Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5603/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh2 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kompensasiya ödənilməklə mənzil və qeyri-yaşayış sahələrindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 yanvar 2022-ci il tarixli, 2(103)675/2022 saylı qətnaməsindən İddiaçı MMC-nin verdiyi kassasiya şikayəti üzrə işə 27 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəy yən etdi: İşin halları İşin hallarına görə, Bakı şəhəri, Nərimanov Rayon İHB-nın 21 iyun 2019-cu il tarixli, 161 saylı sərəncamına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 23 iyun 2017-ci il tarixli, xx/xx-1148 saylı rəyi nəzərə alınaraq, Nərimanov Rayon İHB-nın 23 iyun 2017-ci il tarixli, 267 saylı sərəncamının öz hüquqi qüvvəsindən düşmüş hesab edilməsi, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni hündür mərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, 0.884 ha torpaq sahəsinin İddiaçı MMC-nin daimi istifadəsinə verilməsi, rayonun Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni çoxmənzilli yaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə İddiaçı MMC-nə aşağıdakıların həvalə edilməsi, İddiaçı MMC-nə ayrılmış torpaq s ahəsini yerində qəbul etməsi və onun sanitar vəziyyətinə nəzarət etməsi, ayrılmış torpaq sahəsinə “Qaya Qala" MMC tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququnun əldə edilməsi, tikinti işlərinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəyinin alınmasının İddiaçı MMC-nə tapşırılması, layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş Plan işlənməzdən əvvəl həmin kommunikasiya xətlərinin köçürülməsi Nərimanov Rayon İcra Hakimiyyəti və əlaqədar təşkilatlarla razılaşdırmaqla İddiaçı MMC-nin vəsaiti hesabına həyata keçirilməsi, rayonun Təbriz küçəsi 32, 34. 36 38; Ə.Əlizadə 23, 25, 27 və Ə.Vahid küçəsi 14,16 yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Təbriz küçəsi 32. 34 36 38; Ə.Əlizadə 23. 25. 27 və Ə.Vahid küçəsi 14,16 nömrəli yaşayış binalarının sökülməsi qərara alınıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC-nin (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 oğlu, X1, Cavabdeh6 və Cavabdeh7 qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh8 və Cavabdeh7 mülkiyyətlərində olan mənzillərin mövcud faktiki sahəsinə uyğun olaraq hər kv.metrinə 1.500 manat kompensasiya ödənilməklə və ya inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasında hazırki mövcud faktiki sahələrindən 20-30 faiz artıq sahəsi olan mənzil verilməklə, eləcə də yeni mənzil təhvil verilənədək hər birinə aylıq 500 manat kirayə haqqı ödənilməklə, Cavabdeh6 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin mövcud faktiki sahəsinə uyğun olaraq hər kv.metri üçün 2.000 manat kompensasiya ödənilməklə və ya inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasında hazırki mövcud faktiki sahəsindən 20-30 faiz artıq sahəsi olan qeyri-yaşayış sahəsi verilməklə, eləcə də yeni qeyri-yaşayış sahəsi təhvil verilənədək aylıq 1.000 manat kirayə haqqı ödənilməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabd eh5, Cavabdeh8 və Cavabdeh7 qəzalı vəziyyətdə olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrində yerləşən mənzillərdən və qeyri-yaşayış sahəsindən çıxarılmaları, həmin mənzillərin və qeyri-yaşayış sahəsinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı tələblərini onunla əsaslandırıb ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 02 avqust 2017-ci il tarixdə rayonun Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinin texniki vəziyyəti haqqında apardığı monitorinq nəticəsində verdiyi rəyə əsasən həmin ərazidə yerləşən məhəllələrdə keçən əsrin əvvəllərində tikilən azmərtəbəli yaşayış və qeyri-yaşayış binaları qəzalı vəziyyətdədir, yaşayış evləri uzun müddət təmirsiz istismar edildiyind ən köhnəlmiş və fiziki aşınmaya məruz qalmışdır. Yaşayış evlərinin istismarda olan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) köhnəlmiş və yarasız hala düşüb. Bu səbəbdən də Nərimanov Rayon İHB-nın 21 iyun 2019-cu il tarixli, 161 saylı sərəncamı ilə rayonun Təbriz, Ə.Əlizadəvə Ə.Vahid küçələrinin kəsişməsində yeni hündür mərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, söküləcəyi nəzərdə tutulan azmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının altında yerləşən 0.884 hektar torpaq sahəsi İddiaçı MMC-nin daimi istifadəsinə verilib. Həmin ərazidə yerləşən qəzalı vəziyyətdə olan yaşayış və qeyri-yaşayış binalarının, orada yaşayan sakinlərə hər ay kirayə haqqı ödənilməklə, kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillərlə təmin olunması şərtilə, sökül məsinə və həmin binaların yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikinti işlərinin aparılması üçün layihələndirilmə işlərinin həyata keçirilməsinə icazə verilib. Beləliklə, yuxarıda göstərilən ərazidə yerləşən 0.884 hektar torpaq sahəsi yüklü edilərək, Nərimanov Rayon İHB-nın 21 iyun 2019-cu il tarixli, 161 saylı sərəncamının 1.2-ci bəndi əsasında, yüklü edilmiş ərazidə yerləşən tikililərin sökülməsi və onların yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi, eyni zamanda qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin hər ay razılaşdırılmış vahid pul məbləğində kirayə haqqı ödənilməklə, tikiləcək binalarda daha çox yaşayış sahəsi və daha rahat həyat şəraiti olan tam təmirli mənzillərə köçürülməsi iddiaçıya həvalə edilib. İddiaçı yuxarıda adı çəkilən sərənca ma uyğun olaraq, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ə.Əlizadəvə Ə.Vahid küçələrinin kəsişməsində köhnə yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin 161 mülkiyyətçisindən, 153 mülkiyyətçi ilə sökülmüş mənzillərin əvəzi kimi, onlara daha çox yaşayış sahəsi olan mənzillər və mülkiyyətçinin ailə tərkibi, kirayəyə götürdüyü mənzilin ümumi sahəsi nəzərə alınmaqla hər ay razılaşdırılmış vahid pul məbləğində kirayə haqqı ödəməklə (ümumilikdə hər ay 56.000 manat) qanunvericilikdə nəzərdə tutulmuş qaydada Razılaşma Müqaviləsi bağlamaqla mülkiyyətçiləri həmin ərazidən köçürülməsini təmin etmiş və ərazinin bir hissəsində söküntü işlərini tamamlayaraq, yerində çoxmənzilli yaşayış binalarının tikintisinə başlamışdır. Eyni zamanda, hazırki, iddia üzrə cavabdehlər və onların ailə üzvləri mülkiyy ətlərində olan mənzil sahəsinin əvəzi kimi iddiaçının təklif etdiyi, nə kompensasiya ödənişi (1.500 manat hər kvadrat üçün) ilə, nə də ki, mülkiyyətində olan mənzillərin faktiki sahəsindən daha çox yaşayış sahəsi olan mənzillərlə əvəzlənməsindən razı olmadıqlarından, reallığa uyğun olmayan, bazar qiymətindən qat-qat artıq kompensasiya, eləcə də, həddən artıq böyük ölçüdə yaşayış sahəsi tələb etdiklərindən iddiaçı həmin ərazidə tikinti və abadlıq işlərini tam həcmdə apara bilməmiş və bununla da Nərimanov Rayon İHB-nın yuxarıda göstərilən sərəncamından irəli gələn öhdəliklərini yerinə yetirə bilməyib. Hesab edirlər ki, cavabdehlər iddiaçıya hər ay 56.000 manat maddi ziyan vurmaqla yanaşı, həmin ərazidən köçürülmüş 153 mülkiyyətçinin hüquqlarını kobudcasına pozurlar, həmin mülkiyyətçilərin id diaçı ilə bağladıqları Razılaşma Müqaviləsindən əmələ gələn öhdəliklərin yerinə yetirilməsinə məqsədyönlü şəkildə hüquqi maneələr törədirlər. Bundan başqa, cavabdehlər iddiaçının həmin ərazidən onları köçürmədiklərinə görə Nərimanov Rayon İcra Hakimiyyəti orqanlarına və eləcə də, digər dövlət qurumlarına müraciət edərək, tezliklə köçürülmələrini tələb etmişlər. Sakinlərin köçürülməsinə bilavasitə nəzarət edən müvafiq dövlət qurumları tərəfindən sakinlərin mübahisəli ərazidən köçürülməsi tələbi ilə iddiaçıya müraciət edərək, onların tezliklə köçürülməsi ilə bağlı tapşırıq verilib. Cavabdehlərin mülkiyyətində olan həmin yaşayış sahələri Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yerləşir və Rayon İcra Hakimiyyəti orqanının iddiaçıya verilmiş, ayrıc aktının təsiri dairəsinə düşər ək sökülməsi qərara alınmış torpaq sahəsində yerləşir və faktiki olaraq qəzalı vəziyyətdə olan tikililərdir. Eyni zamanda, cavabdehlərin əksəriyyəti orada yaşamır, həmin yaşayış sahələrini özbaşına olaraq, heç bir müvafiq İcra Hakimiyyəti orqanlarının qərarı olmadan qeyri-yaşayış sahəsinə çevirərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri orada yerləşdirmişlər. Bunun da nəticəsində yüklü edilərək, iddiaçının istifadə hüququna ayrılmış torpaq sahəsində tikinti işlərinin aparılması ləngimiş və iddiaçı küllü miqdarda maliyyə vəsaiti itirməklə yanaşı, digər mülkiyyətçilər və podrat şirkətləri ilə bağladığı müqavilə öhdəliklərini yerinə yetirə bilmədiyindən maliyyə sanksiyalarına məruz qalıb. Cavabdehlərlə mübahisəni razılaşma və danışıqlar yolu ilə həll etmək mümkün olmadığında n məhkəməyə müraciət olunaraq müvafiq iddia qaldırılmışdır. Bakı Şəhəri, Nərimanov Rayon İHB-nın 21 iyun 2019-cu il tarixli, 161 saylı sərəncamın 2-ci maddəsində qeyd edilmişdir ki, “rayonun Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni hündür mərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə 0.884 ha torpaq sahəsi İddiaçı MMC-nin daimi istifadəsinə verilsin”. Həmin sərəncamın 3.1-ci maddəsinə əsasən, İddiaçı MMC-nə ayrılmış torpaq sahəsini yerində qəbul etsin və onun sanitar vəziyyətinə nəzarət etsin”. Həmin sərəncamın 3.2cimaddəsinə əsasən, “ayrılmış torpaq sahəsinə İddiaçı MMC tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququ əldə edilsin”. Yenə də həmin sərəncamın 4-cü maddəsində qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Təbriz Küçəsi 32, 34, 36, 38; Ə.Əlizadə 23, 25, 27 və Ə.Vahid küçəsi 14, 16 nömrəli yaşayış binaları sökülsün”. Nəzərinizə çatdırmaq istəyirik ki, Bakı şəhərində artıq sakinlərin kompensasiya ödənilərək köçürülməsində formalaşmış ümumi praktika vardır. Belə ki, H.Əliyev sarayının arxasında ölkə başçısının tapşırığına əsasən, Bakı şəhərinin Baş Planının icrasının təmin edilməsi məqsədi ilə Füzuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Ə.Topçubaşov, Mirzağa Əliyev, Dilarə Əliyeva, Rəsul Rza, Şamil Əzizbəyov, Süleyman Rəhimov, İslam Səfərli, X3, Mirzə İbrahimov küçələrinin əhatəsində yerləşən ərazidə park-bağ kompleksinin salınması ilə əlaqədar yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata ke çirilmiş, qeyd olunan işlərin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış qaydada, həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadrat metri üçün 1.500 manat kompensasiya ödənilməsi nəzərdə tutulub. Hazırki, iş üzrə sakinlərin köçürülməsi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılsaydı yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadrat metri üçün 1.500 manat kompensasia ödənilmək ilə köçürülmə həyata keçiriləcəkdi. Lakin, hal-hazırda göstərilən ərazinin köçürülməsi üçün dövlət büdcəsindən vəsait ayrılmadığından, ərazidə yerləşən tikililərin sökülməsi və vəsaitin ödənilməsində sahibkarların iştirakından istifadə edilərək şəhərin Baş Planının icrası təmin edilir. Aparılan monitorinq nət icəsində müəyyən edilmişdir ki, cavabdehlərin yaşadıqları evlər hal-hazırda qəzalı vəziyyətdədir və hər an uçmaq təhlükəsi vardır, bu baxımdan onların orada yerləşdirdikləri qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin həyatı üçün də təhlükəlidir. Bu səbəbdən də hesab edirik ki, iddiaçıya ayrılmış ərazidə yerləşən tikililər sökülərək, cavabdehlər mübahisəli ərazidən köçürülməlidirlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçının iddiası əsasında verilmiş mülki iş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh5 oğluna münasibətdə icraata xitam verilməsi qərara alınıb. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.N.Novruzova) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, cavabdehlərin mülkiyyət hüquqlarına və müqavilə azadlığı prinsipinə (və ya müqavilə bağlamağa məcburetmə qadağasına) istinadla iddiaçı “Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 32, 34, və Ə.Vahid 14, 16 saylı evlərdə yaşayan sakinlərin əmlakının əvəzinə iddiaçı tərəfindən yeni tikiləcək binada yaşayış və ya qeyri-yaşayış sahəsinin verilməsinə dair müqavilənin bağlanması, mənzilini təhvil verdiyi gündən təhvil alacağı günədək hər ay üçün kirayə pulunun ödənilməsi tələbi təmin oluna bilməz. Bu tələbin təmin olunması “müqavilə azadlığı” prinsipinə zidd olmaqla əmlaka dair mülkiyyətçiləri müqavilə bağlamağa məcbur edir ki, bu hal da mülki qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, sözügedən tikililər cavabdehlərin xüsusi mülkiyyətindədir və mülkiyyət hüququn a yalnız mülkiyyətçilərin qarşılıqlı razılığına əsasən xitam verilə bilər. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev sədrlik edən, məruzəçi, X.A.Məhərrəmova və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, “Bakı şəhərinin Nərimanov və digər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə da ir əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016cı il tarixli, 86 saylı Qərarında vətəndaşların müqavilə bağlamağa məcbur edilməsi ilə bağlı heç bir müddəa olmayıb. Belə ki, sözügedən qərarın 1.2-ci bəndinə əsasən İcra Hakimiyyətlərinə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzl əşdirilməsinə şəraitin yaradılmasını həyata keçirmələri tapşırılmışdır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarı ləğv edilib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 10 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər Sənan Hacıyev sədrlik edən, məruzəçi, Vüqar Həsənov və İspəndiyar Şəfiyev) iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilib və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, Bakı şəhəri, Nərimanov Rayon İHB-nın 21 iyun 2019-cu il tarixli, 161 saylı sərəncamı ilə ünvan 1 ünvanlarda yeni hündür mərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün iddiaçıya ayrılmış to rpaq sahəsində yerləşən mənzillərdən cavabdehlərin çıxarılması və həmin yaşayış sahəsinin sökülməsi, həmin ərazidə tikiləcək çoxmərtəbəli binalarda yaşayış və ya qeyri-yaşayış sahəsi ilə cavabdehlərin təmin edilməsi və çoxmərtəbəli yaşayış binasında yerləşən yaşayış sahəsinə köçürülənədək aylıq kirayə haqqının verilməsi tələblərinin təmin olunması mülkiyyət hüququ əsasında cavabdehlərə məxsus olan yaşayış sahəsinə dair əmlaka mülkiyyət hüquqlarının pozulması, bu hüquqa müdaxilə və həmin hüququn “şərti və qeyri-sabit” xarakter almasına səbəb ola bilər. Həmçinin, bu tələbin təmin olunması “müqavilə azadlığı” prinsipinə zidd olmaqla əmlaka dair mülkiyyətçiləri müqavilə bağlamağa məcbur edir ki, bu hal da mülki qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, Mülki Məcəllənin 390.1-ci maddəs inə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qənaətə gəlinməmişdən öncə ilk növbədə iddiaçının ayrı-ayrılıqda hər bir cavabdehə münasibətdə iddia tələblərinin 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən edilmiş aşağıdakı 3 şərtə cavab verib-vermədiyini yoxlamalı idi: “qanunda nəzərdə tutulmuş şərtlərə uyğun olaraq” həyata keçirilməli olması (bu, dövlət orqanları tərəfindən hər hansı özbaşına hərəkətə yol verilməsini istisna edir), “ictimai maraqlara” cavab verməlidir və mülkiyyətçinin hüquqları ilə ictimaiyyətin maraqları arasında ədalətli tarazlıq təmin olunmalıdır. Kassasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 390.1-ci maddəsinin və d igər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov sədrlik edən, məruzəçi, Şeyda Məhərrəmova və Rəşad Həsənov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 11 noyabr 2020-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Maddi hüquq normalarının tələblərini işin müəyyən edilmiş hallarına tətbiq edərək apell yasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının cavabdehlərə qarşı yönəlmiş iddia tələbi “müqavilə azadlığı” prinsipinə zidddir və onların mülkiyyət hüquqlarını pozur. İddiaçının Cavabdeh6 qarşı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi tələbini irəli sürmək üçün isə müvafiq subyektiv hüququ yoxdur. Buna görə də birinci instansiya məhkəməsi Cavabdeh6 qarşı yönəlmiş tələbi təmin etməməkdə haqlı olub. Apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid dəlilləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152, 560-cı maddələrininin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izaha tları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. İddiaçı kassasiya şikayətini onunla əsaslandırıb ki, mülkiyyətçilər öz hərəkətləri ilə mülkiyyət hüquqlarından sui-istifadə edirlər və cavabdehlərin mülkiyyər hüquqlarından bu formada sui-istifadə etmələri ictimai zərurətdən irəli gələrək qəbul edilmiş olan Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarının məqsədlərinə tamamilə zidd olmaqla bərabər, eləcədə həmin ünvandan köçürülmüş digər mülkiyyətçilərin hüquqlarının pozulması ilə nəticələnib. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan halları ümumiyyətlə nəzərə almayıb və həmin hallara münasibət bild irməyib. Habelə, cavabdehlərə qarşı yönəlmiş tələbin “müqavilə azadlığı” prinsipinə zidd olmasına və cavabdehlərin maraqlarını həmin ünvanda olan digər mülkiyyətçilərin maraqlanndan üstün olduğu nəticəsinə gələrək, Mülki Məcəllənin 390.1 və 390.3-cü maddələrinin tələblərini mübahisəyə səhv tətbiq edib. İşə baxan məhkəmələr maddi və prosessual hüquq normalarının tələblərini pozub və sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh2 iddiaçının kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edib. Cavabdeh Nümayəndə iddiaçının kassasiya şikayətinə qarşı etiraz ərizəsi təqdim edərək, kassasiya şikayətinin təmin edil mədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edib. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya baş qaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.2-ci maddəsinə görə, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir; 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fak tiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Mülki prosessual qanunverciliyə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilmə si kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdiri lməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Bakı şəhəri, Nərimanov Rayon İHB-nın 21 iyun 2019-cu il tarixli, 161 saylı sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 23 iyun 2017-ci il tarixli, xx/xx1148 saylı rəyi nəzərə alınaraq, Nərimanov Rayon İHB-nın 23 iyun 2017-ci il tarixli, 267 saylı sərəncamının öz hüquqi qüvvəsindən düşmüş hesab edilməsi, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni çoxmərtəbəli, çoxmənzilli yaşay ış binalarının tikintisinin aparılması məqsədilə, 0,884 ha torpaq sahəsinin iddiaçının daimi istifadəsinə verilməsi, həmin küçələrin kəsişməsində yeni yaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə iddiaçıya ayrılmış torpaq sahəsinin yerində təhkim etməsi və onun sanitar vəziyyətinə nəzarət etməsi, ayrılmış torpaq sahəsinə iddiaçı tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququnun əldə edilməsi, tikinti işlərinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəyinin alınmasının iddiaçıya tapşırılması, layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, “Baş Plan” işlənməzdən əvvəl həmin kommunikasiya xətlərinin köçürülməsinin Nərimanov R ayon İcra Hakimiyyəti və əlaqədar təşkilatlarla razılaşdırmaqla iddiaçının vəsaiti hesabına həyata keçirilməsi, Təbriz küçəsində 32, 34, 36, 38 saylı, Ə.Əlizadə küçəsində 23, 25, 27 saylı və Ə.Vahid küçəsində 14, 16 saylı yaşayış binalarının sakinlərinin qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi, Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Təbriz küçəsində 32, 34, 36, 38 saylı; Ə.Əlizadə küçəsində 23, 25, 27 saylı və Ə.Vahid küçəsində 14, 16 saylı yaşayış binalarının sökülməsi qərara alınıb. Bakı Şəhəri, Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 05 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, Nazirlər Kabinetinin 25 fevral 2016-cı il ta rixli, 86 saylı qərarının icrası məqsədilə Nərimanov Rayon İHB-nın 23 iyun 2017-ci il tarixli, 267 saylı sərəncamı ilə Nərimanov rayonu, Təbriz, Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının sökülməsi və həmin ünvanda yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması "xxxx" MMC-nə həvalə edilib. Həmin ərazidə Cəmiyyət tərəfindən inşa edilməsi nəzərdə tutulan tikililərin şəhərsalma əsaslandırılması üzrə "xxxx" MMC-nin adına layihələndirilməsi 23 iyun 2017-ci il tarixli, 267 saylı razılaşdırma ilə Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılıb. Qeyd olunan layihələndirmə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 23 iyun 2017-ci il tarixli, xx/xx-1148 saylı rəyi əsasında "xxxx" MMC tərəfindən həmin ərazidə söküntü və tikinti işlərinə baş lanılıb. İddiaçının qanuni təmsilçisi 19 iyun 2019-cu il tarixli məktubla Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edərək, 23 iyun 2017-ci il tarixli sərəncamın dəyişdirilməsini xahiş edib. Həmçinin "xxxx" MMC-nin 18 iyun 2018-cİ il tarixli məktubu ilə həmin sərəncamın iddiaçının adına rəsmləşdirilməsinə öz razılığını bildirib. Nərimanov Rayon İHB-nın 21 iyun 2019-cu il tarixli, 161 saylı sərəncamı ilə 23 iyun 2017-ci il tarixli, 267 saylı sərəncam qüvvədən düşmüş hesab edilib və rayonun Təbriz, Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni çoxmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması iddiaçıya həvalə edilib. İddiaçı tərəfindən həmin ərazidə tikinti işləri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış 23 iyun 2017-ci il tarixli, 267 saylı şəhərs almanın əsaslandırılması üzrə layihələndirmə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 23 iyun 2017-ci il tarixli, xx/xx-1148 saylı rəyi əsasında aparılıb. İddiaçının hazırda istinad etdiyi və Nərimanov Rayon İHB-nın 21 iyun 2019-cu il tarixli, 161 saylı sərəncamı Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarının icrasından irəli gələn məsələlər ilə əlaqədar verilib. “Bakı şəhərinin Nərimanov və digər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarının 1.2-ci bəndinə əsasən, İcra Hakimiyyətlərinə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredi t vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməkləəldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını həyata keçirmələri tapşırılıb. Həmçinin, Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli qərarı ilə, Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı ləğv edilib. Həmin qərarın 4-cü bəndində göstəri lmişdir ki, sözügedən icra hakimiyyəti orqanları bu Qərarın 1, 2, və 3-cü hissələrində göstərilən Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə aşağıdakıları həyata keçirsinlər: mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların ra zılığı ilə və dəyəri ödənilməkləəldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını (4.1); qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini. Apellyasiya instansiyası məhkəməsi sadalanan halları nəzərə alıb, işə əlavə edilmiş sübutları, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini ara şdırıb haqlı olaraq qeyd etmişdir ki, Nazirlər Kabineti tərəfindən verilmiş qərardan və yuxarıda qeyd edilən sərəncamlardan bəlli olur ki, cavabdehlərin mülkiyyətində olan tikililərin və ərazidə yerləşən digər binaların sökülməsi iddiaçıya həvalə edilsə də, sonuncuya tapşırılmışdır ki, həmin ərazidə yerləşən yaşayış sahələrinin sökülməsi mövcud qanunvericilik əsasında və sahələrin mülkiyyətçilərinin razılığının alınması şərti ilə həyata keçirilməlidir. Habelə, iş üzrə tərəflərin məhkəməyə verdikləri məlumatlara əsasən müəyyən edilir ki, iddiaçı, yaşayış sahələrinin mülkiyyətçiləri olan cavabdehlərlə razılığa gələ bilməyib, cavabdehlər isə bunu mülkiyyət hüquqlarına qəsd hesab edir və yaşayış sahələrinin sökülməsinə razı deyillər. Göstərilənləri nəzərə alan apellyasiya instansiyası məhkəməs i mövcud mübahisənin həlli və iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin hallarını nəzərə alıb qeyd etmişdir ki, müqavilə azadlığı prinsipinə əsasən cavabdehlərin öz mülahizə və istəklərinə görə, mənafelərini nəzərə almaqla müqavilə bağla maq hüquqları vardır. Bu əsasla da cavabdehlər öz mənafelərini nəzərə alaraq hesab etmişlər ki, yaşayış sahələrinin sökülməsi və bu xüsusda iddiaçı ilə müqavilə bağlaması gələcəkdə onlar üçün müəyyən risklərlə nəticələnə bilər. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb qeyd etmişdir ki, Konstitusiyanın 13, 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət e htiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür (Konstitusiyanın 43-cü maddəsi). Habelə,“İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1 -ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (Mülki Məcəllənin 16-cı maddəsi). Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir (Mülki Məcəllənin 152-ci maddəsi). Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə e tibarsızdır (Mülki Məcəllənin 560-cı maddəsi). Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin hallarını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, iddiaçının cavabdehlərə qarşı yönəlmiş iddia tələbi “müqavilə azadlığı” prinsipinə də zidddir. Belə ki, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarından görünür ki, qərarın əsas məqsədi sakinlərin qəzalı vəziyyətdə olan binaları təmir-bərpa xərcindən azad etməklə, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mənzil fondunun yenilənməsidir. Bu məqsəd o şərtlə həyata keçirilə bilər ki, sakinlər buna razılıq versinlər. Həmin qərarda ümumiyyətlə qeyd olunan tədbirlərin həyata keçirilməsinin ictimai zərurətdən (abadlaşma və sair) irəli gəlməsi və məcburi olması göstərilməyib. Belə olan halda iddiaçının ictimai zərurətdən çıxış edərək belə bir tələb irəli sürməsi yolverilməzdir və iddiaçının bu tələbinin heç bir qanuni əsası yoxdur. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, iddiaçının hazırki iddia tələbinin qanuni əsasını təşkil edən Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli qərarı birmənalı olaraq, sakinlərin yaşayış sahələrinin əldə edilməsinin mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsipdən çıxış edərək qüvvədə olan mülki qanunvericiliyə uyğun olaraq sakinlərin razılığı ilə həyata keçirilməsini nəzərdə tutur. Göstərilənləri nəzərə alaraq kassasiya instansiyası məhkəməsi hesab edir ki, apell yasiya instansiyası məhkəməsi yuxarıda müzakirə edilən nəticəyə gəlməkdə haqlı olub və kassasiya şikayətinin qətnamənin mübahisələndirilən hissəsinə aid dəlilləri əsassızdır. Belə ki, iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normadlarının tələblərini pozduğunu, işin halları üzrə səhv nəticəyə gəldiyini, cavabdehlərə qarşı olan iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələbl ərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Əksinə, işin yuxarıda müəyyən edilmiş hallarına görə iddiaçının iddia etdiyi yaşayış sahələri ca vabdehlərin xüsusi mülkiyyətindədir və işdə, onların həmin yaşayış sahələrinə olan mülkiyyət hüquqlarına xitam verilməsi üçün əsaslar yoxdur. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara al dı: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 yanvar 2022-ci il tarixli, 2(103)-675/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5603/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-5603/2022
27.12.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver