Məhkəmə qərarları › İş №2(102)-560/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-560/2021

01.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-560/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ərizəçi İddiaçı ərizəsinə dair iş üzrə QƏRARİ (Açar sözlər: iş stajının müəyyən olunması) 01.04.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, ərizəçi İddiaçı, maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Xocavənd rayon Şöbəsinin vəkili X3 iştirakları ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1201/2020 nömrəli iş üzrə xx xx xx 2020-ci il tarixli qətnaməsindən maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Xocavənd rayon Şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Ərizəçi xx.xx.1955-ci ildə Xocavənd rayon Tuğ kəndində anadan olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xocavənd Rayon Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli bildirişlə sonuncuya bildirilmişdir ki, xx.xx.1972-ci ildən xx.xx.1991-ci ilədək olan iş stajı əmək kitabçasında qeyd olunmamışdır. İş stajının bərpasının qanunvericiliyə əsasən şöbənin səlahiyyətində olmadığı qeyd edilmi şdir. Xocavənd Rayon Məhkəməsinin 2(069)-10/2015 saylı xx xxxxxx 2015-ci il tarixli və 2(069)-16/2015 saylı xx xxxxxx 2015-ci il tarixli qətnamələri ilə X2 Xocavənd (keçmiş Hadrut) rayonunun Tuğ kəndində yerləşən “Oktyabr” adına üzümçülük sovxozunda xx.xx.1972-ci il tarixdən xx.xx.1991-ci il tarixə kimi fəhlə və xx.xx.1992-ci ildən xx.xx.2000ci il tarixə kimi “İsmət Qayıbov” adına kolxozda kolxozçu, X1 xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixə kimi, xx.xx.1975-ci il tarixdən xx.xx.1991-ci il tarixə kimi Xocavənd rayonunun Tuğ kəndində yerləşən “Oktyabr” adına üzümçülük sovxozunda və 1997-2000ci illərdə “İsmət Qayıbov” adına kolxozda çoban işləməsi faktı müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ərizə məhkəməyə müraciət edərək Xocavənd rayon (keçmiş Hadrut) rayonunun Tuğ kəndində yerləşən «Oktyabr» adına sovxozda xx.xx.1975-ci il tarixdən xx.xx.1991-ci il tarixə kimi işləməyi faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1972-1973-cü illərdə Xocavənd (keçmiş Hadrut) rayonunun Tuğ kəndində yerləşən sabiq “Oktyabr” adına sovxozda fəhlə işləmişdir. 1973-cü ildə hərbi xidmətə getmiş və xx xxxxxx 1975-ci ildə hərbi xidmətini başa vuraraq yenidən Oktyabr adına sovxozda işləməyə başlamışdır. xx xxxxxx 1975-ci ildən 1982-ci il tarixə kimi Oktyabr adına sovxozda fəhlə və 1983-cü ildən xx xxxxxxx 1991-ci il tarixə kimi isə həmin Oktyabr adına sovxozda zootexnik işləmişdir. İşlədiyi müddətdə ona məxsus əmək kitabçası iş yerində doldurulmamışdır. 1991-ci ildə Q arabağ hadisələri ilə əlaqədar Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən kəndləri işğal olunan zaman işləməyi barədə sovxozun bütün sənədləri kənddə qalaraq yanmışdır. Yaşı ilə əlaqədar pensiyaya çıxmaq istəyir. Pensiyaya çıxmaq üçün işlədiyi müddət barədə sənədləri toplamaq üçün Xocavənd rayonunun Dövlət Arxiv idarəsinə müraciət edərkən bildirmişlər ki, Xocavənd (keçmiş Hadrut) rayonunun Tuğ kəndində yerləşən sabiq “Oktyabr” adına sovxozun xx xxxxxx 1975-ci il tarixdən xx xxxxxxx 1991-ci il tarixə kimi sənədləri Xocavənd rayon Dövlət Arxiv idarəsinə təhvil verilməmişdir. DSMF-nun Xocavənd rayon Şöbəsindən bildirmişlər ki, Xocavənd rayonunun Tuğ kəndində yerləşən sabiq “Oktyabr” adına sovxozda işləməsini məhkəmə qaydasında müəyyən etmək mümkündür. Onun Xocavənd (keçmiş Hadrut ) rayonunun Tuğ kəndində yerləşən sabiq “Oktyabr” adına sovxozda xx xxxxxx 1975-ci il tarixdən xx xxxxxxx 1991-ci il tarixə kimi işləməyini onunla birlikdə həmin sovxozda işləmiş X4 və X5 da təsdiq edə bilərlər. Ona görə də onun Xocavənd (keçmiş Hadrut) rayonunun Tuğ kəndində yerləşən sabiq “Oktyabr” adına sovxozda xx xxxxxx 1975-ci il tarixdən xx xxxxxxx 1991-ci il tarixə kimi işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xocavənd rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Əliyev, iş № 2(069)-20/2020) ərizə təmin edilərək ərizəçi İddiaçı xx xxxxxx 1975-ci il tarixdən xx xxxxxxx 1991-ci il tarixə kimi Xocavənd (keçmiş Hadrut) rayonunun Tuğ kəndində yerləşən “Oktyabr” adına sovxozda işləməsi barədə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı xx xxxxxx 1975-ci il tarixdən xx xxxxxxx 1991-ci il tarixə kimi Xocavənd (keçmiş Hadrut) rayonunun Tuğ kəndində yerləşən “Oktyabr” adma sovxozda fəhlə və zotexnik işləmiş və işlədiyi illər üzrə əmək haqqı almışdır. Məhkəmə hesab etmişdir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmadığından, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyi üçün və həmin sənəd ərizəçiyə pensiya təyin edilməsi ilə əlaqədar tələb olunduğundan məhkəməyə müraciət etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Mirzəyev (sədrlik edən və məruzəçi), Q.Kərimov və Z.Babayev, iş № 2(106)-1201/2020) maraqlı şəxs Azərbaycan Respublikası DSMF-nin Xocavənd rayon Şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Xocavənd Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(069)-20/20 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, ərizəçinin həqiqətən xx xxxxxx 1975-ci il tarixdən xx xxxxxxx 1991-ci il tarixə kimi Xocavənd (keçmiş Hadrut) rayonunun Tuğ kəndində yerləşən “Oktyabr” adına sovxozda işləməsi şahid ifadələri ilə təsdiq olunsa da, pensiya təyin edilməsi üçün lazım olan sənədin bərpası da hazırda mümkün olmamışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları düzgün qiymətləndirməklə, eləcə də təqdim olu nmuş şahidlərin ifadələrinə istinad etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Xocavənd rayon Şöbəsi (vəkil X6) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1201/2020 nömrəli iş üzrə 09 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ərizənin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kasasiya şikayətində göstərilmişdir ki, 2006-cı ilədək qüvvə də olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçinin bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemində birgə işdən tanıyan və ərizəçinin işini təsdiq edikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Şahid ifadələrinə əsasən müəy yən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Xocavənd rayon Şöbəsinin vəkili X6 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1201/2020 nömrəli iş üzrə 09 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ərizənin təmin edilməməsi barədə yeni qərar qə bul edilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq ərizəçi İddiaçı izahatı dinlənilməmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanun vericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Xocavənd rayon Şöbəsi kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci bəndində göstərilir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sı ğorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontrakt) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 25-ci maddəsinə əsasən sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən olunması və hesablanması qaydalarının 2.5-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədləri üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması «Qaydaları»nın 3.4-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədləri üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edə bil mədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işi n halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu fakları müəyyən edir. 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan di gər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Xocavənd rayon Şöbəsi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğuna istinad etsədə, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq poz untusunun nədən ibarət olmasını göstərməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Kasasiya şikayətində göstərilənlərlə bağlı qeyd edilməlidir ki, maraqlı şəxsin istinad etdiyi əsasnamə faktiki olaraq tələb olunan müddətdən əvvəlki münasibətlərin tənzimlənməsi üçün əsas ola bilməz. Digər tərəfdən ərizəçi mümkün sübutları (məhkəmə qaydasında iş stajları müəyyən olunmuş şahidlərin ifadələrinə əsaslanmaqla) istinad edərək düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qe yd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Xocavənd rayon Şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1201/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar