Məhkəmə qərarları › İş №2(102)-5612/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-5612/2020

10.11.2020 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5612/2020 10.11.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi İsmayıl Kamil oğlu Xəlilov, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı cavabdehlər AR Dövlət Neft Şirkəti SOCAR və AR Dövlət Neft Şirkətinin İnformasiya və Texnologiya və Rabitə İdarəsinə (üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3 saylı region üzrə Əmək Müfəttişliyi) qarşı işə bərpa və ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsi nin Mülki Kollegiyasına kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti İddiaçı, onun nümayəndəsi X1 tərəfindən tərtib edilib imzalansada, vəkil tərəfindən imzalamamışdır. Azərbaycan Respublikası MPM-nın 407.3, 408.1.1-ci maddələrinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmamışsa geri qaytarılır. Həmin Məcəllənin 408.2 maddəsinə əsasən bu məcəllənin 408.1.1 və 408.1.3 – 408.1.5-c i maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən, prosessual qanunun yuxarıda göstərilən normalarının tələblərinə əməl edilmədiyinə görə kassasiya şikayəti icraata qəbul olunmamalı və Bakı Apelyasiya Məhkəməsinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsini rəhbər tutaraq Qərara aldım: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti icraata qəbul edilmədən Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar