Məhkəmə qərarları › İş №2(102)-5610/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5610/2021

22.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5610/2021 22.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X qızına qarşı “yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: iddiadan imtina edilməsi, icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4428/2021 nömrəli iş üzrə 26 may 2021-ci il tarixli qətnaməsindən cava bdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh X qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və evdən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Fuad Abdiyev) 2(001)-966/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli evin dəyəri iddiaçı tərəfindən deyil, məhz cavabdehin anası X9 tərəfindən ödənilmiş, evin təmiri ilə bağlı xərclər də məhz bu şəxs tərəfində n qarşılanmışdır. Hər bir halda, evin dəyərini təşkil etmiş 43.500 ABŞ dollarını 10 il bundan əvvəl almış şəxs olan X10 bu məsələdə qərəzli deyil və onun evin dəyərinin həqiqətən də iddiaçı tərəfindən ödənildiyi təqdirdə bunu gizlətmək və təhrif olunmuş ifadə vermək üçün hər hansı əsası yoxdur. Digər tərəfdən evin dəyəri iddiaçı tərəfindən ona ödənildiyi təqdirdə çətin ki, X1 Gülarə Əli qızının tapşırığı əsasında ona verilmiş etibarnaməni ləğv etdirmiş olardı. Nəzərə alınmalıdır ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsinə dair sərəncam da evin keçmiş sahibinin adından dəyişdirilərək, iddiaçının deyil, cavabdehin anasının, yəni evin dəyərini ödəyən şəxs kimi təqdim edilən X4 adına rəsmiləşdirilmişdir. X2 da səlist və hadisələri ardıcıllıqla düzməklə ifadə vermişdir. Halbuki, evin dəyərin in ödənilməsini iddia edən iddiaçı ümumiyyətlə mübahisəli evin alınmasını təklif edən və evlərin alqı-satqısı ilə məşğul olan Eldarın adını məhkəməyə bildirə bilməmiş və yalnız X2 onun adını çəkdikdən sonra bu adı məhkəmə iclas zalında təkrarlamışdır. İddiaçı evdə aparılan təmir barədə də ümumi şəkildə məlumatlıdır. Məsələn, təmir işlərinə cəlb edilmiş ustalar və onlara ödənilən vəsaitlər barədə məlumatlı deyil. Halbuki, evin təmirinə də xeyli vəsait sərf edilmişdir. Lakin iddiaçının mövqeyi baxımından (evin dəyərini təşkil edən 43.500 ABŞ dolları iddiaçının atası tərəfindən ödənilmişdir), təmirə sərf edilmiş xeyli məbləğdə vəsaitin mənbəyi də qeyri-müəyyən qalır. Belə ki, bu məbləğin iddiaçı tərəfindən ödənildiyi müəyyən edilmir. Təmirin pulu da qeyd edilən 91.000 ABŞ dolları məbləğində p ulun digər bir hissəsi hesabına ödənildiyi təqdirdə, qalan məbləğ əsas götürülməklə iddiaçının atası tərəfindən alınmış digər iki evin dəyər baxımından şəraitini ümumiyyətlə təsəvvür etmək olmur. Məhkəmə hesab etmişdir ki, mübahisəli fərdi yaşayış evi iddiaçı ilə cavabdehin birgə nikahda olduğu dövrdə əldə edilsə də, onların birgə və ya iddiaçının vəsaiti hesabına deyil, cavabdehin anası X4 vəsaiti hesabına alınmış və təmir etdirilmişdir. İddiaçı sadəcə olaraq 10 ilə yaxın müddətdə həmin evdə yaşamış və hazırda nə cavabdehin, nə də ki, cavabdehin anasının ailə üzvü deyil. Onun mübahisəli evə hər hansı hüququ yaranmamışdır. 09.11.2010-cu il tarixdə yazılmış və 43.500 ABŞ dolları məbləğində pulun iddiaçı tərəfindən verilməsini təsdiq edən əlyazma isə bu məbləğin iddiaçıya məxsus olmasını dey il, ümumiyyətlə bu məbləğin evin keçmiş sahibinə ödənilməsini təsdiq edən sənəddir. Başqa sözlə, bu sənəd pulun iddiaçıya məxsus olmasını deyil, gələcəkdə məbləğlə bağlı hər hansı problemin yaranmaması üçün evin razılaşdırılmış dəyərinin keçmiş sahibə ödənilməsini təsdiq edir. İddiaçı hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. İddiaçı da bunu sübut edə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehə qarşı “yaşayış sahəsinə köçürülmə” tələbi ilə məhkəməyə müraciət etmək üçün ümumiyyətlə subyektiv hüquqa malik deyil. Məhkəmə, o halı da qeyd edir ki, mövcud vəziyyətdə cavabdeh özü də bu iddiaya cavab verməli olan şəxs deyil. Məhkəmə, mübahisəli evin 2010-cu il tarixdə alı nmasına baxmayaraq, həmin evin yerləşdiyi torpaq sahəsinə sahiblik və ondan istifadə etmək hüquqlarının X6 Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 12.07.2007-ci il tarixli Sərəncamı ilə verilməsi ilə bağlı qeyd edir ki, həmin sərəncam hazırda da qüvvədədir. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4428/2021 saylı 26 may 2021-ci il tarixli qətnaməsi ilə, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-966/2021 saylı, 04 fevral 2021-ci il tarixli qət naməsi ləğv edilərək iddia tələbi qismən İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi hissəsində təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmiş, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılmış araşdırmalar zamanı müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən mübahisəli ev (torpaq sahəsi ilə birlikdə) tərəflərin birgə nikah dövründə birgə vəsaitləri hesabına əldə edilmiş, onların birgə vəsaitləri hesabına təmir olunmuşdur, bu səbəbdən də həmin evdən (torpaq sahəsi ilə birlikdə) istifadə edilməsi və ona sahiblik edilməsində tərəflər eyni hüquqa malikdirlər, buna görə də iddiaçının həmin evə köçürülməyə dair tələbi əsaslıdır. İddiaçının həmin evdən (t orpaq sahəsi ilə birlikdə) istifadə edilməsi qaydalarının müəyyən edilməsi tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı bununla bağlı, yəni istifadənin hansı qaydada olmasına dair iddia ərizəsində hər hansı təklif irəli sürməmiş, buna dair məhkəməyə də hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən, onun iddia tələbi həmin hissədə təmin edilə bilməz. Cavabdeh X qızı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 26 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi birtərəfli, əsassız, qeyri-obyektiv qəbul edildiyindən və Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsinin 9, 14, 88, 217, 218, 380, 385-390-cı maddələrinin tələbləri, o cümlədən ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsi, sübutların obyektiv, qərəzsiz qiymətləndirilməsi, qətnamənin qanuni və əsaslılığı kimi mülki məhkəmə icraatının prinsipləri kobud surətdə pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması sonda düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Kassasiya şikayətinə əlavə edilmiş iddiaçının 26 saylı notariat ofisində təsdiqlənmiş 30.06.2021-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və istifadə hüququnun tanınması barədə verdiyi iddiad an imtina etdiyini, həmin fərdi yaşayış evinə köçürülməyi barədə gələcəkdə hər hansı tələbinin olmayacağı bəyan etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh X5 məhkəmə kollegiyasının iclasında iddiaçının iddiadan imtinasının qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İdd iadan imtina etmə yazılı formada ifadə edilməlidir. Maddə 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261.0 və 261.0.4-cü maddələrinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Mad də 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 417.1.5-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunma masını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə iddiaçı tərəfindən iddiadan imtina edildiyindən məhkəmə kollegiyası cavabdehin kasasiya şikayəti üzrə hər hansı bir araşdırma aparmır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası qanunvericiliyin normalarına görə belə nəticəyə gəlir ki, iddiaçının iddiadan imtinasının qəbul olunmaması üçün əsaslar yoxdur, iddiadan imtina iddiaçının iradəsinə uyğundur, ərizə notarial qaydada təsdiq edilmişdir. Məhkəmə kollegiyası İddiaçı iddiadan imtina edil məsinə dair 30.06.2021-ci il tarixli ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı şəxsin hüquq və mənafelərini pozmadığından qəbul edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4428/2021 nömrəli iş üzrə 26 may 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 261, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı iddiadan imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4428/2021 nömrəli iş üzrə 26 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar