Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-561/2022 18.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı ilkin iddia və Cavabdeh1 qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin bağlanmış hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7055/2021 saylı, 06 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 18 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 6 nömrəli evin ümumi sahəsi 31,89 kv.m. olan bir otaqlı 96 nömrəli mənzili Cavabdeh1 adına 15.09.1994-cü ildə özəlləşdirilmiş, mənzilə mülkiyyət hüququna dair 15.09.1994-cü il tarixli 30/36000 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.
2. Cavabdeh1 həmin evin İddiaçı satılması barədə razılığa gəlmiş və aşağıdakı məzmunda 18 mart 1996-cı il tarixli yazılı qəbz vermişdir: «Mən Cavabdeh1 bu qəbzi verirəm ki, mənə məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsindəki 6 nömrəli evin bir otaqlı 96 nömrəli mənzilimi 5.100 ABŞ dolları müqabilində İddiaçı satdım və ona evə dair kupçanın əslini və etibarnamə təqdim etdim. Yaxın günlərdə alğı-satqı müqaviləsi bağlamaq üçün notaria t kontoruna gələcəm».
3. Bundan sonra tərəflərin arasında mənzilin alğı-satqısı barədə notariat qaydada müqavilə bağlanmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh1 qarşı “mənzilə dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 06.07.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 6 nömrəli evin 96 nömrəli mənzilinə dair Cavabdeh1 ilə onun arasında sadə yazılı formada bağlanmış 18.03.1996-cı il tarixli alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı Ağdam rayonu 1993-cü ildə işğal olunduğuna görə məcburi köçkün düşərək ai lə üzvləri ilə birlikdə Bakı şəhərinə gəlmiş, kirayədə yaşamışdır. İddiaçı Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 6 nömrəli evin 96 nömrəli mənzilini satmaq istədiyini bilmiş, arvadı Cavabdeh2 və qohumları ilə birlikdə 1996-cı ilin fevral ayında gəlib Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal1 küçəsindəki 6 nömrəli evin 1 otaqlı 96 nömrəli mənzilinə baxmışdır. Mənzildə Cavabdeh1 öz ailəsi, yəni arvadı kimi təqdim olunan Zümrüd xanım, Zümrüdün anası Tamam xanım, iki azyaşlı uşağı Ləman və Lamiyə ilə birlikdə yaşayırdı. İddiaçı mənzili bəyənmiş və Cavabdeh1lə mənzilin alğı-satqısına dair razılaşma əldə etmişdir. Razılaşmaya əsasən mənzilin qiyməti 4.900 ABŞ dolları, mənzildəki 2 ədəd qızılı rəngli karniz 100 ABŞ dolları, 3-cü və 4-cü mərtəbənin arasındakı meydançada olan dolab 100 ABŞ dolları olmaqla, Cavabdeh1 mülkiyyətindəki mənzilini ümumilikdə 5.100 ABŞ dollarına iddiaçıya satmağa razılaşmışdır. Aralarında belə bir danışıq olmuşdur ki, bir ay vaxt verilməklə mənzil boşaldılacaqdır. 18.03.1996-cı ildə iddiaçı Cavabdeh1 evinə gəlmiş və 5.100 ABŞ dolları Cavabdeh1 verərək, mənzili almışdır. Bu barədə sadə yazılı formada müqavilə yazılmış və Cavabdeh1 həmin müqaviləni imzalamaqla, mənzili iddiaçıya satmış, mənzilin 15.09.1994-cü il tarixli qeydiyyat vəsiqəsinin əslini, 15.09.1994-cü ildə tərtib edilmiş texniki pasportun əslini, 15.04.1993-cü il tarixli dəyişmə orderinin əslini, 21.06.1994-cü il tarixdə çəkilmiş eskiz layihənin əslini, həmçinin mənzilə dair baş etibarnaməni iddiaçıya təqdim etmişdir. Cavabd eh yaxın günlərdə alğı-satqı müqaviləsi bağlamaq üçün notariat kontoruna gələcəyinə dair öhdəlik götürmüşdür. Cavabdeh1 mənzili satandan sonra yaxınlıqda yerləşən binaya kirayə mənzilə köçmüşdür. Onlar Cavabdeh1 əşyalarını Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 6 nömrəli evin 96 nömrəli mənzilindən kirayədə yaşayacağı yaxınlıqda yerləşən binaya daşımağa köməklik etmişlər. Cavabdeh1 iddiaçıya mənzil alana kimi onun bir müddət qeydiyyat qalmasına icazə verməsini xahiş etmiş və iddiaçı buna etiraz etməmişdir. Sonradan iddiaçı Cavabdeh1 tapa bilməmiş və alğı-satqı müqaviləsini notariat kontorunda rəsmiləşdirə bilməmişdir. Mənzilə 4 dəfə telefon çəkilmiş və telefon nömrələri iddiaçının adına yazılmış, işıq, qaz və sudan istifadə haqlarını iddiaçı öz adından ödəmişdir. Məhkəmədə iddia qaldırandan sonra Cavabdeh1 kommunal xidmətlərin abunə kodlarını öz adına dəyişdirmişdir. Cavabdehin tapılmasında köməklik edilməsi üçün iddiaçı Yasamal RPİ-nin 29-cu PB-nə də müraciət etmiş, 16.05.2020-ci il tarixli məktubla onun müraciətinə cavab verilərək bildirilmişdir ki, ərizəsində göstərilən məsələ mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etsin.
6. Cavabdeh1 İddiaçı və cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ailə üzvləri Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 6 nömrəli evin 96 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılmaları baradə qətnamə qəbul edilməsini xahiş eymişdir.
7. Qarşılıqlı iddianı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 onunla əsaslandırmışdır ki, mənzilin İddiaçı satılmasına dair sadə yazılı formada tərtib edilmiş 18.03.1996-cı il tarixli müqavilədəki imza Cavabdeh1 məxsus deyildir. Məhkəmə xətşünaslıq ekspertizasının 31.03.2021-ci il tarixli rəyi ilə 18.03.1996-cı il tarixli müqavilədəki imzanın Cavabdeh1 məxsus olması təsdiq edilsə də, hesab edir ki, Cavabdeh1 mənzilini İddiaçı satmamışdır. İddiaçı 18.03.1996-cı il tarixli müqavilədə göstərilən 5.100 ABŞ dolları pulu Cavabdeh1 həqiqətən vermişdir. Lakin Cavabdeh1 bu pulu alsa da, İddiaçı mənzilində yaşamasına görə pul tələb etməmişdir. İddiaçı 5.100 ABŞ dollarını Cavabdeh1 verərkən bildirmişdir ki, heç kimin yanında borclu qalmaq istəmir. İddiaçı 5.100 ABŞ dol larını 10.06.2008-ci ilə kimi ailə üzvləri ilə birlikdə mənzildən müvəqqəti istifadə etdiyinə görə Cavabdeh1 vermişdir. Bu barədə hər hansı rəsmi sənəd tərtib edilməmişdir. O, cavabdehin nümayəndəsi kimi, qarşılıqlı iddia ərizəsini Cavabdeh1 verdiyi məlumata və ilk iddia ərizəsində qeyd olunan qəbzə əsaslanaraq yazmışdır. Cavabdeh1 dediyinə görə başqa evi var idi və bu evə ehtiyacı olmadığı üçün təmənnasız olaraq məcburi köçkün düşmüş İddiaçı ailəsi ilə birlikdə müvəqqəti yaşaması üçün vermişdir. 5100 ABŞ dolları pulu isə İddiaçı halallıq üçün almışdır. İddiaçı məhkəməyə müraciət etməsəydi, Cavabdeh1 qarşılıqlı iddiada göstərdiyi tələblə məhkəməyə müraciət etmək və onları mənzildən çıxarmaq niyyəti olmamışdır. O, nümayəndəsi olduğu Cavabdeh1 mənzilin sənədlərinin əsillərini hansı səbəbdən İddiaçı verdiyini bilmir.
8. İddiaçı qarşılıqlı iddianı əsassız hesab edərək bildirmişdir ki, Cavabdeh1 mənzilini məcburi köçkün kimi zəbt etməmiş, pulunu verərək mənzili Cavabdeh1 satın almış və bundan sonra mənzilə öz ailəsi ilə köçərək hazırkı vaxta kimi yaşayır. Hətta onlar 1996-cı ilin “Novruz bayramı”nı da həmin evdə keçirmişlər. Oqtayı dəfələrlə axtarmış, qohumları Zümrüd xanımın bacısı Solmaz xanım, onun qızı Günel və arvadının xalası oğlu ona Oqtayın yerini deməmiş və əlaqə saxlamasına kömək etməmişlər. Yaxın vaxtlarda Oqtayın yoldaşı Zümrüd onlarla əlaqə saxlamış və onunla görüşməsini təklif etmiş, Oqtayın 1996-cı ildə mənzili ona ucuz satdığını bildirmişdir. O isə təklif etmişdir ki, Oqtayla birlikdə görüşsünlər. X2 gətirməkdən imtina etdiyinə görə o, Zümrüdlə görüşməmişdir. Çün ki, bildiyinə görə Zümrüdlə Oqtayın arasında rəsmi nikah olmamışdır, onlar faktiki ər-arvad kimi birlikdə yaşamışlar. Bu səbəbdən Zümrüdlə hər hansı bir danışıq aparmaq mənasız olmuşdur. O, 1996-cı ildən hazırkı vaxta kimi öz ailəsi ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 6 nömrəli evin 96 nömrəli mənzilində daimi olaraq yaşayır və mülkiyyətçi kimi hüquqlarını həyata keçirir.
9. Qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh5 məhkəmə iclasında qarşılıqlı iddianı qəbul etməmiş, İddiaçı izahatı ilə razı olduqlarını bildirmişlər.
10. Birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31.03.2021-ci il tarixli, 4/267 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmi ş mülki işin 75-ci vərəqində Cavabdeh1 adından olan 18 mart 1996-cı il tarixli qəbzdə “imza” yazısının qarşısındakı imza Cavabdeh1 tərəfindən icra olunmuşdur.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 may 2021-ci il tаrixli, 2(004)268/2021 saylı qətnaməsi ilə (hakim Vahid Hacıyev) qarşılıqlı iddia təmin edilməmiş, ilk iddia təmin edilərək, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 6 nömrəli evin 96 nömrəli mənzilinə dair cavabdeh (satıcı) Cavabdeh1 ilə iddiaçı (alıcı) İddiaçı arasında sadə yazılı formada bağlanmış 18.03.1996-cı il tarixli alğı-satqı müqaviləsi bağlanmış hesab edilmiş, ekspertiza xərcləri Cavabdeh1 aid edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasındakı mübahisəli hüquq münasibəti 18.03.1996-cı ildə yarandığı üçün, tərə flərin arasında yaranmış mübahisə 01.09.2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin tələbinə uyğun olaraq həll edilməlidir.
13. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 satıcı kimi öhdəliyini qismən yerinə yetirmiş, İddiaçı isə alıcı kimi mənzilin razılaşdırılmış dəyərini 5.100 ABŞ dollarını 18.03.1996-cı ildə tam şəkildə Cavabdeh1 ödəməklə satıcı qarşısında öz öhdəliyini tam yerinə yetirmişdir. Hazırda Cavabdeh1 müqaviləni rəsmiləşdirmək üçün notariat kontoruna getməkdən yayındığına görə İddiaçı alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22.03.2006-cı il tarixli qərarında qeyd olunan hüquqi mövqeyi nəzərə alınmaqla, iddiaçı əqdi icra etmiş tərə f olaraq, cavabdehdən mübahisə olunan mənzili satın almasına dair sadə yazılı formada tərtib edilmiş 18.03.1996-cı il tarixli müqaviləni təqdim etməklə, cavabdeh satdığı mənzili iddiaçının adına notariat qaydasında rəsmiləşdirməkdən yayındığına görə, iddiaçı sadə yazılı formada tərtib edilmiş müqaviləyə istinad edərək, alğı-satqı müqaviləsinin bağlanmış hesab olunmasını tələb etməkdə haqlıdır.
15. Məhkəmə gəldiyi nəticəni 01.09.2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 43-cü maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiya məhkəməsində icraat
16. Qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmi şdir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7055/2021 saylı, 06 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mənzil üzərində Cavabdeh1 (satıcının) mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb. O, 18.06.1996-cı ildə Rəhbər Ələsəgərov (alıcı) ilə mənzilin alğı-satqısı barədə razılaşıb. Razılığa əsasən satıcı mənzili alıcıya verib, alıcı isə mənzilin dəyəri kimi 5.100 ABŞ dolları məbləğində pulu satıcıya ödəyib. Satıcı bu barədə qəbz (iş v. 75) tərtib edərək alıcıya verib, habelə mənzilə dair qeydiyyat vəsiqə sini (iş v. 13) və etibarnaməni (iş v. 76) alıcıya verib. Bundan sonra alıcı ailə üzvləri ilə birlikdə mənzildə yaşamağa başlayıb, hal-hazıra kimi orada yaşayır. Lakin satıcı əqdi notariat qaydasnda təsdiq etdirməkdən boyun qaçırır. Ona görə də məhkəmə 11.09.1964-cü ildə qəbul edilmiş və mübahisəli hüquq münasibətinin yarandığı zaman (1996-cı ildə) qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü maddəsinin 2-ci hissəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ilk iddianı təmin edib, yəni alğı-satqı müqaviləsini bağlanmış hesab edib, qarşılıqlı iddianı isə rədd edib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırıb. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
19. Apellyasiya instansiyası məhkəməsi iddia müddəti ilə bağlı qeyd etmişdir ki, hazırda qüvvədə olan Mülki Məcəllənin 384.0.4-cü maddəsinə görə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir. Hazırkı tələb “mülkiyyətçinin hüququnun pozulmasının aradan qaldırılması barədə” tələb hesab olunur, çünki alıcı 18.06.1996-cı ildən (mənzilin dəyərini satıcıya ödədiyi vaxtdan) mülkiyyətçiyə bərabər tutulur. Onun irəli sürüdyü iddia (alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi) mahiyyətcə mülkiyyət hüququnun müdafiəsi barədə iddia sayılır. Mülki Məcəllənin 384.0.4-cü maddəsinin göstərişinin geriyə şamil edilməsi mümkündür, buna Mülki Məcəllənin 7-ci maddəsi imkan verir. Geriyə şamiledilmə ilə bağlı o xşar mövqe Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27.12.2001-ci il tarixli qərarında da əks olunub. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və qarşılıqlı iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin o vaxt qüvvədə olan “Əqdin notariat formasına riayət edilməməsinin nəticələri” adlı 335-ci maddəsini n ikinci hissəsinə istinad etmişdir. Həmin müddəada əqdin notariat qaydada təsdiqlənməsindən boyun qaçırma məsələsinə toxunulurdu. Halbuki, mənzil kiməsə satılmamışdır ki, notarial qaydada əqd təsdiq edilsin. Sözügedən Məcəllənin hüquq münasibətinin yarandığı an qüvvədə olan 336.1-ci maddəsinə görə, əqddən irəli gələn hüquqların dövlət qeydiyyatına alınması tələbinə riayət olunmaması onun etibarsızlığına səbəb olur. Bu cür əqd etibarsız sayılır. Həmçinin apellyasiya instansiya məhkəməsinin əqd hesab etdiyi kağız yazıldığı tarixdə Cavabdeh1 nikahda olmuşdur və bu halda onun arvadının da mənzilin satılmasına razılığı alınmalı idi. Apellyasiya instansiyası məhkəməsi ilkin İddiaçı mülkiyyətçi kimi tanımış, bu zaman reyestrin həqiqiliyi prezumpsiyasını unutmuşdur. Məhkəmə iddia müddətləri ilə b ağlı da səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı vəkili Vəkil1 kassasiya şikayətinə qarşı yazılı etirazında kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (01 mart 1965-ci il tarixdən 01.09.2000-ci ilədək qüvvədə olmuş) Maddə
43. Əqdin notariat formasının məcburiliyi və buna riayət edilməməsinin nəticələri Əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. Maddə
228. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Maddə
230. Yaşayış evinin alğı-satqı müqaviləsinin forması Tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alğı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Yaşayış evinin alğı-satqı müqaviləsi qeydə alındığı vaxtdan bağlanmış sayılır. Müqavilə notariatda təsdiq edildiyi gündən bir ay gec olmayaraq qeydə alınmalıdır.
23. Azərbaycan Respublikasının Mülki Prosess ual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
24. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli ol an bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
25. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
26. Qanunun tələbinə görə kassasiya instansiy ası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən mad di hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 6 nömrəli evin 96 nömrəli mənzilini 5.100 ABŞ dollarına 18.03.1996-cı il tarixli sadə yazılı formada tərtib edilmiş müqaviləyə əsasən İddiaçı satmaq barədə razılığa gəlmiş, mənzilə dair Cavabdeh1 adına verilmiş 15.09.1994-cü il tarixli 30/36000 reyestr nömrəli qeydiyyat vəsiqəsinin əslini, 15.09.1994-cü ildə tərtib edilmiş texniki pasportu n əslini, 15.04.1993- cü il tarixli mənzil dəyişmə orderinin əslini, 21.06.1994-cü il tarixdə çəkilmiş eskiz layihənin əslini İddiaçı təqdim etməklə satıcı kimi öhdəliyini qismən yerinə yetirmişdir. İddiaçı isə alıcı kimi mənzilin razılaşdırılmış dəyərini - 5.100 ABŞ dollarını 18.03.1996-cı ildə tam şəkildə Cavabdeh1 ödəməklə satıcı qarşısında öz öhdəliyini tam yerinə yetirmişdir. Hazırda Cavabdeh1 müqaviləni rəsmiləşdirmək üçün notariat kontoruna getməkdən yayındığına görə İddiaçı alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
30. MPM-in 217.2-ci maddəsinə əsasən hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq n ormalarına uyğun çıxarılmalıdır. Hazırki iş üzrə tərəflər arasında münasibətlər 1996-cı ildə yarandığından mübahisənin həlli də həmin vaxt qüvvədə olmuş Mülki Məcəllənin 43-cü maddəsinin müddəaları əsasında tənzimlənməlidir və apellyasiya instansiyası məhkəməsi də həmin normanın dispozisiya şərtləri əsasında işin hallarını araşdırmış, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab etmişdir (bu qərarın 18-19-cu paraqrafları).
31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandırması ilə razılaşır və qeyd edir ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş halları, məhkəmə tərəfindən əqdin bağlanmış hesab edilməsi üçün 1996-cı ildə qüvvədə olmuş Mülki Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş dispozisiya şərtlərinə uyğundur. Yəni əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi cavabdehin (satıcı Cavabdeh1) təqsirindən baş tutmur - satıcı əqdin notariat qaydasında təsdiqlənməsindən yayınır. Tərəflərin mənzilin satılması barədə gəldikləri razılaşma qanuna zidd deyil və əqdin yazılı formada tərtib edilməsi barədə tələbə əməl edilmişdir.
32. Mənzili satan Cavabdeh1 1996-cı ildə evli olması və bu halda mənzilin satılmasına onun arvadının da razılığının zəruriliyi barədə kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəla Cavabdeh1 1996-ci ildə evli olması barədə işə hər hansı sübut əlavə olunmamışdır.
33. Bundan başqa, 1996-cı ildə qüvvə olmuş Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsində əmlakın “ər-arvadın ümumi birgə mülkiyyəti” və “ər-arvadın hər birinin şəxsi mülkiyyəti” kimi hüquqi növlərindən bəhs olunurdu (23 və 29-cu maddələr). Ər-arvadın nikah müddətində qazandıqları əmlak onların ümumi birgə mülkiyyəti hesab olunurdu (23-cü maddə) və ümumi əmlakın mütləq notarial təsdiq tələb edən özgəninkiləşdirilməsi üçün ər-arvadın digərinin yazılı şəkildə razılığı ifadə edilməli idi (25-ci maddə). Nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah müddətində onların hədiyyə şəklində və ya vərəsəlik qaydasında aldıqları əmlak isə, onlardan hər birinin öz mülkiyyəti hesab olunurdu (29-cu maddə).
34. İş materiallarından göründüyü kimi mənzil Cavabdeh1 order əsasında verilmiş, orderdə mənzildən istifadə hüququ olan başqa şəxslər qeyd olunmamışdır. Sonradan mənzil Cavabdeh1 adına özəlləşdirilmiş və mənzilin üzərində onun hüquqları 15.09.1994-cü ildə qeydiyyata alınmışdır. 35. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməs inə) könüllü razılıq verdiyindən həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz.
36. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəllər qüvvədə olmuş “Əqdin notariat formasına riayət edilməməsinin nəticələri” adlı 335-ci maddəsinə istinadən irəli sürülən dəlillərin hüquqi əsası yoxdur. Çünki yuxarıda qeyd olunduğu kimi tərəflərin arasında mübahisəli hüquq münasibətlərinin yarandığı dövrə uyğun olaraq, mübahisənin həllinə bu norma tətbiq olunmur.
37. Apellyasiya instansiyası məhkəməsinin iddia müddətləri ilə bağlı mövqeyi də əsaslandırılmışdır və qanunidir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin fakti ki hallarına düzgün hüquqi qiymət verilmədiyini, sübutların yoxlanılmadığını qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır.
38. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7055/2021 saylı, 06 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.