Məhkəmə qərarları › İş №2(102)-559/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-559/2024

06.02.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-559/2024 06.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ş üzrə QƏRARİ Açar sözlər: eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5267/2023 nömrəli, 15 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları

1. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cü il tarixli, 2(103)12354/2019 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-702/2019 saylı iş üzrə 21 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı Cavabdeh2 və uşaqlar Cavabdeh1 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

2. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25 avqust 2020-ci il tarixli, 2(102)-4332/2020 saylı qərarı ilə Cavabd eh2 kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cü il tarixli 2(103)-12354/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)6971/2021 saylı qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-58/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2, İddiaçı və X2 qarşı "mənzildən çıxarılma” tələbinə dair təmin olunmuş iddia ərizəsi dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-3213/2022 saylı qərarı ilə, Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)6971/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə ərizə ilə müraciət edərək, “mənzildən istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən 96 saylı mənzildən istifadəsinə cavabdehlərin və digərlərinin maneəsinin aradan qaldırılması, onun mənzildən istifadəsinə qarşı cavabdehlərin və qeyrilərinin qeyri-qanuni hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası Cavabdeh1 Cavabdeh2 və övladları: İddiaçı və X2 qarşı, “mənzildən çıxarılma tələbi barədə” iddia ərizəsi ilə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən, onların ünvan 2 ünvanında yerləşən yaşayış binasının 96 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)58/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnamə ilə iddia ərizəsi təmin olunmuşdur. Lakin həmin iş üzrə o, cavabdeh olaraq qoyulsa da məhkəmədə tərəf olaraq iştirakı təmin olunmamışdır. Sonradan həmin qətnamədən şikayət vermək istəsə də bu mümkün olmayıb və səbəb kimi də qətnamədən şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmə əsas götürülüb. Halbuki, o, məhkəmədə iştirakı təmin olunmayan, baxılan məsələ ilə hüquqlarına toxunan şəxs olduğu üçün və belə ola n halda da ona məhkəmə qətnaməsindən şikayət verə bilməyinə müddət tətbiq edilməməli idi.

7. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 2018-ci ildə iddiaçının anası Cavabdeh2 istifadə hüququnun tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin vaxt iddiaçı azyaşlı olmuşdur. Məhkəmənin qətnaməsinə əsasən Cavabdeh2 və azyaşlı uşaqlarının istifadə hüququ tanınmamışdır. Qətnamə qanuni qüvvəyə minmişdir. Sonra Cavabdeh2 mənzilin boşaldılmasını tələb etsə də, Cavabdeh2 mənzili boşaltmaqdan imtina etmişdir. O, məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə qətnaməsinə əsasən, Cavabdeh2, İddiaçı və X1 mənzildən əşyaları ilə birlikdə çıxarılmaları qət edilmişdir. Həmin qətnamə də qanuni qüvvəyə minmişdir. Sonradan, Cavabdeh2 Azərbayc an Respublikası Ali Məhkəməsinin Plenumuna və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etmiş, hər iki məhkəmədən də rədd cavabı almışdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh2 iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, İddiaçı həmin mənzildə yaşamalıdır.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) (hakim Kərim Xudayev) 22 iyun 2023-cü il tarixli, 2(004)-2926/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən, müəyyən etmişdir ki, İddiaçı mübahisəli mənzildən istifadə etmək, həmin mənzildən yaşamaq hüququ yaranmamışdır. Ona görə də, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edil miş qeyd edilən faktlar preyudisial əhəmiyyətə malik olmaqla, yenidən sübut edilməyə ehtiyac yoxdur.

11. Məhkəmə hesab etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun tələbinin qeyd olunan qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır və iddiaçı həmin tələb üzrə subyektiv hüquq sahibi deyildir.

12. Məhkəmə işin hallarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Yəni, iddiaçının qeyd edilən mənzildən istifadə hüququ olmadığından mənzildən istifadəyə maneələrin aradan qaldırılmasını tələb etmək üçün subyektiv hüququ yoxdur.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 233.3-cü maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, instansiya məhkəməsinin qətnaməsi əsassız olmaqla, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5267/2023 nömrəli mülki iş üzrə 15 sentyabr 2023-cüil tarixli qətnaməsi ilə (hakimlər Na miq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, iddiaçının mənzildən istifadəsinə cavabdehlərin maneə yaratması və ya cavabdehlərin iddiaçıya qarşı qeyri-qanuni hərəkətlərə yol verməsi müəyyən olunmamışdır. İddiaçı (anasını) Cavabdeh2 (anasını) formal cavabdeh kimi göstərmiş və o da, birinci instansiya məhkəməsində iddianı etiraf etmişdir. Həmçinin iddiaçının Cavabdeh1 (atasının) mənzilindən çıxmalı olması qanuni qüvvədə olan qətnamənin göstərişi olmaqla yanaşı, həmin qətnamənin icrası “maneə” və ya “qeyri-qanuni hərək ət” hesab olunmur. Lakin iddiaçının qətnamənin göstərişlərini özünə qarşı “maneə” və “qeyri-qanuni hərəkət” kimi qiymətləndirməsi qanunvericiliyə ziddir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eynilik təşkil etmiş və əlavə olaraq onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilən zaman mənzilə istifadə hüququ ilə bağlı qanunvericiliyin tələbləri düzgün tətbiq olunmamış, o cümlədən qanuni qüvvəyə minmiş Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-58/2021 qətnaməsi nə istinad edilmiş, şikayət təmin edilməmişdir. Kassator qeyd etmişdir ki, istinad olunan qətnamə hazırkı iş üzrə cavabdehlər (iddiaçının valideynləri) arasında mövcud olmuş məhkəmə mübahisəsidir. O, həmin iddia qaldırılan zaman 18 yaşı tamam olmamış və tam fəaliyyət qabiliyyətli olmamışdır. Bu səbəbdən qeyd olunan qətnamənin iddiaçıya münasibətdə hər hansı hüquqi qüvvəsi yoxdur. Digər tərəfdən apellyasiya şikayəti verilən birinci instansiyası məhkəməsi qətnaməsində iddiaçının ümumiyyətlə subyektiv hüququ olmadığı qeyd olunmuş, apellyasiya instansiyası məhkəməsi isə iş üzrə vacib məqamı araşdırmadan qətnamə qəbul etmişdir. Bu zaman məhkəmələr bir daha cavabdehlər arasında mövcud olmuş keçmiş məhkəmə qərarlarına istinad edirlər. Belə ki, iddiaçı hər iki valideyninin övladı olmaqla valideyni nə məxsus mənzildən istifadə hüququna malikdir, etibarlı ailə münasibətləri davam edir və yaşamaq üçün başqa mənzilə malik deyildir. Bu səbəbdən iddiaçı Mülki Məcəllənin 228-ci maddəsində, Mənzil Məcəlləsində 30-cu maddəsində və Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş hüquqları məhkəmə tərəfindən düzgün tətbiq edilməmiş və qanunsuz qərar qəbul edilmişdir. Mülki qanunvericiliyin tələblərinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər (Mülki Məcəllə, 228-ci maddə). Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ail ə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı(əri), habelə onun uşaqları və valideynləri aid edilir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Maraqlı şəxs də yetkinlik yaşına çatmamışdan əvvəl həmin mənzilə k öçmüş və orda yaşamışdır b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.

22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

23. Maddə 4 17.1.5. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya baxışının hədləri

24. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübut lara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi tətbiq olunmalı prosessual hüquq normasını tətbiq etməmişdir.

27. Belə ki, məhkəməyə müraciət etmək hüququ bəzi hallarda qanunla məhdudlaşdırılır. Onlardan biri də eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə daha əvvəl məhkəmədə baxılmış olmasıdır. Bu halda həmin mübahisəyə yenidən baxılması mümkün sayılmır.

28. Ona görə də MPM-in 261.0.2-ci ma ddəsində nəzərdə tutulmuşdur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.

29. Baxılan işin materiallarından görünür ki, İddiaçı, anası Cavabdeh2 və digər şəxsə qarşı Cavabdeh1 tərəfindən mənzildən çıxarma ilə bağlı tələb irəli sürülmüş, həmin vaxt İddiaçı yetikinlik yaşına çatmasada, tərəf olaraq işə cəlb olunmuş, ona qarşı olan iddia təmin olunmuşdur. İddianı təmin edən məhkəmənin belə qənaəti olmuşdur ki, İddiaçı mübahisəli mənzilə istifadə hüququ yoxdur.

30. Qeyd edilməlidir ki, hazırkı iş üzrə tərəflər həmin iş üz rə də eyni olmuş tələb mənzildən çıxarma ilə bağlı olsa da, onların istifadə hüququnun olmaması həmin qətnamə ilə müəyyən olunmuşdur. Belə olan halda artıq istifadə hüququnun olmamasına dair qanuni qüvvədə olan qətnamənin mövcudluğu həmin hüquqa edilən maneələrin aradan qaldırılması ilə bağlı tələbin yenidən irəli sürülməsini istisna edir. Bununla yanaşı o da nəzərə alınmalıdır ki, qanuni nümayəndəsi tərəfindən mənzilə istifadə hüququnun tanınmasına dair başqa icraatda da iş olmuşdur. Həmin iddia da qanuni qüvvədə olan qətnamə ilə rədd olunmuşdur. Belə olan halda hazırkı iş üzrə irəli sürülmüş tələb üzrə eyni tərəflər arasında enyi predmetlə bağlı olan qətnamənin mövcudluğu təsbit olunur.

31. Bu işə mahiyyəti üzrə baxan məhkəmələr irəli sürülmüş iddianı yuxarıda qeyd edilən məhkəmə aktları ilə həll olunmuş predmetlə eyni saymamış, fərqli tələb kimi qiymətləndirmişlər.

32. Kassasiya məhkəməsi bu mövqe ilə razılaşmır ona görə ki, mənzildən çıxarma ilə bağlı tələbin təmin olunması, özlüyündə iddiaçının həmin mənzilə istifadə hüququnun olmamasını təsbit edir.

33. Nəzərə alınmalıdır ki, istifadə hüququna edilən manelərin aradan qaldırılması və mənzildən çıxarma ilə bağlı tələblər üzrə iddianın predmetini hüququ pozulmuş şəxsin mənafeyi (subyektiv hüququ) təşkil edir. Bu mənafeyin təmin olunması üçün ayrı-ayrı vaxtlarda irəli sürülən tələblərin ayrı-ayrı formada ifadə olunması iddianın predmetinin dəyişməsi mənasına gəlmir. Belə tələblərin hamısı eyni predmet (istifadə hüququ) hesab edilir. 34. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun un 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. B u halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir.... “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur.

35. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 27 avqust 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, iddianın predmeti dedikdə, iddiaçının, bar əsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.

36. İddianın əsasını isə irəli sürülən tələblərin əsaslandırıldığı faktlar (iddianın faktiki əsası), eləcə də istinad olunan hüquq normaları (iddianın hüquqi əsası) təşkil edir. İddiaçı ərizəsində tələbinin faktiki əsasını qeyd etməyə borcludur (MPM, m. 149.2.3), hüquqi əsasını isə göstərməkdə isə sərbəstdir.

37. Çünki, tələbin qanuni əsasını yoxlamaq, onun haqlı bir hüquqi əsasa söykənibsöykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıdığı üçün tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn “da mihi factum, dabo tibi ius” (mənə faktları ver, sənə uyğun hüququ verim) prinsipinə əsaslanır.

38. Baxılan işin materiallarından görünür ki, eyni tərəflər arasında, eyni əsaslarla və eyni predmetə (iddiaçının mübahisəli mənzildən çıxarılmasına) dair iddia Yasamal Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsi ilə həll edilmişdir.

39. Buna baxmayaraq aşağı instansiya məhkəmələri hazırkı iş üzrə icaata MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verməli olduqları halda iddiaya mahiyyəti üzrə baxaraq qətnamə çıxarmışlar.

40. Kollegiya bildirir ki, belə yanaşma hüquqi müəyyənlik və preyudisiallıq prinsiplərinə ziddir. Həmin prinsiplərə görə, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Əks yanaşma hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judic ata” prinsipinin, yəni artıq həll olunmuş məsələ üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirməklə yanaşı, ədalət mühakiməsinə olan inamın azalmasına səbəb olardı.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarında vurğulamışdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə bax ılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.

42. Qeyd olunanları nəzərə alaraq, məhkəmə tərkibi bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verilməlidir.

43. Göstərilənlərə əsasən və MPM-in 261, 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5267/2023 nömrəli iş üzrə 15 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar