Məhkəmə qərarları › İş №2(102)-5603/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5603/2019

08.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5603/2019 08.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2019-cu il tarixli 2(103)114/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Ə.Məhərrəmova, iş № 2(001)-343/2018) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilərək cavabdehdən ödəniş gününə olan məzənnə üzrə 90.000 ABŞ dollarının Azərbaycan manatı ilə alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ş.A.Məmmədova, V.T.Həsənov və N.Ş.Cəfərov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 08 may 2014-cü il tarixdə tərəflər arasında mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmış, müqavilə notariatda təsdiq olunmuşdur. Həmin müqavilədə cavabdeh 155.000 ABŞ dolları məbləğində iddiaçıya borcunun olmasını etiraf etmiş və borcu 08 iyun 2015-ci il tarixə kimi qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. 2017-ci ilin noyabr ayında İddiaçı idd ia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona olan borcundan 65.000 ABŞ dollarını qaytarmasını, qalan 90.000 ABŞ dollarını isə qaytarmaqdan boyun qaçırmasını və borcun qaytarılmasını gecikdirməsi ilə əlaqədar onu həmin pulu banka qoyub 9.000 ABŞ dolları məbləğində fayda götürməkdən mərhum etməsini əsas göstərməklə cavabdehdən onun xeyrinə 99.000 ABŞ dollarının tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh kassasiya şikayəti verərək mövcud borcun etirafı haqqında 08 may 2014-cü il tarixli müqavilədə göstərilən pul məbləğini tam ödəməsini, lakin məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulmas ı ilə işə baxılaraq ondan 90.000 ABŞ dollarının tutulması barədə qətnamə çıxarılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, tərəflər arasında Mülki Məcəllənin 739.1 və 740-cı maddələrinin tələblərinə müvafiq olaraq şifahi borc müqaviləsi bağlanmış və 08 may 2014cü il tarixdə tərəflər münasibətlərini rəsmiləşdirməklə mövcud borcun etirafı barədə mücərrəd müqavilə bağlamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasi bətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. (882.1.) Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. (882.2.) Cavabdeh borc müqaviləsi bağlamaqla üzərinə borcun qaytarılması ilə əlaqədar öhdəlik götürmüşdür. Mülki Məcəllənin öhdəlik münasibətlərini tənzimləyən 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Lakin müəyyən olunduğu kimi cavabdeh müqavilə üzrə öhdəliyini tam icra etməmiş, iddiaçıya ödənilməmiş 90.000 ABŞ dolları məbləğində borcu qalmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Cavabdeh müqavilədə göstərilmiş 155.000 ABŞ dolları məbləğində borcu tam ödəməsini iddia etsə də, məhkəməyə bunu təsdiq edə biləcək heç bir sübut təqdim etmədiyindən, apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunmasını qanuni və əsaslı saymışdır. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, q ətnamə işdə olan sübutlara, maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 14 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar