Məhkəmə qərarları › İş №2(102)-561/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-561/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-561/2025 19.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı (X20, X17, X21, X11, X4, X8 və X22 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-561/2025 (Açar sözlər: Pul tələbi, əsassız varlanma, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh (X20, X17, X21, X11, X4, X8 və X22 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1547/2024 nömrəli, 6 noyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 19 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ilə Cavabdeh arasında yaxın qohumluq əlaqəsinin olması ilə əlaqədar birgə balıqçılıq təsərrüfat ilə məşğul olmuşlar.

2. Salyan rayon Polis Şöbəsinin 9 yanvar 2018-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında qeyd edilmişdir ki, araşdırmanın aparılmasına əsas İddiaçı bacısı oğlu Cavabdeh tərəfindən etibarından sui istifadə edilməklə ona məxsus Salyan rayonu Babacanlı qəsəbəsində və Neftçala rayon Ə rəbQardaşbəyli kəndindəki torpaq sahələrinin dələduzluq yolu ilə ələ keçirilməsi barədə DİNnin rəhbərliyinə ünvanladığı müraciət olmuşdur. Aparılmış araşdırma nəticəsində müraciətdə sadalanan xüsusatlarda cinayət hadisəsinin olmaması əsası ilə CPM-in 39.1.1-ci maddəsinə istinadla cinayət işinin başlanması rədd edilmişdir.

3. Neftçala Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(053)-696/2028 nömrəli, 30 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X22, X20, X17, X21, X13, X14, X11, X4, X8 və X1 və onların ailə üzvlərinə verilmiş torpaq sahələrinin 2010-cı il tarixdə etibarnamə əsasında Cavabdeh adına keçirilməsi barədə Neftçala rayon notariat kontorunda bağlanmış alğı-satqı müqavilələrinin ləğv edilməsi və həmin torpaq sahələrinin ona qaytarılması tələbi barədə iddiası təmin edilməmişdir.

4. Salyan Rayon Məhkəməsinin 2(057)-1117/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı X5 cavabdeh İddiaçı, üçüncü şəxslər: X9, X3, X10, Salyan rayon 2 saylı xüsusi notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı miras əmlakda payların müəyyən edilməsi və naturada müəyyən edilməsi, habelə naturada ayrılması tələbinə dair iddiası rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Neftçala Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 50.000 manat məbləğində pulun və 240 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona qayta rılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi işin faktiki halına uyğun olaraq onunla əsaslandırılmışdır ki, 2003-cü ildə bacısının əri Aləddin Axundovun adına 15 hektar torpaq sahəsi almışdır. Bundan bir il sonra, yəni 2004-cü ildə təxminən 25-30 min manat məbləğində vəsait sərf edərək həmin 15 hektar ərazidə süni balıq gölü yaratmış, lakin xəstəliyi ilə bağlı işlərə nəzarət edə bilmədiyi üçün həmin təsərrüfata nəzarət etməyi bacısı oğlu olan cavabdehə tapşırmışdır. Süni balıq gölü 2006-cı ildə tam hazır olmuşdur. Cavabdeh təsərrüfatın, yəni süni balıq gölünün birinci ilinin məhsulundan əldə olunmuş gəlirdən ona 4.000 manat pul verərək birinci il olduğu üçün gəlirin az olduğunu, gələn ildən isə daha yaxşı olacağını bildirmişdir. Növbəti ikinci ildə də cavabdeh ey ni qaydada ona 4.000 manat pul verərək torpağın zəif olmasını əsas gətirərək, narahat olmamasını, gələcəkdə daha yaxşı olacağını demişdir. 2007-ci ildə 7.200 manat qarşılığında Neftçala rayonu, Ərəb Qardaşbəyli kəndi ərazisində 14,5 hektar pay torpaq sahəsini 13 nəfər şəxsdən almış, lakin torpaqlar sahiblərinin adında qalmışdır. Həmin ildə 14,5 hektar ərazidə də təxminən 60-70 min manat xərc çəkərək torpağın bir hissəsində süni balıq gölü yaratmış, qalan hissəsində isə çoxillik bitki olan yonca əkmişdir. 2009-cu ildə cavabdeh ona Salyan rayonundakı süni balıq gölündən 20.000 manat pul vermiş, eyni zamanda əmisi oğlu Həbibin də onlara şərik olmasını xahiş etmişdir. Onlar birinci ilin məhsulundan əldə olunacaq gəlirdən 25 min manatını onun götürəcəyi, qalıq gəlirin isə 3 hissəyə bölünəcəyi b arədə razılığa gəlmişlər. Buna baxmayaraq həmin il cavabdeh ona cəmi 6.000 manat, sonrakı illərdə bu qayda ilə 2016- cı ilə kimi ümumilikdə təxminən 11.000 manata yaxın pul vermişdir. Bundan sonra isə, yəni 2016-cı ildən etibarən cavabdeh ona təsərrüfatlardan əldə olunmuş gəlirdən hər hansı bir məbləğdə pul verməmiş. Cavabdehdən təsərrüfatlardan əldə olunmuş gəlirin ona aid hissəsini tələb etdikdə isə Elməddin ona “vermirəm get məhkəməyə müraciət et” demişdir. Bunu yalnız 2016-cı ildə bilmişdir. Sonradan cavabdeh onun etibarından sui-istifadə edərək əldə etdiyi torpaq sahələrinin müəyyən hissəsini öz adına keçirmiş, qalan hissəsini isə satmışdır. Cavabdehə və digər şəxslərə qarşı torpaq sahəsinin geri qaytarılması tələbi ilə məhkəmədə iddia qaldırmış və qeyd etdiyi məsələləri cavabdeh mə hkəməyə verdiyi izahatında tam olaraq etiraf etmişdir. Cavabdeh həmin izahatında balıqçılıq təsərrüfatından əldə etdiyi qazancın ona verilən hissəsini təsərrüfatın yaradılması üçün sərf etdiyi pulların qaytarılması kimi qeyd etmişdir. Halbuki həmin təsərrüfatın yaradılması üçün qoyulan pullar onun olduğu üçün qazanc da özünə çatmalı idi. Buna baxmayaraq təsərrüfatlardan əldə edilmiş qazancın bir hissəsini də bacısı oğlu olduğu üçün cavabdehə vermişdir. Cavabdeh isə “sonradan görmüş kimi” pulu görüb gözünü hərislik tutaraq onun etibarından sui-istifadə edib əmlakını mənimsəmişdir. Bu səbəbdən də o, həmin torpaq sahələrinin alınması və balıqçılıq təsərrüfatının yaradılması üçün çəkdiyi xərcləri cavabdehdən məhkəmə qaydasında tələb edir.

7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və Vəkil1 i ddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı cavabdehin dayısıdır. Onların münasibətləri əvvəllər çox yaxşı olmuşdur. Tərəflər arasında yaranmış mübahisəyə səbəb cavabdehin 2003-cü ildən başlayaraq şəxsi təsərrüfatını yaratması məqsədilə iddiaçıdan ümumilikdə 20.000 ABŞ dolları məbləğində borc pul alması olub. Həmin borc məbləği cavabdeh tərəfindən 2018-ci ilədək olan müddət ərzində iddiaçıya bir neçə dəfəyə və daha artıq məbləğdə qaytarılıb. Belə ki, cavabdeh iddiaçıdan aldığı borc məbləğinin və özünün şəxsi vəsaitinin hesabına təsərrüfatını genişləndirmiş və bunun nəticəsində əldə etdiyi gəlirdən ilk illərdən başlayaraq iddiaçıya olan borcunu hissə-hissə qaytarmağa başlamışdır. İddiaçının iş materiallarına əlavə edilmiş məhkəmə qətnaməsində olan izahatında qeyd edilmişdir k i, cavabdeh iddiaçıdan aldığı 20.000 ABŞ dolları borc müqabilində sonuncuya müxtəlif vaxtlarda ümumilikdə 45.000 manat qaytarıb. Beləliklə, cavabdehin iddiaçıya heç bir borcu yoxdur. İddiaçının cavabdehdən hazırkı iddia ərizəsi ilə 50.000 manat tələb etməsi isə tamamilə əsassızdır. Cavabdeh həmçinin məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək bildirmişdir ki, iddiaçının tələbi mahiyyət etibarilə əsassız olmaqla yanaşı, iddia müddəti də buraxılmışdır. Belə ki, iddiaçının elə özü cavabdehin ona axırıncı dəfə 2016-cı ildə pul verdiyini bildirir. Bundan sonra cavabdeh iddiaçıya ümumiyyətlə hər hansı məbləğdə pul verməmiş əksinə aralarında olan münasibət korlanmış və məhkəmə mübahisələri olmuşdur. Belə olan halda iddiaçının cavabdehə qarşı tələb hüququ 2016-cı ildə yaranmış sa yılmalıdır. Həmin dövrdən etibarən iddiaçı cavabdehə qarşı hazırkı məzmunda tələb irəli sürməyib. Əlavə olara qeyd edilmişdir ki, iddiaçının 13 noyabr 2023cü il tarixli ərizəsində göstərilənlər həqiqətə uyğun deyil və iddia müddətinin tətbiqindən yayınmaq məqsədi güdür. Belə ki, cavabdeh iddiaçıya istər 2019-cu ildə, istərsə də 2021ci ildə ümumiyyətlə heç bir pul məbləği verməmişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, o, həm iddiaçı ilə, həm də cavabdehlə qohumdur. İddiaçı vaxtilə Neftçala rayonu, Cəngan inzibati ərazi nümayəndəliyinin ərazisindən ayrı-ayrı şəxslərə məxsus pay torpaqlarını onun adına almışdır. İddiaçı həmin torpaq sahəsindən istifadəni, həmçinin yaradılacaq təsərrüfatı idarə etməyi ona həvalə etmişdir. O, da öz növbəsində həmin torpaq sahəsində süni balıq gölü yaratmış və əraziyə su kanalı çəkmişdir. Onu bütün bu işlərin görülməsi üçün lazım olan vəsaitlə iddiaçı təmin etmişdir. İddiaçı tərəfindən torpaqların alınmasından tutmuş digər işlərin görülməsi üçün ümumilikdə 100.000 manatadək pul vəsaiti xərclənmişdir. Sonradan bəzi şəxslər iddiaçı ilə onun arasını vurduğundan narazılıqları yaranmış və iş birlikləri pozulmuşdur. İddiaçı ilə onun iş birliyinin pozulmasında cavabdehin böyük rolu olub. Bu səbəbdən o, da torpaqların sənədlərini gətirib iddiaçıya təhvil vermiş və ayrılmışlar. Bundan sonra iddiaçı torpaqlarını bacısı oğlu olan hazırkı iş üzrə cavabdehin adına keçirmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh iddiaçını aldadaraq bütün əmlakını ələ keçirmişdir.

9. Məhkəmə iclasında şahid qismində dindiril miş X16 ifadəsində bildirmişdir ki, həm iddiaçı, həm də özü cavabdehə dayı kimi hələ uşaq ikən lazımi qayğı göstərmişlər. Onun hərbi xidmətdə olduğu müddətə bir neçə dəfə yanına gedib ona baş çəkmişlər. Bundan başqa cavabdehin qardaşına və atasına da xeyli köməkliklər etmişlər. Qardaşı iddiaçı öz şəxsi vəsaiti hesabına xeyli torpaq sahəsi alaraq orada süni balıq gölü və digər təsərrüfatlar yaratmışdır. Həmin təsərrüfatlarda müəyyən işlərin görülməsi üçün texnikalara lazım olan dizel yanacağını şəxsi maşını ilə özü daşımışdır.

10. Neftçala Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(053)-42/2024 nömrəli, 7 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ceyhun Qədimov) iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehin ona 50.000 manat pul ödəməli olmasını sübuta yetirə bilməmişdir. Belə ki, iddiasını təsdiq etmək üçün iddiaçının məhkəməyə təqdim etdiyi dəlillər, o cümlədən yazılı sübutlar iddianın təsdiqlənməsi üçün kifayətedici olmamaqla, onun iddiasının əsaslılığına dair əsaslı şübhələr yaratmış, iddiaçı isə, yaranmış şübhələrin aradan qaldırılması üçün hər hansı mötəbər sübutlar təqdim etməmişdir.

12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X6 və X7 ifadələri də iddiaçının dəlillərinin təsdiqi kimi qəbul edilə bilməzlər. Belə ki, şahidlər məhkəməyə verdikləri ifadələrində cavabdehin iddiaçı qarşısında hər hansı bir öhdəliyinin olmasını, habelə iddiaçının cavabdehə iddia etdiyi 50.000 manat məbləğində pul verdiyini və ya cavabdehin hər hansı başqa əsas la iddiaçıya həmin məbləğdə pul vəsaiti verməli olduğunu təsdiq etməmişlər.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 119, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları tam və hərtərəfli araşdırılmamışdır. Bundan başqa məhkəmə cavabdehlə aralarındakı münasibətə borc müqaviləsi kimi qiymət vermişdir. Halbuki cavabdehlə birgə şərikli münasi bətləri olmuşdur və borcdan söhbət gedə bilməz. Cavabdeh onun balıq gölünə nəzarət etmiş, şərik olaraq qazancı bölmüşlər. Hazırda əmlakından çatan payı pul şəkilində tələb edir. Bununla bağlı iddia müddəti tətbiq oluna bilməzdi. Ümumiyyətlə əmlak tələbi və ya onun dəyəri ilə bağlı tələblərə iddia müddəti tətbiq olunmur. Lakin məhkəmə qanunsuz olaraq iddia müddətini tətbiq etmişdir. Həmçinin, iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi təsdiq edib ki, cavabdeh borclu olmasını, qarşısında öhdəliyinin olmasını etiraf edib, lakin tələb üçün müddətin keçməsini bildirməklə, iddianın rəddini xahiş etmişdir. Həmin göllər ona məxsus olmuşdur, cavabdeh göllərə nəzarət etmiş və şərikli olaraq qazancı bölmüşlər. Lakin cavabdeh sonradan onu aldatmış və qazancdan payını vermək istəməmişdir. Buna görə öz payını tələb edir. Ona düşən pay 50.000 manatdan çox təşkil edir, lakin hazırda 50.000 manat pul tələb edir. Əmlakını natura şəkilində tələb edə bilmədiyi üçün məcbur olub həmin əmlakın dəyərini tələb edir. Buna görə də iddia müddəti qanunsuz olaraq tətbiq olunmuşdur.

16. Apellyasiya məhkəməsi tərəfindən X20, X17, X21, X11, X4, X8 və X22 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər.

17. Məhkəmə kollegiyasının iclasında müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş X11 izahatında bildirmişdir ki, ona və ailəsinə verilən torpaq sahəsinin bir hissəsini satmaq qərarına gəlmişdilər. Təxminən 2007-ci ildə iddiaçı ətrafında bir-neçə şəxslə onların kəndlərinə gələrək torpaqlarını almaq istədiyini bildirmişdir. Torpaqlarının bir hissəsini qarşılıqlı razılıq əsasında iddiaçıya qeyri rəsmi olaraq satmışlar. Sonradan iddiaçının tapşırığı ilə 2010-cu ilin yaz aylarında Cavabdeh adlı şəxslə notariat kontoruna getmişlər, ailə üzvlərinə məxsus torpaq sahəsinin 0.3262 ha hissəsinə dair sonuncuya etibarnamə vermişlər.

18. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(106)-1547/2024 nömrəli, 6 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Taleh Kərimov (sədrlik edən və məruzəçi), Cahid İmanov və Pərviz Əhmədov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş yeni qətnamə qəbul edilərək, iddia tələbinin rədd edilməsi qət olunmuşdur.

19. Apellyasiya instansiyası məhkəmə si qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırsa da, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.

20. Bundan başqa, məhkəmə kollegiyası iş materiallarında olan şahid ifadələri, torpaq sahələrini satmış şəxslərin izahatları ilə balıqçılıq təsərrüfatlarının yaradılması üçün torpaq sahələrinin alınmasına, süni balıq göllərinin yaradılmasına çəkilən xərclərin əsasən iddiaçı tərəfindən maliyyələşdirilməsi öz təsd iqini tapmışdır. Cavabdeh özü də ziddiyyətli izahatlar verərək dolayısı ilə iddiaçının bildirdiklərini qismən təsdiq etmiş. Belə ki, cavabdeh Salyan rayon polis şöbəsinin təhqiqat qrupunda iddiaçının müraciəti əsasında aparılan araşdırma zamanı verdiyi izahatında (işin 31-ci vərəqi) göstərmişdir ki, 2003-cü ildə atası Salyan rayonu Babacanlı qəsəbəsində 15 hektar torpaq sahəsi almaq üçün Faqildən 700 ABŞ dolları borc pul almışdır. Sonradan 2006-cı ildə həmin torpağın 2 hektarında damba tikib istifadəyə verməkdən ötrü dayısı Faqildən əvvəl aldığı pulla birlikdə ümumilikdə 20.000 ABŞ dolları pul almışdır. Özüdə dambaya 1.200 manat pul qoyararaq dayısı ilə dambanı şərikinə işlətməyə başlamışlar. İlk dəfə dayısına 4.500 manat pul verərək həmin pulu dayısının ona damba qurmaq üçün verdiyi 20.00 0 ABŞ dollarından çıxmasını xahiş etmiş, növbəti ildə dayısına 7.000 manat pul vermişdir. Dayısı Faqilə borcu 23.000 manat olmaqla sonradan 5 hektarda damba qurmuş, özünün 1.200 manatı hələdə işin içində olmuşdur. Həmin ildə dambadan götürdüyü pulun hamısını dayısına verməklə, ona olan 23.000 manat borcunu tam ödəmişdir. Bu qayda ilə dayısına Babacanlı qəsəbəsindəki dambadan 2014-cü ilə kimi ümumilikdə 30.000 manat qazanc verərək, ondan aldığı borc pulları da geri qaytarmışdır. Eyni zamanda dayısı ondan xəbərsiz 2007-ci ildə Neftçala rayonunun Ərəb-Qardaşbəyli kəndindən 14,5 hektar torpaq sahəsi alaraq damba qurmuş, həmin dambanı 2009-cu ilə kimi İlkin adlı şəxs işlətmişdir. Lakin sonradan dayısı ilə İlkin arasında söz-söhbətlər yaranmış, dayısı İlkini qovaraq, ziyana düşdüyünü bildirib, t orpağı onun adına keçirməsini, əvəzində isə ona 18.000 manat pul verməsini təklif etmişdir. Dayısı ilə razılaşsa da, sonradan həmin dambanı balıqla doldurmağa pulunun olmadığını dayısına demiş, dayısı isə dambanı işlətmək üçün ona pul verəcəyini, sonradan həm mayanı, həmdə xeyirdən 18.000 manat torpaq pulunu qaytarasan demişdir. Dayısı ilə bu qaydada razılaşdıqdan sonra dayısı ona 2010-cu ildə 22.000 manat pul vermişdir. Həmin ili dayısına 22.000 manat pulla birlikdə 2.000 manat, 18.000 manat pul verərək, torpağa görə olan borcunu qaytarmış və bu qaydada 2016-cı ilin avqust ayına qədər dayısı Faqilə bütün borclarını ödəmişdir. Dayısı pula ehtiyacı olduğu üçün ondan əsassız yerə pul tələb edir, dayısına pul vermədiyi üçün ondan şikayət edir.

21. Məhkəmə kollegiyası eyni zamanda hesab etmişd ir ki, süni balıq göllərinin yaradılmasına çəkilən xərclər əsasən iddiaçı tərəfindən maliyyələşdirilməsi öz təsdiqini tapdığından, həmin pul vəsaiti hesabına əldə edilən əmlak cavabdehin mülkiyyətində qalmaqla, cavabdeh əmlakın əldə edilməsinə xərclənən pul vəsaiti miqdarında iddiaçının hesabına əsassız varlanan şəxsə çevrilmiş olmuşdur.

22. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, iddiaçının süni balıq göllərinin yaradılmasına sərf etdiyi vəsait hesabına cavabdeh əsassız varlanmışdır ki, iddiaçı hüquqlarının pozulduğunu bildiyi andan, yəni 2016-cı ildə cavabdehin ona mənfəət verməkdən imtina etdiyi vaxtdan iki il ərzində məhkəməyə müraciət etməli olduğu halda, 1 sentyabr 2023-cü ildə hazırkı iddia ərizəsini verməklə, iddia müddətini 5 il ötürmüşdür.

23. Məhkəmə kollegiyası öz möv qeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətlərinin dəlilləri aparılmış araşdırmanın nəticəsi olaraq qismən öz təsdiqini tapdığından qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir.

24. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 2.3, 14.1, 21.1, 21.2, 375.2, 372.1, 372.2, 373.4, 377.1, 386.1, 1091.1, 1091.2, 1092, 1095-ci və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 106.1, 384.0.2, 385.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

25. Qətnamədən iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməs i barədə qərarı qəbul olunmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə maddi hüquq normalarının tələbini pozmuşdur. Cavabdehlə şərikli münasibətləri olmuş, borc münasibətləri olmamışdır. Cavabdeh onu aldadaraq əmlakını ələ keçirmişdir. Cavabdehin ona 50.000 manat şərikli münasibətlə bağlı vurmuş olduğu ziyana görə borcu vardır. Həmin borc şərikli balıq biznesindən yaranmışdır. Məhkəmə qanunsuz olaraq iddia müddətini tətbiq etmişdir. Onların arasında borc münasibəti olmamışdır. Cavabdehin onun qarşısında öhdəliyi vardır, həmin öhdəlik ona vurduğu ziyan nəticəsində yaranmışdır və mülkiyyətlə bağlı iddia müddəti tətbiq oluna bilməzdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəllə si.

27. Maddə 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.

28. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

29. Maddə 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqav ilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

30. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

31. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

32. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

33. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.

34. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

35. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

36. Maddə 1091.1. əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

37. Maddə 1091.2. əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata ke çirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

38. Maddə 1092.1. varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

39. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən o lunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, mə hkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

49. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməs inin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya ins tansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin bütövlükdə yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üç ün əsas yoxdur.

54. Məhkəmə kollegiyası kassasiya şikayətinin, cavabdehlə şərikli münasibətlərinin olması, borc münasibətlərinin olmaması cavabdehin onun qarşısında öhdəliyinin olması, həmin öhdəliyin ona vurduğu ziyan nəticəsində yaranması və mülkiyyətlə bağlı olduğundan iddia müddəti tətbiq oluna bilməməsi barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, kassasiya şikayətinin həmin dəlilləri əsassızdır.

55. Belə ki, iddiaçının iddia tələbinin mülkiyyətlə bağlı olduğundan iddia müddəti tətbiq oluna bilməməsi barədə dəlilinin maddi əsası olan Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən, iddia müddəti mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa bel ə şamil edilmir. Lakin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir.

56. İddiaçının cavabdehdən tələb etdiyi pul məbləği əsassız varlanma ilə bağlı yaranan tələb olduğuna görə həmin tələbə Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulan iki illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq Mülki Məcəllənin 384.0.4-cü maddəsinin müddəaları da əsassız varlanma ilə bağlı yaranan tələbləri ehtiva edə bilməz.

57. Həmçinin qeyd olunmalıdır ki, bəzi maddi nemətlər, o cümlədən pul məbləği əldə edənin əmlak aktivinə qarışdığı andan onu verən tərəfin mülkiyyət hüququ aradan qalxır. Bu səbəbdən əşya nı əldə edən şəxs mülkiyyəti qazanmaqla varlanmış olur. Lakin bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadığına, yəni əşyanın əldə edilməsinə əsas olan əqd etibarsız sayıldığına görə əsassız varlanma əmələ gəlir (Mülki Məcəllə, maddə 1091). Əsassız varlanmaya söykənən iddia isə qanundan irəli gələn tələb hüququ olduğu üçün ona iddia müddəti tətbiq edilir.

58. Apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi iddiaçının süni balıq göllərinin yaradılmasına sərf etdiyi vəsait hesabına cavabdeh əsassız varlanmışdır ki, iddiaçı hüquqlarının pozulduğunu bildiyi andan, yəni 2016-cı ildə cavabdehin ona mənfəət verməkdən imtina etdiyi vaxtdan iki il ərzində məhkəməyə müraciət etməli olduğu halda, 1 sentyabr 2023-cü ildə hazırkı iddia ərizəsini verməklə, iddia müd dətini 5 il ötürmüş, həmin tarixdən də tələbin qanuni əsası aradan qalxmışdır.

59. Diqqətə çatdırılmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.).

60. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarı).

61. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarma q zərurətindən azad edir.

62. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

63. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

64. Həmçinin Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

65. Qanunun məzmunundan göründüyü kimi mübahisə tərəfinin məhkəmə qərarı çıxarılana kimi iddia müddətinin tətbiqi barədə ərizə verməsi iddia müddətinin tətbiqi üçün yetərlidir.

66. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

67. Bu baxımdan kassasiya instansiyas ı məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə bağlı hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.

68. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelly asiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

69. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilmə li olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

70. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1547/2024 nömrəli, 6 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar