Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5598/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı4 və digərlərinin cavabdeh Cavabdeh və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5598/21 (Açar sözlər: əqdin etibarlı hesab edilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və X1 ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçılar: İddiaçı4, İddiaçı3, İddiaçı1, İddiaçı5 və İddiaçı2, Cavabdeh: Cavabdeh və vəkili Vəkil2 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 may 2021-ci il tarixli, 2(107)933/2021 saylı qətnaməsindən Cav abdeh kassasiya şikayəti üzrə işə 07 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı4 və digərləri (cəmi 5 nəfər) məhkəmədə Cavabdeh və digərlərinə qarşı iddia qaldıraraq, Cavabdeh Ağdaş rayonu, Qoşaqovaq kəndində qanunsuz zəbt etdiyi ümumi mülkiyyətlərində olan 4,80 ha torpaq sahəsinin 1,17 ha hissəsindən çıxarılması və torpaq sahəsinin onlara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş ediblər. Cavabdeh isə məhkəmədə İddiaçı4 və digərlərinə qarşı qarşılıqlı iddia verərək, Ağdaş rayon AİK 14 avqust 1998-ci il tarixli 15 saylı qərarı ilə və qeydiyyat kitabında 10 mart 1999-cu il tarixdə 3377 nömrə ilə qeydiyyata alınmış JN:271 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı4, İddiaçı3, Əzizxan Qarayev, İddiaçı1, İddiaçı5 və İddiaçı2 mülkiyyətinə verilmiş Ağdaş rayonu, Qoşaqovaq kəndi ərazisində yerləşən 4.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2.17 ha hissəsinin alqısatqısına dair aralarında bağlanmış əqdin etibarlı hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim F.H.Nəsibov) ilk iddia rədd, qarşılıqlı iddia təmin edilərək, Ağdaş rayon AİK 14 avqust 1998-ci il tarixli, 15 saylı qərarı ilə və qeydiyyat kitabında 10 mart 1999-cu il tarixdə 3377 nömrə ilə qeydiyyata alınmış JN:271 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı4, İddiaçı3, Ə zizxan Qarayev, İddiaçı1, İddiaçı5 və İddiaçı2 mülkiyyətinə olan Ağdaş rayonu, Qoşaqovaq kənd ərazisində yerləşən 4,80 ha torpaq sahəsinin 2,17 ha hissəsinə dair İddiaçı4 və İddiaçı3 ilə Cavabdeh arasında bağlanmış alqı-satqı barədə əqdin etibarlı hesab edilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı yazılı əqd bağlanıb və əqd qanuni zidd olmayıb. İddiaçılar razılaşdıqları pulu alıb torpaq sahəsini cavabdehin istifadəsinə, sahibliyinə vermişlər. Lakin, iddiaçılar müxtəlif bəhanələr gətirərək əqdin notarial təsdiqlənməsindən yayınmışlar. Belə ki, 14 sentyabr 2004-cü il tarixdə Qoşaqovaq kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəsi C.Həşimov tərəfindən imzalanaraq Nümayəndəliyin möhürü ilə möhü rlənmiş aktla əqdin yazılı formasına əməl edilib. Həmin yazılı sənəd “Akt” adlandırılsa da, orada müqaviləyə xarakterik olan bütün zəruri şərtlər- müqavilənin tərəfləri, alqı-satqının predmeti, ödənilməli məbləğ öz əksinə tapıb və tərəflər sözügedən sənədi imzalamışlar. Ona görə də ilk iddia rədd, qarşılıqlı iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 144.1, 157.1, 336.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçılar İddiaçı4, İddiaçı3 və İddiaçı1 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş ediblər. Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.A.Mahmudov sədrlik edən, məruzəçi, Ə.T.Məcidov və İ.H.Şükürov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə, ilk iddia təmin, qarşılıqlı iddia rədd edilərək, Cavabdeh ümumi birgə mülkiyyət hüququ ilə iddiaçılara məxsus olan Ağdaş rayonu, Qoşaqovaq kəndində yerləşən 4,80 ha torpaq sahəsinin 1,17 ha hissəsindən çıxarılması və həmin torpaq sahəsinin iddiaçılara qaytarılması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi ilk iddianı rədd, qarşılıqlı iddianı təmin etməklə səhv nəticəyə gəlib, maddi və prosessual hüquq normaları nın tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Ona görə də ilk iddia təmin, qarşılıqlı iddia rədd olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 157.2, 157.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual h üquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh və vəkili Vəkil2 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1, İddiaçı5 və İddiaçı2 məhkəmə iclasında iştirak etsələr də vəkillə birgə təmsil olunmadıqları üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onları məhkəmə iclasında dinləmədi. Üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də nümayəndəsini məhkəmə iclasına göndərmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasın onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə va sitəsilə tələb edə bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığ ı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması üçün əsasların olmas ını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, “JN-271” saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən, Ağdaş rayonu, Qoşaqovaq kəndində yerləşən 4,80 hektar torpaq sahəsi Ağdaş rayon AİKnın 14 avqust 1998-ci il tarixli, 15 nömrəli qərarı ilə İddiaçı4 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilib. Habelə Ağdaş rayon İHB-nın Qoşaqovaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Cəbrayıl Həşimov, İddiaçı4, İddiaçı3, Cavabdeh və Tamara Yediyarovanın iştirakları ilə tərtib edilmiş 14 sentyabr 2004-cü il tarixli akta əsasən, İddiaçı4 4,80 ha pay torpaq sahəsinin 2,20 ha hissəsini 1.600.000 manata (AZM) və yanıbalalı bir baş ana inəyinə Cavabdehla dəyişib. İddiaçı4 torpaq sahəsini Cavabdeh birdəfəlik olaraq ömrlük satıb. Tərəflər arasında heç bir anlaşılmazlıq və narazılıq yoxdur. İddiaçı4 Cavabdeh satmış olduğu 2,20 ha torpaq sahəsinin notarial qaydada Cavabdeh adına keçənədək etibarlıdır. Eyni zamanda, Ağdaş rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı4 ünvanlanmış 21 dekabr 2005-ci il tarixli məktubla müəyyən olunur ki, İddiaçı4 azyaşlı uşaqları olan 12 avqust 1991-ci il tarixdə doğulmuş İddiaçı1, xx xxxxxxxx 1992-ci il tarixdə doğulmuş İddiaçı5, xx xxxx 1994-cü il tarixdə doğulmuş İddiaçı2 və digər üç nəfər övladlarına 10 mart 1999-cu il tarixli, JN-271 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında verilmiş torpaq paylarının satılmasına etiraz etmədiklərini bildiriblər. Reyestr Xidmətinin 31 avqust 2020-ci il tarixli məktubu ilə müəyyən olunur ki, JN-271 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövl ət Aktına əsasən, İddiaçı4 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 2,1745 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə əlaqədar notariat kontorunda özgəninkiləşdirilmə əməliyyatı aparılması üçün Forma 1 arayışı verilib. Lakin həmin torpaq sahəsinin özgəninkiləşdirilib- özgəninkiləşdirilməməsi barədə Reyestr Xidmətində məlumat yoxdur. İşə əlavə edilmiş 11 yanvar 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, mülk işin 42-ci vərəqində olan 14 sentyabr 2004-cu il tarixli 01 nömrəli Aktda “Qarayev V” soyadı önündəki imzanın- İddiaçı4 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Mülki Məcəllənin 336.1-ci maddəsinə əsasən, əgər tərəflərdən biri əqddən əmələ gə lən hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 648.1-ci maddəsində təsbit edilmişdir ki, daşınmaz əşyaların alqısatqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları araşdırıb qeyd etmişdir ki, Cavabdeh qarşılıqlı iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 335.2-ci maddəsinə (halbuki bu maddə 24.06.2005-ci il tarixli qanunla çıxarılmışdır) istinad edib və məhz həmin maddənin müddəalarına əsaslanmaqla İddiaçı4 və digərləri tərəfindən ona verilmiş mübahisəli torpaq sahəsinə dair “Akt” alqısatqı müqaviləsi kimi qəbul edilməsini tələb etmişdir. Bununla bağlı, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, sözügedən Akt mülkiyyətçilərdən yalnız İddiaçı4 və İddiaçı3 tərəfindən imzalanıb və həmin “Akt” daşınmaz əmlaka dair bağlanmış ikitərəfli əqd kimi qəbul edilə bilməz. Belə ki, Mülki Məcəllənin 324.1 və 324.2-ci maddələrinə əsasən, əqd mülki hüquq müna sibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Beləliklə, Mülki Məcəllənin ümumi yanaşmasına görə hər hansı razılaşmanın və ya iradə ifadəsinin əqd sayılması, həmin əqdin etibarlı hesab olunması və qanunla müdafiə olunan nəticələr doğurması üçün o, aşağıdakı ünsürləri ehtiva etməli və həmin ünsürlər qüsurlu olmamalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Yazılı əqddə isə ilk növbədə onun məzmununa dair tərəflərin iradə ifadələri öz əksini tapmalıdır. Bu, Mülki Məcəllənin 331.1-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə yazılı əqd onun məzmununu ifadə edən və əqd i bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Şərh olunan qanunvericilik müddəalarını rəhbər tutmaqla apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, İddiaçı4 və İddiaçı3 tərəfindən verilmiş iltizamdakı iradə ifadəsi mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin zəruri şərtlərinə riayət edilməsi kimi qiymətləndirilə bilməz. Bundan əlavə, “JN-271” saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən, tərəflər arasındakı mübahisəli torpaq sahəsi yalnız İddiaçı4 və İddiaçı3 deyil, ümumi birgə mülkiyyət hüququ əsasında eyni zamanda İddiaçı1, İddiaçı2, Əzizxan Qarayev və İddiaçı5 məxsusdur. Həmin Akt onlar tərəfindən imzalanmayıb. Aktı mülkiyyətçilərdən yalnız İddi açı4 və İddiaçı3 imzalayıb. Mülki Məcəllənin 567 və 650-ci maddələrinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. “İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumu 22 mart 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Apellyasiya instansiyası məhkəməsi, işin hallarını nəzərə alıb, Cavabdeh kassasiya şikayəti ilə eyni məzmunlu olan qarşılıqlı iddia ərizəsinin dəlillərini araşdırıb, haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh tələbi ilə hazırda mübahisələndirilən 14 sentyabr 2004-cü il tarixli Aktın, “əqdin” etibarlı hesab edilməsi üçün əsaslar yoxdur. Belə ki, Cavabdeh iddia etdiyi kimi sözügedən əqdin notarial təsdiqlənməsi qa ydasına riayət edilməməsinin məhz əks tərəfin, yəni İddiaçı4 və digərlərinin təqsiri ucbatından baş verməsi mülki iş materialları ilə təsdiq olunmur. Belə ki, əvvəla, mübahisəli torpaq sahəsinə dair 14 sentyabr 2004-cü il tarixli akt tərtib edilərkən həmin torpaq sahəsinin paylı mülkiyyətçilərindən olan Əzizxan Qarayev 08 oktyabr 1999-cu il tarixdən artıq ölmüş idi. Belə olan halda İddiaçı4 və qeyriləri istəsələr də belə torpaq sahəsini Cavabdeh sata bilməzdilər. Sonuncunun ötən müddət ərzində torpaq sahəsinə dair alqı-satqı müqaviləsini rəsmiləşdirməyə cəhd göstərməməsi, əksinə İddiaçı4 və qeyriləri məhkəmədə hazırki iddianı qaldırdıqdan sonra Cavabdeh qarışlıqlı iddia ilə məhkəməyə müraciət etməsi, əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin əks tərəfin, yəni İddiaçı4 və qeyrilərinin təqsiri ucbatından baş verməsi anlamına gəlməyə əsas vermir. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması; notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Apellyasiya instansiyası məhkəməsi, qanunvericiliyin tələbini və Konstitusiya Məhkəməsi Plenumunun hazırki mülki işin xarakterinə uyğun formalaşdırdığı hüquqi mövq eyini nəzərə alaraq hesab etmişdir ki, İddiaçı4 və digərlərinin apellyasiya şikayətində göstərdikləri dəlillər əsaslıdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi üçün əsasdır. Birincisi, ona görə ki, Cavabdeh alqı-satqı müqaviləsinin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsini İddiaçı4 və digərlərinin təqsiri ucbatından baş verməsini sübut edə bilməyib və bunu yalnız həmin dövrdə torpağın sənədlərinin qaydasında olmaması ilə əlaqələndirib. İkincisi, əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalı olduğu halda Cavabdeh notarial qaydada təsdiq olunmasa da tərəflərin iradə ifadəsini əks etdirən, əslində hər ikisinin razılığa gəldikləri şərtləri özündə əks etdirən, hər iki tərəf in imzalamalı olduğu yazılı müqaviləni deyil, yalnız İddiaçı4 və İddiaçı3 tərəfindən əlyazma üsulu ilə yazıldığını bildirən “akt”ı (izahatı) sübut kimi təqdim etmişdir ki, bunu da əqd hesab etmək olmaz. Üçüncüsü, qanuna riayət edilmədən mübahisəli torpaq sahəsinin Cavabdeh verilməsi sonuncunun torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması üçün əsas ola bilməz. Çünki, mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yarana bilər. Cavabdeh torpaq sahəsinə qanunun tələblərinə əməl olunmadan faktiki sahibliyinin yaranması isə özü-özlüyündə qarşılıqlı iddianın təmin olunması üçün əsas deyil. Dördüncüsü, həm tərəflərin izahatından, həm də mülki iş materiallarından müəyyən edilir ki, ümumiyyətlə sözügedən 14 sentyabr 2004-cü il tarixli “Akt” barədə razılığa gəlinərkən və imzalanarkən mülkiyyətçilərdən Əzizxan, Süleyman, Sevinc və Xatirə Qarayevlərin mövqeləri nəzərə alınmamışdır. Hansı ki, həmin vaxt mülkiyyətçilərdən Əzizxan Qarayev 1999-cu ildə ölmüş, digər mülkiyyətçilər Süleyman, Sevinc və Xatirə Qarayevlər isə yetkinlik yaşına çatmamışlar. Apellyasiya instansiyası məhkəməsi, işin bu halları ilə bağlı düzgün olaraq qeyd etmişdir ki, mərhum Əzizxan Qarayevaya münasibətdə qanunvericiliyin vərəsəlik hüquq münasibətindən, digərlərinə münasibətdə isə yetkinlik yaşına çatmayanlarla bağlı əqdin bağlanmasının prosedur qaydalarına (Mülki Məcəllənin 36-cı maddəsi) riayət olunmalı idi. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin ilk iddianın təmin edilməməsi mövqeyi ilə də razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edib. Apellyasiya instansiyası məhkəməsi, ilk iddia ərizəsində qeyd olunan mübahisəli ərazinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qan unvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-c i maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, hesab edir ki, Cavabdeh kassasiya şikayəti ilə eyni məzmunlu olan qarşılıqlı iddia ərizəsinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edi lməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 may 2021-ci il tarixli, 2(107)-933/2021 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5598/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5598/2021
07.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver