Məhkəmə qərarları › İş №2(102)-5587/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5587/2020

11.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5587/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyun 2020-ci il tarixli 2(103)3895/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Ə.Hüseynov, iş 2(002)-162/2019) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavab dehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və evdən çıxarma tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlərin iddiaçılara məxsus N-də yerləşən evdən çıxarılmaları qət edilmişdir. Həmin qətnamə ilə cavabdehlərin həmin iddia tələbi üzrə iddiaçılara qarşı evə dair Dövlət Reyestrindən Çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ş.Ə.Məhərrəmova, E.Y.Şamayev və X.Ə.Sarıyev, iş 2(103)4373/2019) ilkin iddia tələbi üzrə cavabdehlərin apelyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli qətnaməsi ilkin iddianın təmin edilmi ş hissəsində ləğv edilmiş, iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı evdən çıxarılma tələbinə dair iddiaları təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07 oktyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər: E.R.Vəliyeva, Q.A.Əsgərov və S.F.Hacıyev, iş 2(102)6291/2019) İddiaçı1 kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2019-cu il tarixli qətnaməsi ilk iddianın təmin edilməməsinə dair hissədə ləğv edilərək həmin hissəyə yenidən baxılması üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.N.İman ov, R.M.Həsənov və V.N.Sadıqov) cavabdehlər Cavabdeh1 və qeyrilərinin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 may 2011-ci il tarixli qərardadı ilə Cavabdeh1 X2 qarşı miras əmlakın bölüşdürülməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında barışıq sazişi təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir. Həmin barışıq sazişinə əsasən Cavabdeh1 özünə şərait yaratması üçün yer ayrılmış, həmçinin sazişin şərtlərinə əsasən Cavabdeh1 qeyd olunan evdən ibarət olan miras əmlakın bölüşdürülməsindən imtina etmişdir. Barışıq sazişinə əsasən 13 saylı evin həyətyanı sahəsinə əsas qapıdan daxil olarkən sağ tərə fdə yerləşən torpaq sahəsində divardan-divara 26 metr uzunluğu, 7 metr eni olmaq şərti ilə həmin sahənin Cavabdeh1 ayrılması, X1 həmin sahədə inşa olunmuş hamamı sökməsi və inşa materiallarını öz istifadəsinə götürməsi, Cavabdeh1 vəsaiti hesabına ayrılmış torpaq sahəsinə hasar çəkilməsi barədə tərəflər üzərlərinə öhdəlik götürmüşlər. Barışıq sazişinin şərtlərinə əməl olunduğu üçün Qaradağ rayon İcra Şöbəsi icra məmurunun 06 oktyabr 2017-ci il tarixli qərarına əsasən icra sənədi üzrə icraata xitam verilmişdir. Mübahisəli evin mülkiyyətçisi X3 vəfat etdikdən sonra ilkin iddia tələbi üzrə iddiaçılar - miras qoyanın arvadı və iki uşağı evə mülkiyyət hüququ əldə etmiş və onların mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. 2018-ci ilin oktyabr ayında İddiaçı1 və qeyriləri Cavabdeh1 və qe yrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 may 2011-ci il tarixli qərardadı ilə onlara ayrılmış torpaq sahəsində özlərinə fərdi yaşayış evi tikmələrini əsas göstərməklə cavabdehlərin mübahisəli evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların tikdikləri evə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Həmin iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və qeyriləri qarşılıqlı iddia verərək mübahisəli evin onların razılığı olmadan Elxan Əliyevin adına onun mülkiyyəti kimi dövlət qeydiyyatına alınmasını əsas göstərməklə həmin çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia və qarşılıqlı iddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti verərək onun (Cavabdeh1) mübahisəli evə münasibətdə qanuni vərəsə olmasını, evin onun razılığı olmadan mərhum qardaşının adına özəlləşdirilməsini, lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən işin həmin hallarına düzgün qiymət verilmədən qətnamə qəbul edilməsini əsas göstərməklə qətnamənin ləğv edilməsini və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçılar və onların vəkili kassasiya şikayəti ilə razılaşmayaraq rədd edilməsini xahiş etmişlər. Cavabdeh1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, tərəflərin yaşayış sahəsinə münasibətdə hüquqi vəziyyəti onların arasında bağlanmış barışıq sazişi əsasında yaranmış və sazişin şərtlərinə əməl edilməklə X3, onun vəfatından sonra isə ailə üzvləri evə mülkiyyət hüququ əldə etmiş, cavabdehlər isə onlara ayrılmış torpaq sahəsində özlər inə fərdi yaşayış evi inşa etmişlər. Hazırda cavabdehlər mübahisəli evin mülkiyyətçilərinin ailə üzvləri olmamaqla özlərinin saxlanılmasını mülkiyyətçilərdən tələb etmək hüququna malik olmadıqlarından və eləcə də, yaşayış sahəsi ilə təmin olunduqlarından onların evdən çıxarılmaları mübahisəli hüquq münasibətini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157 və 228-ci maddələrinin tələblərinə uyğun olmuşdur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilənlərlə əla qədar kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara və qanunun tələblərinə uyğun həll edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 03 iyun 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar