Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-559/2025 11.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-559/2025 (Açar sözlər: ərazi aidiyyəti, müstəsna aidiyyət qaydalarının səhv tətbiq edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mirasın faktiki qəbulu və miras əmlakda payın müəyyən olunması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-190/2024 nömrəli, 18 dekabr 2024-cü il tarixli qərardadından İddiaçı (Vəkil) tərəfin dən verilmiş kassasiya şikayətinə 11 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının mərhum anası X2 miras qalmış ünvan 1 ünvanında 0,0403 ha torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 2 otaqlı, 50,42 kv.m. yaşayış, 25,14 kv.m. qeyri-yaşayış, 79,08 kv.m. köməkçi sahədən ibarət olan daşınmaz əmlakın (fərdi yaşayış evinin) iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən olunması və miras əmlakdakı payının bütün miras kütləsinə şamil edilməklə payının müəyyən olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
2. İdd ia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum anası X3 5 noyabr 2015-ci ildə vəfat etmişdir. Mərhum anası ünvan 2 ünvanında 0,0403 ha torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 2 otaqlı, 50,42 kv.m. yaşayış, 25,14 kv.m. qeyri-yaşayış, 79,08 kv.m. köməkçi sahədən ibarət olan daşınmaz əmlakı 2008-ci ildə alğı-satqı yolu ilə əldə etmiş, 2010-cu ildə isə adına qeydiyyata aldırmışdır. Anasının 3 vərəsəsi olub, vərəsələrdən atası miras qoyanın, yəni anasının sağlığında qeyd olunan miras əmlak əldə edilməmişdən əvvəl vəfat etmişdir. Digər vərəsə bacısı Gültəkin (Hüseynova) İsmayılova isə anasının sağlığında, 2009-cu ildə ailə quraraq Ordubad rayonunun Düylün kəndinə köçmüş və daimi olaraq həmin kənddə ailəsi ilə birlikdə yaşamışdır və hal-hazırda da уaşaуır. İddiaçı isə mərhum anasını n sağlığından onunla birlikdə qeyd olunan miras əmlakda yaşamış və anasının vəfatından sonra hal-hazırda da ailəsi ilə birlikdə yaşamaqda davam edir. İstər mərhum anası Əminə İsmayılovanın sağlığında istərsə də, onların vəfatından sonra da iddiaçı həmin miras əmlakda (evdə) yaşamaqla, idarə və sahiblik etməklə miras əmlakı faktiki olaraq qəbul etmişdir. Hal-hazırda da miras qoyanın vəfatından sonra bütün kommunal ödənişləri, vergi rüsumlarını iddiaçı ödəyir. Həmin miras əmlaka tək sahiblik edir və əmlaka dair bütün sənədlər və açarlar da ondadır. İddiaçı mərhum anası miras qalan əmlaka dair vərəsə olaraq notariat orqanında məhkəmədən kənar qanun üzrə vərəsəlik hüququ haqqında şəhədətnamə almaq istəsə də, notariat orqanı şəhədətnamənin verilməsindən imtina etmişdir. Bu səbəbdən də iddiaçı m irasın faktiki qəbulu ilə bağlı ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-535/2024 nömrəli, 6 aprel 2024-cü il tarixli Qərardadı ilə hüquq haqqında mübahisə yarandığından ərizə baxılmamış saxlanılmış və iddia icraatı qaydasında iddia qaldırmaq hüququ ona izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. Ordubad Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(080)-197/2024 nömrəli, 23 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, mərhum X2 miras qalmış ünvan 1 ünvanında 0,0403 ha torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 2 otaqlı, 50,42 kv.m. yaşayış, 25,14 kv.m. qeyri-yaşayış, 79,08 kv.m. köməkçi sahədən ibarət olan daşınmaz əmlakın (fərdi yaşayış evinin) iddiaçı tərəfindən faktiki qəbul edilməsi müəyyən edilərək həmin evdə tam payının müəyyən edilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət olunmuşdur.
4. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı halda hüquq münasibətləri (vərəsəlik) Əminə İsmayılovanın 5 noyabr 2015-ci ildə Naxçıvan şəhərində vəfat etməsi ilə yaranmış və mirasın faktiki qəbulu həmin vaxtda başa çatmışdır. Həmin vaxt da mirasqoyanın qızı, İddiaçı faktiki olaraq hərəkətləri ilə mirası qəbul etmişdir. Həmin vaxt Cavabdeh nə faktiki, nə də notariat orqanına müraciət etməklə vərəsəliyi qəbul etməmişdir. Hazırkı halda isə hüquq münasibətləri (vərəsəlik) Əminə İsmayılovanın 5 noyabr 2015-ci ildə Naxçıvan şəhərində vəfat etməsi ilə yaranmış və mirasın faktiki qəbulu həmin vaxtda başa çatmışdır. Həmin vaxt da iddiaçı faktiki olaraq hərəkətləri ilə mirası qəbul etmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1193, 1151.1, 1159.1.1, 1159.1.3, 1243.2, 1243.3, 1255-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və onu da qanun üzrə vərəsə kimi nəzərə alıb paylarının bərabər müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum anası Əminə İsmayılovanın sağlığında və vəfatında sonra o, mütəmadi olaraq anasının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə gəlib-getmiş və anasının vəfatından sonra da həmin miras qalmış fərdi yaşayış evinə bağlılığını itirməmişdir. Onun həmin fərdi yaşayış evinə gəlib-getməsini iddiaçı tərəfdən dəvət olunmuş və birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 da ifadəsində təsdiq etmişdir. Qətnamədə iddiaçı tərəfindən evin kommunal ödənişləri və digər ödənişləri ödədiyi qeyd olunsa da təbii ki, orada yaşadığından kommunal xərcləri həmin evdə yaşayan bir nəfər ödəməlidir. O, ailə qurub Ordubad rayonu, Düylün kəndində yaşadığından və ailəsinin bütün qayğılarını çəkdiyindən onun tez-tez həmin miras qalmış fərdi yaşayış evinə gedibgəlməyi imkan xaricində olub. Bütün bu hallarla bağlı o, birinci instansiya məhkəməsində izahat versə də məhkəmə tərəfindən buna hüquqi qiymət verilməmiş və mirasın yalnız bacısı İddiaçı tərəfindən yanlış olaraq qəbul edilməsi faktı nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi üzrə o, cavabdeh qismində mərhum anasının qanun üzrə vərəsəsi qismində cəlb edilmiş və məhkəmə tərəfindən o, qanun üzrə vərəsə sayılmağına baxmayaraq iddiaçı tərəfin əsassız olaraq mirasın bütünlüklə qəbul etdiyi qənaətinə gəlmişdir. O, mərhum anasının birinci növbəli vərəsəli olub və qanun üzrə bərabər hüquqlu vərəsəsi sayılsa da birinci instansiya məhkəməsinin qətnaməsi üzrə o, qanun üzrə vərəsə olaraq miras əmlakdan mərhum olmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçı tərəfindən mirasın faktiki qəbul edilməsi müəyyən edilərək həmin evdə tam pay müəyyən etməklə məhkəmə araşdırı lmasında irəli gələn həqiqəti müəyyən etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxıb nəticəyə gələrkən məhkəmə öz qətnaməsində iş üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamışdır.
8. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(108)-190/2024 nömrəli, 18 dekabr 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı “mirasın faktiki qəbulu və həmin miras əmlakda payın müəyyən edilməsi tələbi”nə dair mülki işin ərazi adiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərkibi tək və vahid, ünvan 1 ünvanında 0,0403 ha torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 2 otaqlı, 50,42 kv.m. yaşayış, 25,14 kv.m. qeyri-yaşayış, 79,08 kv.m. köməkçi sahədən ibarət daşınmaz əmlakdan (fərdi yaşayış evindən) ibarət olan mirasın qəbul edilməsi faktının müəyyən olunması və miras əmlakdakı payının bütün miras kütləsinə şamil edilməklə payının müəyyən olunması barədə qaldırılmış iddia həmin daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması xarakterini daşıyır və bu hal da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsi ilə müəyyən edilmiş müstəsna aidiyyət qaydasının təsiri altına düşür.
10. Məhkəmə kollegiyası hesab etmişdir ki, mülki işə birinci instansiya məhkəməsində ərazi aidiyyətı qaydalarının pozulması ilə baxıldığından həmin dəlillərin apellyasiya qaydasında müzakirə olunaraq qiymətləndirilməsi zərurəti mövcud deyil.
11. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 1243, 1255ci və Mülki Prosessual Məcəllənin 31.1, 36, 39.1, 40.1, 387.2.9, 387.3, 384.0.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
12. Qərardaddan iddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin təkrar apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə daşınmaz əşyalarla bağlı olan məsələ deyildir. Belə ki, hazırkı mübahisə mirasın faktiki qəbulunun təsdiqi və payların müəyyən olunması məsələsidir. Yəni hazırkı iş üzrə iddiaçı (nümayəndəsi əşya nın olduğu yerə görə) əvvəlcə mirasın faktiki qəbulu ilə bağlı ərizə formasında məhkəməyə müraciət etmiş, məhkəmə isə digər vərəsələrin mübahisə yaratdığını (ərizə verməklə və ya məhkəmədə iştirak etməklə) müəyyən edərək işi baxılmamış saxlamışdır. İddiaçı da haqlı olaraq məhkəməyə iddia icraatı qaydasında (ümumi aidiyyət qaydalarına uyğun olaraq) cavabdehin qeydiyytada olduğu yerin məhkəməsində, yəni Ordubad Rayon Məhkəməsində iddia qaldırmışdır. Müvafiq məhkəmədə işə tam düzgün və haqlı olaraq baxmış və iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi ərazi aidiyyəti qaydalarına riayət edilmədiyindən müvafiq qətnaməni ləğv edərək işi aidiyyəti üzrə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir. Lakin məhkəmə hazırkı mübahisəni birba şa daşınmaz əşya ilə bağlamış və bu səbəbdəndə qeyd edilən qərardadı qəbul etmişdir. Hazırkı işdə mübahisə predmeti müstəsna aidiyyətlə bağlı olan Mülki Prosessual Məcəllənin 39-cu maddəsnin təsiri altına düşmür. Belə ki, iddiaçı məhkəmədən mirasın faktiki qəbulu ilə bağlı tələbinin təmin olunmasını, cavabdeh isə öz növbəsində bu tələbin təmin olunmamasını istəyir. Bundan əlavə, iddiaçı bütün sübutetmə vasitələri ilə mirası qəbul etdiyini tam sübut etmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsinin bu halın, yəni miarsın qəbulu ilə bağlı məsələnin yenidən baxlması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərməsi məhkəmə süründürməçiyinə gətirib çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
14. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddi a cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.
15. Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.
16. Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir.
17. Maddə 44.2.2. İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir.
18. Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti il ə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır.
19. Maddə 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir.
20. Maddə 384.0.4. Apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər.
21. Maddə 402.2.5. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndəri lməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
22. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Maddə 417.1.3. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
25. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Kassasiya şikayətində iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam mübahisələndirildiyindən, məhkəmə kollegiyası qərardadı bütövlüklə yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası hesab edir ki, ərazi aidiyyətinin müəyyən edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.
29. Kassasiya instansiya m əhkəməsi kassasiya şikayətinin apellyasiya məhkəməsinin işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə gəldiyi nəticənin düzgün olmaması barədə dəlilləri ilə razılaşır.
30. Belə ki, qanunvericilikdə mübahisələrin məhkəmə aidiyyəti məsələsinin aydın və dəqiq göstərilməsi insan və vətəndaş hüquq və azadlıqlarının məhkəmə təminatı baxımından xüsusi əhəmiyyət kəsb edir.
31. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.
32. Konstitusiyanın 62-ci maddəsində hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun olması təsbit edilmişdir. 33. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 34. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imka nı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisə lərə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz.
35. Birinci instansiya məhkəməsi cavabdehin Ordubad rayonunun Düylün kənd ində rəsmi qeydiyyatda olmasını əsas götürərək iddia ərizəsini icraata qəbul edərək işə mahiyyəti üzrə baxmışdır.
36. Apellyasiya instansiyası məhkəməsi isə hesab etmişdir ki, tərkibi tək və vahid, ünvan 1 ünvanında 0,0403 ha torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 2 otaqlı, 50,42 kv.m. yaşayış, 25,14 kv.m. qeyri-yaşayış, 79,08 kv.m. köməkçi sahədən ibarət daşınmaz əmlakdan (fərdi yaşayış evindən) ibarət olan mirasın qəbul edilməsi faktının müəyyən olunması və miras əmlakdakı payının bütün miras kütləsinə şamil edilməklə payının müəyyən olunması barədə qaldırılmış iddia həmin daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması xarakterini daşıyır və bu hal da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsi ilə müəyyən edilmiş müstəsna aidiyyət qaydasının təsiri altına dü şür.
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırkı iddia tələbinə müstəsna aidiyyətlə bağlı Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsini tətbiq etməsi ərazi aidiyyətini tənzimləyən prosessual qanunvericiliyin məqsədlərinə cavab vermir. Həmçinin mülki prosessual qanunvericiliyin müstəsna aidiyyətlə bağlı müddəalarının bilavasitə olaraq hazırkı tələblə bağlılığı müəyyən edilmir. Belə ki, iddiaçının “mirasın faktiki qəbulu və miras əmlakda payın müəyyən olunması”nı tələb etdiyi fərdi yaşayış evi ünvan 1 ünvanında yerləşsə də, həmin iddia tələbi Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərtlərinin heç birinə uyğun gəlmir. Odur ki, iddia tələbi konkret cavabdehə yönəldiyindən və məhkəmələr tərəfindən cavabdehə münasibə tdə də iddianın təmin edilməsi ehtimalı mövcud olduğundan, “mirasın faktiki qəbulu və miras əmlakda payın müəyyən olunması” barədə iddianın bütün miras kütləsinə şamil edilməklə payının müəyyən olunması kimi qiymətləndirilməsi, habelə iddianın həmin daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması xarakterini daşıması barədə apellyasiya instansiya məhkəməsinin mövqeyi düzgün deyildir.
38. Halbuki, Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsində nəzərdə tutulmuş müstəsna aidiyyətlə bağlı halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməməsi Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarında xüsusi olaraq vurğulanmışdır.
39. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apelly asiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş cavabdehin apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün apellyasiya baxışına qaytarılmalıdır.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)190/2024 nömrəli, 18 dekabr 2024-cü il tarixli qərardadı ləğv olunaraq iş Cavabdeh apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün apellyasiya baxışına qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.