Məhkəmə qərarları › İş №2(102)-5590/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5590/2019

05.08.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5590/2019 05.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), X4 və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili Vnun, Cavabdeh MMC-nin direktoru X3, üçüncü şəxs Mnın vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.04.2019-cu il tarixli, 2(103)-3164/2019 nömrəli qətnaməsindən Cavabdeh MMC və üçüncü şəxs M tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim N.Misirzadə) 25.05.2017-c i il tarixli, 2(011)3633/2017 nömrəli qətnaməsi ilə İddiaçı iddiası rədd edilmiş, üçüncü şəxsin iddiası isə təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Qurbanov, E.Nəbiyev,S.Hacıyev) 15.08.2017-ci il tarixli, 2(103)-8121/2017 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.05.2017-ci il tarixli, 2(011)-3633/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Xələfov,Q.Allahverdiyev, Ə.Şadiyev) 27.12.2017-ci il tarixli, 2(102)-9089/2017 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.08.2017-ci il tarixli, 2(103)-8121/2017 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Kazımov, T.Səmədov, İ.Şirinov) 18.05.2018-ci il tarixli, 2(103)-3660/2018 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.05.2017-ci il tarixli, 2(011)-3633/2017 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçının tələbinin təmin, üçüncü şəxsin tələbinin isə rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Vəliyeva,Q.Əsgərov, Ə.Nurməmmədov) 03.12.2018-ci il tarixli, 2(102)-7825/2018 saylı qərarı ilə Cavabdeh MMC-nin kassasiya şikayətinin qismən təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.05.2018-ci il tarixli, 2(103)-3660/2018 nömrəli qətnaməsinin ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Hüseynov, V.Sadıqov, A.İmanov) 02.04.2019-cu il tarixli, 2(103)-3164/2019 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilərəkBakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3633/2017 saylı iş üzrə 25 may 2017- ci il tarixli qətnaməsi İddiaçı iddiasının rədd olunması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamənin qəbul edilməsi, İddiaçı tələbinin təmin edilməsi və ünvan 1 ünvanda inşa olunmuş 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, sahəsi 101.5 kv.metr olan mənzilin İddiaçı sahibliyinə, istifadəsinə verilməsi və onun həmin mənzilə köçürülməsi qət edilmişdir. Cavabdeh MMC və üçüncü şəxs M iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.04.2019-cu il tarixli, 2(103)-3164/2019 nömrəli qətnaməsindən ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. İşin halları: İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda inşa olunmuş 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində, sahəsi 101.5 kv.metr olan mənzilin (bundan sonra - mübahisəli mənzil) onun sahibliyinə, istifadəsinə verilməsi və mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılarkən üçüncü şəxs M Cavabdeh MMC-yə və İddiaçı qarşı mübahisə predmeti barədə müstəqil tələb ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında mübahisəli mənzilə dair bağlanmış 173 nömrəl i, 14.09.2007-ci il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab olunması və mənzilin üçüncü şəxsə təhvil verilməsi, həmin mənzilə dair sahiblik və istifadə hüququnun tanınması və üçüncü şəxsin həmin mənzildən istifadə etməsinə, mənzilə giribçıxmasına maneçilik törədilməsinin iddiaçı və cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh MMC və vəkili R kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman işin halları tam və obyektiv araşdırılmamış, bununla da maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiy asının 02.04.2019-cu il tarixli, 2(103)-3164/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və İddiaçı iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Üçüncü şəxs M və vəkili P kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və beləliklə, apellyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.04.2019-cu il tarixli, 2(103)-3164/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh MMC-nin direktoru X5 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsini n tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili V kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək şikayətlərin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs M kassasiya şikayətinin müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı və üçüncü şəxs M məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respu blikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Cavabdeh MMC mübahisəli mənzili inşa edərək iddiaçıya verməyi, iddiaçı isə həmin mənzilin dəyərinin ödənilməsini öz üzərinə götürdüyündən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 14.09.2007-ci il tarixli müqavilə mahiyyət etibarı ilə podrat müqaviləsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın haz ırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. İş materiallarından məlum olur ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra etdiyini təsdiq edən sübut qismində müqavilədə nəzərdə tutulmuş 101500 ABŞ dolları məbləğində pulun cavabdehə ödənildiyini təsdiq edən 05.12.2007-ci il tarixli kassa mədaxil orderini təqdim etmişdir. Həmin sənəd cavabdehin baş mühasibi tərəfindən imzalanmış və möhürü ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qeyd olunan sənədin necə adlandırılmasından və hansı formada tərtib edilməsindən asılı olmayaraq həmin sənəd iddiaçının müqavilə üzrə pul öhdəliyini cavabdeh qarşıs ında icra etdiyini təsdiq edən yazılı sübutdur və cavabdeh sənəddəki möhürün və imzanın mötəbərliyini mübahisələndirməmiş, əslində pulun ödənilmədiyini və sənədin formal tərtib olunduğunu bildirsə də, həmin hallara dair etirazlarını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 18.05.2018-ci il tarixli qətnaməsi ilə eyni əsaslarla sonuncunun irəli sürdüyü, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi və mənzilin Fya təhvil verilməsi barədə müstəqil tələb əsassız olduğu üçün təmin olunmamışdır. Qətnamənin həmin hissəsindən Fnın verdiyi kassasiya şikayəti qeyri-mümkün olduğu üçün qətnamə həmin hissədə qanuni qüvvəyə minmişdir. Bu baxımdan hazırkı icraat çərçivəsi ndə iddiaçı ilə bağlanmış müqavilənin məhz daha əvvəl F ilə cavabdeh arasında müqavilə bağlanması əsası ilə etibarsızlığı (əhəmiyyətsızliyi) barədə araşdırma aparılması hüquqi müəyyənlik, məhkəmə aktlarının hüquqi qüvvəsi və preyudisiallığı baxımından qeyri- mümkündür. Azərbaycan Respublikası MPM-in 82.3cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanunun mənasına görə eyni iş üzrə bir hissədə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olması həmin aktla müəyyən edilmiş faktların bu işin davamı olan başqa məhkəmə prosesi üzrə preyudisiallığını müəyyən edir. Belə ki, 82.3-cü maddə bir mülki iş üzrə qanuni qüvvəyə min miş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların yalnız başqa mülki iş üzrə deyil, ümumiyyətlə başqa məhkəmə prosesində mübahisələndirilməsini və yenidən sübut olunmasını qadağan edir. İş materiallarından görünür ki, cavabdeh iddiaçı ilə aralarında müqavilənin imzalandığını mübahisələndirməmişdir. Belə ki, hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətində cavabdeh qeyd etmişdir ki, İddiaçılə bağlanan müqavilə görünüş üçün bağlanmış, həmin müqavilə onun adına Tnın təşəbbüsü ilə formal olaraq rəsmiləşdirilmiş, İddiaçı mübahisəli mənzilə görə heç bir ödəniş etməmişdir. Həmin müqavilə digər bir əqdi pərdələmək üçün bağlanmışdır və etibarlı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçı ilə aralarında istinad olunan 14.09.2007-ci il tarixli müqavilənin rəsmiləşdirildiyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını yazılı etiraf etdiyi üçün iddiaçı həmin halları sübut etmək yükündən azaddır. Mövcud vəziyyətdə sübutetmə yükünə əsasən cavabdeh bağlanmış müqavilənin etibarsız olduğunu və başqa əqdi pərdələmək üçün bağlandığını sübut etməli olmasına baxmayaraq cavabdeh bununla bağlı hər hansı sübu tlar təqdim etməmişdir. İş materiallarından görünür ki, hazırkı icraat üzrə birinci apellyasiya baxışında cavabdehin qanuni təmsilçisi mübahisəli mənzilə dair iddiaçı ilə bağlanmış müqavilənin yalan əqd olduğunu, əslində Cavabdeh MMC ilə T arasında müqavilə bağlandığını, lakin sonuncunun Cəmiyyət qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, onunla bağlanmış bütün müqavilələrin və iddiaçı ilə bağlanmış müqavilənin Bakı Apellyasiya Məhkəməsi tərəfindən etibarsız hesab edildiyini və məhkəmə iclası təxirə salınarsa bununla bağlı sübutları məhkəməyə təqdim edəcəyini bildirsə də, səbəbi barədə məlumat vermədən məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə heç bir sübut təqdim etməmişdir. İş materiallarından məlum olur ki, iddiaçının nümayəndəsi cavabdehlə T arasında bağlanmış müqavilə lərin iddiaçıya heç bir aidiyyəti olmadığını, təmsil etdiyi şəxsin həmin tərəflər arasında halhazırda məhkəmə mübahisəsinin olduğu barədə məlumatsız olduğunu və həmin işə cəlb edilmədiyini bildirmişdir. İş materiallarında iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin cavabdehlə T arasında mövcud olmuş münasibətlərə aidiyyətini təsdiq edən mötəbər sübutlar mövcud deyil. Apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbinə iddia müddətinin tətbiqini də qeyrimümkün hesab etmişdir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməklə mübahisəli mənzilə sahiblik və istifadə hüquqları əldə etmişdir. Lakin cavabdeh tərəfindən həmin hüquqların həyata keçirilməsinə maneçilik törədilir və iddiaçı hazırkı tələblə maneələrin aradan qaldırılmasını tələb edir. Azərbaycan Respubli kası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, hətta mübahisəyə iddia müddətlərinin tətbiq mümkün hesab edilsə belə, nəzərə alınmalıdır ki, cavabdeh 14.09.2007- ci il tarixli müqavilə ilə mənzili 24 ay müddətinə iddiaçıya təhvil vermək barədə üzərinə öhdəlik götürmüş, lakin tam dəyəri ödənilmiş mənzilin ona təhvil verilməsini təmin etmədiyindən cavabdehin hərəkəti nəticəsində iddiaçının hüquqlarının pozulması bu günə kimi davam edir və belə vəziyyətdə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi barədə nəticə yə gəlmək mümkün deyildir. Beləliklə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətlərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxla nılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC və üçüncü şəxs M tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.04.2019-cu il tarixli, 2(103)3164/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar