Məhkəmə qərarları › İş №2(102)-5601/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5601/2019

04.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5601/2019 04.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil2 kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 avqust 2018-ci il tarixli 2(004)5617/2018 saylı qətnaməsi ilə iddia tələbi təm in edilmişdir.(hakim S.Mehrəliyev). Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli, 2(103)-10857/2018 saylı qətnaməsi ilə (hakimlər X.Mərdanova sədrlik edən, məruzəçi, E.Həsənov və İ.Xəlilov) Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 avqust 2018-ci il tarixli, 2(004)-5617/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 10000 ABŞ dolları əsas borc, illik 5% olmaqla hesablanmış 1500 ABŞ dolları, cəmi 11500 ABŞ dollarının alınıb özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİ N DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili Vəkil2 kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə almamış, sübutlara qiymət verməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işdə olan sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş edrilər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, iddiaçının vəkili Vəkil1 isə kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyab r 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulması na dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 10000 ABŞ dolları məbləğində borc pul vəsaiti verilmiş, beləliklə tərəflər arasında öhdəlik münasibətləri yaranmışdır. Bunun nəticəsində iddiaçının cavabdehdən müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə öhdəlikləri yerinə yetirməmişdir. Beləliklə də, cavabdeh iddiaçı qarşısında olan öhdəliklərini vaxtında icra etmədiyindən iddiaçının cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5% məbləğində, yəni 1500 ABŞ dolları pul vəsaitinin tələb edilməsi hüququ yaranmışdır. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticədən görünür ki, cavabdeh apellyasiy a şikayətində iddiaçı tərəfindən ona 10.000 ABŞ dolları deyil, 4.000 ABŞ dolları verilməsi həmin məbləğdən isə ödənişlər etməsini, iş materiallarına əlavə olunmuş qəbzə mötəbər sübut kimi qiymət verilməsinə etiraz etsə də, qəbzin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı sübutu məhkəməyə təqdim etməmiş və istinad etdiyi halları sübut edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrinin maddi əsası kimi Azərbaycan Respublikasının 442-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul e dilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, iddiaçı cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən iddiaçı tərəfindən 10.06.2015-ci il tarixdə cavabdehə 10000 ABŞ dolları məbləğində verilməsini, sonuncu isə pul vəsaitini 11.07.2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürməklə buna dair iddiaçının xeyrinə müvafiq qəbz imzalanmasını, buna baxmayaraq öhdəlikləri yerinə yetirməməsini iddia etmişdir. Cavabdeh iddiaya etirazının və apellyasiya şikayətinin şikayətinin dəlilləri kimi iddiaçıdan 10000 ABŞ dolları deyil, 4000 ABŞ dolları məbləğində borc almasın ı, qəbzi məcburiyət qarşısında qaldığı üçün imzalamasını, iddiaçının həmin pulu ona aylıq faiz ödənilməsi şərti ilə verməsini, hazırda əsas borcun qalığı 1800 ABŞ dolları olmasını, buna baxmayaraq iddiaçının onu məcbur edərək həmin heç bir hüquqi əsası və iradəni ifadə etməyən “qəbzi” imzalatmasını və bunu əlində əsas tutaraq ondan 10000 ABŞ dolları və 1500 ABŞ dolları faizi tələb etməsini, iddiaçının ona məxsus olan qızıl-zinət əşyalarını da satmasını göstərmişdir. Cavabdehin iddia tələblərinə etirazın əsası kimi istinad etdiyi hallar kassasiya şikayətinin dəlilləri kimi də təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq oalaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə k ollegiyası hesab edir ki, iddiaçı tərəfindən cavabdehə şifahi rahılaşma əsasında 10000 ABŞ dolları məbləğində borc pul vəsaiti verilməsi və bununla da tərəflər arasında öhdəlik münasibətləri yaranması, cavabdehin isə öhdəlikləri yerinə yetirməməsinə görə iddiaçının cavabdehdən müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququnun olmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin araşdırılmış hallarına uyğun olmaqla qanunidir. Belə ki, cavabdeh iddiaya olan etirazında və apellyasiya şikayətində iddiaçı tərəfindən ona 10.000 ABŞ dolları deyil, 4.000 ABŞ dolları verilməsi həmin məbləğdən isə ödənişlər etməsini göstərməklə, iş materiallarına əlavə olunmuş qəbzə mötəbər sübut kimi qiymət verilməsinə etiraz etsə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu qənaətə g əlmişdir ki, o, qəbzin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı sübutu məhkəmələrə təqdim etməmiş və istinad etdiyi halların əsaslı olmasını sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası kassasiya şikayətinin kassatorun Azərbaycan Respublikası Konstitusiyasında, Mülki Prosessual Məcəlləsində və digər qanunlarında təsbit edilmiş müdafiə hüququnun pozulması dəlili ilə bağlı hesab edir ki, hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Həmçinin də, Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş a ncaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək hesab edir ki, hazırki işdə cavabdehin imzaladığı qəbzdə əksini tapmış məlumatları mübahisələndirdiyi üçün, bu qəbzin məcburiyyət qaydasında imzaamasını təsdiq edə bilən sübutlar təqdim etməyə borclu idi. Belə ki, kollegiyanın qənaətinə görə təqdim olunmuş, imzanın cavabdehə məxsus olması mübahisələndirilməyən qəbz də əks olunmuş məlumatları təkzib edən tərəfin dəlilləri o halda əsaslı sayılaraq qəbul oluna bilərdi ki, həmin dəlillər bir-birinə uyğunluğu, tamlığı, işə aidliyi, mümkünlüyü, obyektivliyi, mötəbərliyi və qanuniliyi xassələrinə malik olsun və ən əsası, qəbzdə əksini tapmış bu məlumatların həqiqiliyini şübhə altına almaq üçün kifayət etsin. Lakin hazırki işdə cavabdeh iddiaya olan etirazının əsası kimi istinad etdiyi halları göstərilən qaydada sübut edə bilmədiyi üçün məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cavabdehin iddiaçı qarşısında olan öhdəliklərini vaxtında icra etmədiyindən sonuncunun cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5% məbləğində, yəni 1500 ABŞ dolları pul vəsaitinin tələb edilməsi hüququ yaranmasına dair nəticəsini qanuni və əsaslı sayır. Belə ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1 -ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) baş qa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmçinin də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına əsasən, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlar ını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun « Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək mahiyyəti üzrə düzgün qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər isə əsassız olduğu üçün hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsas ən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 16 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar