Məhkəmə qərarları › İş №2(102)-5599/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5599/2022

15.11.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5599/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa tələbi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı əmrin ləğv edilməsi, iddiaçının tutduğu vəzifəyə və ya bərabər vəzifəyə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilməsi, ona dəymi ş maddi və mənəvi ziyanın ödənilməsi və vəzifəli şəxslərin vəzifə səlahiyyətlərini aşmalarına görə intizam, inzibati və cinayət məsuliyyətinə cəlb edilmələri tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2038/2022 nömrəli, 24 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 15 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh2 ASC-nin Mühasibat Uçotu departamentinin meneceri vəzifəsində işləmişdir.

2. Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun 31 avqust 2021-ci il tarixli 133U saylı əmri ilə 01 sentyabr 2021-ci il tarixdən LPO Cavabdeh2 ASC-nin yeni ştat cədvəli təsdiq edilmişdir.

3. İşəgötürən tərəfindən işç i İddiaçı Əmək Məcəlləsinin tələblərinə riayət olunmaqla müvafiq bildiriş göndərilərək, bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi ilə, yəni işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq ləğv ediləcəyi barədə qabaqcadan xəbərdarlıq edilmiş, həmçinin ona xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli məbləğində birdəfəlik ödəniş edilməklə əmək müqaviləsinə xitam verilə biləcəyi barədə məlumat verilmişdir.

4. İddiaçı ərizə ilə müraciət edib 03 sentyabr 2021-ci il tarixli bildiriş məktubuna münasibət bildirərək07 sentyabr 2021-ci il tarixli, xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli məbləğini birdəfəlik əldə etməklə xx.xx.2021-ci il tarixdən işdən azad edilməsinə etiraz etməmişdir.

