Məhkəmə qərarları › İş №2(102)-5590/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5590/2022

13.12.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5590/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar X2rşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, əmək haqqı tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar X2rşı əmrin ləğv edilməsinə, işə bərpa edilməsinə və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki koll egiyasının 2(103)-4570/2022 nömrəli mülki iş üzrə 24 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 13 dekabr 2022ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, işəgötürən Bakı Humanitar Kolleci ilə işçi İddiaçı arasında xx.xx.2018ci il tarixli müddətsiz əmək müqaviləsi bağlanaraq İddiaçı aylıq əmək haqqı 375 manat olmaqla Bakı Humanitar Kollecinə metodist vəzifəsinə işə qəbul edilmişdir. Onunla bağlanmış əmək müqaviləsi işəgötürənin (direktorun) xx.xx.2021-ci il tarixli, 330 nömrəli əmri ilə ləğv edilmişdir.

2. Müqavilənin ləğvinə səbəb Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unive rsitetinin nəzdində X3 Hüquqi Şəxsinə çevrilməsi nəticəsində işəgötürən yenidən təşkili ilə bağlı kollec üzrə tədrisin təşkilində daha da keyfiyyətli və effektiv naliyyətlər əldə etmək, eyni zamanda idarəçilik baxımından optimal idarəetmə sisteminin yaradılmasını təmin etmək məqsədi ilə işçilərin sayının və ya ştatların ixtisarını keçirməsi olmuşdur.

3. Təsdiq edilən yeni ştat cədvəlində metodist ştatı nəzərdə tutulmadığından İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam vermişdir.

4. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı ixtisarın həyata keçirilməsinə nəzarət ko missiyasının üzvləri tərəfindən tyutor vəzifəsi təklif edilmiş, İddiaçı tyutor vəzifəsindən imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli 330 nömrəli əmrinin ləğv edilməsini, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecində metodis vəzifəsinə bərpa edilməsini və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, onun çalışdığı ştat ixtisara düşməmişdir. Bundan başqa o, bir sıra üstünlüklərə malikdir. Belə ki, onun 40 ilə yaxın iş s tajı vardır. O, Mediasiya Şurasına müraciət etmiş, lakin, cavabdeh tərəf mediasiya sessiyasında iştirak etməmişdir. Bundan başqa hesab edir ki, onunla bağlanan əmək müqaviləsinə qərəzli olaraq xitam verilmişdir. Belə ki, o, N.Qaralova direktor təyin edilərkən ona toplanması həvalə edilən məlumatları olduğu kimi N.Qaralovaya təqdim etmiş, daha sonra N.Qaralova barəsində kollektivin digər üzvləri ilə birlikdə şikayət etmişdir. Təhsili, təcrübəsi, yaşı ilə bağlı tyutor vəzifəsində işləyə bilməz. Hal-hazırda kollecdə ədəbiyyat müəllimi, direktor müavini vəzifələri boş olduğundan işəgötürən onu bu vəzifələrə işə götürə bilər.

7. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək məhkəmə iclasında bildirmişdir ki, iddiaçıya cavabdehin xx.xx.2021-ci il tarixli struktur dəyişikliyi barədə 167 saylı əmri izah edilmişdir. Struktur dəyişikliyi barədə həmin əmrin 3.7-ci maddəsinə əsasən hərbi səfərbərlik üzrə mühəndis, fiziki hazırlıq rəhbəri, metodist, böyük kitabxanaçı, biblioqraf, texnik, laborant, katibə-makinaçı, katib ştatları ləğv edilmiş, əvəzinə təhsil ixtisasları şöbəsinin müdiri, kulturologiya şöbəsinin müdiri və incəsənət şöbəsinin müdiri ştat vahidləri təsdiq edilmişdir. İddiaçıya tyutor vəzifəsi təklif edilmiş lakin o, imtina etmişdir. Bundan başqa iddiaçı nəzərə almır ki, 40 ilə yaxın iş stajının olması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu mədəsinin müddəaları altına düşmür. İddiaçı səhvən qanunvericilikdə nəzərdə tutulmuş üstünlük hüququnu əsas gətirmişdir. Lakin iddiaçı nəzərə almır ki, burada ixtisas və ya peşəkarlıq səviyyəsi onunla eynilik təşkil edən digər şəxs və ya şəxslər yoxdur, yəni, mübahisələndirilən hal üzrə əsas məsələ iddiaçının çalışdığı metodist vəzifəsının ixtisara düşməsi nəticəsində mövcud olmamasıdır. Bu səbəbdən Əmək Məcəlləsinin 78-ci maddəsinə istinad düzgün deyildir. İşçilərin sayının azaldılması və ya ştatların ixtisarı ilə bağlı isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 250 saylı qərarına əsasən Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Qeyd olunan qərarın icrası barədə Azərbaycan Respublikası Təhsil Naziri xx.xx.2020-ci il tarixli F-355 saylı əmr imzalamışdır.

8. Cavabdehin xx.xx.2021-ci il tarixli 141 saylı əmri ilə 2021-2022-ci tə dris ili üçün yeni ştat cədvəli təsdiq edilmişdir. İşçilərin sayının və ştatların ixtisar edilməsi barədə 177 nömrəli xx.xx.2021-cı il tarixli əmrə əsasən əmrdən irəli gələn, ixtisar olunacaq işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməklə, ixtisar edilən (vəzifə) ştatı tutan işçilərə ixtisasına və peşəsinə uyğun olan yeni yaradılmış (vəzifə) ştat təklif edilməklə ixtisara düşən müəllimlərin ixtisasları, əmək fəaliyyəti nəzərə alınmaqla yerləşdirilmişdir. Eyni zamanda İddiaçı və digər şəxslər əmək hüquqlarının pozulması ilə bağlı müxtəlif orqanlara müraciətlər etmiş və həmin müraciətlərə aidiyyəti olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı cavabdeh tərəfindən hər hansı qanunsuz hərəkətə yol verilmədiyi müəyyən edilmişdir.

9. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-1665/2022 nömrəli iş üzrə 21 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia təmin olunmamışdır.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı onunla bağlanan əmək müqaviləsinə qanunvericiliyin tələblərinin pozulması ilə xitam verilməsini iddia etsə də, məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmamışdır. Belə ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçı tədris müəssisəsində ixtisaradək mövcud olan ştat cədvəlində yeganə olan metodis vəzifəsində işləmiş, yeni ştat cədvəlində metodist vəzifəsi nəzərdə tutulmamış, iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən işəgötürən işçini qanunvericiliyin tələblərinə uyğun xəbərdar etmiş, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almış, məhkəmə iclasında isə iddiaçı ona təklif olunan tyutor vəzifəsinin onun yaşına uyğun olmadığını, işəgötürən tərəfindən ona hazırda boş olan direktor müavini vəzifəsinin verilməsini təklif etmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsində istinad olunan hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh iddiaçı ilə bağladığı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə əməl etməklə xitam verdiyindən iddia ərizəsi əsassızdır, ona görə də təmin edilə bilməz.

12. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 11, 68, 70, 71, 77, 78, 80-ci maddələrinə, Azərbaycan Respublikası Konstit usiyasının 60-cı maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4570/2022 nömrəli iş üzrə 24 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) iddia təmin edilmiş, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin direktoru tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 331 nömrəli əmrin ləğv edilməsi, İddiaçı həmin kollecdə əvvəlki vəzifəsinə bərpa olunmas ı və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “İşçilərin sayının ixtisarı” və “işçilərin ştatlarının ixtisarı” bir-birindən fərqləndirilməlidir. Sayın ixtisarı – bu, müəyyən vəzifə üzrə ştat vahidlərinin sayının azaldılmasıdır. Məsələn, müəssisədə 2 metodist ştatı mövcuddursa, 1 metodist ştatı ştat cədvəlindən xaric olunursa, bu, işçilərinin sayının azaldılmasıdır. Ştat ixtisarı – bu, ştat cədvəlindən müəyyən vəzifələrin tamamilə çıxarılmasıdır. Məsələn, müəssisədə yalnız 1 metodist ştatı mövcuddursa, o, ştat cədvəlindən xaric olunursa, bu, işçilərin ştatlarının ixtisarıdır. Cavabdeh təşkilatda cəmi 1 metodist ştatı olub, həmin ştat vahidi ştat cədvəlindən xaric olunub. Ona görə də işdə saxlanmağa ü stünlüyü olan şəxsləri müəyyənləşdirən normanın - Əmək Məcəlləsinin 78-ci maddəsindəki normanın hazırkı mübahisədə tətbiqi mümkün deyil.

17. Lakin əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqı təşkilatının razılığı alınmayıb. Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin “b” bəndində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə görə həmkarlar ittifaqı təşkilatı bu məsələ ilə bağlı özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

18. Cavabdeh təşkilatda fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsinin xx.xx.2021ci il tari xli iclasının 29 №-li protokolundan (apellyasiya icraatı zamanı məhkəməyə təqdim olunub) görünür ki, həmin iclasda qərara alınıb ki, ixtisar edilməsinə razılıq verilməyən və ixtisar edilməsi nəzərdə tutulan işçilərin siyahısı təsdiq edilərək iclas protokoluna əlavə edilsin. Həmin siyahı birinci instansiya məhkəməsinə təqdim edilib, ixtisar edilməsinə razılıq verilmiş işçilərin siyahısında iddiaçının adı var.

19. Protokoldan görünür ki, iclasda 7 nəfər komitə üzvü (Nigar İmanova, Gülnarə Məmmədova, Nərmin Qasımova, Tərlan Ağa-Mirzəyev, Samirə Tahirova, Sevinc Məmmədova və Günül Əhmədova) iştirak edib, 2 nəfər ixtisara nəzarət komissiyasının üzvləri (K.A.Məsimov və G.Ə.Quliyeva) iclasa dəvət olunub.

20. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə olan əmək müqaviləsinin ləğvinə razılıq verilməsi məsələsinə 7 nəfərdən ibarət yığıncaqda deyil, həmkarlar ittifaqı təşkilatının bütün üzvlərinin yığıncağında baxılmalı idi. Hər iki tərəfin etiraf etdiyinə görə cavabdeh təşkilatda təxminən 300 nəfər işləyir. Ona görə də əmək müqaviləsinin ləğv edilməsinə 7 nəfərin iştirakı ilə verilən “razılıq” həmkarlar ittifaqı təşkilatının razılığı kimi qiymətləndirilə bilməz.

21. İddiaçı apellyasiya icraatı zamanı bildirmişdir ki, həmkarlar ittifaqı təşkilatının iclasına dəvət olunmayıb, hesab edir ki, əgər işdən azad olunması məsələsi onun bütün həmkarlarının iştirakı ilə həmkarlar ittifaqı təşkilatının iclasında müzakirə olunsaydı, həmkarları əmək müqaviləsinin ləğvinə razılıq verməzdi. Beləliklə, əmək müqaviləsi həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan ləğv edildiyinə görə bu b arədə olan əmr qanunsuzdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə “Həmkarlar ittifaqları haqqında” Qanunun 11-ci maddəsinə istinad edərək göstərib ki, sanki həmkarlar ittifaqı komitəsi cavabdeh qurumda çalışan bütün işçilərin iştirakı ilə iclas keçirməli və qərar qəbul etməli idi. Həmin sayda işçilərin iclasda olmaması qərarın qəbul edilmədiyinə dəlalət edir. Məhkəmənin bu mövqeyi absurddur. Belə ki, istər göstərilən normada istərsə də “Həmkarlar ittifaqları haqqında” Qanunun heç bir maddə sində qeyd olunmayıb ki, əmək müqaviləsinə əmək məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilərkən keçirilən iclasda bütün işçilər iştirak etməlidirlər. Fərz edək ki, 10000 işçisi olan müəssisədə bir işçisi olan bir ştatın ixtisarı planlaşdırılır və bununla bağlı işəgötürən tərəfindən həmkarlar ittifaqına yazılı təqdimatla müraciət olunur. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, həmkarlar ittifaqı qərar qəbul edən zaman həmin 10000 nəfərin iştirakını cəlb etməli və əgər həmin şəxslərdən biri iştirak etməmişsə qəbul ediləcək qərar qanunsuz hesab ediləcəkdir. Məhkəmənin belə tipdə bir mövqeyi absurddur. Eyni zamanda məhkəmə bu mövqeyi ilə sanki tələbin işə bərpa olmasını deyil həmkarlar ittifaqının qərarının qanuni və yaxud qanunsuz olmasını göstərməyə çalışmışdır. Lakin nəzərə a lmamışdır ki, iddiaçının belə bir tələbi olmamışdır.

24. Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, cavabdeh tərəfindən həmkarlar ittifaqına əsaslandırılmış yazılı təqdimatla müraciət edilib. Həmin ittifaqın da yazılı qərarı alınıb. Qərardan çıxarış (protokoldan çıxarış) 1-ci instansiya məhkəməsində aparılan icraat zamanı cavabdeh tərəfindən əlavə edilmiş yazılı etiraza (61-ci vərəq) qoşma edilmişdir. Lakin məhkəmə hansısa qeyri-müəyyən səbəbdən qərardan çıxarış iş materiallarında ola-ola qərarın özünü istəmiş hətta qətnaməsində də onun apellyasiya icraatında təqdim olunduğunu göstərmişdir. Məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş, onlara hərtərəfli və tam baxmamışdır. Məhkəmənin cavabdeh tərəfindən təqdim edilmiş sübutlara q ərəzli mövqe bəsləməsi iş materiallarında həmkarlar ittifaqının qərarının ola-ola qətnamədə olmaması və cavabdeh tərəfindən yenidən təqdim olunmasında öz əksini tapır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

26. Maddə

60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində di nlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Əmək Məcəlləsi

27. Maddə 68 (1-ci bəndi). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər

28. Maddə 68 (2-ci bəndi). Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

29. Maddə 70. (b bəndi). Əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər.

30. Maddə

71. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

31. Maddə 77. (1-ci hissə) İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

32. Maddə 78 (1-ci hissə). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.

33. Maddə 78. (2-ci hissə). İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadə k uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.

34. Maddə 80 (1-ci hissə). Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra - MPM)

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma sı kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verildiyindən, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

44. Belə ki, işin müəyyən edilmiş halı ondan ibarətdir ki, iddiaçı cavabdeh müəssisədə metodist vəzifəsində işləmiş, 26 noyabr 2021-ci il tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə (işçilərin sayı və ştatl arın ixtisarı edildiyi) əsasən xitam verilmişdir.

45. İddiaçı iddia ərizəsində ştatın ixtisara düşmədiyini, bir sıra üstünlüklərə malik olduğunu, 40 ilə yaxın iş stajına malik olduğunu göstərmiş və Əmək Məcəlləsinin 71 və 78ci maddələrinə istinad etmişdir.

46. Birinci instansiya məhkəməsi məhz irəli sürülmüş həmin dəlillər üzrə araşdırma aparmış və belə qənaətə gəlmişdir ki, iddiaçı tədris müəssisəsində ixtisaradək mövcud olan ştat cədvəlində yeganə olan metodist vəzifəsində işləmiş, yeni ştat cədvəlində metodist vəzifəsi nəzərdə tutulmamış, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən işçini qanunvericiliyin tələblərinə uyğun xəbərdar etmiş, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almışdır.

47. Apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbində və ape llyasiya şikayətində göstərdiyi dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh təşkilatda cəmi bir metodist ştatı olmuş, həmin ştat vahidi ştat cədvəlindən xaric olunmuşdur. Ona görə də işdə saxlanmağa üstünlüyü olan şəxsləri müəyyənləşdirən normanın – Əmək Məcəlləsinin 78-ci maddəsindəki normanın hazırkı mübahisədə tətbiqi mümkün deyil. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə razılaşır.

48. Lakin apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianın təmin edilməsi nəticəsinə gələrkən nə iddia ərizəsində, nə də apellyasiya şikayətində göstərilməyən (lakin apellyasiya icraatı zamanı iddiaçının izahatına istinad etdiyi) əsasa, yəni işçinin işdən azad olunması zamanı həmkarlar ittifaqı təşkilatının razılığının olmamasına istinad etmişdir.

49. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci hissəsində əmək müqaviləsinin ləğv edilməsi üçün «həmkarlar ittifaqı təşkilatının razılığı» deyildikdə həmkarlar ittifaqı təşkilatının bütün üzvlərinin yığıncağında verilmiş razılıq nəzərdə tutulur. İşçi həmkarlar ittifaqı təşkilatına ona görə üzv olur ki, əmək müqaviləsinin ləğvi zamanı öz həmkarları tərəfindən müdafiə olunsun. Ona görə də iddiaçı ilə olan əmək müqaviləsinin ləğvinə razılıq verilməsi məsələsinə 7 nəfərdən ibarət yağıncaqda deyil, həmkarlar ittifaqı təşkilatının bütün üzvlərinin yağıncağında baxılmalı idi. Hər iki tərəfin etiraf etdiyinə görə cavabdeh təşkilatda 300 nəfər işləyir. Ona görə də əmək müqaviləsinin ləğv edilməsinə 7 nəfərin iştirakı ilə verilən «razı lıq» həmkarlar ittifaqı təşkilatının razılığı kimi qiymətləndirilə bilməz.

50. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin mübahisəli əmr qəbul edilərkən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinin pozulmasından ibarət mövqeyi əsaslı olmamışdır. Belə ki, həmin Məcəllənin 80-ci maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 2-ci bəndinə isə göstərilir ki, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

51. İşdən görünür ki, işəgötürən iddiaçı ilə əmək müqaviləsinə xitam verilməzdən əvvəl həmkarlar ittifaqı təşkilatına (ştat ixtisarına razılıq verilməsi üçün) müraciət etmiş, müəyyən olunmuş müddət daxilində razılıq alınmışdır.

52. Hətta işə əlavə olunmuş məhkəmə qətnaməsindən görünür ki, (Günel Nəsirlinin iddiası üzrə qətnamənin yuxarı məhkəmələr tərəfindən ləğv olunmasına dair məlumat mövcud deyil, bu baxımdan qətnamənin qanuni qüvvədə olması nəticəsinə gəlmək olar) eyni razılığa istinad edilmiş və o, qanun auyğun razılıq kimi qəbul edilmişdir.

53. Apellyasiya instansiya məhkəməsi qeyd edir ki, tərəflər qəbul edir ki, təhsil müəssisəsində 300 nəfər işçi olmuş, ona görə 7 nəfərin vermiş olduğu razılıq təşkilat tərəfindən verilmiş razılıq kimi qəbul oluna bilməz.

54. Lakin apellyasiya instansiyası məhkəməsi belə qənaətə həqiqətən təhsil müəsissəsində 300 nəfər işçinin olması, həmin şəxslərin həmkarlar ittifaqı təşkilatının üzvü olmaları, razılıq vermiş şəxslərin belə razılıq verməyə səlahiyyətli olub-olmamaları məsələlərinin araşdırılmasında sonra gələ bilərdi.

55. Məhkəmə kollegiyasının iclasında birinci instansiya məhkəməsində araşdırma predmeti olmayan halların araşdırılması zəruriliyi yaranmışdırsa, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmaq səlahiyyətinə əsaslanar aq təhsil müəssisəsinin həmkarlar ittifaqı təşkilatında belə razılığın verilməsinə səlahiyyəti olan orqanı (ümumi yığıncaq, onun vəkil etdiyi orqan və ya 7 nəfərdən ibarət təşkilat üzvünü) müəyyən etməli idi.

56. Belə ki,X1 23-cü bəndinin 8-ci yarımbəndində göstərilir ki, həmkarlar ittifaqları komitəsinin qərarı Nizamnamədə nəzərdə tutulan hallardan başqa yığıncaqda iştirak edən komitə üzvlərinin əksəriyyətinin səsi ilə qəbul edilir.

57. Göründüyü kimi nümunəvi nizamnamədə həmkarlar ittifaqı təşkilatının qərarı bütün üzvləri tərəfindən deyil, yalnız iclasda iştirak edən komitə üzvlərinin əksəriyyətinin səsi əsasında qəbul edildiyi göstərilir. Baxılan iş üzrə razılığın qanunauyğunluğunu müəyyən etmək üçün cavabdeh təşkilatda qeydə alınmış həmkarlar ittifaqı təşkilatının nizamnaməsi tələb ol unaraq baxış keçirilməsi zəruri olmuş, lakin apellyasiya instansiya məhkəməsi nizamnamənin tələb olunmasını tərəflərlə birlikdə müzakirə etməmiş, belə araşdırmanın aparılmasını təmin etməmişdir.

58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

59. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq müna sibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.

60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2022-ci il i tarixli, 2(103)-4570/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar