Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5606/2019 04.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 aprel 2019-cu il tarixli 2(103)-4002/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənz ildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin V.V.Vnun yataqnasından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verilmiş və Cavabdeh ünvan 1ünvanda) onun istifadəsinə verilmiş evdən (mənzildən) çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, X6 ilə birlikdə 1998-ci ildən istifadəsinə verilmiş 000nun yataqxanasına məxsus olan evdə yaşamışdır. 1 il əvvəl qohumu X3 ona bildirmişdir ki, onunla 07 avqust 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən ona olan borcunun əvəzi olaraq yaşadığı evi 1 il müddətində ona kirayə versin. O da həmin borcu cavabdehə qaytarmaq imkanında olmadığı üçün razılaşmışdır. Danışdığı müdd ət 2017-ci ilin iyun ayında başa çatdıqdan sonra o, cavabdehə bildirmişdir ki, evindən əşyaları çıxarsın və o, gedib evində yaşasın. Lakin cavabdeh onu evə buraxmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli qətnaməsi ilə onun ilk iddiası və qarşılıqlı iddia tələbi rədd edilmişdir. Tərəfindən verilmiş apellyasiya şikayəti nəticəsində apellyasiya şikayəti təmin edilmiş, həmin iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qətnaməsi onun iddia tələbi təmin olunmayan hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin olunmuş və onun ünvan 2ünvanda) onun istifadəsində olmuş evə (mənzilə) köçürülməsi qət edilmişdir. Lakin hazırda həmin evdə qohumu xalası qızı Cavabdeh yaşadığından həmin evə kö çə bilmir. Qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən müəyyən olunmuşdur ki, o, 1998-ci ildən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 saylı Zeytun sovxozunun yataqxanasına məxsus olan bir otaqlı mənzildə (evdə) yaşamışdır. Həmçinin sübut olunmuşdur ki, “xxxx” ASC bildirişinə əsasən enerji istifadəsinə görə ödəyici İddiaçıdır. Qala Bələdiyyəsinə 200 m2 torpaq sahəsinə və 44 m2 əmlaka görə o, vergi ödəyicisi kimi qeydiyyatdadır. Məhkəmə baxışı zamanı məlum olmuşdur ki, X2 yaşadığı evin mübahisəli əmlaka heç bir aidiyyəti yoxdur. Mübahisəli ev onun yaşayış evidir. Həmin evə o, səlahiyyətli orqanların icazəsi ilə köçmüşdür və uzun müddət həmin evdə yaşamışdır. Lakin bu gün cavabdehin sözügedən ünvanda yaşaması və oranı tərk etməməsi onun evinə sahiblik və ondan istifadə etməsinə mane ol ur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Zeynəb Axundova) 21 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, Azad İmanov) 01.04.2019-cu il tarixli 2(103)4002/2019 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3286/2018 saylı iş üzrə 21 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.04.2019-cu il tarixli 2(103)-4002/2019 nömrəli qətnaməsinin ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onu nla əsaslandırılmışdır ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsi qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmamış, iş üzrə mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamış, tərəflərin mübahisəni tənzimləyən qanunvericiliyin tələblərinə əməl edilməmiş və nəticədə əsasız, ədalətsiz və qanunsuz qətnamə qəbul edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında İddiaçı vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiy a instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin hal-hazırda qanuni qüvvədə olan 12.03.2017-ci il tarixli 2(103)-2572/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24.11.2017-ci il tarixli qətnaməsi İddiaçı iddiasının təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin iddia tələbi təmin olunmuş, İddiaçı ünvan 1ünvanında) onun istifadəsində olmuş evə köçürülməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə ilə işin müəyyən edilmiş halları ondan ibarətdir ki, mübahisəli bir otaqlı ev iddiaçının yaşayış yeridir. Həmin evə iddiaçı səlahiyyətli orqanların icazəsi ilə köçmüşdür və uzun müddətdir həmin evdə yaşayır. Ev “İçərişəhər” Dövlət Tarix-Memarlıq qoruğu İdarəsinin balansında olduğundan həmin evin alqı-satqısı həyata keçirilə bilməz. Bakı şəhəri Qala qəsəbəsi icra nümayəndəliyi tərəfindən verilmiş 15.03.1998-ci il tarixli arayışda 000nun yataqxanasına məxsus olan evin İddiaçı verildiyi qeyd edilmişdir. Həmçinin 07.08.2014-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, X1 000 qızına bir il müddətinə qaytarılması şərti ilə 1.800 manat kredit vermişdir. Şamaxı Rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı X2 cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı 1.800 manat məbləğində pulun alınaraq Q.Hüseynovaya ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya mə hkəməsi iş üzrə düzgün nəticəyə gələrək iddianı təmin etmişdir. Bakı Apellyasiya Məhkəməsinin hal-hazırda qanuni qüvvədə olan 12.03.2017-ci il tarixli 2(103)-2572/2018 saylı qətnaməsində cavabdeh X3 hazırki iş üzrə Cavabdeh yaxın qohumu – anasıdır. Qeyd edilən mülki iş üzrə işin müəyyən edilmiş hallarının hazırki iş üzrə apellyasiya baxışında mübahisələndirilməsinə və ya yenidən sübut edilməsinə zərurət yoxdur. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh mübahisəli mənzildə hansı əsaslarla yaşaması, iddiaçı ilə birgə təsərrüfat aparması, onun ailə üzvü olmasını təsdiq edən mötəbər faktlara və tutarla sübutlara istinad etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəs inin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin iddiaçıya məxsus olması iş materialları ilə təsdiq olunduğundan və cavabdehin həmin mənzildən istifadəsi üçün hər hansı qanuni əsas mövcud olmadığından cavabdeh qanuni əsas olmadan yaşadığı mənzildən çıxarılması barədə iddiaçının tələbi əsaslıdır. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki h allarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.04.2019-cu il tarixli 2(103)-4002/2019 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5606/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5606/2019
04.09.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver