Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5588/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pulun tutulması) 15.11.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3473/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 15 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hallar ı
1. İddiaçı (bundan sonra-iddiaçı) ilə Cavabdeh (bundan sonra-cavabdeh) arasında 28 dekabr 2017-ci il tarixdə beh müqaviləsi bağlanmışdır. Beh müqaviləsinə görə cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evin 36 saylı mənzilini (bundan sonramübahisəli mənzil) iddiaçının 105.000 manata satılması barədə müqavilənin bağlanmasına dair razılığa gəlmişlər. Beh müqaviləsi bir ay müddətinə (xx.xx.2017xx.xx.2018) bağlanmışdır. 2. 10 dekabr 2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən cavabdeh mülkiyyətində olan mübahisəli mənzilini X1.
3. Nərimanov RPİ İŞ-nin baş müstəntiqi, polis mayoru Xosrov Şükürovun cinayət işi başlanmasının rədd edilməsi barədə 14 noyabr 2020-ci tarixli qərarında əksini tapmış Cavabdeh verdiyi izahatda qeyd etmişdir ki, 2015-ci ilin yanvar ayı nda «VTB» bankdan 30.000 ABŞ dolları məbləğində pul krediti götürmüşdür. Buna görə hər ay banka 881 ABŞ dolları məbləğində pul ödəməli olmuşdur. 2014-cü ilin dekabr ayında ABŞ dollarının Azərbaycan manatına nisbətdə bahalaşmasına görə 2015-ci ilin may ayında özünə məxsus ünvan 2 ünvanda yerləşən evi 120.000 manat nağd pula satıb banka olan borcunu tam ödəmək istəmişdir. Buna görə ərazidə ev alğı-satqısı ilə məşğul olan şəxslərdən xahiş etmişdir ki, evinin satılmasında ona köməklik göstərsinlər. Bundan sonra ev alğı-satqısı ilə məşğul olan «Vüsal» adlı şəxs evinin satılması üçün bir neçə müştəri gətirmişdir. Belə ki, Vüsalın gətirdiyi müştərilərlə aralarında olan razılığa əsasən evi 110.000 və ya 115.000 manata sata bilərmişlər. Lakin həmin müştərilərin evi 2-3 ay müddətinə almaq istəmələri ilə həyat yoldaşı ilə birlikdə razılaşmışlar. Buna baxmayaraq, təxminən 10-11 may 2015-ci il tarixdə, dəqiq tarixi xatırlamır. «Vüsal» adlı makler «Ağalar Quliyev» adlı digər müştəri gətirərək ona məxsus evi sonuncuya göstərmişdir. Həmin vaxt o, evdə olmuşdur. Ağalar Quliyev evə girib ona salam vermiş, təxminən 10 dəqiqə ərzində evə və həyətə baxdıqdan sonra Vüsal adlı maklerlə söhbət edərək evdən çıxıb getmişlər. Həmin vaxt Ağalar Quliyev və ya Vüsal ona heç nə deməmişlər və onların nə barədə danışdıqlarını eşitməmişdir. Səhəri gün Vüsal, Ağalar Quliyev və sonuncunun atası Seyfəddin Quliyev ilə birlikdə yaşadığı evə gəlmişlər. Həmin vaxt həyat yoldaşı da evdə olmuşdur. Evin alğı-satqısı ilə bağlı xeyli söhbət etdikdən sonra həyat yoldaşı Camal Qasımov evi 105.000 manat pula Seyfəddin Qul iyevə satmağa razılıq vermişdir. Söhbət əsnasında Seyfəddinə bildirmişdir ki, ev «VTB» bankda girovdadır və banka cəmi 881 ABŞ dolları və 650 manat pul ödənilib. Aralarında olan razılığa əsasən S.Quliyev evin pulunu onlara verəndən sonra banka olan kredit borcunu tam şəkildə ödəməli olmuşdur. Buna görə Seyfəddin Quliyev beh qismində ona 1.000 manat nağd pul vermiş, qalan pulu isə may ayının sonuna kimi notarial qaydada alğı-satqı müqaviləsi bağladıqdan sonra verəcəyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2015-ci il tarixdə oğlu Cavad Cavadzadənin böyük toy məclisi keçirilməli olmuşdur. Buna görə də, ona vacib pul lazım olmuş və Seyfəddin Quliyevdən xahiş etmişdir ki, ayın sonuna kimi alğı-satqı işlərini yekunlaşdırsın. Lakin S.Quliyev may ayının sonuna kimi evin pulunu ödəməy ə maddi imkanı olmadığını demiş və onu bir müddət gözləmələrini xahiş etmişdir. O isə oğlunun toyuna görə pul lazım olduğunu bildirmişdir. Buna görə təxminən may ayının sonlarında Ağalar Quliyev gətirib yaşadığı evdə ona 5.000 manat pul vermişdir. O da həmin pulu oğlunun toy məclisinə xərcləmişdir. Alğı-satqı zamanı həmin pulu evin pulundan çıxmalı olmuşdur. 2015-ci ilin may ayından sonrakı müddət ərzində Seyfəddin və oğlu Ağalar Quliyev dəfələrlə yaşadığı evə gələrək bildirmişlər ki, müxtəlif ünvanlarda yerləşən özlərinə məxsus torpaq sahələrini və mənzillərini sataraq pulu verəcəklər. O isə banka kredit ödəməli olduğunu, buna görə evi təcili satmaq istədiyini bildirmişdir. Seyfəddin Quliyev isə alğı-satqı müqaviləsi bağlananadək evin banka olan borcunu öz öhdəsinə götürmüş və yenə də ə n qısa zamanda evin pulunu verəcəyini bildirmişdir. Beləliklə, sonuncu dəfə o, «VTB» banka 2015-ci ilin may ayında pul krediti ödəmiş, daha sonra, yəni 2015-ci ilin iyun ayından etibarən aylıq kredit ödənişlərini Ağalar Quliyev ödəməyə başlamışdır. Təxminən 2016-cı ilin oktyabr-noyabr ayında kredit ödənişləri vaxtında yerinə yetirilmədiyindən, «VTB» bank onu məhkəməyə vermişdir. Bu zaman ona məlum olmuşdur ki, Ağalar Quliyev 2016-cı ilin fevral ayına kimi banka pul ödəyib, daha sonra sonuncu dəfə 2018-ci il avqust ayında banka pul ödəyib. Əlavə olaraq bildirmişdir ki, bu müddət ərzində Ağalar Quliyev hissə-hissə olaraq ümumilikdə ona 35.000 manat pul vermişdir. 2017-ci ilin dekabr ayının sonlarında o, səhhətində yaranmış problemlərlə bağlı əməliyyat olunmaq üçün Gürcüstana getməli olmuşdur və buna görə ona, təcili pul lazım olmuşdur. Həmin ərəfələrdə Ağalar Quliyevdən xahiş etmişdir ki, ona pul versin. Ağalar Quliyev isə bildirmişdir ki, notarial qaydada beh müqaviləsi bağlanacağı təqdirdə ona 5.000 manat pul verə bilər. O, məcbur olub razılaşaraq, xx.xx.2017-ci il tarixdə Bakı şəhərində yerləşən 03 saylı Notariat Kontorunda Ağalar Quliyevin anası İddiaçı ilə beh müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə əsasən xx.xx.2018-ci il tarixdə aralarında beh müqaviləsi bağlanan zaman İddiaçı ona 40.000 manat pul ödəməli olmuşdur. Bundan sonra Ağalar Quliyev ona 5.000 manat pul vermişdir. Qeyd etmişdir ki, həmin beh müqaviləsində 65.000 manat yazılsa da, o, həmin məbləği almamışdır. Qeyd etmişdir ki, Ağalar Quliyev hissəhissə olmaqla 2015-ci ilin may ayından 2017-ci ilin dekabr ayınadək olan müddət ərzində cəmi ona 40.000 manat pul vermişdir. 2015-ci ildə onlar razılaşan zaman Ağalar onun banka olan 30.000 ABŞ dolları məbləğində borcunu ödəyəcəyini öz üzərinə götürmüşdür. Lakin Ağalar həmin pulu ödəmədiyinə görə və 2017-ci ildə devalvasiya nəticəsində ölkədə dollar ekvivalenti 1 manat 70 qəpik olduğuna görə onun banka olan borcu 51.000 manata qalxmışdır. Bu artıma səbəb Ağalar olduğuna görə həmin artımı Ağalar ödəyəcəyini demişdir. O da düşünmüşdür ki, beh müqaviləsində yazılan 65.000 manat pulun 40.000 manatı ona verilən puldur, qalan 25.000 manat isə gecikmə nəticəsində yaranan artımdır. Buna görə də, o, beh müqaviləsinə qol çəkmişdir. Qeyd etmişdir ki, o, ilkin razılaşma olan zaman evi 105.000 manata ona satacağını bildirmişdir. Həmçinin evi banka qoyaraq 30. 000 ABŞ dolları məbləğində pul götürdüyünü də bildirmişdir. Sonradan onlar evin pulunun verilməsini gecikdirən zaman o, devalvasiya olduğunu, nəticədə onun banka olan 30.000 ABŞ dolları borcunun 51.000 manat olduğunu demiş və bunun ona sərf etmədiyini bildirmişdir. Onlar da yaranan artımı ödəyəcəklərini demişlər. Beləliklə, beh müqaviləsində ödəyəcəklərinə razılaşmışlar. Həmçinin Ağalar beh müqaviləsi bağlanan zaman ona demişdir ki, «40.000 manat sənə faktiki pul vermişəm, 25.000 manat da devalvasiya nəticəsində bankda yaranan artımı ödəmişəm». Lakin sonradan ona məlum olmuşdur ki, Ağalar bankın devalvasiyadan sonra yaranan artım pulunu ödəməmişdir. O da Ağalardan bankla problemi tam həll etməsini, ona isə 35.000 manat pul verməsini bildirmişdir. Lakin o, buna əməl etməmişdir. Belə ki, o, evini devalvasiya olmamışdan əvvəl onunla 105.000 manata razılaşmışdır və evini banka qoyub 30.000 ABŞ dolları pul götürdüyünü də bildirmişdir. Lakin Ağalar vaxtında ona pulu verməməsi səbəbindən həmin 30.000 ABŞ dolları 51.000 manat olmuşdur. O da Ağalara evinin 105.000 manata yox, 125.000 manat müqabilində satacağını bildirmişdir. Çünki onun evin pulunu gecikdirməsi səbəbindən bu problemi yaranmışdır. Ağalar ümumilikdə 125.000 manat puldan ona hissə- hissə olaraq 40.000 manat pul vermiş, qalan 85.000 manatı isə verməmişdir. O da buna görə evi satmamışdır.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim K.F.Əmirxanova) xx.xx.2019cu il tarixli, 2(005)-241/2019 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı və Bakı şəhəri 3 saylı Notariat Kontoruna qarşı «beh müqaviləsinə xitam verilməsi» tələbinə dair iddiası rədd edilmiş, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 138 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(006)1561/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı «daşınmaz əmlakın alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququnun və bununla bağlı verilmiş çıxarışın ləğv edilməsi, mənzildən çıxarılma, alğı-satqı müqaviləsi bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması, mənzilin təhvil verilməsi» tələbinə dair iddiası rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddi açı Cavabdeh qarşı iddia ərizəsi və əlavə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 7-ci Binəqədi küçəsi 1A saylı evin 36 saylı mənzilinin satılması ilə bağlı beh müqaviləsi üzrə verilmiş 65.000 manat pulun iki misli məbləğində 130.000 manat, mənzilin dəyəri kimi verilmiş 40.000 manat, bank uçot dərəcəsinə əsasən hesablanmaqla faiz olaraq 21.000 manat, mənəvi zərərin əvəzi olaraq 50.000 manat, ümumilikdə 241.000 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, beh müqaviləsinin 1.1-ci bəndinə əsasən (müqavilənin predmeti) Cavabdeh mülkiyyətində olan Bakı şəhəri 7-ci Binəqədi (Əlisgə ndər İsgəndərov) küçəsi 1A saylı evin 36 saylı mənzili 105.000 manata İddiaçı satılması barədə razılığa gəlir. Müqavilənin 2.2-ci bəndinə görə (tərəflərin öhdəlikləri) İddiaçı Cavabdeh 65.000 manat məbləğində pulu beh olaraq verir. Cavabdeh qeyd olunan 65.000 manat beh məbləğini qəbul edir. Bundan başqa, cavabdeh iddiaçıdan mənzilin pulunu tam olaraq alıb, cavabdeh iddiaçıdan mənzilin dəyəri kimi əlavə olaraq hissə-hissə 40.000 manat pul da alıb. Bu hal cavabdehin Nərimanov RPİ İŞ-də verdiyi izahatla təsdiq olunur. Beləliklə, cavabdeh iddiaçıdan mənzilin dəyəri olaraq beh kimi 65.000 manat, hissə-hissə isə 40.000 manat, ümumilikdə 105.000 manat pul almış, lakin, iddiaçı qarşısında götürdüyü öhdəliyi yerinə yetirməyərək mənzili iddiaçıya satmaqdan imtina etmişdir. Qeyd olunan hallarla bağlı Nərimanov RPİ İŞ sonuncu dəfə xx.xx.2020-ci il tarixdə qərar qəbul etmiş və İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı hazırkı tələblə 2020-ci ilin dekabr ayında Nəsimi Rayon Məhkəməsinə müraciət etsə də, məhkəmə baxışı zamanı iddia tələbini dəyişdirmişdir. Odur ki, iddiaçı beh müqaviləsindən irəli gələn tələblə yenidən məhkəməyə müraciət edir. Beh müqaviləsinin 4.1-ci bəndinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 492.2-ci maddəsinə əsasən müqavilənin icra edilməsi üçün beh alan məsuliyyət daşıyırsa, behin iki mislini ödəməlidir. Həmçinin, beh məbləği hesaba alınmaqla zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Mülki Məcəllənin 448.2, 449.1-ci maddələrinə istinad edən iddiaçı tərəf daha sonra qeyd etmişdir ki, cavabdeh 65.000 manat beh almış, lakin öhdəliyini pozmuşdur. Odur ki, behin iki misli – 130.000 manat iddiaçıya qaytarmalıdır. Bundan başqa, mənzilin dəyəri kimi 40.000 manat pul da almışdır, həmin məbləği də qaytarmalıdır. Cavabdeh bu günədək iddiaçıya məxsus 105.000 manat pulu özündə qanunsuz olaraq saxlayır və faydalanır. Odur ki, 3 il ərzində ilə 7 faiz hesablanmaqla cavabdehdən 21.000 manat faiz tutulmalıdır. Cavabdeh iddiaçıya mənəvi zərər vurub, o, bu zərəri də kompensasiya etməlidir. İddiaçı mənəvi zərəri 50.000 manat məbləğində qiymətləndirir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-5006/2021 nömrəli iş üzrə 15 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia qismən təmin edilərək, avans kimi ödənilmiş 65.000 manat pul vəsaiti və ödənilmi ş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
9. Məhkəmə hesab etmişdir ki, polisdə verdiyi izahatında cavabdeh beh müqaviləsində 65.000 manat yazılsa da, onun həmin məbləği almamasını göstərsə də, iş materiallarından görünür ki, Cavabdeh tərəfindən "xxxx" ASC-nin MUĞ seriyalı 339182 saylı qəbzinə imza edilməklə 65.000 manat pul vəsaitini qəbul etmişdir. Pulun məhz Cavabdeh tərəfindən qəbul edilməsi məhkəmənin yuxarıda adı qeyd edilən Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə (müvafiq ekspert rəyinə əsasən) təsdiq edilir.
10. Məhkəmə tərəflər arasındakı müqavilə şərtlərini təfsir edərək və işin faktiki və həqiqi hallarını araşdırmaqla müəyyən olunmuş hallar əsasında hesab etmişdir ki, tərə flər arasında beh müqaviləsi bağlansa da, faktiki olaraq aralarında mübahisəli evin alqısatqısının ilkin şərtləri ilə bağlı müqavilə bağlanmışdır. Belə ki, müqavilənin məzmunundan görünür ki, evin satış qiyməti 105.000 manatdır. İddiaçı tərəfindən verilən 65.000 manat beh kimi göstərilsə də, bu məbləğ göründüyü kimi evin satış qiymətinin yarısından da çoxdur. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia tələbi 65.000 manat pul vəsaitinin qaytarılması hissəsində əsaslıdır və iddia qeyd olunan hissədə təmin edilməlidir. Məhkəmə 65.000 manat pul vəsaitinin qaytarılması hissəsini beh kimi qiymətləndirmədiyi üçün digər iddia tələblərinin də əsasının behin qaytarılması ilə bağlı olmalarını nəzərə alaraq onların əsaslılığına hüquqi qiymət verilməsini zəruri saymamış və təmin edilməməsi nəticəsinə gəlmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 491.1, 491.2, 491.3, 492.1. 390.1, 399.1, 405.1, 404.1, 404.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-241/2019 saylı qətnaməsindən görünür ki, cavabdehin iddiaçıya və Bakı şəhəri 3 saylı Notariat Kontoruna qarşı “beh müqaviləsinə xitam verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Əlavə olaraq Nəsimi rayon məh kəməsinin (hakim Ceyhun Tağıyev) 06 may 2021-ci il tarixli 2(006)-1561/2021 saylı qətnaməsində də adı çəkilən beh müqaviləsinin mübahisələndirilməsindən söhbət belə getməmişdir. İki məhkəmə qətnaməsində araşdırılmış, müəyyən edilmiş faktın yenidən avans kimi qiymətləndirilməsi hansı hüquqi fakta əsaslanır? Həmçinin bildirir ki, cavabdehin məhkəmə iclaslarında iştirakını təmin edilməmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-3473/2022 nömrəli iş üzrə 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Elşən Kazımov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, iddia q ismən təmin edilərək, cavabdehdən beh kimi ödənilmiş 65.000 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçıya verilməsi qət edilmişdir.
15. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin cavabdeh tərəfə ödədiyi 65.000 manat pul vəsaiti mənzilin alınması ilə bağlı avans ödəməsi kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmamış və hesab etmişdir ki, qətnamə mübahisələndirilən hissədə maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən ləğv edilməlidir.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2021-ci il tari xli qətnamələri ilə hazırkı işdə tərəflər arasında öhdəlik münasibətlərinə beh müqaviləsi kimi faktiki olaraq hüquqi qiymət verilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilən həmin hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların, habelə tərəflər arasında məhz beh müqaviləsinin bağlanmasının əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur.
17. Kollegiya birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız cavabdehin apellyasiya şikayəti verdiyini və apellyasiya baxışının predmetinin iddianın təmin olunmuş hissəsinin yoxlanılmasını təşkil etdiyini nəzərə alaraq hesab etmişdir ki, beh olaraq ödənilmiş 65.000 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, iddia tələbi mübahisələndirilən hissədə əsaslı olmuş, lakin işə baxmış birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmiş, iddianı qismən təmin etməklə iş üzrə səhv nəticəyə gəlmişdir.
18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 491, 492, 572.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilənin icrası üçün müəyyən hərəkətlər etmiş, lakin iddiaçının iştirak etməməsi nəticəsində müqavilənin icrası mümkün olmamışdır. Halbuki, göstərilən məbləğdə beh öd əmiş şəxs müqavilədə göstərilən müddət bitdikdən sonra notariusa və ya beh verdiyi şəxslə əlaqə saxlamaq əvəzinə, 6 ay sonra polis orqanlarına müraciət etmişdir. Əgər bu mülki qanunvericiliklə həll olunmalı məsələdirsə niyə polis orqanlarına müraciət edir? Niyə 6 ay sonra müraciət edir? Təbii ki məqsəd bir dənədi, tərəfi qorxutma yolu ilə ondan verdiyi məbləği geri tələb etmək. Çünki iddiaçı bilir ki, mülki qanunvericiliyin tələblərin pozduğuna görə cavabdehə qarşı iddia tələbi irəli sürə bilməyəcək. Bununla da öz hərəkətləri ilə tərəf beh müqaviləsinin şərtlərinin özü tərəfindən pozulmasını dolayı yolla etiraf edir. Əvəzində cavabdeh ilk olaraq notariusa və sonra notariusun tapşırığı ilə iddiaçıya telegram vuraraq alqı-satqı müqaviləsini imzalamağa və yerdə qalan məbləğin tam ödənilərək e vin özgəninkiləşdirilmə prosesini bitirməsini xahiş etmişdir.
21. Məhkəmə preyudisiya mexanizminin tətbiq etməsinə baxmayaraq, hazırki mülki işlə bağlı birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə müqavilənin icra edilməməsi üçün məsuliyyət beh verən tərəfə aid edilmişdir. Belə bir sual ortaya çıxır ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fakt preyudisiya mexanizminin tətbiqinə baxmayaraq, niyə apellyasiya məhkəməsi tərəfindən inkar edilir. Preyudisya mexanizminin tətbiqi niyə yarımçıq tətbiq edilir? Apellyasiya məhkəməsinin preyudisiya olaraq əsaslandığı birinci instansiya məhkəmələrində məhz iddiaçı tərəfin beh müqaviləsinin şərtlərini pozduğuna görə cavabdehin xeyrinə qətnamə çıxarmışdır. Bəs nəyə görə apellyasiya məhkəməsi həmin məhkəmələrin müəyyənləşdird iyi və təsdiq etdiyi halların yalnız iddiaçının xeyrinə olan hissədə tətbiq edir? Apellyasiya məhkəməsi məsuliyyəti beh alana tərəfə aid edərək, 65.000 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun beh alan tərəfindən geri qaytarılmasını qət etmişdir. Bu zaman isə guya preyudisiallıq nəzərə alınmışdır. Halbuki, bu zaman apellyasiya məhkəməsinin iş üzrə gəldiyi qərar qanunsuz və əsassız olur. Çünki əgər apellyasiya məhkəməsi məsuliyyəti beh alana aid edirsə, MM-in 492-ci maddəsini düzgün tətbiq etməmiş olur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
23. Maddə
491. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üz rə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.
24. Maddə 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.
25. Maddə
492. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh a lmış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.
26. Maddə 572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin.
27. İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasə n ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir Mülki Prosessual Məcəllə
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 82.3-cü maddəsi bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktları n həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsinə və yenidən sübut edilməsinə yol vermir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə mə hkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu he sab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. 39. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə q ərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.
40. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında isə qeyd olunmuşdur ki, məhkəmə qərarlarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və t əkzib edilməsinin mümkünsüzlüyü deməkdi Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin möv qeyi:
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. İddiaçı iddia edir ki,cavabdeh tərəfindən iddiaçıdan mənzilin pulunu tam olaraq almasına baxmayaraq, onun qarşısında götürdüyü öhdəliyi yerinə yetirməyərək mənzili ona satmaqdan imtina etməsinə görə beh müqaviləsinin 4.1-ci bəndində və Azərbyacan Respublikası Mülki Məcəlləsinin 492.2-ci maddəsinə əsaslanmaqla müqavilən in icra edilməsi üçün beh alan tərəfin məsuliyyət daşımaqla, behin iki mislini ödəməlidir.
45. Birinci instansiya məhkəməsi tərəflər arasında münasibətlərə beh müqaviləsindən irəli gələn öhdəlik münasibətləri kimi yanaşmamış, mənzilin alınması ilə bağlı ödənişi avans kimi qiymətləndirmişdir.
46. Apellyasiya instansiyası məhkəməsi bu mövqeyi ilə razılaşmamış və belə qənaətə gəlmişdir ki, tərəflər arasında daha əvvəl mövcud olmuş məhkəmə mübahisələri üzrə qəbul edilmiş məhkəmə aktları ilə (Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-241/2019 saylı qətnaməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(006)-1561/2021 saylı qətnaməsi) mübahisələndirilən müqavilə beh müqaviləsi kimi qiymətləndirilmiş və tərəflərin heç biri aralarında bağla nmış müqavilənin beh müqaviləsi olduğunu mübahisələndirməmişlər. Ona görə də tərəflər arasında yaranmış öhdəliyin əsası qismində mülki qanunvericiliyin beh müqaviləsini tənzimləyən normaları çıxış edir.
47. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq preyudisiya prinsipini əsas götürərək hesab etmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-241/2019 saylı və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(006)-1561/2021 saylı qətnamələri ilə hazırkı işdə tərəflər arasında öhdəlik münasibətlərinə beh müqaviləsi kimi faktiki olaraq hüquqi qiymət verilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilən həmin hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların, habelə tərəflər arasında məhz beh müqavil əsinin bağlanmasının əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur.
48. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə tərəflər arasında bağlanmış beh müqaviləsinin şərtlərinin icra olunmaması üçün iddiaçı tərəf deyil, cavabdeh tərəf məsuliyyət daşımışdır.
49. Bu qənaətə gələrkən apellyasiya istansiyası məhkəməsi cinayət işi başlanmasının rədd edilməsi barədə Nərimanov RPİ İŞ-nin 14 noyabr 2020-ci tarixli qərarına istinad edir və həmin qərardan görünür ki, Cavabdeh mənzilin 105.000 manat alğı-satqısı barədə 2015-ci ildə devalvasiya olmamışdan əvvəl razılaşdıqlarını, lakin devalvasiya baş verdikdən sonra o, mənzili 125.000 manata satmaq istədiyini, qarşı tərəfin bununla razılaşmadığını və ona cəmi 40.000 manat ödədiyini, qalan 85.000 manatı isə ödəmədiyini, bu səbəbdən də mənzili s atmaqdan imtina etdiyini bildirmişdir.
50. Belə ki, tərəflər arasında bağlanmış beh müqaviləsinə əsasən mənzilin 105.000 manata satılacağı razılaşdırılsa da, cavabdeh sonradan həmin mənzili 125.000 manata satmaq istədiyini bildirmiş, qarşı tərəf bu təkliflə razılaşmadığı səbəbindən isə həmin mənzili İddiaçı satmaqdan imtina etmişdir.
51. Bundan başqa, tərəflər mübahisələndirməmişlər ki, mübahisəli mənzil Bank VTB Azərbaycan ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və yalnız 2019-cu ildə, yəni mənzil üçüncü şəxsə satılmamışdan əvvəl yüklülükdən azad edilmişdir. Başqa sözlə, tərəflərin alğı-satqı müqafiləsi bağlamağı şərtləşdikləri xx.xx.2017 – xx.xx.2018-ci illər müddətində həmin mənzil ipoteka ilə yüklü olmuşdur.
52. Qanunvericiliyin yuxarıda istinad olunan bu normalarının dispozisiya şər tlərinə əsasən, əgər tərəflər arasında bu barədə razılıq yoxdursa, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. İpoteka ilə yüklü olan əmlakın alqı-satqısı isə yalnız ipoteka saxlayanın yazılı razılığı ilə mümkündür. Qeyd edilən normaların məzmunundan göründüyü kimi, hər iki halın (əmlakın üçüncü şəxslərin hüquqlarından azad edilməsi, yaxud ipoteka qoyanın yazılı razılığının əldə edilməsi) təmin edilməsi yükü alıcının deyil, satıcının üzərinə düşür. Lakin hazırkı işin materiallarında satıcının (Cavabdeh) xx.xx.2017-ci il tarixli beh müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək əmlakı alqı-satqı üçün hazır vəziyyətə gətirmək məqsədi ilə hər hansı addımlar atması - müqavilənin bağlanmalı olduğu tarixə əmlakın yüklülükdən azad edilməsi, yaxud ipoteka s axlayan Bank VTB Azərbaycan ASC-nin mənzilin satılmasına yazılı razılığının alınması müəyyən edilmir. Bununla da, tərəflər arasında bağlanmış beh müqaviləsinin şərtlərinin icra edilməməsinin iddiaçının deyil, cavabdehin məsuliyyət daşıdığı hərəkətlər nəticəsində baş tutmaması müəyyən edilir.
53. Cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilir ki, cavabdeh müqavilənin icra edilməməsinin iddiaçının təqsirindən olmasını göstərir, lakin onun bu dəliləri müvafiq sübutlarla dəstəklənmir.
54. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləş dirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
55. Bu səbəbdən məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
56. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halla rı tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(103)-3473/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.