bankdan 18 ay müddətinə qaytarmaq şərti ilə 1.000.000 ABŞ d olları məbləğində kredit götürmüş və MTK-nın öhdəliklərinin təminatı kimi A.Abbaszadə küçəsi, 17-də yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində olan, habelə gələcəkdə inşa ediləcək bina və tikililər ipoteka ilə yüklü edilmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi bank tərəfindən təqdim olunmuş yuxarıda göstərilən kredit və ipoteka müqavilələrinə və kreditin tutulmasının ipoteka predmetinə yönəldilməsinə dair qətnaməsinə əsaslanıb MTK ilə iddiaçı arasında bağlanmış 10 oktyabr 2012-ci il tarixli müqaviləni etibarsız sayarkən 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 10 fevral 2011-ci il tarixli qətnaməsinin icra olunma vəziyyətini araşdırmamış və işin bu mühüm halına müvafiq qiymət verməmişdir. Kassasiya kollegiyasına təqdim olunmuş Səbail rayon icra şöbəsi rəisinin 03 noyabr 2016-cı il tarixli qərarından isə görünür ki, ipoteka müqaviləsinə əsasən girov qoyulmuş əmlaklar A.Abbaszadə küçəsi, 17 ünvanında aşkar olunmadığı üçün icra sənədi icra edilmədən sənədi vermiş məhkəməyə qaytarılmışdır. İcra sənədindən görünür ki, kredit müqaviləsi üzrə borca görə MTK-dan tutulmuş məbləğ cəmi 1.689.496,10 ABŞ dolları təşkil edir və məhz həmin məbləğin tutulması ipoteka ilə yüklü edilmiş MTK-ya məxsus əmlaka yönəldilmişdir. İpoteka ilə yüklü edilmiş binanın çoxmərtəbəli olmaqla yerləşdiyi torpaq sahəsi ilə birlikdə dəyəri MTK-nın banka olan borcundan dəfələrlə artıq olmasına və binada yüzlərlə sakinlərə məxsus mənzillərin olmasına baxmayaraq, məhz həmin borca görə iddiaçı ilə bağlanmış müqavilənin etibarsız sayılması ağlabatan məntiqə uyğun gəlmir. Müəyyən olunduğu kimi k reditin təminatı kimi iddiaçıya satılmış mənzil deyil, MTK-ya məxsus torpaq sahəsi, bina və tikililər ipoteka ilə yüklü edilmişdir. Belə vəziyyətdə yalnız iddiaçı ilə bağlanmış müqavilənin etibarsız sayılması obyektiv və ədalətli sayıla bilməz. Mübahisəli mənzilin yerləşdiyi əmlak ipoteka ilə yüklü edilsə də və kredit müqaviləsi üzrə borcun tutulması ipoteka predmetinə yönəldilsə də, binanın bankın mülkiyyətinə keçməsi barədə işdə heç bir sübut yoxdur. Kollegiya hesab edir ki, hazırkı mübahisə üzrə nəticəyə gəlmək üçün 2 saylı Bakı İnzibati –İqtisadi Məhkəməsinin 10 fevral 2011-ci il tarixli qətnaməsinin icrası mühüm əhəmiyyət kəsb edir. Belə ki, çoxmərtəbəli binada satılmamış qalmış yaşayış və qeyri-yaşayış sahələri qətnamənin icrasını təmin edən vasitə rolunu oynaya bilər və borcun tutul ması məhz həmin əmlaklara və ya mümkün olan digər əmlaklara yönəldilməklə qətnamənin icrası təmin oluna bilər. Lakin işin həmin halı məhkəmə kollegiyası tərəfindən qiymətləndirilməmişdir. Kredit borcunun tutulmasının bütün ipoteka predmetinə yönəldilməsi və həmin əmlakın ipoteka ilə yüklü edilməsi hazırkı konkret vəziyyətdə iddiaçı ilə bağlanmış müqavilənin etibarsız sayılması üçün nə dərəcədə əsas verməsi məhkəmə kollegiyası tərəfindən əsaslandırılmamışdır. İşdən göründüyü kimi iddiaçı ilə bağlanmış müqavilənin etibarsız sayılmasını həm MTK həm də bank tələb etmişdir. MTK tələbini iddiaçı tərəfindən mənzilin dəyərinin ödənilməməsi ilə, bank isə MTK-ya məxsus əmlakın onlar tərəfindən verilmiş kreditin təminatı kimi onların xeyrinə yüklü edilməsi ilə əsaslandırmışdır. Apellyasiya instansiya sı məhkəməsi göstərilən vəziyyətdə, yuxarıda qeyd olunduğu kimi MTK-nın tələbini qismən, bankın tələbini isə tam təmin etmişdir. MTK-ya münasibətdə müqaviləni etibarsız sayarkən məhkəmə kollegiyasının hansı əsasa söykənməsi aydın deyildir. İşdən göründüyü kimi iddiaçı ilə müqavilə 2012-ci ilin oktyabr ayında bağlanmış, mənzilin dəyərinin ödənilməsi barədə maliyyə arayışı da həmin vaxt iddiaçıya verilmişdir. Mənzilin dəyərinin ödənilməməsinə görə müqavilənin etibarsız hesab edilməsi barədə tələb isə MTK tərəfindən təxminən 5 ildən sonra, 2017-ci ilin noyabr ayında qaldırılmışdır. Bütün bu müddət ərzində MTK tərəfindən mənzilin dəyəri iddiaçıdan tələb edilməmiş və bu barədə iddiaçıya heç bir rəsmi müraciət olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi MTK-nın qarşılıqlı iddia tələbini qis mən təmin edərkən həmin tələbin əsaslılığına qanunun tələbinə uyğun qiymət verməmişdir. Bundan başqa, MTK-nın ona məxsus binanın kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilməsi barədə susmasının və hazırkı mübahisəyə qədər bank tərəfindən müqavilənin etibarsızlığının tələb edilməməsinin səbəbləri iş üzrə həqiqətə nail olunmasının təmin edilməsi baxımından araşdırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. (354.1.) Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına ə sas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Lakin işdən görünür ki, müqavilənin etibarsız hesab edilməsi barədə tələb MTK tərəfindən təxminən 5 ildən sonra, bank tərəfindən isə təxminən 6 ildən sonra irəli sürülmüşdür. 354.2-ci maddədə müəyyən olunmuş 1 illik müddət iddia müddəti hesab olunmadığından, iddia müddətinin tətbiqi barədə ərizənin (Mülki Məcəllənin 375.2-ci maddəsinin tələbi qaydasında) verilib-verilməməsindən asılı olmayaraq məhkəmə kollegiyası müddətin ötürülməsinin səbəblərini mütləq araşdırmalı və işin həmin halına müvafiq hüquqi qiymət verməli idi. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəs inə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. (217.1.) Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (217.2.) Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (217.3.) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 №-li qərarının 1-ci bəndinə görə məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmi n olunmalıdır. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya hesab edir ki, qətnamə tərəflərin qarşılıqlı münasibətinə və qanunun tələblərinə uyğun əsaslandırılmamış, mübahisəli hüquq münasibətində müəyyənliyin yaranması, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin bərpası təmin olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunm aması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxıldığından qətnamə ləğv olunmalı, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 09 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5584/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5584/2019
28.08.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver