Məhkəmə qərarları › İş №2(102)-5609/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-5609/2018

10.09.2018 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5609/2018 10.09.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-5609/2018 Bakı şəhəri 10 sentyabr 2018-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi, Cavabdeh1 və vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.04.2018-cı il tarixli 2(107)585/2018 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ rayon Məhkəməsinin (hakim F.Abbasov) 19.12.2016-cı il tarix li 2(025)2649/2016 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “yaşayış evinə köçürülmə” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı azyaşlı övladı X14 ilə birlikdə Cavabdeh1 məxsus olan Qəbələ rayonu *********** kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Əsədli, V.Qasımov, Ə.Məcidov) 04.05.2017-cı il tarixli 2(107)-753/2017 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 19.12.2016-cı il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Şadiyev, Q.Allahverdiyev, İ.Xələfov ) 14.12.2017-ci il tarixli 2(102)-9031/2017 nömrəli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.05.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, işə yeni apelyasiya baxışına göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Rəfiyev, G.Abbasov, E.Hüseynov) 05.04.2018-cı il tarixli 2(107)-585/2018 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 19.12.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, İddiaçı azyaşlı övladı X14 ilə birlikdə N6 məxsus olmuş, onun ölümündən sonra miras əmlaka faktik sahibliyə başlayaraq onu idarə etmək yolu ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən miras əmlak kimi qəbul edilmiş Qəbələ rayonu *********** kəndində yerləşən fərdi yaşayış evinə 10 il müddətinə istifadə hüququ tanınmaqla köçürülməsi, müddətin hesablanmasının iddiaçı və oğlunun Qəbələ rayonu *********** kəndində yerləşən fərdi yaşayış evinə köçürüldüyü vaxtdan hesablanması qət edilmiş, dövlət rüsumu iddiaçıya aid edilmişdir. Cavabdeh1 və vəkili Vəkil iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.04.2018-cı il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “yaşayış hüququ” tələbinə dair iddia ərizəsi ilə 20.09.2016-cı il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 məxsus olan Qəbələ rayonu *********** kəndində yerləşən yaşayış sahəsi 48 kv.m olan 2 otaq və şüşəbənddən ibarət olan evin 21 kv.m-dən ibarət 1 o tağına 24.09.2012-ci il təvəllüdlü X14 ilə ona yaşayış hüququ verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə prosesinin gedişində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun azyaşlı övladı X14 ilə birlikdə Cavabdeh1 məxsus olan Qəbələ rayonu *********** kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə hərtərəfli araşdırma aparmaq üçün X17, X6 və X5 üçüncü şəxslər qismində işə cəlb etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Сavabdeh Cavabdeh1və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, 03.02.2017-ci il tarixli çıxarışa əsasən Qəbələ rayonu ********* ** kəndində yerləşən fərdi yaşayış evi X18 məxsus olmuşdur. 03.02.2017-ci ilədək evin kimin mülkiyyətində olması iş üçün əhəmiyyət kəsb etsə də, məhkəmə bu xüsusatı araşdırmamış və həmin çıxarışın verilməsinə əsas olan sənədləri DƏDRX-dən tələb etməmiş və hüquqi qiymət verməmişdir. Bundan başqa, işdən görünür ki, apellyasiya məhkəməsi iddia tələbində olmadığı halda, tələbdən kənara çıxaraq mirasın faktiki qəbulu məsələsini də həll etmiş və qətnamənin nəticə hissəsində bu barədə yalnış göstəriş vermiş, işin qeyd olunan faktiki hallarını tam və hərtərəfli araşdırmamış, düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.04.2018-cı il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsin i xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. İddiaçı 08.09.2018-ci il tarixdə məhkəməyə teleqram vuraraq, üzürlü səbəbdən məhkəmədə iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və vəkili Yusifov Araz Arzu oğlu kassasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi05.04.2018-cı il tarixli qətnaməsi ilə 05.04.2018-cı il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini qismən təmin edib, Qəbələ Rayon Məhkəməsinin 19.12.2016-cı il tarixli qətnaməsini ləğv etməklə, iddianı qismən təmin edib, İddiaçı azyaşlı övladı X14 ilə birlikdə Nüsrət Alıyevə məxsus olmuş, onun ölümündən sonra miras əmlaka faktik sahibliyə başlayaraq onu idarə etmək yolu ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən miras əmlak kimi qəbul edilmiş Qəbələ rayonu *********** kəndində yerləşən fərdi yaşayış evinə 10 il müddətinə istifadə hüququ tanınmaqla köçürülməsi, müdd ətin hesablanmasının iddiaçı və oğlunun Qəbələ rayonu *********** kəndində yerləşən fərdi yaşayış evinə köçürüldüyü vaxtdan hesablanması qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsinin 10.12.2016-cı il tarixli **********90 məktubundan müəyyən edilir ki, Cavabdeh2 və Cavabdeh1 adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsi üzrə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi aşkar edilməmişdir. Qəbələ Rayonu İcra Hakimiyyəti Başçısının *********** kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəli yinin 20.11.2016-cı il tarixli 466 saylı arayışından görünür ki, Qəbələ rayon *********** kənd sakini X8 İnzibati Ərazi Nümayəndəliyinin 01 nömrəli təsərrüfat kitabının 73 nömrəli şəxsi hesabında qeydiyatdadır və 77-ci səhifədə onun çiy kərpicdən tikilmiş 2 otaqlı evi vardır. Qəbələ Rayon Məhkəməsinin 05.05.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 ilə İddiaçı arasındakı nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 24.09.2012-ci il təvəllüdlü Tuncay anasının himayəsində saxlanılmışdır. AZ-İİİ № ************ seriyalı 29.08.2015-ci il tarixli doğum haqqında şəhadətnaməsindən görünür ki, X14 24.09.2012-ci ildə anadan olmuş, uşağın atası Cavabdeh2, anası isə İddiaçıdır. Tərəflər 2011-ci ildən Qəbələ rayonu *********** kəndində yerləşən fərdi yaşayış evində bərabər yaşamış, son illərdə yaranmış ailə daxili narazılıqlar səbəbindən iddiaçının həmin mənzildə yaşamasına cavabdehlər tərəfindən maneələr yaradılmış və iddiaçı iradəsinin ziddinə evdən getmək məcburiyyətində qalmışdır. Mübahisəli evdə iddiaçı və cavabdehlər qeydiyyatdadırlar. Həmin evdə hazırda cavabdehlər yaşayırlar. N6 31.01.2015-ci ildə vəfat etmişdir. Qəbələ Regional “ASAN Xidmət” Mərkəzində notariat kontorunun notariusu Tufan Məmmədov 22.01.2017-ci il tarixli 42 nömrəli məktubla DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə məlumat verərək bildirmişdir ki, X11 qalmış miras əmlakına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə Qəbələ regional “ASAN Xidmət” Mərkəzində notariat kontoruna müraciət daxil olmuşdur. 31.01.2015-ci ildə vəfat etmiş X15 adına Qəbələ Regional “ASAN Xidmət” Mərkəzində 21.01.2017-ci il tari xdə açılmış vərəsəlik işi üzrə mirası qəbul etmiş vərəsə Cavabdeh1, Cavabdeh2, X17, X12hı və X2r. 03.02.2017-ci il tarixli ******* nömrəli çıxarışa əsasən Qəbələ rayonu *********** kəndində 0,20 ha torpaq sahəsində yerləşən 62.1 kv.m sahəsi olan fərdi yaşayış evi X15 adına tam mülkiyyət hüququ üzrə, torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ üzrə X15, Cavabdeh1, X1, X9, X3 və Cavabdeh2 adlarına 03.02.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İddiaçı ilə Cavabdeh2 Nusrət oğlu 22.07.2011-ci ildə rəsmi nikah bağlamışlar, birgə nikahdan 24.09.2012-ci il təvəllüdlü T6 adlı uşaqları doğulmuşdur. İddiaçı toydan sonra Cavabdeh1 məxsus Qəbələ rayonu *********** kəndində yerləşən evə gəlin köçmüş və cavabdehlərlə birlikdə 2016-cı ilin may ayına kimi həmin evd ə yaşamışdır. Sonradan münasibətləri pisləşdiyinə görə İddiaçı azyaşlı uşağı ilə birlikdə mübahisəli evdən çıxaraq valideynlərinin yaşadığı Gəncə şəhərinə getmiş, hazırda isə Gəncə şəhərində kirayədə yaşayır. Apellyasiya instansiyası məhkəməsində üçüncü şəxslər X17, X6, X10 izahatlarında göstərmişdir ki, Cavabdeh2 onların qardaşıdır. İddiaçı qardaşının ailəsi olmuş və aralarında yaranmış problemlər nəticəsində aralarındakı nikah pozulmuşdur. Onlar atalarının ölümündən uzun müddət əvvəldir ki, mübahisəli mənzildə yaşamır. Atası 2015-ci ildə vəfat etmişdir. Onun mübahisəli mənzilin yerləşdiyi torpaqda payı vardır. Atasının ölümündən sonra qalan mirası anası və qardaşı Bəhman qəbul etmiş və birgə idarə etmişlər. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göründüyü kimi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 miras əmlaka sahiblik etdiyinə, əmlakı idarə etməyə faktik başladığına və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdiklərinə görə üçüncü şəxslərdən fərqli olaraq onlar mirası faktiki qəbul etmişlər. Cavabdeh X16 Kоnstitusiyа Məhkəməsinin Plenumunun 18.07.2014-cü il tаrixli qərаrındа izаh edildiyi kimi vərəsə olaraq mirаsın fаktiki qəbul etmiş və bu günədək mirаs qаlmış əmlаkа fаktiki sаhibliyi həyаtа keçirmişdir. İddiaçı ilə Cavabdeh2 22.07.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş və Cavabdeh2 razılığı ilə ailə üzvü kimi Qəbələ rayonu *********** kəndində 0,20 ha torpaq sahəsində yerləşən 62.1 kv.m sahəsi olan fərdi yaşayış evinə gəlin köçürmüş, orada ailə üzvü kimi yaşamaqla, birgə təsərrüfatı idarə etmişdir. İddiaçı həmin evə gəlin köçməsi orada yaşayan digər şəxslər tərəfindən mübahisələndirilməmiş və iddiaçı ailə üzvü kimi qəbul edilmişdir və 2015-ci ildə mübahisəli mənzilin mülkiyyətçisi N6 ölümü ilə Cavabdeh2 miras əmlaka faktik sa hibliyə başlayaraq, onu idarə etmiş və miras əmlakı qəbul etmişdir. Daha sonra tərəflər arasında olan nikah münasibətləri pozulmuş və cavabdehlər İddiaçı evdən qovmuşlar. Hal-hazırda iddiaçının maddi vəziyyəti olduqca ağırdır, heç bir yerddə işləmir, yaşayış yeri olmadığı üçün uşağı ilə birlikdə ünvan 1 ünvanda kirayədə yaşamağa məcbur olmuşdur. İddiaçı mirası qəbul edərək miras əmlakın faktiki mülkiyyətçisi olan Cavabdeh2 münasibətdə keçmiş ailə üzvü kimi mübahisələndirilən evdə digər sakinlər kimi yaşayış sahəsindən istifadə hüququnu tələb etməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsini tətbiq edərkən haqlı olmuşdur. Belə ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “X7rşı iş üzrə” Avropa İnsan Hüquqları Məhkəməsinin 24.11.1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, “İnsan Hüquqlarının və X4 haqqında” Konvensiyanın 8-ci maddəsinin mənası baxımından 19 il həmin evdə yaşamayan şəxslər həmin evi öz mənzilləri adlandıra bilərlər. Bu nəticə belə bir fakta əsaslanır ki, uzun müddət həmin evdə yaşamadıqlarına baxmayaraq, ərizəçilərin həmişə ora qayıtmaq fikirləri vardır və mənzilin kirayəçiləri ilə daimi əlaqələri mövcud idi ki, həmin əlaqələr onların evini öz mənzili hesab etmək üç ün yetərli idi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə müvafiq olaraq şəxsin yaşayış yeri dedikdə, şəxsin Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Mülki Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbə bdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsasl ı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi - Cavabdeh1 kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.04.2018-cı il tarixli qətnaməsi - Cavabdeh1 kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar