Məhkəmə qərarları › İş №2(102)-5602/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5602/2021

22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5602/2021 22.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh xxxqızına qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdehlər Cavabdeh xxxqızına və İddiaçı MMC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, yeni inşa olunan binada yaşayış sahəsinin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Raf iq qızından və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, İddiaçı vəkili Vəkil, Üçüncü şəxs X5 vəkili xxx oğlunun, Cavabdeh xxxqızının və vəkili xxxoğlunun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2021-ci il tarixli, 2(105)634/2021 nömrəli qətnaməsindən iddiaçı və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: "xxxx" MMC və X8 arasında bağlanmış 01 fevral 2007-ci ildə alqı-satqı müqaviləsinə əsasən MMC ünvan 1 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 2-ci blokunun 9-cu mərtəbəsində ümumi sahəsi 85 kv.m. olan 112 saylı mənzili 1 kv.m 300 ABŞ dolları olmaqla, 25500 ABŞ dollarına payçı X8 verməyi öhdəsinə götürmüşdür. 13 fevral 2007-ci il tarixli kassa mədaxil orderinə əsasən 25500 ABŞ dolları və ya 22287 manat pul X8 tərəfindən MMC-yə ödənilmişdir. "xxxx" MMC və Cavabdeh xxxqızı arasında bağlanmış 17 noyabr 2010-cu il tarixli müqaviləyə əsasən MMC ünvan 2 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 2ci blokunun 9-cu mərtəbəsində ümumi sahəsi 85 kv.m. olan 112 saylı mənzili 1 kv.m 400 manat olmaqla Cavabdeh xxxqızına verməyi öhdəsinə götürmüşdür. Cavabdeh xxxqızı mənzilin dəyəri olan 34000 manatı MMC-yə ödəmişdir. Abşeron Rayon Məhkəməsinin 03 may 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh xxxqızının və digərlərinin cavabdeh "xxxx" MMC-yə qarşı iddiası təmin edilərək, 17 noyabr 2010-cu il tarixli müqavilə əsas ında üzərinə götürdüyü ünvan 1 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 2-ci blokunun 9-cu mərtəbəsində sahəsi 85 kv.m. olan 112 saylı mənzilinin Cavabdeh xxxqızına təhvil verilməsi öhdəliyinin yerinə yetirilməsi vəzifəsinin "xxxx" MMC üzərinə qoyulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və 04 may 2013-cü il tarixdə qətnamə üzrə icra vərəqəsi verilmişdir. 01 iyun 2018-ci il tarixli akta əsasən Abşeron Rayon Məhkəməsinin 03 may 2013cü il tarixli qətnaməsi icra olunaraq sözügedən mənzil təmirsiz, boş vəziyyətdə tələbkar Cavabdeh xxxqızına təhvil verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC Cavabdeh xxxqızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin ünvan 1 ünvanında inşa etdiyi 14 mər təbəli yaşayış binasının 2-ci blokunun 9-cu mərtəbəsində ümumi sahəsi 85 kv.m. olan 112 saylı mənzilə dair Cavabdeh xxxqızı ilə "xxxx" MMC arasında bağlanmış 17 noyabr 2010-cu il tarixli müqavilənin və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh xxxqızı və "xxxx" MMC arasında bağlanmış 17 noyabr 2010-cu il tarixli müqavilədə iddiaçının ünvan 1 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 2-ci blokunun 9-cu mərtəbəsində ümumi sahəsi 85 kv.m. olan 112 saylı mənzilin tikilib cavabdehə verilməsi nəzərdə tutulmuşdur. Guya həmin mənzilə görə "xxxx" MMC-yə 34000 manat pul ödənməsi barədə maliyyə arayışı verilmişdir. Lakin Abşeron rayon İcra Hakimiyyətinin 2226 saylı 06 sentyabr 2017-ci il tarixli məktubundan və Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 13 sentyabr 2017-ci il tarixli, ********* saylı məktubundan məlum olmuşdur ki, əslində, "xxxx" MMC tərəfindən cavabdehin adına mübahisəli mənzilə dair 17 noyabr 2010-cu il tarixli müqavilə və maliyyə arayışı qanunsuz olaraq verilmişdir. Belə ki, Cavabdeh xxxqızı tərəfindən həmin mənzilə görə "xxxx" MMC-yə pul vəsaiti ödənilməmişdir. Mənzil üçün pul ödəmədiyindən, müqavilə və maliyyə arayışı başqa əqdi pərdələmək və görünüş üçün bağlandığından, cavabdeh Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində aparılan cinayət işi üzrə zərərçəkmiş qismində tanınmamışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8 cavabdehlər C avabdeh xxxqızına və İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xxxqızı və "xxxx" MMC arasında bağlanmış 17 noyabr 2010cu il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, "xxxx" MMC-nin ünvan 1 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 2-ci blokunun 9-cu mərtəbəsində ümumi sahəsi 85 kv.m. olan 112 saylı mənzilin üçüncü şəxsə təhvil verilməsi öhdəliyinin İddiaçı MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia onunla əsaslandırılmışdır ki, üçüncü şəxs "xxxx" MMC ilə 01 may 2007-ci ildə alqı-satqı müqaviləsi bağlayaraq ünvan 1 ünvanında inşa edilən 14 mərtəbəli yaşayış binasının 2-ci blokunun 9-cu mərtəbəsində ümumi sahəsi 85 kv.m. olan 112 saylı mənzili almışdır. Buna görə MMC-nin hesabına 255 00 ABŞ dolları məbləğində pul ödəmişdir. MMC-nin rəhbərliyi barəsində cinayət işi qaldırılmış və onlar cinayət məsuliyyətinə cəlb olunmuşlar. Məlum olmuşdur ki, üçüncü şəxsə məxsus mənzil 17 noyabr 2010-cu ildə Cavabdeh xxxqızı adlı şəxsə satılmışdır. Halbuki həmin şəxslə müqavilə bağlanan vaxt MMC-nin direktoru X12 deyildi. Belə ki, X12 28 dekabr 2009-cu ildə MMC-ni X3. Bundan başqa, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin məktubundan göründüyü kimi Cavabdeh xxxqızı və digər bir neçə şəxsin yaşayış və qeyri-yaşayış sahələri almaları ilə bağlı Cəmiyyətə pul ödəmələri kifayət qədər təsdiq olunmadığına görə onlar iş üzrə zərərçəkən qismində tanınmamışlar. Abşeron rayon Məhkəməsinin 20 iyun 2019-cı il tarixli, 2(012)-9/2019 nömrəli qətnaməsi ilə (h akim C.İ.Səfiyeva) hər iki iddia tələbi təmin edilmiş, "xxxx" MMC ilə Cavabdeh xxxqızı arasında bağlanmış 17 noyabr 2010-cu il tarixli müqavilənin və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, ünvan 1 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 9-cu mərtəbəsində ümumi sahəsi 85 kv.m. olan 112 saylı mənzilin X6 təhvil verilməsinin İddiaçı MMC-yə həvalə edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi işdə olan sənədlər qiymətləndirərək, "xxxx" MMC-nin mübahisəli mənzili Cavabdeh mülkiyyətinə verməməsi, Cavabdeh xxxqızının bunun müqabilində MMC-nin hesabına pul köçürməməsi, "xxxx" MMC ilə X8 arasında bağlanan 01 fevral 2007-ci ildə alqı-satqı müqaviləsinə əsasən MMC-nin mübahisəli mənzili X1, mənzilin dəyərinin tam olaraq sonuncu tərəfindən MMC-ni n hesabına mədaxil olunmasını, həmin müqavilənin ləğv olunmamasını, həmin müqavilə qüvvədə olduğu bir halda "xxxx" MMC-nin Cavabdeh xxxqızı ilə mübahisəli mənzilə dair 10 noyabr 2010-cu il tarixli müqavilə bağlamasını müəyyən etmiş və gəldiyi nəticəni Mülki Məcəllənin 152.1-152.3, 178.8, 337.1, 389 və 390-cı maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh xxxqızı apellyasiya şikayəti verərək, Abşeron rayon Məhkəməsinin 20 iyun 2019-cı il tarixli, 2(012)-9/2019 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 dekabr 2019-cu il tarixli, 2(105)-3966/2019 nömrəli qətnaməsi ilə (hakim A.Ə.Abbasovun sədrliyi və məruzəsi ilə, hakimlər Z.İ.Məmmədovdan və T.Q. Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron rayon Məhkəməsinin 20 iyun 2019-cı il tarixli, 2(012)-9/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin X8 ilə müqavilə bağlanılan dövrdə qüvvədə olmuş 178.8, 337.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına istinad etməklə müəyyən etmişdir ki, X4 rayonu, ünvan 1mülkiyyət hüququnu, həmin mənzilin dəyərinin tam ödənildiyi gündən, yəni 01 fevral 2007-ci ildən əldə etmişdir. Mübahisə predmeti olan mənzilə dair "xxxx" MMC ilə Cavabdeh xxxqızı arasında olan müqavilə isə 10 noyabr 2010-cu il tarixdə bağlanmış dır. Başqa sözlə, 10 noyabr 2010-cu il tarixdə Cavabdeh xxxqızı ilə müqavilə bağlanarkən mübahisəli mənzil artıq 4 ilə yaxın idi ki, X2 və "xxxx" MMC həmin mənzilin ixtiyarlı şəxsi olmamışdır. Belə olan halda, "xxxx" MMC-nin həmin mənzillə bağlı hər hansı əqd bağlamaq hüququ istisna olunduğu üçün MMC ilə Cavabdeh xxxqızı arasındakı 10 noyabr 2010-cu il tarixli müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmaqla bağlanmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh xxxqızı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 dekabr 2019-cu il tarixli, 2(105)-3966/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəmə sinin Mülki Kollegiyasının 06 oktyabr 2020-ci il tarixli, 2(102)-2781/2020 nömrəli qərarı ilə (sədrlik edən hakim Ə.A.Əhmədovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.K.Dəmirovdan və V.T.Həsənovdan ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2019-cu il tarixli, 2(105)3966/2019 saylı qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Kassasiya məhkəməsi qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 178.8-ci maddəsinin tələblərinə istinad edib, üçüncü şəxsin sözügedən mənzilin pay haqqını tam məbləğdə ödəməklə mənzilə mülkiyyət hüququ əldə etməsi qənaətinə gəlsə də, gəldiyi nəticəni qeyd olunan maddənin tələblərinə uyğun olaraq kifayət qədər ara şdırmamışdır. Belə ki, üçüncü şəxslə bağlanan müqavilədə mənzilin ümumi dəyəri 25500 ABŞ dolları göstərildiyi halda, sonuncu tərəfindən 13 fevral 2007-ci il tarixli “kassa mədaxil orderi”nə əsasən "xxxx" MMC hesabına bütövlükdə 22287 ABŞ dolları məbləğində pul köçürülmüşdür. Göründüyü kimi mübahisəli mənzilin pay haqqının üçüncü şəxs tərəfindən tam məbləğdə, yəni 25500 ABŞ dolları ödənilməsi mülki iş materialları ilə istisna edildiyi halda, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 178.8-ci maddəsinin tələblərinə istinad edərək, üçüncü şəxsin mənzilə mülkiyyət hüququ əldə etməsi qənaətinə gəlmişdir. Digər tərəfdən, "xxxx" MMC (hazırki adı "xxxx" MMC) təşkilati hüquqi formasına görə Kooperativ deyil, Məhdud Məsuliyyətli Cəmiyyətdir. Mübahisəli mənzilə dair iddiaçı ilə cavabdeh ara sında, eləcə də üçüncü şəxs arasında bağlanmış müqavilələr öz məzmununa görə əslində podrat müqaviləsidir. Apellyasiya instansiyası məhkəməsi, "xxxx" MMC təşkilati hüquqi formasına, mübahisəli mənzilin hüquqi vəziyyətinə aydınlıq gətirmədən, təşkilatı hüquqi formasına görə Kooperativlə MMC fərqli hüquqi şəxslər olmasına diqqət yetirmədən, hazırki mülki mübahisəyə Mülki Məcəllənin 178.8-ci maddəsinin tələblərini tətbiq etməklə, maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Kassasiya instansiyası məhkəməsi eyni zamanda artıq formalaşmış məhkəmə təcrübəsini nəzərə alıb hesab etmişdir ki, mənzil və qeyri-yaşayış sahələrinin tikintisi ilə məşğul olan MMC ilə ayrı-ayrı şəxslər arasında yaranan münasibətlər podrat münasibətləri hesab edilməklə, onlar arasında öhdəlik hüquq münasibətləri podrat müqaviləsinə əsasən əmələ gəldiyindən, belə münasibətlərə podrata aid normalar tətbiq edilməlidir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilin 13 fevral 2007-ci il tarixli müqavilə üzrə üçüncü şəxsin sahibliyinə, istifadəsinə verilməsi öhdəliyi "xxxx" MMC tərəfindən icra edilmədiyi halda, üçüncü şəxsin həmin mənzili ötən müddət ərzində cavabdehdən geri tələb etməklə, müqavilədə nəzərdə tutulmuş şərtlərlə ona verilməsini tələb etməməsinin səbəblərini araşdırmadan, həmin mənzillə bağlı 2013-cü ildən "xxxx" MMC ilə cavabdeh arasında uzun-uzadı məhkəmə çəkişmələrinin davam etməsinə və sonda mənzilin sonuncunun sahibliyinə, istifadəsinə verilməsi ilə üçüncü şəxsin həmin mənzili tələb etmək hüququnun aradan qalxmasına əhəmiyyət vermədən, ümumiyyətlə sonuncu ilə bağlanmış müqa vilənin həqiqiliyini yoxlamadan, bunun üçün ən azından iş üzrə müvafiq ekspertizalar keçirib üçüncü şəxslə bağlanmış müqavilənin geri tarixlə tərtib edilib-edilməməsini, müqavilədəki imzanın "xxxx" MMC qanuni təmsilçilərinə, möhürün isə "xxxx" MMC məxsus olub-olmamasını araşdırmadan, bu barədə əsaslandırılmış rəy almadan, cavabdehin çoxsaylı vəsatətlərinə hüquqi qiymət vermədən, həmin müqavilənin Cavabdeh və digərlərinin "xxxx" MMC qarşı “öhdəliyin icra edilməsinin həvalə edilməsi” iddiasına dair mülki işə baxılarkən, sonuncu tərəfindən məhkəmədən gizlədilməsini nəzərə almadan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Mübahisəli mənzilə dair cavabdehlə iddiaçı arasında məhkəmə çəkişmələrinin 2013-cü ildən davam etməsi, sonuncunun həmin mənzil ə dair 13 fevral 2007-ci il tarixdə üçüncü şəxslə müqavilə bağlamasını məhkəmədən gizlətməsi və mənzili cavabdehdən əvvəl üçüncü şəxsə satdığını qeyd etdiyi halda, məhz üçüncü şəxsin mənafeyi üçün hazırki iddianı qaldırması da, "xxxx" MMC ilə üçüncü şəxsin mənafelərinin üst-üstə düşdüyünü təsdiq edir və bu hal açıq-aşkar üçüncü şəxsin əvvəlki məhkəmə çəkişmələri barəsində məlumatsız olması, iddiaçının onu məlumatlandırmaması qənaətinə gəlməyə əsas vermir. Ona görə də kassasiya instansiyası məhkəməsi, üçüncü şəxsin cavabdehlə bağlanmış müqavilədən xəbərsiz olması və bu halın onun Abşeron Rayon Məhkəməsinin 09 fevral 2015-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi ilə təsdiq edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə də razılaşmamışdır. Belə ki, mü bahisəli mənzilə dair cavabdehlə müqavilə bağlanmasından 7 ildən sonra iddiaçı və üçüncü şəxs cavabdehə qarşı eyni məzmunlu iddia ərizələri ilə məhkəməyə müraciət etməklə kəsici müddəti də ötürmüşlər. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının tələbinə münasibətdə nəyə görə kəsici müddəti tətbiq etməməsini ümumiyyətlə qətnamədə əsaslandırmamışdır. Daha sonra, işə baxan məhkəmələr "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış müqavilənin uydurma əqd olduğunu, yəni həmin müqavilənin X7 və digərlərinin "xxxx" MMC-yə verəcəkləri tikinti materiallarına görə bağlandığını, lakin tikinti materiallarının verilmədiyini və cavabdehin mənzilə görə "xxxx" MMC hər hansı məbləğdə pul ödəmədiyini göstərsələr də, gəldikləri nəticəni Mülki Məcəllənin 340.1-ci maddəsinin tələbləri baxımından kifayət qədə r əsaslandırmamışdır. Əvvəla, işdən görünür ki, mübahisəli mənzilə dair "xxxx" MMC ilə cavabdeh arasında 17 noyabr 2010-cu il tarixli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh tərəfindən "xxxx" MMC hesabına 34000 manat məbləğində pul köçürülmüşdür. Bu hal "xxxx" MMC tərəfindən cavabdehin adına verilmiş 17 noyabr 2010-cu il tarixli maliyyə arayışı, habelə Abşeron Rayon Məhkəməsinin 03 may 2013-cü il tarixli qətnaməsi ilə də təsdiq olunmuşdur. Digər tərəfdən, işdə qeyd olunanların əksini, yəni sözügedən müqavilənin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmasını özündə ehtiva edən heç bir mötəbər yazılı sübut yoxdur. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2021-ci il tarixli, 2(105)-634/2021 nömrəli qətnaməsi ilə (hakim G.F.Tağızadənin sədrliyi və məruzəsi ilə, hakimlər L.M.Məmmədovadan və T.O.Quliyevdən ibarət tərkibdə) Cavabdeh xxxqızının apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 2(012)-9/2019 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı MMC-nin Cavabdeh xxxqızına qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdehlər Cavabdeh xxxqızına və İddiaçı MMC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi” tələbinə dair iddialarının təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü mövqeyinə əsasən Mülki Məcəllənin 452.1 və 752.2-ci maddələrinə istinad etməklə qeyd etmişdir ki, məhkəmə iclası zamanı üçüncü şəxs X8 bildirmişdir ki, mübahisə olunan mənzili o, 2007-ci tarixli müqaviləyə əsasən iddiaçıdan aldıqdan sonra, mənzil ona təqdim edilməmiş və bu müddət ərzində aldığı mənzili tələb etməmişdir. İddiaçı tərəfindən məhkəməyə müraciət olduqdan sonra, öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmiş və mənzili ona verilməsini tələb etmişdir. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələblərini təmin etməkdə haqlı olmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı MMC və müstəqil tələb irəli sürən üçüncü şəxs X8 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mü lki kollegiyasının 24 may 2021-ci il tarixli, 2(105)-634/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin 20 iyun 2019-cü il tarixli qətnaməsinin qüvvəsində saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunları eyni olan hər iki kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, işin faktiki halları nəzərə alınmamışdır. Belə ki, işdə olan Abşeron rayon İcra Hakimiyyətinin 06 sentyabr 2017-ci il tarixli və Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiya qarşı Mübarizə İdarəsinin 13 sentyabr 2017-ci il tarixli məktubları ilə sübut olunmuşdur ki, cavabdehin adına yazılmış 17 noyabr 2010-cu il tarixli müqavilə və həmin tarixli maliyyə a rayışı başqa əqdi pərdələmək məqsədi ilə yazılmış, cavabdeh mənzil üçün pul ödəmədiyindən, müqavilə və maliyyə arayışı isə başqa əqdi pərdələmək və görünüş üçün bağlandığından Cavabdeh xxxqızı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmamışdır. Həmçinin mübahisələndirilən mənzil X6 daha əvvəl satıldığından ona məxsus olmuş, Cavabdeh xxxqızı ilə müqaviləni imzalayan X9 buna səlahiyyəti olmamışdır. Bundan əlavə üçüncü şəxs X8 tərəfindən mübahisələndirilən mənzilin dəyəri MMC-yə tam ödənilmiş və məhkəmənin bunun əksinə istinadı əsassız olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh xxxqızı hər iki kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclası nda İddiaçı vəkili Vəkil və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 vəkili xxx oğlu kassasiya şikayətlərinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Cavabdeh xxxqızı və vəkili xxxoğlu kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı və üçüncü şəxs apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsin ə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tər əflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda is ə daha əvvəl iddia irəli sürənindir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq q iymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyas ı məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfind ən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verməklə yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası, üçüncü şəxs tərəfindən mübahisələndirilən mənzilə görə MMC-yə ödənişin tam edilməməsinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmasa da, hesab edir ki, həmin hal gəlinən yekun nəticəyə təsir etmir. Belə ki, iş materiallarından müəyyən olunur ki, X8 tərəfindən "xxxx" MMC-yə 13 fevral 2007-ci il tarixli kassa mədaxil orderi ilə 25500 ABŞ dolları və ya həmin dövrün məzənnəsi ilə 22287 manat pul ödənilmişdir. Bununla belə, yuxarıda qeyd olunduğu kimi, yaşayış binası nı inşa edən hüquqi şəxs təşkilatı hüquqi formasına görə məhdud məsuliyyətli cəmiyyət olduğu halda, həmin binada mənzilin tikilməsi ilə bağlı tərəflər arasında yaranmış münasibətlər mahiyyəti üzrə podrat müqaviləsinə əsaslanmışdır. İşin mübahisəsiz halı isə ondan ibarətdir ki, Abşeron Rayon Məhkəməsinin 03 may 2013-cü il tarixli qətnaməsinə əsasən mübahisələndirilən mənzil 01 iyun 2018-ci il tarixdən Cavabdeh xxxqızına təhvil verilmiş, mənzil nə bundan əvvəl, nə də ki, sonra üçüncü şəxs X5 faktiki sahibliyində və istifadəsində olmamışdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi mübahisənin həlli məqsədi ilə əsaslı olaraq MM-in 452.1-ci maddəsinə tətbiq etmişdir. Cavabdeh tərəfindən mübahisələndirilən mənzilə görə pul ödənilməməsi, onunla bağlanmış müqavilənin əhəmiyyətsiz əqd o lmasına dair kassasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, həmin halın müəyyən edilməsi sübutetmədən asılı olmuşdur. Bununla bağlı qeyd olunmalıdır ki, yuxarıda qeyd olunan mülki prosessual normalara görə mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələri nin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı və üçüncü şəxs tərəfindən cavabdehlə bağlanmış müqavilənin etibarsızlığı üçün əsas olan mötəbər sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməkl ə düzgün nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxu d qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC və mübahisə predmeti barəsində müstəqil tələblər irəl i sürən üçüncü şəxs X8 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2021-ci il tarixli, 2(105)-634/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar