Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5602/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 Cavabdeh1 X3 Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, barışıq sazişinin təsdiqi, işə üzrə icraata xitam ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, iddiaçı X1 Cavabdeh1 X3 Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasi ya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4236/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 29 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. MÜƏYYƏN ETDİ: İddiaçı Malynovskyi Mykhailo Leonidoviç Cavabdeh1 X3 Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 X3 Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (Qanuni təmsilçi Ali Yıldız) tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi, cavabdeh təşkilatda direktor vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmə k haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, 2(009)-581/2022 saylı qətnaməsi ilə (Ş.Abdullayev) iddia təmin edilmişdir. Cavabdeh1 X3 Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi qətnamədən apellyasiya şikayəti verərək, iddiaçı tərəfindən məhkəməyə müraciət müddəti ötürüldüyü üçün Səbail Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(009)-581/2022 saylı qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4236/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh (vəkil Cavabdeh2) qətnamədən kassasiya şikayəti vermişdir. Cavabdeh1 X3 Cəmiyyətinin nümayəndəsi və vəkil Cavabdeh2 kassasiya instansiya məhkəməsinə ərizə ilə müraciət edərək tərəflər arasında barışıq sazişi imzalandığından kassasiya şikayətini geri götürməklə mülki iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyasına təqdim olunmuş tərəflər arasında bağlanmış 28 oktyabr 2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar: İddiaçı Malynovskyi Mykhailo Leonidoviç:
1. Tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.4 və 191-ci maddələrinə uyğun olaraq, məhkəmə mübahisəsini barışıq sazişi (bundan sonra “Barışıq Sazişi”) ilə yekunlaşdırmaq məqsə dilə aşağıdakı şərtlərlə bağlı razılığa gəlirlər və Barışıq Sazişinin notarial qaydada təsdiq edilməsindən 5 (beş) iş günü ərzində aşağıdakı hərəkətləri yerinə yetirməyi öhdələrinə götürürlər.
2. İddiaçı X7 təsdiqlənməsinə görə məhkəməyə verdiyi iddia tələblərindən imtina edir, Cavabdeh isə İddiaçının iddiasından imtina etməsi qarşılığında X8 göstərilən öhdəlikləri yerinə yetirir. Cavabdeh1 X3 Cəmiyyəti:
3. Etibarnamə üzrə nümayəndəsi və vəkili X4 ilə birlikdə verdiyi kassasiya şikayətindən imtina edir.
4. Cavabdeh İddiaçı ilə bağlanmış xx.xx.2017-ci il (xx.xx.2021-ci il tarixli 1 saylı əlavə ilə birgə) tarixli X5 Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2021 -ci il tarixli əmrin ləğv edilməsi və həmin X5 Məcəlləsinin 75(2) (a) maddəsinə əsasən tərəf lərin qarşılıqlı razılığı ilə xitam verilməsi barədə əmr verir və əmri İddiaçıya təqdim edir. 5.
5. Cavabdeh X5 Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2021 -ci il tarixli əmrin ləğv edilməsi barədə, habelə X5 Məcəlləsinin 75(2) (a) maddəsinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə xitam verilməsi barədə qeydləri İddiaçının əmək kitabçasına daxil edir.
6. Cavabdeh, vergilər və digər məcburi dövlət ödənişləri xaric, cəmi 75 000 (yetmiş beş' min) Avro (və ya manat ekvivalenti ilə) məbləğində pul vəsaitini İddiaçıya (bank hesabına) ödəyir və Cavabdehə məxsus 2014-cü il istehsalı olan H029821 dövlət qeydiyyat nişanlı, AC№353735 dövlət qeydiyyat nömrəli texniki pasportlu “Hyundai İX-35” markalı avtomobili və Cavabdehə məxsus 2014-cü il istehsalı olan H029 604 dövlət qeydiyyat nişanlı, AC №347543 dövlət qeydiyyat nömrəli texniki pasportlu “Toyota Prado" markalı avtomobili bağışlanma müqaviləsi əsasında İddiaçıya və (və ya) müvafiq olaraq İddiaçının təqdim etdiyi şəxsin adına rəsmiləşdirilməsini həyata keçirir.
7. Cavabdeh mərkəzləşdirilmiş elektron informasiya sistemində İddiaçı ilə bağlanmış Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Müqaviləsi bildirişində Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq əmrin nömrəsi və tarixinin və Əmək Müqaviləsinə xitam verilməsinin əsasının dəyişdirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumuna müraciət edir.
8. Cavabdeh İddiaçı barəsində hüquq- mühafizə orqanlarına (o cümlədən, AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə) heç bir şikayət ər izəsi ilə müraciət etməməyi öhdəsinə götürür.
9. X7 5.3-5.5-ci bəndlərində nəzərdə tutulan öhdəliklərin icrasından 5 (beş) iş günü ərzində İddiaçı iddia tələbindən imtinaya dair ərizəni, Cavabdeh isə kassasiya şikayətindən imtina barədə ərizəni işin icraatına xitam verilməsi xahişi ilə Ali Məhkəmənin Mülki Kollegiyasına təqdim edirlər.
10. X8 tərəflərin müəyyən edilmiş öhdəliklər icra edildikdən sonra tərəflərin bir-biri qarşısındakı bütün öhdəlikləri tam həcmdə icra edilmiş hesab edilir.
11. Tərəflərdən biri Barışıq Sazişinin şərtlərini yerinə yetirmədikdə, digər tərəf həmin şərtlərin yerinə yetirilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. X9 məhkəməyə və tərəflərdən hər birinə bir nüsxə təqdim edilməklə, eyni hüquqi qüvvəyə malik 3 (üç) orijinal nüsxədə tərtib edilmiş və imza lanmışdır.
12. X9 onun notarial qaydada təsdiq edilməsi anından qüvvəyə minir və tərəflərin üzərinə götürdüyü öhdəlikləri tam icra edənədək qüvvədədir. Mülki Prosessual Məcəllənin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.4-cü maddəsinə görə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə görə iddiadan imtin a etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə görə tərəflər barışıq sazişi bağla mışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 417.1.5-ci maddəsinə görə kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası iş materiallarını, barışıq sazişinin şərtlərini araşdırıb, barışıq sazişinin şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən, hesab ed ir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, barışıq sazişinin şərtləri təsdiq olunmalı, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4236/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Tərəflər arasında bağlanmış barışıq sazişini təsdiq etməklə, məhkəmə kollegiyası tərəflərə izah edir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında eyni predmet barəsində eyni əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Yuxarıda göstərilənləri əsasən və MPM-in 417.1.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Malynovskyi Mykhailo Le onidoviç ilə Cavabdeh1 X3 Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında Bak şəhəri 6 saylı notariat ofisində bağlanmış 28 oktyabr 2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4236/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və hazırki mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.