5. LPO Cavabdeh2 AS C-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun xx.xx.2021-ci il tarixli 69-k saylı əmri ilə ASC-nin Mühasibat Uçotu departamentinin meneceri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə (işçilərin sayının və ya ştatların ixtisar edilməsi) əsasən 07 sentyabr 2021-ci il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və LPO Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 07 sentyabr 2021-ci il tarixli 69-k saylı əmrin ləğv edilməsi, onun tutduğu vəzifəyə və ya bərabər vəzifəyə bərpa edilməklə müddətsiz (daimi xarakterli iş olduğu üçün) əmək müqaviləsi bağlanması, məcburi işburaxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilməsi, ona dəymiş maddi və mənəvi ziyanın hesablanaraq ödənilməsi, vəzifəli şəxslərin vəzifə səlahiyyətlərini sair maraq müqabilində aşmalarına görə intizam, inzibati və cinayət məsuliyyətinə cəlb edilmələri barədə müvafiq icra hakimiyyəti orqanlarına və hüquq mühafizə orqanlarına təqdimatların verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iyirmi ildən yuxarı bank sferasında mühasibatlıq stajı var. İlk iş yeri “Əmanətbank” olmuş, sonra uzun illər "xxxx" ASC-də mühasib, daha sonra Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun ümumi və birbaşa rəhbərliyi ilə həmin Bankda fəaliyyətini davam etdirmişdir. 2019-cu ildən ləğv pr osesində olan Cavabdeh2da mühasibat şöbəsinin meneceri vəzifəsində çalışmışdır. Son dövrlərədək əmək qabiliyyəti və iş keyfiyyətlərinə görə həmişə rəhbərlik tərəfindən müsbət xasiyyətləndirilmişdir. Lakin qısa bir müddət əvvəl ƏSFnin rəhbərliyi dəyişdikdən sonra ona qarşı ciddi ayrı-seçkiliyə başlanmışdır. İxtisar barədə bildirişi aldıqdan sonra xatırlamır kim tərəfindən deyildiyini, E.Rzayevin onun barəsində «Şəfəq mənim otağımda dizini yerə qoyacaq, bu mənim qərarımdır, yoxsa görüm əmək kitabçasını necə alır» deyə bildirib. Bu səbəbdən onun əmək kitabçasını götürmək üçün üzülüşmə vərəqini şəxsən E.Rzayevə imzalatdırmasını tələb etsələr də, o, bundan qəti imtina edir. Bu səbəbdən hazırda ona əmək kitabçası müxtəlif bəhanələrlə yubadılaraq 20 gün sonra verilmişdir. Qeyd edir ki, ona qarşı edilən bu davranışlar «Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin ciddi pozulmasıdır. Bütün bunlar azmış kimi hazırda əsassız olaraq «tələblərinə» riayət etmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə əsassız olaraq xitam verilməsi barədə işçilərin sayının azaldılması ilə əlaqədar bildiriş təqdim edilmişdir. Həmin bildirişdə də, onun hüquqları ciddi pozulmuşdur. Ona verilmiş xəbərdarlıqda ştatların və işçilərin ixtisarı qeyd edilsə də, son dövrlər ƏSF yeni işçilər cəlb edilməsini nəinki azaltmır, hətta artırır. İşə qəbul edilmiş yeni şəxslərin həm peşəkarlığına, həm də təcrübəsinə görə dəfələrlə ondan geridə olmaları da göz qabağındadır. Göründüyü kimi, onun tutduğu ştat ixtisar edilməmişdən əvvəl vəzifəsinə uyğun ola raq boş ştatlar var və LPO Cavabdeh2 ASC-nin ləğvedicisi ƏSF-nin rəhbərliyi ilk növbədə boş ştatların azaldılmasını həyata keçirməli olduğu halda həmin ştatlara işçi qəbul edir. İşəgötürən onun tutduğu peşəyə uyğun olmasını araşdırmamış, ixtisasını, iş stajını və peşəkarlıq meyarlarını ümumiyyətlə qiymətləndirməmiş, bununla da yenə də cinsi ayrı-seçkiliyə yol verərək onunla bağlanan əmək müqaviləsinə əsaslandırılmamış əmrə əsasən xitam verir. Beləliklə, ƏSFnin rəhbərliyi tərəfindən işçilərin sayının azaldılması və ştatların ixtisar edilməsi barədə əmr qəbul edilərkən vəzifə səlahiyyətlərini sair maraq müqabilində aşma və hüquqdan sui-istifadəyə yol verildiyi aşkardır. Bildirir ki, himayəsində tək böyütdüyü 3 uşağın 2-si 16 yaşınadək, biri isə 1-ci kurs (əyani) tələbəsidir. Əlavə olaraq, on u ixtisar etdikdən sonra nəinki LPO Cavabdeh2 ASC-yə əlavə işçi qəbul edilmiş, hətta bilavasitə maliyyə şöbəsinə yeni əməkdaşlar işə qəbul edilmişdir. Ümumiyyətlə LPO banklara işçilər ixtisar edildikdən sonra çoxsaylı yeni işçilər daha yuxarı əmək haqqı ilə işə qəbul edilmişdir. Əgər bank ləğv prosesində olduğu üçün işçilər ixtisar edilirsə ixtisardan sonra işə qəbul edilən işçilər nə cür əsaslandırılır? Yuxarıda qeyd etdiyi hallar onun daimi nigarançılıq, ruhi sarsıntı və iztirab, həyəcan, acizlik və məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik şəraitində işləməsinə və psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və alçalma hissləri ilə yaşamasına səbəb olur. İşdən müəyyən olunur ki, onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsinin əsası onu n tutduğu ştatın ixtisarı ilə bağlı olsa da, iddiaçıya ixtisarla bağlı işəgötürən tərəfindən həm xəbərdarlıq edilməsindən, həm də onunla əmək müqaviləsinə xitam verildikdən sonra ştatlara çoxlu sayda işçilər qəbul edilmişdir, həmçinin peşəkarlığına və təcrübəsinə görə daha zəif işçilər qəbul edilmişdir. Göründüyü kimi, onun tutduğu ştat ixtisar edilməmişdən əvvəl onun tutduğu vəzifəyə uyğun olaraq boş ştatlar olmuş və cavabdeh ilk növbədə boş ştatların azaldılmasını həyata keçirməli olduğu halda həmin ştatlara işçi qəbul etmişdir. Digər tərəfdən onun başqa vəzifəyə keçirilməsini ümumiyyətlə təklif etməməsi yenə də təqib, təzyiq və vəzifə cinayəti kimi hərəkət və ya hərəkətsizlik olmuşdur. İşəgötürən onun tutduğu peşəyə uyğun olmasını araşdırmamış, ixtisasını, iş stajını, peşəkarlıq meyarla rını ümumiyyətlə qiymətləndirməmiş, bununla da ayrı-seçkiliyə yol verməklə onunla bağlanan əmək müqaviləsinə əsaslandırılmamış əmrinə əsasən xitam vermişdir.

8. Cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etməyərək bildirib ki, ƏSF-nin icraçı direktorunun xx.xx.2021-ci il tarixli 133U saylı əmri ilə ƏSF-nin ləğvetməsində olan Cavabdeh2 ASC-nin yeni ştat cədvəli 01 sentyabr 2021-ci il tarixindən təsdiq edilmişdir. Müvafiq bildirişlə İddiaçı onun əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi ilə, yəni işçilərin sayının və ya ştatların ixtisar edilməsi şərti ilə ləğv ediləcəyi barədə qabaqcadan xəbərdarlıq edilmiş, xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli məbləğinin birdəfəlik ödənilməklə əmək müqaviləsinə xitam verilə bilməsi barədə məlumatlandırılmışdır. Bundan sonra İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə ƏSF-nin icraçı direktoruna müraciət edərək, xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli məbləğini birdəfəlik əldə etməklə xx.xx.2021-ci il tarixdən işdən azad edilməsinə etiraz etmədiyini bildirmişdir. ƏSF-nin icraçı direktorunun xx.xx.2021-ci il tarixli 69-k saylı ixtisar əmri ilə ləğv prosesində olan Cavabdeh2 ASC-nin Mühasibat Uçotu departamentinin meneceri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xx.xx.2021-ci il tarixdən xitam verilmiş və son haqq-hesabın aparılması qanuna müvafiq qaydada işəgötürən tərəfindən tam şəkildə icra edilmişdir. İddiaçının iddia ərizəsində q eyd etdiyi digər xüsusatlar da həqiqətə uyğun deyil.

9. Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 17 dekabr 2021-ci il tarixli e-2(006)-7005/2021 saylı qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia tələbi rədd olunmuşdur.

10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, işəgötürən əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. İddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddia əsassızdır və təmin edilə bilməz. Bundan əlavə, ixtisara salındıqdan sonra banka yeni işçilər qəbul olunması barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamış, məhkəmə araşdırması zamanı da belə bir hal aşkar olunmamışdır.

11. Məhkəmə iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.1 və 77-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işlədiyi bankda tutduğu ştat ixtisar edilməmişdən əvvəl vəzifəsinə uyğun olaraq boş ştatlar var idi və ƏSF-nin rəhbərliyi ilk növbədə boş ştatların azaldılmasını həyata keçirməli olduğu halda, həmin ştatlara işçi qəbul etmişdir. İşəgötürən onun iş keyfiyyətlərini ümumiyyətlə qiymətləndirməmiş, cinsi ayrı-seçkiliyə yol verərək onunla bağlanmış əmək müqaviləsinə əsaslandırılmamış əmrə əsasən xitam vermişdir. Beləliklə, ƏSF-nin rəhbərliyi tərəfindən işçilərin sayının azaldılması və ştatların ixtisar edilməsi barədə əmr qəbul edilərkən vəzifə səlahiyyətlərini sair maraq müqabilində aşma və hüquqdan sui-istifadəyə yol verildiyi aşkardır. Onun himayəsində olan üç uşağın ikisi 16 yaşınadək, biri isə 1-ci kurs (əyani) tələbədir. Əlavə olaraq, o ixtisara salındıqdan sonra nəinki LPO Cavabdeh2 ASC-yə əlavə işçi qəbul edilmiş, hətta bilavasitə maliyyə şöbəsinə yeni əməkdaşlar işə qəbul edilmişdir. İşəgötürən onun tutduğu peşəyə uyğun olmasını araşdırmamış, ixtisasını, iş stajını, peşəkarlıq meyarlarını ümumiyyətlə qiymətləndirməmiş, bununla da ayrı-seçkiliyə yol verməklə onunla bağlanmış əmək müqaviləsinə əsaslandırılmamış əmrinə əsasən xitam vermişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), A.Ə.isgəndərov və E.C.Kazımov) 24 may 2022-ci il tarixli, 2(103)-2038/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, qətnamə qanuni və əsaslı olduğundan ləğv edilə bilməz.

16. Məhkəmə gəldiyi nəticə ni belə əsaslandırmışdır ki: iş materiallarından görünür ki, İddiaçı 07 sentyabr 2021-ci il tarixli ərizə ilə LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoruna müraciət edərək xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli məbləğini birdəfəlik əldə etməklə 07 sentyabr 2021-ci il tarixdən işdən azad edilməsinə etiraz etmədiyini bildirmiş və həmin məbləği əldə etmişdir. 16.1 Bundan əlavə, iş materiallarından görünür ki, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun 31 avqust 2021-ci il tarixli əmri ilə LPO Cavabdeh2 ASC-nin yeni ştat cədvəli təsdiq edilmiş və İddiaçı tutduğu ştat ixtisara düşmüşdür. İddiaçı ixtisara salındıqdan sonra banka yeni işçilər qəbul olunması barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olun mamış, məhkəmə araşdırması zamanı da belə bir hal aşkar olunmamışdır. 16.2 Məhkəmənin sorğusuna cavab olaraq LPO Cavabdeh2 ASC-nin ləğvedicisi ƏSF tərəfindən verilmiş LPO Cavabdeh2 ASC-nin işçilərinin adlı siyahısından görünür ki, bankda mühasibat uçotu departamentinin meneceri ştatı yoxdur. 16.3 İş materiallarından görünür ki, İddiaçı xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli məbləğini birdəfəlik əldə etməklə 07 sentyabr 2021-ci il tarixdən işdən azad edilməsinə etiraz etməməklə işdə saxlanmağa üstünlük hüququndan könüllü imtina etmişdir. İddiaçı həmin ərizəni könüllü yazmaması, habelə ayrı-seçkiliyə məruz qalması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.1 və 77-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərin uyğun olaraq onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işdəki sübutları prosessual qanunvericiliyin normalarına uyğun qiymətləndirməmiş, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İddiaçının sübutların cavabdehdən tələb edilməsinə dair çoxsaylı ərizələrinə məhkəmə tərəfindən qiymət verilməmişdir. İş üzrə ara şdırma tələb edən işlərdən biri olduğu halda hakim tələsik və qanunazidd qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (vəkil X1) kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

21. Etiraz cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatın dəlillərinə uyğun əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

22. Maddə 71.1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

23. Maddə

77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları

1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir. bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi i lə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftə si xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.

6. Kollektiv müqavi lələrdə, əmək müqaviləsində bu maddənin üçüncü, dördüncü və yeddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər.

7. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir.

8. İşəgötürənlər iş yerlərinin ixtisarı ilə əlaqədar işdən az ad olunmuş Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq, habelə onların arasından olan şəxs hesab edilən işçiləri sonradan həmin müəssisədə və ya digər müəssisədə işə düzəltmək üçün öz vəsaiti hesabına zəruri yeni peşə hazırlığına cəlb edirlər.

9. Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim gü nü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərə findən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnamə sinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. İddia tələbinin hüquqi əsaslarından biri kimi Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi: 1. işəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi;

2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi;

3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verməsini müəyyən etmişdir.

34. İşə baxmış məhkəmə kollegiyası da işin hallarını bu normanın dispo zisuya şərtləri əsasında yoxlayaraq, əmrin ləğv olunması üçün əsasların olmadığını müəyyən etmiş və əmrin qanunauyğun olduğu barədə nəticəyə gəlmişdir.

35. Məhkəmə müəyyən etmişdir ki, əmr verilərkən Əmək Məcəlləsinin 71-ci maddəsində müəyyən olunan zəruri tədbirlər işəgötürən tərəfindən görülmüş, 77-ci maddəsində nəzərdə tutulan təminatlara riayət olunmuşdur. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş hüququndan istifadə etmişdir. Həmin normaya əsasən, işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər.

36. Kassatorun işin halların ın sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına aid dəlilləri kassasiya instansiyası məhkəməsində araşdırılmır və onlara qiymət vermir.

37. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPMnin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2038/2022 nömrəli, 24 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar