Məhkəmə qərarları › İş №2(102)-5605/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5605/2020

24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5605/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “Feray Özdemir X3. ve Tic.LTD” Şirkətinin cavabdehlər Cavabdeh1 və “Çakır Yapı ve X5 Ortaklığı” MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5605/20 (Açar sözlər: pulun tutulması, müqavilə öhdəliyi) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), X2 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, İddiaçı “Feray Özdemir X3. ve Tic.LTD” Şirkətinin cavabdehlər Cavabdeh1 və “Çakır Yapı ve X5 Ortaklığı” MMC-yə qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı A pelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-524/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh “Çakır Yapı ve X5 Ortaklığı” MMC-nin kassasiya şikayətinə 24 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı “Feray Özdemir X3. ve Tic.LTD” Şirkəti Cavabdeh1 vasitəsi ilə “Çakır Yapı ve X5 Ortaklığı” MMC-yə ümumi dəyəri 261.668,06 ABŞ dolları olan mal göndərib. 2. “Çakır Yapı ve X5 Ortaklığı” MMC tərəfindən hissə-hissə 40.000 ABŞ dolları pul ödənilib, qalan məbləğ ödənilməyib. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı “Feray Özdemir X3. ve Tic.LTD” Şirkəti cavabdehlər Cavabdeh1 və “Çakır Yapı ve X5 Ortaklığı” MMC-yə qarşı iddia ərizəsi ilə Sabunçu rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 261.628,06 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir..

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçının biznes fəaliyyəti ilə məşğul olduğunu bildiyi üçün iddiaçıya” demişdir ki, onun Bakı şəhərində yaşayan tanış türk iş adamları var, onlarla iş əməkdaşlığı qurmaq olar.

5. Cavabdeh1 iddiaçıya “Çakır Yapı ve X5 Ortaklığı” MMC-nin telefon nömrəsini vermiş, iddiaçı onlarla əlaqə saxlamış, danışıqlar aparmış, tam razılığa gəldikdən sonra “Çakır Yapı ve X5 Ortaklığı” MMC (VÖEN**********) rəhbərliyi ilə əldə edilmiş razılaşmaya əsasən “FERAY ÖZDEMİR X3. VE TİC.LTD” şirkətindən “Çakır Yapı ve X5 Ortaklığı” MMC-yə mallar göndərilmişdir.

6. Göndərilən malların ümumi dəyəri 261.668,06 ABŞ dolları təşkil edir. Bu günədək “Çakır Yapı ve X5 Ortaklığı” MMC tərəfindən 40.000 ABŞ dolları hissə-hissə ödənilmişdir.

7. Malların “FERAY ÖZDEMİR X3. VE TİC.LTD” şirkəti tərəfindən Azərbaycan Respublikasına “Çakır Yapı ve X5 Ortaklığı” MMC-yə göndərilməsinə və beləliklə üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsinə baxmayaraq, “Çakır Yapı ve X5 Ortaklığı” MMC öz tərəfindən malları qəbul edib pulunu ödəmək öhdəliyini yerinə yetirməmiş və nəticədə 261.628.06 ABŞ dolları məbləğində borcu yaranmışdır.

8. Cavabdeh1 sözügedən şirkətə görə qarant durmasaydı, onların təmiz iş adamları olmasına iddiaçını inandırmasaydı, iddiaçı pulu qabaqcadan almadan malları göndərməzdi.

9. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 386.1, 439.1, 442 və 443.1-ci maddələrinə istinad etmişdir.

10. Cavabdeh “Çakır Yap ı ve X5 Ortaklığı” MMC-nin nümayəndəsinin işin məhkəmə aidiyyatı üzrə inzibati-iqtisadi məhkəməyə göndərilməsi barədə vəsatəti Sabunçu rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə təmin edilməmiş, həmin qərardaddan verilən şikayətdə də Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə rədd edilmişdir.

11. Sabunçu rayon Məhkəməsinin 2(008)-1578/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh “Çakır Yapı ve X5 Ortaklığı” MMC-dən 261.628.06 (iki yüz altmış bir min altı yüz iyirmi səkkiz dollar altı sent) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə olan manat məzənnəsi ilə hesablanaraq tutulub, iddiaçı “xxxx” Şirkətinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Samir Talıbov)

12. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən edib ki, iddiaçı FERAY ÖZDEMİR X3. VE TİC.LTD” Şirkəti ilə cavabdeh “Çakır Yapı ve X5 Ortaklığı” MMC arasında müxtəlif avadanlıqların alqı-satqısı barəsində razılaşma olmuş, iddiaçı tərəfindən həmin razılaşma əsasında üzərinə götürülmüş öhdəlik icra edilərək, iş materiallarında olan fakturalara uyğun məbləğdə və miqdarda müxtəlif növ avadalıq cavabdehə göndərilmiş, lakin cavabdeh “Çakır Yapı ve X5 Ortaklığı” MMC həmin fakturalarda göstərilmiş məbləği iddiaçıya ödəməmişdir. Fakturalara əsasən borc 261.668.06 ABŞ dolları məbləğindədir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsində iddiaçı cavabdehlərdən 261.628,06 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahi ş etdiyindən həmin məbləğdə pul “Çakır Yapı ve X5 Ortaklığı” MMC-dən tutulmalıdır.

14. Məhkəmə iddia tələbini Cavabdeh1 qarşı hissədə təmin etməməsini onunla əsaslandırıb ki, iddiaçı şirkət Cavabdeh1 cavabdeh şirkətə görə qarant durması, həmin şirkətin təmiz iş adamları olmasına iddiaçını inandırması ilə bağlı göstərdiyi halları təsdiq edən hər hansı subut məhkəməyə təqdim etməmişdir. Eləcə də, iş materialları ilə Cavabdeh1 iddiaçı qarşısında hər hansı formada öhdəlik götürməsi müəyyən olunmur. ” 15. ” Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, tərəflər arasında hesablar ABŞ dolları ilə aparılmış olsa da, Azərbaycan Respublikasının pul vahidi manatdır. Buna görə də, cavabdeh “Çakır Yapı ve X5 Ortaklığı” MMC-dən tutulmalı olan 261.628.06 (iki yüz altmış bir min altı yüz iyirmi səkkiz dollar altı sent) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə olan manat məzənnəsinə uyğun ödənilməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ və İİİ hissələri, Mülki Məcəllənin 385.1, 439.1, 442, 448, Mülki Prosessual Məcəllənin 77.1 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh “Çakır Yapı ve X5 Ortaklığı” MMC apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

18. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, iddiaçı şirkətlə cavabdeh şirkət arasında həqiqətən də ticarət əməkdaşlığı olub.

19. İddiaçı şirkət Cavabdeh1 adlı bir şəxsi qəsdən cavabdeh kimi qoymaqla, hazırkı işin məhkəmə aidiyyətini dəyişməyə çalışıb. Belə ki, idd iaçı guya həmin şəxsin aralarındakı ticarət münasibətlərinə zamin olduğunu,” onların təmiz iş adamı olmalarına inandırmasına istinad etsə də, bununla bağlı iş materiallarına heç bir sübut əlavə etməyib. Sübut təqdim edə bilmədiyindən məhkəmə həmin hissədə iddiaçının tələbini təmin etməmişdir.

20. Cavabdeh şirkət də öz növbəsində Cavabdeh1 adlı şəxsi tanımadıqlarını, həmin şəxsin də onlarla hər hansı əlaqəsinin olmadığını, onların iş və ödəmə potensialına bələd olmadığını və buna görə də, bu ticarətə zamin ola bilməyəcəyini bəyan edirlər.

21. Həmçinin iddiaçı təşkilat göndərilən mallara müvafiq olaraq, ödəniləsi borcun 261,628,06 ABŞ dolları olduğunu irəli sürmüş, məhkəmə də həmin tələbi təmin etmişdir.

22. Halbuki cavabdeh olaraq “Çakır Yapı ve X5 Ortaklığı” MMC-nin hazırda iddiaçı şirkətə borcu yoxdur.

23. Həmin borcun yalnız 185000 ABŞ dolları hissəsi “X4 ve X1”nin Azərbaycan Respublikasındakı Filialının “Cəlialabad rayonunun su-kanalizasiya sisteminin qurulması” layihəsinin icrası zamanı iddiaçıdan aldığı mallara görə yaranmış borcdur.

24. Hər iki şirkətinin təsisçisinin eyni adam olmasını nəzərə alan iddiaçı şirkət “Çakır Yapı ve X5 Ortaklığı” MMC-nin indiyədək aldığı mallara görə etdiyi ödənişləri digər şirkətin, “X4 ve X1”nin borcundan silib və nəticədə cavabdeh üçün borc yaradıb.

25. Əslində iddiaçı ilə xx xxxxxx 2017-ci il tarixli razılaşmaya görə “X4 ve X1”nin cavabdehə borcu 185000 ABŞ dolları olaraq razılaşdırılıb.

26. Apelyasiya instansiyasında cavabdeh “Çakır Yapı ve X5 Ortaklığı” MMC-nin nümayəndəsi və vəkili bildirmişdir ki,” bir təsisçinin iki şirkəti var. İ ddiaçı şirkətdən onlar da digər şirkət də mal alıb. Onların etdikləri ödənişlər digər şirkətin borcundan çıxılıb. “Kamer” olaraq borcu ödəmişlər, qalan borc “Çakırın” borcudur. Konkret olaraq” iddiaçıdan həqiqətən də 261.628,06 ABŞ dolları məbləğində mal aldığını etiraf və qəbul edirlər. Lakin həmin mallara görə 150000 ABŞ dolları ödəmişlər. Qalan 111628,06 ABŞ dolları isə” borc qaldığını etiraf edirlər. Həmin borcun ödənilməsi üçün də aralarında danışıq gedir. ”

27. Apelyasiya instansiyasında iddiaçı şirkətin nümayəndəsi və vəkili apelyaisya şikayətinə etiraz olaraq bildirmişdir ki, 185000 ABŞ dollarına görə” ayrıca iddia qaldırmışlar. Həmin işin hazırki cavabdehə heç bir aidiyyəti yoxdur.” Qaimə fakturalar da ayrı-ayrıdır. Həmin işi bu işə qatmaq lazım deyil.” Qarşı tərəf pulu ödəmişdi rsə qəbul edilməsi barədə sənəd təqdim etməli idi.” Lakin cavabdeh belə bir sübut təqdim etməmişdir. Təqdim edilən qeyri-mötəbər qəbzin də hazırki işə aidiyyəti yoxdur.”

28. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-524/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmişdir. (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Tofiq Səmədov, Xəyal Sarıyev )

29. Apelyasiya instansiyası məhkəməsi qətnaməni yalnız iddianın təmin edilən hissəsində yoxlayaraq qeyd etmişdir ki, cavabdeh tərəfin iddiaçıdan həqiqətən də 261.628,06 ABŞ dolları məbləğində mal alması işin mübahisəsiz halıdır. Çünki, bu halı tərəflər mübahisələndirmir. İşin mübahisəli halı cavabdeh şirkətin həmin məbləğdən 150000 ABŞ dollarının iddiaçıya ”ödəməsi ilə bağlıdır.

30. Ap elyasiya məhkəməsi qeyd edib ki, belə olan təqdirdə, hazırkı iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükü cavabdeh şirkətin üzərinə düşür. Belə ki, cavabdeh” iddiaçıdan” 261.628,06 ABŞ dolları məbləğində mal aldığını qəbul edir, lakin həmin mallara görə 150000 ABŞ dolları ödədiyini bəyan edir. Lakin cavabdeh 150000 ABŞ dolları ödəməsi barədə məhkəməyə mötəbər sübut təqdim etməmiş, qeyd etdiyi halı sübuta yetirə bilməmişdir.

31. Apelyasiya məhkəməsi cavabdehin aldığı mallara görə etdiyi ödənişləri iddiaçının başqa şirkətin borcuna silməsi barədə dəlillərin də əsaslı hesab etməmişdir. Apelyasiyanın mövqeyinə görə iddiaçının hansısa şirkətlə öz aralarında borc məbləğlərini razılaşdırması hazırki iddianın əsaslılığına təsir etmir. Çünki, həmin razılaşmanın hazırki işə hər h ansı bir aidiyyətinin olması təsdiq olunmur.

32. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apelyasiya şikayətinin dəlillərini əsassız saymışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

33. Cavabdeh “Çakır Yapı ve X5 Ortaklığı” MMC (Vəkil2) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya ödənilən 150000 ABŞ dolları ilə bağlı qəbzlər var. Həmin qəbzləri iddiaçının nümayəndəsi əvvəlcə mübahisələndirsə də, sonradan.irkətin direktoru onların həqiqiliyini təsdiq etmişdir.

35. Hazırki borcun 185000 A BŞ dolları hissəsi cavabdehin şirkətin yox, “X4 ve X1”nin borcudur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 36 Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

37. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə

19. Azərbaycan Respublikasının pul vahidi manatdır. ”””Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Mülki Məcəllə Maddə 385.1. Ö hdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Prosessual Məcəllə Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etiraz larının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən a pellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması”apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

39. Kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən məhkəmə apelyasiya məhkəməsinin aktını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

41. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

42. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, pul məbləğinin qaytarılması barədədir.

43. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, cavabdeh “Çakır Yapı ve X5 Ortaklığı” MMC “FERAY ÖZDEMİR X3. VE TİC.LTD” Şirkətindən fakturada göstər ilən məbləğin ödənilməsi ilə bağlı öhdəliyin daşıyıcısı olmuş, lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməyərək həmin məbləği ödəməmiş, nəticədə iş materiallarında olan fakturalara əsasən cavabdeh şirkətin 261.668.06 ABŞ dolları məbləğində borcu yaranmışdır.

44. Kassasiya şikayətində cavabdeh iddiaçıya ödənilən 150000 ABŞ dolları ilə bağlı qəbzlərin olmasına istinad etsə də, bu dəlilini işə mahiyyəti üzrə baxan məhkəmələrdə sübuta yetirə bilməmişdir. Apelyasiya məhkəməsi tərəfindən cavabdehin 150000 ABŞ dolları ödəməsi müəyyən edilməmişdir. 45.Həmçinin hazırki borcun 185000 ABŞ dolları hissəsinin cavabdeh şirkətə deyil, “X4 ve X1”nə aid olması barədə dəililə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, həmin hissədə borcun “X4 ve X1”nə aid olmasını apelyasiya məhkəməsi iş materiallarına əsasən müəyyən etməmişdir.

46. Qətnamədən görünür ki, apelyasiya məhkəməsi apelyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparmış və həmin dəlillərin əsasız olmasını müəyyən etmişdir. Apelyasiya instansiyası məhkəməsi sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymət vermişdir.

47. İşin müəyyən edilmiş halları tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtlərinə uyğun olmuşdur.

48. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

49. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “Çakır Yapı ve X5 Ortaklığı” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-524/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar