Məhkəmə qərarları › İş №2(102)-5606/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5606/2021

12.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5606/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və iddiaçı Cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5606/21 (Açar sözlər: istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma, alqı-satqı müqaviləsinin ləğv edilməsi və çıxarışın ləğv edilməsi) Bakı şəhəri, 12 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Vnun, ilk iddia üzrə cavabdeh, qa rşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Vəkil iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1480/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 12 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh E-ə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, E-ə dair onunla İddiaçı arasında Sumqayıt şəhər 4 saylı Notariat Kontorunda bağlanmış 17.06.2004-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında alınmış çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh E-ə istifadə hüququnun itirilmiş hesab edilməsi və həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti tətbiq edilməklə qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhk əmə aktları a) Birinci instansiya məhkəməsində icraat İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, atası tərəfindən Sumqayıt şəhərində ona bir otaqlı mənzil verilmişdir. İddiaçının hazırda Rusiya Federasiyasında yaşayan dayısının problemləri olduğundan iddiaçıya məxsus həmin bir otaqlı mənzil satılaraq onun problemlərinə xərclənmişdir. Bunun əvəzi olaraq dayısı da Saray qəsəbəsindəki özünə məxsus torpaq sahəsinin satılaraq mübahisəli mənzilin alınmasını həll etmişdir. Cavabdeh iddiaçının xalası olduğundan, cavabdehə mənzildə yaşamasına və qeydiyyatda qalmasına müvəqqəti icazə vermişdir. Hazırda isə cavabdeh mübahisəli mənzildən çıxmayaraq iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, onun Rusiya Federasiyasında yaşayan qardaşı Saray qəsəbəsində özünə məxsus torpaq sahəsini sataraq mübahisəli mənzili onun üçün almış, mənzil 2008-ci ildə etibarnamə əsasında alınmışdır. Mənzilin pulunu özü ödəsə də, etibarnamə bacısı X4 verilmişdir. Səbəbi isə o idi ki, əgər etibarnamə onun özünə verilsəydi, sonradan həmin mənzili öz adına keçirə bilməyəcəkdi. 12.02.2013-cü il tarixdə o, bacısı (Aynurənin anası) ilə formal şəkildə alqı-satqı etmişdir. Aynurənin özü və anası borca düşdüklərindən ondan xahiş etmişlər ki, mənzili banka girov qoyub pul götürsünlər. Bacısı qızına ürəyi yanaraq evin banka girova qoyulmasına razılıq vermişdir. Özü heç bir yerdə işləmədiyi üçün ona kreditə pul verilməyəcəyini bildirmişlər. İddiaçı işlədiyinə görə bacısı ona təklif etmişdir ki, mənzili qızının adına keçirərək ipoteka qoyub pul götürərək, ö z borclarını bağlasınlar. Bacısına güvənib buna etiraz etməmişdir. 17.06.2014-cü il tarixdə o, bacısının qızı ilə mənzili formal olaraq alqı-satqı etmişdir. Həmin formallıq mənzilin dəyərinin 25.000 manat göstərilməsində də öz əksini tapmışdır. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 aprel 2019-cu il tarixli 2(060)-517/2019 nömrəli qətnaməsi ilə (hakim Azər İsmayılov) ilk iddia tələbi təmin edilərək, Cavabdeh E-ə istifadə hüququnun itirilmiş hesab edilməsi və həmin mənzildən çıxarılması və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən İddiaçı Sumqayıt şəhəri. 6 mkr., 27 saylı evin, 88 nömrəli mənzilini alq ı-satqı müqaviləsinə əsasən əldə etmiş və mənzilin mülkiyyətçisidir. Məhkəmə hesab edir ki, Cavabdeh 17.06.2014-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən mübahisəli mənzili İddiaçı satdığından, o, mülkiyyət hüququnun elementlərindən biri olan istifadə hüququnu itirmişdir. Hazırda isə Cavabdeh həmin mənzildə formal olaraq qeydiyyatda qalmaqla yaşaması iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək iddiaçının bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Ona görə də ilk iddia təmin edilməlidir. Məhkəmə Cavabdeh İddiaçı qarşı "alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsinə" dair qarşılıqlı iddia ərizəsinə gəldikdə isə hesab edir ki, qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Belə ki, Cavabdeh Sumqayıt şəhər i, 6 mkr., 27 saylı evin, 88 nömrəli mənzilinə dair onunla İddiaçı arasında Sumqayıt şəhər 4 saylı Notariat Kontorunda bağlanmış 17.06.2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və həmin müqaviləyə əsasında alınmış çıxarışın ləğv edilməsini məhkəmədən xahiş etsə də, bu barədə məhkəməyə neç bır mötəbər sübutlar təqdim edə bilməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı Sumqayıt şəhəri, 6 mkr., 27 saylı evin. 88 nömrəli mənzilinə dair onunla İddiaçı arasında Sumqayıt şəhər 4 saylı Notariat Kontorunda bağlanmış 17.06.2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında alınmış çıxarışın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 178.1, 646.1, 646.2-ci və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Lətifə Məmmədova sədrlik edən və məruzəçi, Səyyad Qafari, Fuad Məmmədov) 2(105)-2822/2019 saylı, 26 avqust 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Sumqavıt Şəhər Məhkəməsinin 2(060)-517/2019 saylı, 08 aprel 201 9-cu il tarixli qətnaməsinin ləğv olunması, iddiaçı X2 cavabdeh ına qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair ilk iddiasının təmin edilməməsi, iddiaçı nın cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsi, Sumqayıt şəhər 4 saylı notariat kontorunda İddiaçı ilə Cavabdeh arasında bağlanmış AN-İ 04259.33 saylı, 17 iyun 2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbavcan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş 19.06.2014-ci il tarixli, seriya RX, ******* saylı çıxarışın ləğv edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticən i onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, hazırkı alqı-satqı müqaviləsi formal olaraq, yəni başqa əqdi pərdələmək üçün bağlanmışdır. Belə ki, müəyyən edilmişdir ki, iddiaçı bankdan girov götürmək məqsədi ilə cavabdehlə alqı-satqı müqaviləsi bağlamış, lakin bunun müqabilində cavabdehə pul verilməmiş, mənzil iddiaçıya təhvil verilməmişdir. Eləcə də iş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında 17.06.2014-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanandan sonra, yəni 15.07.2014-cü il tarixdə iddiaçı bankdan kredit götürmüş, cavabdeh zamin durmuş və mübahisəli mənzil ipoteka qoyulmuşdur. Bundan başqa müəyyən edilmişdir ki, alqı-satqı müqaviləsi bağlanmasına baxmayaraq cavabdeh indiyədək həmin mənzildə yaşayır. Məhkəmə kollegiyası hesab e dir ki. qarşılıqlı iddia ərizəsi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hissədə əsaslı olduğu üçün təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki. alqı-satqı müqaviləsi etibarsız hesab olunduğu halda ondan doğan hüquqi nəticə, yəni mənzilə dair verilmiş çıxarış da ləğv olunmalıdır. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, ilk iddia tələbi əsassız olduğu üçün təmin oluna bilməz. Belə ki, alqı-satqı müqaviləsi ləğv olunduğuna görə həmin iddianın təmin edilməsi yolverilməzdir. Bundan başqa iş materiallarından görünür ki. alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsinə dair qarşılıqlı iddia qaldırılmasına baxmayaraq notariat orqanı və Əmlak Məsələləri Dövlət Komitəsinin vanında DƏDRX idarəsi mübahisənin baxılmasına cəlb o lunmamışlar. Beləliklə məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki. cavabdehin apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia təmin edilməli, alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, çıxarış ləğv edilməlidir. Qətnamədən narazı qalan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı kasasiya şikayəti verərək, apelyasiya kollegiyasının qətnaməsinin ləğv edilməsi və ilk iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İlqar Dəmirov sədrlik edən və məruzəçi, Qəhrəman Allahverdiyev, Əhməd Əhmədov) 2(102)-659/2020 saylı, 11 fevral 2020-ci il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2822/2019 saylı, 26 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır. Kasasiya kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində ilkin iddia üzrə iddiaçının nümayəndəsi X6 öz izahatında aşağıdakıları bildirmişdir:”... Qarşılıqlı iddia ərizəsində göstərilənlər tam əsassızdır. Belə ki, iddiaçı mənim qızım, cavabdeh isə bacımdır. İddiaçının atası ilə mənim aramda olan nikah pozulmuşdur. Bundan sonra iddiaçıya atası tərəfindən Sumqayıt şəhərində bir otaqlı mənzil verilmişdir. Mənim hazırda Rusiya Federasiyasında yaşayan qardaşımın problemləri olduğundan iddiaçıya məxsus həmin bir otaqlı mənzil satılaraq qardaşımın problemlərinə xərclənmişdir. Bunun əvəzi olaraq qardaşım da Saray qəsəbəsindəki özünə məxsus torpaq sahəsinin satılaraq mübahisəli mənzilin alınmasını həll etmişdir. Cavabdeh iddiaçının xalası olduğundan, cavabdehə mənzildə yaşamasına və qeydiyyatda qalmasına icazə vermişik...(i/v 65)”. Həmçinin birinci instansiya məhkəməsində ilkin iddia üzrə Cavabdeh bununla əlaqədar aşağıdakıları bildirmişdir: “Məhkəməyə bildirirəm ki, cavabdeh mənim bacım qızıdır. Mənim Rusiya Federasiyasında yaşayan qardaşım Saray qəsəbəsində özünə məxsus olan torpaq sahəsini sataraq mübahisəli evi mənə almışdır. Həmin vaxt mənzil X1 etibarnamə əsasında alınmışdır. Səbəb isə mənə etibarnamə verilsə idi, mən daha sonra həmin mənzili öz adıma keçirə bilməyəcəkdim. 12.02.2013-cü il tarixdə mən bacım ilə formal şəkildə alqı-satqı etmişəm. Aynurənin özü və anası borca düşdüklərindən mənə demişdilər ki, evi banka girov qoyub pul götürsünlər. Mən də bacım qızma ürəyim yanaraq evin banka girova qoyulmasına razılıq vermişəm. Bu zaman mənə demişdilər ki, mən heç bir yerdə işləmədiyim üçün mənə kreditə pul verilə bilməz. İddiaçı isə işləyir bu zaman bacım mənə təklif etmişdir ki, mənzili qızının adına keçirərək ipoteka qoyub pul götürərək öz borclarını bağlasın.Mən də buna etiraz etməmişəm, çünki bacımdır. 17.06.2014-cü il tarixdə mən bacımın qızı ilə mənzili formal olaraq alqı-satqı etmişəm. Həmin alqı-satqının formal olduğu elə mənzilin dəyərinin 25.000 manat göstərilməsin də də öz əksini tapır. Qeyd edilənlərə əsasən ilkin iddianın rədd edilməsinə, qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirəm (i/v 50-51)”. Yuxarıda qeyd olunanlardan göründüyü kimi hər iki tərəf mübahisəli mənzilin iddiaçının dayısının, cavabdehin isə qardaşının pul vəsaiti hesabına alınmasını mübahisələndirmirlər. İlkin iddiaçının nümayəndəsi bildirir ki, mənzil ilkin iddiaçı üçün alınmışdır, çünki ilkin iddiaçı əvəllər özünə məxsus bir otaqlı mənzili sataraq dayısının problemlərinin həll olunmasına köməklik etmişdir. Lakin ilkin iddiaçının həmin dəlili ilə əlaqədar iddiaçıya məxsus hansı bir otaqlı mənzilin və hansı tarixdə satılmasını, mübahisəli mənzilin məhz iddiaçı üçünmü, yoxsa cavabdeh üçünmü alınmasını araşdırmamış, bununla əlaqəd ar iddiaçının dayısının, cavabdehin isə qardaşının hazırkı mübahisəyə münasibətinin bildirilməsi tərəflərə təklif edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən yuxarıda göstərilən halları tam araşdırmadan Mülki Məcəllənin 340-cı maddəsini düzgün tətbiq etməmişdir. ç) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Telman Quliyev - sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Fəmayıl Zeynallı) 2(105)-1750/2020 saylı, 24 iyul 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Sumqavıt Şəhər Məhkəməsinin 2(060)517/2019 saylı, 08 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv olunması, iddiaçı X2 cavabdeh Pyvazova Sevil Məmiş qızına qarşı yaşayış sahəsinə istifadə hüququnun itiri lmiş hesab edilməsi tələbinə dair ilk iddiasının təmin edilməməsi, iddiaçının cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsi, Sumqayıt şəhər 4 saylı notariat kontorunda İddiaçı ilə Cavabdeh arasında bağlanmış AN-İ ******* saylı, 17 iyun 2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbavcan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş 19.06.2014-ci il tarixli, seriya RX, ******* saylı çıxarışın ləğv edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyasının iclasında tərəflərin izahatları ilə müyyən olur ki, ilk iddiaçın ın dayısı, cavabdehin isə qardaşı olan X3 Federasiyasının SanktPeterburq şəhərində yaşayır. İlk iddiaçının dayısı, cavabdehin qardaşı X10 teleqrama ilə məhkəmə kollegiyasına müraciət edərək göstərmişdir ki, məhkəmə prosesində şəxsən iştirak edib ifadə vermək istəyirdi, lakin hazırkı məlum hadisələrlə əlaqədar olaraq mümkün deyildir. İddiaçı və X6 bacısı Cavabdeh mənzilini dələduzluq yolu ilə ələ keçirmişlər. İddiaçı iddia edir ki, guya əvəllər özünə məxsus olmuş bir otaqlı mənzilini dayısının problemlərinin həll olunması üçün satılmışdır.O, bu faktı tamamilə təkzib edir. 1986-cı ildən 2018-ci ilə kimi ona maddi dəstəyi vardır və bu hallar ödəmə sistemləri ilə öz təsdiqini tapır. İddiaçı vətəndaşları aldadıb borc götürdüyünü və geri qaytarmadığı barədə ayrıayrı şəxslər tərəfindən telefonl a zəng edib məlumat verilmişdir. Bir daha qeyd edir ki, mübahisəli mənzil bacısı Cavabdeh məxsusdur. İlk iddia üzrə iddiaçı tərəf məhkəmə kollegiyasının iclasında ona təklif edilməsinə baxmayaraq əvəllər özünə məxsus olmuş bir otaqlı mənzilin hansı ünvanda yerləşməsi, mənzilin neçə kvadratmetr sahədən ibarət olması, mənzilin nə vaxt alınması və satılması, həmin mənzilin məhz dayısının problemlərinin həll olunması üçün satılması və həmin vaxt dayısına nə qədər pul vəsaitinin verilməsi faktlarını təstiq edən, ilk iddinın təmin olunmasına dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə b ilmişdir. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibıtlərinə əsaslanaraq hesab edir ki, ilk iddia əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb təkzib olunduğuna görə rədd edilməli, qarşılıqlı iddia ərizəsi əsaslı olub, toplanmış sübutlarla öz təsdiqini taparaq işin faktiki hallarına uyğun olduğu üçün təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsi etibarsız hesab olunduğu halda ondan doğan hüquqi nəticə, yəni mənzilə dair verilmiş çıxarış da ləğv olunmalıdır. Qətnamədən narazı qalan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı kasasiya şikayəti verərək, apelyasiya kollegiyasının qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul edil məsini xahiş etmişdir. d) Kasasiya instansiyası məhkəməsində ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Abiddin Hüseynov sədrlik edən və məruzəçi, Əhməd Nurməmmədov, Zaur Əliyev) 2(102)-471/2021 saylı, 08 fevral 2021-ci il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2822/2019 saylı, 26 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır. Kasasiya kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, baxılan iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki mövqeyi ondan ibarət olmuşdur ki, hər iki tərəf mübahisəli mənzilin iddiaçının dayısının, cavabdehin isə qardaşının pul vəsaiti hesabına alınmasını mübah isələndirmirlər. İddiaçının nümayəndəsi qeyd etmişdir ki, mənzil iddiaçı üçün alınmışdır, çünki iddiaçı əvvəllər özünə məxsus bir otaqlı mənzili sataraq dayısının problemlərinin həll olunmasına köməklik göstərmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının həmin dəlili ilə əlaqədar araşdırma aparmamış, mənzilin iddiaçı, yaxud cavabdeh üçün alındığını aydınlaşdırmamış, bununla əlaqədar iddiaçının dayısının (cavabdehin qardaşının) hazırkı mübahisəyə münasibət bildirməsini tərəflərə təklif etməmişdir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi X7 adından Rusiya Federasiyasından məhkəməyə göndərilmiş teleqram və elektron məktub əsasında belə qənaətə gəlmişdir ki, mübahisəli mənzil həmin şəxs tərəfindən məhz cavabdeh üçün alınmışdır. MPM-in 76.2-ci maddəsinə əsasən şahid i fadələri əsas sübut növlərindən biri kimi müəyyən edilmişdir. Lakin Məcəllənin 104-cü madəsi nəzərdə tutur ki, şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir, eyni zamanda məhkəmənin tələbi ilə şahid öz ifadəsini yazılı tərtib edə bilər. Bununla yanaşı, prosessual qanunvericiliyə əsasən hakim şahidi dindirməzdən əvvəl onun şəxsiyyətini müəyyən edib, hüquq və vəzifələrini izah edir, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edir, şahidin vəzifələrinin və məsuliyyətinin ona izah edilməsi haqqında şahiddən iltizam alır və iltizamı məhkəmə iclasının protokoluna əlavə edir (maddə 194.1). MPM şahid ifadələrinin konkret məhkəmə baxışından kənar məhkəmə tapşırığı (maddə 83) və sübutların təmin edilməsi qaydasında da (maddə 85-87) alınmasını mümkün hesab edir. Lakin qeyd olunan üsullarla şahid ifadələrinin alınması bununla bağlı prosessual qanunvericiliyin müəyyən etdiyi qaydalara uyğun həyata keçirilməlidir. Bu baxımdan ayrı-ayrı şəxslərin hüquq və vəzifələri izah edilmədən, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə xəbərdarlıq edilmədən və bununla bağlı iltizam alınmadan məhkəməyə ünvanladıqları sadə yazılı ərizələri şahid ifadələrini əvəz edə və iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Lakin apellyasiya instansiyası məhkəməsi X7 adından Rusiya Federasiyasından məhkəməyə göndərilmiş teleqram və elektron məktubu şahid ifadəsinə bərabər mötəbər sübut kimi qiymətləndirməklə MPM-in yuxarıda istinad olunan tələblərini pozmu şdur. Bununla yanaşı, işə baxılarkən iddiaçı tərəfindən mübahisəyə Mülki Məcəllənin 354-cü maddəsində müəyyən edilmiş müddətlərin (iddiaçı əizəsində həmin müddətləri iddia müddəti adlandırmışdır) tətbiqi barədə ərizə verilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi həmin ərizəyə ümumiyyətlə münasibət bildirməmiş, ərizədə qaldırılan məsələ üzrə mövqeyini nə məhkəmə iclas protokollarında, nə də iş üzrə qəbul edilmiş məhkəmə aktında əks etdirməmişdir. Halbuki işin həlli ilə bağlı tərəflərin verdiyi vəsatət (ərizə) məhkəmə tərəfindən qəbul edilibsə məhkəmə həmin vəsatəti (ərizəni) tərəflərlə müzakirə edərək, onun təmin və ya rədd olunması barədə qərar qəbul etməli və bununla bağlı mövqeyini əsaslandırmalıdır. Əgər məhkəmə həmin məsələnin yekun qərar qəbul edərkən müşavirə otağında həll ed ilməli olduğunu hesab edirsə qətnamənin əsaslandırıcı hissəsində işdə iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlilləri əsaslandırmalıdır (maddə 220). Qeyd olunanları nəzərə alaraq Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməli, bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələbləri nəzərə alınmaqla yeni məhkəmə aktı qəbul edilməlidir. d) Apelyasiya instansiyası məhkəməsində üçüncü icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şəmsəddin Abasov sədrlik edən və məruzəçi, Səyyad Qafari, Telman Məmmədov) 2(105)-1480/2021 saylı, 14 iyun 2021-ci i l tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Sumqavıt Şəhər Məhkəməsinin 2(060)-517/2019 saylı, 08 aprel 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki halda iddiaçı yalan əqd əsasında onun əsl iradəsinə müvafiq olmayan əqdi bağlamağını göstərsə də, istinad etdiyi halı təsdiq edən heç bir mötəbər, əsaslı şübhələrdən kənar sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş notariat işindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında mübahisəli daşınmaz əmlakın alqı-satqısına dair qanunvericiliyə uyğun olan 17 iyun 2014-cü il tarixli, AN-İ ******* saylı müqavilə imzalanmış, alıcı olaraq İddiaçı əmlakın dəyəri olan 25000 manat pulu notariusun depo zit hesabına keçirmiş, müqavilə üzrə üzərinə düşən öhdəliyi tamamilə yerinə yetirmişdir. Məhkəmənin sorğusu əsasında notariusun göndərdiyi və işə əlavə olunmuş cek kötüyünün surətindən görünür ki, əmlaka görə ödənilən pulu, özü təsdiq etməsə də Cavabdeh şəxsən götürmüşdür. Mənzilin bu dəyərdə deyil, real qiymətinin daha çox olması barədə Cavabdeh dəlili əsassızdır və müqavilə azadlığı prinsipinə ziddir. Digər tərəfdən, bu hal mövcud alqı-satqı əməliyyatının etibarsızlığı üçün əsas ola bilməz. Başqa sözlə, qarşılıqlı iddia üzrə iddiaçı məhkəməyə öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Əksinə notariat işində olan tərəflərin, o cümlədən Cavabdeh ərinin razılıq ərizələri, digər sübutlar həmin müqavilənin tərəflərin əsil niyyətlərinin if adəsi olduğunu təsdiq edir. Digər tərəfdən, Cavabdeh bacısı qızının kredit götürməsi üçün girov tələb olunduğundan, onunla mübahisəli mənzili formal alqı-satqı etdiyi barədə dəlilini də məhkəmə ağlabatan hesab etmir. Belə ki, Cavabdeh dedikləri həqiqətdirsə, onda onun mənzilini digər şəxsin kreditinin təminatı olaraq ipotekaya qoymasına heç bir mane yox idi və bu barədə müqavilə bağlanması üçün əngəl də ola bilməzdi. Beləliklə, sübutetmə yükü daşıyan qarşılıqlı iddia üzrə iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, mövcud əqdin bağlanması zamanı Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilmiş və mülki qanunvericilikdə nəzərdə tutulan şərtlər pozulmamı şdır. Bundan başqa, işdən görünür ki, Cavabdeh əqdin etibarsızlığı barədə hazırkı iddianı qaldırarkən qanunla müəyyən edilmiş tələb etmə müddətini də ötürmüşdür ki, bu hal da iddianın rədd edilməsi üçün əsasdır. İşdən görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı əqdin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbinə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Mübahisəli mənzilin onun vəsaiti hesabına alınmış X7 məhkəmədə verdiyi şahid ifadəsindən məlum olur ki, tərəflər arasında mübahisə 2017-ci ildən başlamışdır. İş materiallarından isə görünür ki, Cavabdeh hazırkı qarşılıqlı iddia ilə məhkəməyə 11 yanvar 2019-cu ildə müraciət etmiş, alqısatqı müqaviləsini mübahisələndirmək hüququnu itirmişdir. Məhkəmə kollegiyası mübahisə ilə bağlı bir məsələ yə də diqqət yetirməyi vacib hesab edir. İşdən göründüyü kimi, mübahisə tərəfləri mənzilin ilk iddiaçının dayısı, cavabdehin qardaşının vəsaiti hesabına alınmasını təsdiq edirlər. Qeyd olunduğu kimi Qabil Zairov məhkəmədə mənzili Cavabdeh üçün aldığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu hal qarşılıqlı iddianın təmin edilməsi üçün əsas sayıla bilməz. Belə ki, işdən göründüyü kimi Cavabdeh həmin mənzili sonradan özgəninkiləşdirmişdir və məhkəmə araşdırması zamanı həmin əqdin etibarsızlığı üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə də, məlum alqı-satqı müqaviləsi qanuni olduğundan onun əsasında İddiaçı adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi üçün iş materiallarında hər hansı əsas yoxdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya m əhkəməsi qarşılıqlı iddianın rədd edilməsi barədə tamamilə düzgün hüquqi nəticəyə gəlmişdir. İş materiallarında məlum alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hər hansı mötəbər sübut mövcud deyil. Mənzildən istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma barədə İddiaçı ilk iddiasına gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilə dair qeyd edilən alqı-satqı müqaviləsi və onun əsasında aparılmış qeydiyyat qüvvədə olduğundan həmin mənzilin özgəninkiləşdirilməsi mənzilə istifadə hüququ olmuş cavabdeh şəxsin iradə ifadəsi kimi qiymətləndirilməlidir. Başqa sözlə, bu, onun həmin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi deməkdir. Mənzildən istifadə hüququ olmayan şəxs isə oradan çıxarılmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, m əhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, sonuncu məhkəmə qətnaməsi ədalətsiz, qanunsuz, qərəzlidir. Məhkəmə qətnaməsində ədalətli hüquqi mövqe bildirilməyib, həqiqət qərəzli təhrif edilib. Məhkəmədə is üzrə araşdırma aparılıb cavabdehin xeyrinə iddiaçının etirafları, əhəmiyyətli digər hallar müəyyən edilsə də, iş üçün əhəmiyyətli və mövcud faktlar qətnamədə tam göstərilməyib, ziddiyyətli sübutlar, müəyyən edilməyib. Ali məhkəmənin qərarlarında qeyd edilən xüsusatlar və işin halları düzgün şəkildə məcmu halda mövcud hüquqa, qanunvericiliyə uyğun qiymətləndirilməyib, hüquqi münasibət bildirilməyib. Mövcud mübahisəyə konstitusiyanın və mülki hüququn maddi və prosessual normaları, həmçinin qəbul edilmiş beynəlxalq hüququn maddi normaları düzgün tətbiq edilməyib. Bu səbəbdən həqiqətin müəyyən edilməsi və ədalətli qətnamənin qəbul edilməsi üçün 2(105)-1480/2021 14 iyun 2021-ci il tarixli qətnamə qanunsuz və ədalətsiz hesab edilib ləğv edilməli, iş materialları yenidən araşdırılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə qətnaməsində tətbiq edilən iddia müddətinə dair maddi hüquq norması səhvdir. Ziddiyyət odur ki, qətnamədə qeyd edilib ki, şahid Zairovun ifadəsinə əsasən tərəflər arası nda mübahisə 2017-ci il tarixində əmələ gəlib. Lakin, şahidlərin heç biri keçirilmiş məhkəmə proseslərinin heç birində belə ifadə verməmişlər. İddia müddətinin tətbiq edilməsi hakim üçün məcburi deyil. Belə ki, iddia müddətinin keçməsindən asılı olmayaraq mübahisə edən tərəfi maddi və prosessual mənada müdafiə və iddia hüququndan məhrum etmir, iddia müddətinin keçməsindən ash olmayaraq məhkəmə hüququn müdafiəsi haqqında tələbi qəbul elməyə borcludur. Adətən müddətin tətbiq edilməsini cavabdeh tələb edir. “İddia müddəti” barədə ərizə verən cavabdeh dərk edir ki, bu pozulmuş subyektiv hüququn müdafiəsi müddətidir. Ona görə də cavabdeh ərizə verməklə etiraf edir ki, iddiaçının subyektiv hüququ mövcuddur, həmin hüququ pozub, ona görə də pozulmuş hüququn müdafiəsi barədə tələbə iddia müddətinin tətbiq edilməsini istəyir. Əgər cavabdeh bunun əksini hesab edirsə, belə halda o, ərizə verməməli, bununla da iddiaçının subyektiv hüququnun mövcud olmadığı və ya mövcud olsa da həmin hüququ pozmadığı barədə iradə ifadə etməlidir. Əgər müəyyən edilsə ki, iddiaçı aldatma yolu ilə vicdansız aktiv hərəkətləri edibsə və qəsdən müqavilə üzrə danışıqları uzadıbsa və özünün problemlərinin həll edilməsi və mənzilin üçüncü şəxsə keçməsini bəhanə edib bank borclarını cavabdehdən əlavə haqq alaraq ödətdiribsə, cavabdeh isə sadəcə öz əmlakım geri almaq üçün danışıqlar yolu ilə nail oolmaq üçün səbr edib danışıqlara gedibsə, hətta öhdəliyi icra etmək üçün əlavə xeyli ödənişlər edibsə və əsaslandırılmış tələbləri sübutlarla birgə məhkəməyə təqdim edibsə, müddətin ötürülməsi barədə ərizə hüquqdan sui-is tifadə kimi qiymətləndirilməklə təmin edilə bilməz. Aşkar görünür ki, ilk iddiaçının hərəkətlərində etimaddan, hüquqdan sui-istifadə etməklə aldatmaqla əlavə maddi vəsait (bank borclarını bağlamaqla) və əmlak əldə etmə var. Hesab edilməlidir ki, iddiaçının müraciətlərinin heç birinin qanuni əsaslandırmadan rədd edilməsi, cavabdehin ikidən çox qanunsuz hərəkətlərinə qarşı qanuni tədbir görülməli olduğu halda əvəzində cavabdehin ərizəsi ilə iddia müddətinin tətbiq edilməsi tərəflərdən birinə üstünlük verilərək '‘qanun qarşısında bərabər olma”, “ədalətli olma”, “həqiqəti müəyyən etmə” prinsiplərinin pozulmasına ilə iddiaçının ağırlaşmış vəziyyətinin daha ağırlaşmasına səbəb olub. Belə ki, məhkəmə tərkibi cavabdehin həmin mənzildə qeydiyyatda olmasını və uzun müddət hətta mənzil İddiaçı adın a keçməsinə baxmayaraq yaşamasını qəbul edib. Lakin, cavabdehin həmin mənzildən başqa mənzilinin, yaşayış yerinin olubolmamasını müəyyən etməmişdir, həmçinin, iddiaçının bank qarşısında öhdəliyini bağlamaq üçün cavabdehin əlavə nə qədər pul ödəməsini, onun ödədiyi pulun cavabdeh tərəfindən qaytarılıbqaytarılmadığını müəyyən etməmişdir. Həmçinin, məhkəmə o faktı da araşdırmamışdır ki, əgər həqiqətən iddiaçının banka borcunun olması və onu ödəmək imkanının olub-olmamasını, əgər banka olan borcun qaytarılması imkanı var idisə, o halda hansı niyyətlə kreditin özünün vəsaiti ilə mənzili ipotekaya qoymadan ödəmədiyini araşdırmamış, əgər iddiaçının banka ödəməyə pulu yox idisə, mənzilin almaq üçün 25.000 manatı necə ödəmişdir, yəni əgər pulu yox idisə 25.000 manatı birdən necə toplaması müəyyən e dilməyib. Yaxın qohumlarının verdiyi birmənalı ifadələr və bank kreditin olması və ödənilməsinə dair sübutlara hüquqi əsaslandırılmış və ədalətli qiymət verilməyib. Belə ki, məhkəmə mənzildə yaşayan cavabdehin və ailəsinin onun yeganə yaşayış yerlərinin olmasını müəyyən etsə də, həqiqəti qətnamədə qeyd etməyib. Ona münasibətdə mövcud olan tətbiq edilməli olan hüquq normasını tətbiq etməmişdir. Hər bir halda məhkəmələr mənzilin İddiaçı sərəncamına keçən kimi qısa vaxtda bankdan kredit götürməsini, Cavabdeh həmin kreditə zamin durması, kreditin onun tərəfindən bağlanmasını müəyyən ediblər. Belə çıxır ki, nə qədər ki iddiaçı cavabdehin xərclədiyi maddi xərcləri cavabdehə geri qaytarmayıb ona görə cavabdehin mənzildə yaşamaq hüququ ləğv edilməsi özlüyündə vicdansız qərardır. b) Kasasiya şikayə tinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən ilk iddia üzr ə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili V kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə

13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 may 2008-ci tarixli qərarına əsasən, MM-in 228.5 -ci maddəsində əks olunmuş “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş “mülkiyyətçinin razılığı” yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmada ifadə edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2. Əqd b arəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə

354. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bil ər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol ver ilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 160-1-ci bəndinin ikinci abzasına əsasən pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun ban kda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin m övqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal mülahizələrlə əsaslandırılmışdır. Belə ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında mübahisəli daşınmaz əmlakın alqı-satqısına dair qanunvericiliyə uyğun olan 17 iyun 2014-cü il tarixli, AN-İ ******* saylı müqavilə imzalanmış, alıcı olaraq İddiaçı əmlakın dəyəri olan 25000 manat pulu notariusun depozit hesabına keçirmiş, müqavilə üzrə üzərinə düşən öhdəliyi tamamilə yerinə yetirmişdir. Məhkəmənin sorğusu əsasında notariusun göndərdiyi və işə əlavə olunmuş cek kötüyünün surətindən görünür ki, əmlaka görə ödənilən pulu, özü təsdiq etməsə də Cavabdeh şəxsən götürmüşdür. Mənzilin bu dəyərdə deyil, real qiymətinin daha çox olması barədə Cavabdeh dəlili əsassızdır və müqavilə azadlığı prinsipinə ziddir. Digər tərəfdən, bu hal mövcud alqı-satqı əməliyyatının etibarsızlığı üçün əsas ola bilməz. Bundan başqa, müəyyən edilmişdir ki, Cavabdeh əqdin etibarsızlığı barədə hazırkı iddianı qaldırarkən qanunla müəyyən edilmiş tələb etmə müddətini də ötürmüşdür. Belə ki, tərəflər arasında mübahisə 2017-ci ildən başlam ışdır. Cavabdeh hazırkı qarşılıqlı iddia ilə məhkəməyə 11 yanvar 2019-cu ildə müraciət etmiş, bununla da alqı-satqı müqaviləsini mübahisələndirmək hüququnu itirmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası mübahisə üzrə düzgün hüquqi mövqedə olmuşdur. Ümumi kasasiya yoxlaması həyata keçirilərkən isə apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilmədiyi, işə daha əvvəl baxmış kasasiya kollegiyasının göstərişlərinə əməl edildiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişd irilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1480/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar