Məhkəmə qərarları › İş №2(102)-5613/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5613/2021

02.12.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5613/2021 02.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nin X3 və X Cavabdeh1 MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4342/2021 nömrəli iş üzrə 04 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair i şə 02 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nin X3 və X Cavabdeh1 MMC-yə qarşı əmrin etibarsız sayılaraq ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işəgötürənin 13.11.2020-ci il tarixdən iddiaçını tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin “ç” bəndi ilə xitam verilməsi barədə 13.11.2020-ci il tarixli, 1980 saylı əmrinin ləğv edərək həmin əmrin etibarsız sayılması, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçının əvvəlki iş yerinə Cavabdeh1 MMC-nin X1 Müştəri xidmətləri şöbəsinin əməliyyatçıs ı vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İşin mübahisə edilməyən hallarından görünür ki, iddiaçı 1989-cu ildən Cavabdeh1 MMC-nin X2 müxtəlif vəzifələrdə işləmiş, 02.12.2019-cu il tarixdə Cavabdeh1 MMC-nin X1 Müştəri Xidmətləri şöbəsinə əməliyyatçı vəzifəsinə təyin edilmişdir.

3. Cavabdeh1 MMC-nin 13.11.2020-ci il tarixli 1980 saylı əmri ilə iddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 13.11.2020-ci ildən X MMC-nin X1 Müştəri Xidmətləri şöbəsinin əməliyyatçısı vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası kimi X1 təqdimatı, X1 Həmkarlar Komitəsinin Proto kolu, izahat və digər təsdiqedici sənədlər göstərilmişdir. Həmin sənədlərdən görünür ki, iddiaçı əmək vəzifələrinə zidd olaraq dövlət tərəfindən təyin edilmiş işsizliklə bağlı 190 manat birdəfəlik yardımı almalı olan şəxslərin şəxsiyyət vəsiqələrini təqdim edən yaxın qohumlarına heç bir səlahiyyətverici sənədlər olmadan təqdim etmişdir.

4. Həmçinin işin mübahsə edilməyən hallarından görünür ki, iddiaçı təqdim olunan həmin pulların geri qaytarılmasını təmin etmişdir.

5. İddiaçı bildirir ki, 12.05.1989-cu il tarixdən işdən azad olunduğu 13.11.2020-ci il tarixə kimi əvvəlcə rabitə qovşağı, daha sonra isə adı dəyişdirilən Cavabdeh1 MMC-nin X2 30 ildən çox bir müddətdə müxtəlif vəzifələrdə işləmişdir. Bu illər ərzində həmişə işinə məsuliyyətlə yanaşaraq rəhbərlik və xidmət etdiyi şəxslərin onun işindən razı qalmalarına çalışmışdır. İndiyə qədər iş yerindəondan heç bir narazılıq olmayıb, bu səbəbdən də o, heç vaxt intizam tənbehi almamışdır. Sonuncu iş yerində X1 Müştəri Xidmətləri Şöbəsində əməliyyatçı vəzifəsində işlədiyi dövrdə, yəni 13.11.2020-ci il tarixdə onu işdən azad etmişlər. Bu zaman onun bir sahədə otuz ildən çox zaman ərzində nöqsansız işləməsini nəzərə almayaraq onun barəsində əmək qanunvericiliyində nəzərdə tutulmuş ən ağır və sonuncu intizam tənbehi tətbiq edilərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onu işdən azad etmişlər. Bu barədə işəgötürənin 13.11.2020-ci il tarixli, 1980 saylı əmrində qeyd edilir ki, “İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəs inin “ç” bəndini rəhbər tutaraq əmr edirəm: Cavabdeh1 MMC-nin X1 Müştəri xidmətləri şöbəsinin əməliyyatçısı İddiaçı özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə 13.11.2020-ci il tarixdən tutduğu vəzifəsindən azad edilsin və onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin”. İşəgötürənin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında olan bu əmri ilə işçilərlə işəgötürlənlər arasında yaranan əmək münasibətlərini habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər münasibətlərini tənzim edən Əmək Məcəlləsinin tələblərini, onun hüquqları və qanunla qorunan mənafeyi kobud şəkildə pozulmuşdur. İşəgötürənin 13.11.2020-ci il tarixli, 1980 saylı əmrində əmək müqaviləsinə xitam ver ilməsinin səbəbi kimi onun tərəfindən əmək funksiyasının və əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi, bu əmrin verilməsi üçün əsas isə X PFnin təqdimatı, X PF-nin Həmkarlar Komitəsinin Protokolu, izahat və digər təsdiqedici sənədlər olmuşdur. Hesab edir ki, işəgötürənin mövqeyi ona qarşı qeyri-qanuni və qərəzlidir. İşəgötürən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi zaman qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, işlədiyi müddətdə daima əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmişdir. İşəgötürənin əmrdə göstərdikləri həqiqətə uyğun olmadığı üçün onun işdən azad edilməsi əmək qanunvericiliyinin tələblərinin kobud pozuntusu ilə həyata keçirilmişdir. İşəgöt ürənin onun işdən azad etməsinə səbəb onun tərəfindən 3 nəfər X şəhər sakinlərinə dövlət tərəfindən işsiz şəxslər üçün nəzərdə tutulmuş birdəfəlik ödəmələr (190 manat) ilə əlaqədar verilən zaman, yəni 2020-ci ilin aprel ayında belə şəxslərin şəxsiyyət vəsiqələrini poçta təqdim edən həmin şəxslərin yaxınlarına verməsi olmuşdur. İşəgötürən ona intizam tənbehi tətbiq edərək onu işdən azad edərkən onun uzun müddət bu sahədə qüsursuz çalışmasını və 30 il müddətində işində heç bir nöqsana yol verməməklə, intizam məsuliyyətinə heç vaxt cəlb edilməməsini nəzərə almamış, əmək münasibətlərini intizam tənbehlərinin verilməsi sahəsində əmək qanunveriliciyində təsbit edilmiş özünün diskresion hüququndan qərəzli olaraq istifadə edərək aralarındakı əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir. Bundan əlavə işəgötürənin ona qarşı qərəzli olmasının nəticəsi ondan ibarətdir ki, 2020-ci ilin aprel ayında baş vermiş pozuntuya görə işəgötürən ona qarşı ən ciddi və sonuncu intizam tənbehini tətbiq edərək, onunla bağlanmış əmək müqaviləsinə 13.11.2020-ci il tarixdə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir. Bununla da intizam xətasına yol verməsi hesab olunan hərəkətlərə görə onu işdən azad etmiş, bu zaman qanunvericiliyin konkret olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin “İntizam tənbehi verilməsi qaydaları” adlanan 187-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Həmin maddəyə əsasən “intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İntizam xətasının törədildi yi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Göründüyü kimi, işəgötürən onun tərəfindən intizam xətası törətməsi hesab etdiyi 190 manat işsizlik müavinətlərinin verilməsi zamanı 2020-ci ilin aprel ayında törədilmiş intizam xətasını əsas götürərək işəgötürən tərəfindən həmin müddətdən 7 ay keçəndən sonra ona intizam tənbehi verərək, onunla bağlanmış əmək müqaviləsinə 13 may 2020-ci il tarixli, 1980 saylı əmrlə xitam verməsi kobud qanun pozuntusudur. Eyni zamanda işəgötürən tərəfindən bir sıra digər qanun pozuntularına yol vermişdir. Belə ki, Əmək Məcəlləsinin 83cü maddəsinin 2-ci bəndinə əsasən işdən çıxan işçilərə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin ona münasibətdə işəgötürən hüquq normasının bu imperativ tələbini kobud şəkildə pozmuş, nəinki hüquq normasına əməl etməmiş, eyni zamanda daha ciddi qanun pozuntusuna yol verərək, onun 15, 16, 17 və 18 noyabr 2020-ci il tarixlərindən işdə olmaqla əmək müqaviləsi üzrə öz əmək funksiyanı və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsinə əhəmiyyət verməyərək, işəgötürən özünün 13.11.2020-ci il tarixli 1380 saylı əmri ilə 13.11.2020-ci il tarixdən onu tutduğu vəzifədən azad etməklə, onunla bağlanmış əmək müqaviləsinə onun tərəfindən 13.11.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Əmək qanunvericiliyinin tələblərinə görə əgər o, 15,16,17 və 18 noyabr 2020-ci il tarixlərində iş yerində X2 işdə olmaqla, Müştəri xidmətləri şöbəsində əməliyyatçı kimi öz əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmişdirsə, işəgötürənin onun işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə 13.11.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə olan 13.11.2020-ci il tarixli 1980 saylı əmri qanunsuz olmaqla özüözlüyündə etibarsız əmr sayılaraq ləğv edilməlidir.

6. Cavabdeh X MMC-nin nümayəndəsi bildirir ki, iddiaçı özü etiraf etmişdir ki, 190 manatı vermişdir. Etibarnamə olmadan pul verilib. X şöbələ rnə 190 manat vəsaiti almaq səlahiyyəti olan şəxsin şəxsiyyət vəsiqəsi ilə şəxsən özünə verilməsi barədə rəsmi teleqram göndərilmişdir. Aparılmış araşdırma zamanı bir çox poçt şöbəsinin əməkdaşları tərəfindən belə pozuntuların baş verməsi halı aşkar edilmiş, həmin pozuntular işəgötürən kimi onların imicinə ziyan vurmuş, həmkarların da razılığı alınaraq işdən azad olunma barədə əmrlər çıxarılmışdır. Hesab edir ki, əmr qanuni əsaslarla verilmişdir.

7. Cavabdeh1 MMC-nin X4 heç bir üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ş.Abdullayev) 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edil miş, XCavabdeh1 MMC-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qəbul etdiyi 13.11.2020-ci il tarixli 1980 saylı əmrin qanunsuz sayılaraq ləğv edilməsi və onun, əvvəlki vəzifəsinə - Cavabdeh1 MMC-nin X1 Müştəri Xidmətləri şöbəsinə əməliyyatçı vəzifəsinə bərpa edilməsi, İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, Cavabdeh1 MMC-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 10 (on) manat məbləğində pulun tutulması qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının işsizliklə bağlı 190 manat birdəfəlik yardımı almalı olan şəxslərin şəxsiyyət vəsiqələrini təqdim edən yaxın qohumlarına heç bir səlahiyyətverici sənədlər olmadan təqdim etməsi işəgötürən tərəfindən düzgün qiymətləndirilməmişdir. B elə ki, qeyd edilən hal əmək funksiyasının və ya öhdəliyin pozulması yox, əmək vəzifələrinin pozulmasıdır.

10. Tərəflər arasında bağlanmış əmək müqaviləsindən görünür ki, həmin müqavilədə işçinin öhdəliklərinin nədən ibarət olması konkret göstərilməmişdir. Əmək müqaviləsində yalnız işçinin vəzifə təlimatına uyğun olaraq əmək funksiyalarının yerinə yetirilməsi üzrə öhdəlik götürməsi göstərilmişdir.

11. Məhkəmə izah etmişdir ki, işçinin əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəlikləri, əmək vəzifələrindən fərqlənir. Əmək funksiyası işçinin yerinə yetirdiyi iş və ya xidmətdir. Əmək vəzifəsi əmək funksiyalarının düzgün, vicdanla və qanuna uyğun olaraq yerinə yetirilməsidir. Əmək funksiyasının pozulması, işçinin yerinə yetirməli olan işlərin yerinə yetirilməməsidir. Əmək funksiyasını yeri nə yetirərkən qanuna zidd hərəkət etməsi, verilmiş tapşırıqları yerinə düzgün yerinə yetirilməməsi əmək vəzifəsinin pozulması hesab edilir. Əmək vəzifələrinin işçi tərəfindən pozulması o halda kobud hesab edilir ki, həmin pozuntu Əmək Məcəlləsinin 72-ci maddəsində müəyyən edilmiş olsun. Məhz əmək vəzifələrinin kobud pozulması işəgötürənə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən intizam tənbehi kimi işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi hüququ verir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının etdiyi nöqsan işəgötürən tərəfindən pozuntu kimi müəyyən edilsə də, həmin nöqsan yalnız Əmək Məcələlsinin 72-ci madəsində sadalanan hallar olduqda kobud hesab edilir. Yəni həmin nöqsan işəgötürənə işçi ilə bağlanmış əmək müqaviləsinə xtam verilməsi üçün o halda əsas verir ki, həmin pozuntu ƏM-nin 72-ci maddəsində sadalanan halların baş verməsinə səbəb olsun.

13. Məhkəmə iclasında iddiaçının əmək vəzifələrinin pozulması halı müəyyən edilsə də, həmin pozuntunun ƏM-nin 72-ci maddəsində göstərilən hallarla nəticələnməsi müəyyən edilməmişdir.

14. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçının törətdiyi və cavabdehin pozuntu kimi hesab etdiyi nöqsan işəgötürən tərəfindən düzgün qiymətləndirilməmiş və nəticədə bu hal düzgün əsaslandırılmamış əmrin qəbul edilməsinə səbəb olmuşdur.

15. Digər tərəfdən məhkəmə qeyd edir ki, hətta cavabdeh tərəfindən qəbul edilmiş əmr düzgün əsaslandırılmış əmr kimi, yəni aşkar edilmiş nöqsan əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qəbul edilsə belə, bu hal iddiaçı barəsində mübahisəli əmrin qəbul edilməsinə əsas kimi çıxış edə bilməzdi.

16. X1 rəisi tərəfindən Cavabdeh1 MM-nin baş direktoruna ünvanlanmış təqdimatdan görünür ki, İddiaçı Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməsinə səhlənkar yanaşaraq, mövcud poçt qaydalarının tələblərini pozaraq, işsiz əhaliyə birdəfəlik (190 manat) ödənişlər zamanı müəyyən olunmuş prosedur və eyniləşdirmə qaydalarının tələblərinə cidd əməl olunması barədə Cavabdeh1 MMC tərəfindən dəfələrlə verilmiş tapşırıq və tövsiyələrə əməl etməyərək qanuna zidd hərəkətlərə yol vermişdir.

17. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən işsiz əhaliyə birdəfəlik ödənilməsi nəzərdə tutulan 190 manat pul onu almağa hüququ olan şəxsin yaxun qohumlarına təqdim edilmişdir. Lakin sonradan iddiaçı təqdim olunan həmin pulların geri qaytarılmasını təmin etmiş, yəni etdiyi nöqsanı etiraf edərək üzr istəmiş və uzunmüddətli əmək fəaliyyətini nəzərə alınmasını xahiş etmişdir. Yəni iddiaçının bu nöqsanı nəticəsində mülkiyyətçiyə ziyan vurulması və ya müəssisənin mənafeyinə ciddi xələl gətirilməsi müəyyən olunmamış və məhkəməyə bunu təsdiq edən sübutlar təqdim olunmamışdır. Bu səbəbdən iddiaçının bu nöqsanı əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilə bilməz.

18. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının törətdiyi nöqsan əmək vəzifələrinin kobud pozulması kimi hesab edildikdən sonra bu nöqsana görə tənbeh cavabdeh tərəfindən Əmək Məcəlləsində müəyyən edilmiş tələblərinin pozulması ilə tətbiq edilmişdir.

19. Qanunvericiliyin tələblərinə görə işəgötürən işçiyə əmək vəzifələrinin kobud şəkildə pozm asına görə 6 ay ərzində intizam tənbehi verə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yol verdiyi nöqsan 2020-ci ilin aprel ayında baş vermiş, həmin nöqsana görə tənbeh isə 7 ay müddət keçdikdən sonra tətbiq edilmişdir.

20. Digər tərəfdən cavabdeh tərəfindən intizam tənbehi tətbiq edilərkən Əmək Məcəlləsinin 187- ci maddəsinin tələbləri nəzərə alınmamış, yəni tənbeh tətdiq edilərkən iddiaçının şəxsiyyəti və peşəkarlıq səviyyəsi nəzərə alınmamışdır.

21. Lakin məhkəmə qeyd edr ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinin tələbləri nəzərə alınmadığına görə qanunsuz hesab edilə bilməz. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndindən göründüyü kimi intizam tənbehinin verilməsi səlahiyyəti diskres ion xarakter daşıyır.

22. Məhkəmə hesab etmişdir ki, işəgötürən işçinin əmək vəzifələrinin pozulmasına görə onun barəsində intizam tənbehi tətbiq etmkədə öz mülahizəsinə görə sərbəstdir və bu imkan qanunla müəyyən olunur. Bu səbəbdən tətbiq edilmiş intizam tənbehinin çox ağır olması əsası ilə qanunsuz hesab edilməsi barədə iddiaçının dəlilləri əsaslı hesab edilə bilməz. Bununla belə məhkəmə hesab edir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul edilərkən Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslar və qaydalar pozulduğu üçün həmin əmr qanuni hesab edilə bilməz və bu səbəbdən də ləğv edilməlidir.

23. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının işə bərpa edilməsi barədə tələbi əsaslı hesab olunaraq təmin olunduğu üçün, iddia tələbi mə cburi işburaxmaya görə əmək haqqının tutulması hissəsində də əsaslı hesab edilməli və təmin edilməlidir

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70(ç), 72, 83, 186, 187, 300-cü, Mülki Prosessual Məcəllənin 119.2, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh XCavabdeh1 MMC apellyasiya şikayəti vermişdir.

26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4342/2021 nömrəli iş üzrə 04 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Mehdiyev - sədrlik edən və məruzəçi, Ş.Məmmədova və X.Sarıyev) cavabdeh X Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18 fev ral 2021-ci il tarixli, 2(009)-605/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nin X3 və XCavabdeh1 MMC-yə qarşı işəgötürənin 13.11.2020-ci il tarixdən iddiaçını tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin “ç” bəndi ilə xitam verilməsi barədə 13.11.2020-ci il tarixli, 1980 saylı əmrini ləğv edərək həmin əmrin etibarsız sayılması, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçının əvvəlki iş yerinə Cavabdeh1 MMC-nin X1 Müştəri xidmətləri şöbəsinin əməliyyatçısı vəzifəsinə bərpa olunması barədə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

27. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə idd iaçı 2020-ci ilin aprel ayında əmək fuknsiyalarını icra edərkən nöqsana yol vermişdir. Həmin nöqsan ondan ibarət olmuşdur ki, iddiaçı işsizliklə bağlı 190 manat birdəfəlik yardımı almalı olan şəxslərin şəxsiyyət vəsiqələrini təqdim edən yaxın qohumlarına heç bir səlahiyyətverici sənədlər olmadan təqdim etmişdir. Beləliklə, əmək vəzifələrinin kobud pozulması işəgötürənə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi hüququ verir. Habelə, iddiaçının əmək münasibətlərinə xitam verən cavabdeh tərəfindən qəbul edilmiş əmr düzgün əsaslandırılmışdır və aşkar edilmiş nöqsan əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qəbul edilməlidir.

28. Bundan başqa, X1 rəisi tərəfindən Cavabdeh1 MM-nin baş direktoruna ünvanlanmış təqdimatdan görün ür ki, İddiaçı Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməsinə səhlənkar yanaşaraq, mövcud poçt qaydalarının tələblərini pozaraq, işsiz əhaliyə birdəfəlik (190 manat) ödənişlər zamanı müəyyən olunmuş prosedur və eyniləşdirmə qaydalarının tələblərinə cidd əməl olunması barədə Cavabdeh1 MMC tərəfindən dəfələrlə verilmiş tapşırıq və tövsiyələrə əməl etməyərək qanuna zidd hərəkətlərə yol vermişdir. Məhkəmə araşdırılması zamanı sonradan iddiaçının təqdim olunan həmin pulların geri qaytarılmasını təmin etməsi müəyyən edilsə də, həmin hal nəticəsində mülkiyyətçiyə ziyan vurulmasa da, iddiaçının bu nöqsanı müəssisənin mənafeyinə ciddi xələl gətirilməsi kimi qiymətləndirilməlidir. Bu səbəbdən iddiaçının bu nöqsanı əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir.

29. Məhkəmə kollegiyası hesab etmişdir ki, işəgötürən işçinin əmək vəzifələrinin pozulmasına görə onun barəsində intizam tənbehi tətbiq etməkdə öz mülahizəsinə görə sərbəstdir və bu imkan qanunla müəyyən olunur. Bu səbəbdən tətbiq edilmiş intizam tənbehinin çox ağır olması əsası ilə qanunsuz hesab edilməsi barədə iddiaçının dəlilləri əsaslı hesab edilə bilməz.

30. Göründüyü kimi, qanun birmənalı şəkildə işəgötürənə əmək müqaviləsinə xitam verərkən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydalara və əsaslara düzgün riayət etməsi vəzifəsi qoymuşdur. Beləliklə, cavabdeh əmək müqaviləsinə xitam verərkən həm əmək müqaviləsinə xitam verilməsi qaydasını, həm də əsasını gözləmişdir. Əmək müqaviləsinə xitam verilməsi qaydasının gözlənilməsi onda ifadə olunm uşdur ki, işəgötürən əmri yuxarıda qeyd olunduğu kimi düzgün əsaslandırmışdır. Əmək müqaviləsinə xitam verilməsi əsasının gözlənilməsi isə ondan ifadə olunmuşdur ki, işəgötürən əmr qəbul edərkən əsas tutduğu halı qanunun tələblərinə riayət etməklə tətbiq etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 15, 16, 17 və 18 noyabr 2020-ci il tarixlərində işdə olmaqla əmək müqaviləsi üzrə öz əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də cavabdeh buna əhəmiyyət verməyərək onunla bağlanmış əmək müqaviləsinə 13.11.2020-ci il tarixli əmrlə 13.11.2020-ci ildən xitam vermişdir. Apelyasiya instansiyası məhkəməsi bu halı araşdırmamış və həmin hala hüquqi qiymət verməmişdir.

33. Bundan başqa iddiaçının yol verdiyi nöqsan 2020-ci ilin aprel ayında baş vermiş həmin nöqsana görə tənbeh isə 7 ay müddət keçdikdən sonra 13.11.2020-ci ildə tətbiq edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

35. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləs inin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

36. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

37. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 4 16). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

38. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kass asiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

40. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biridir. (maddə 10 (a))

41. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. (maddə 70 (ç))

42. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, v əzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. (maddə 71(2))

43. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. (maddə 71(3))

44. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. (maddə 83(2 ))

45. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehini” verə bilər. (maddə 186.2 (ç))

46. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. (maddə 186(3))

47. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. (ma ddə 187(2))

48. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. (maddə 187(3)) Mülki Prosessual Məcəllə

49. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)

50. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

51. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar a tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

52. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)

53. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)

54. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)

55. Maddi və prosessual hüquq n ormalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.

57. Belə ki, aşağıdakı əsaslara görə apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. (52)

58. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı işsizliklə bağlı 190 mana t birdəfəlik yardımı almalı olan şəxslərin şəxsiyyət vəsiqələrini təqdim edən yaxın qohumlarına heç bir səlahiyyətverici sənədlər olmadan təqdim etməklə əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Əmək vəzifələrinin kobud pozulması işəgötürənə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi hüququ verir. Həmçinin məhkəmə araşdırılması zamanı sonradan iddiaçının təqdim olunan həmin pulların geri qaytarılmasını təmin etməsi müəyyən edilsə də, həmin hal nəticəsində mülkiyyətçiyə ziyan vurulmasa da, iddiaçının bu nöqsanı müəssisənin mənafeyinə ciddi xələl gətirilməsi kimi qiymətləndirilməlidir. Belə olan halda iddiaçının əmək münasibətlərinə xitam verən cavabdeh tərəfindən qəbul edilmiş əmr düzgün əsaslandırılmışdır və aşkar edilmiş nöq san əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qəbul edilməlidir.

59. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi tərəfindən 13.11.2020-ci il tarixli, 1980 saylı əmrin qanuniliyi işçi tərəfindən kobud vəzifə pozuntusuna yol verilməsi ilə əsaslandırılmışdır.

60. Halbuki, 13.11.2020-ci il tarixli, 1980 saylı əmrdən görünür ki, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 13.11.2020-ci ildən X MMC-nin X1 Müştəri Xidmətləri şöbəsinə əməliyyatçısı vəzifəsindən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsası kimi əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi olmuşdur.

61. Bununla bağlı qeyd edilməlidir ki, işçinin əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəlikləri, əmək vəzifələrin dən fərqlənir. Əmək funksiyası işçinin yerinə yetirdiyi iş və ya xidmətdir. Əmək vəzifəsi əmək funksiyalarının düzgün, vicdanla və qanuna uyğun olaraq yerinə yetirilməsidir. Əmək funksiyasının pozulması, işçinin yerinə yetirməli olduğu işlərin yerinə yetirilməməsidir (işçinin üzürsüz səbəbdən işə gəlməməsi, işdə olduğu müddətdə əmək funkisayalarına aid olmayan işlərlə məşğul olması və s.). Əmək funksiyası yerinə yetirilərkən qanuna zidd hərəkət edilməsi, verilmiş tapşırıqların düzgün yerinə yetirilməməsi isə əmək vəzifəsinin pozulması hesab edilir.

62. Məhkəmə kollegiyası izah edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsinin iki əsası nəzərdə tutulmuşdur: 1. işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədi kdə.

2. Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.

63. Göründüyü kimi işə götürən 13.11.2020-ci il tarixli, 1980 saylı əmri Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin birinci hissəsi yəni işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi ilə əsaslandırsa da apelyasiya instansiyası məhkəməsi qeyd edilən əmrin qanuniliyini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin ikinci hissəsi yəni Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulması ilə əsaslandırmaqla maddi hüquq normasını səhv tətbiq etmişdir.

64. Bundan başqa apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçının törətdiyi nöqsan əmək vəzifələrinin kobud pozulması kimi hesab ed ilsə belə bu nöqsana görə tənbeh işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək, lakin intizam xətasının törədildiyi gündən altı aydan gec olmayaraq verilə bilər.

65. Belə ki, AR Əmək Məcəlləsinin 187-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz.

66. İş materiallarından görünür ki, iddiaçının yol verdiyi nöqsan 2020-ci ilin aprel ayında baş vermiş həmin nöqsana görə tənbeh isə 7 ay müddət keçdikdən sonra 13.11.2020-ci ildə tətbiq edilmişdir.

67. Bununla yanaşı iddiaçı kassasiya şikayətində göstərmişdir ki, o 15, 16, 17 və 18 noyabr 2020-ci il tarixlər ində işdə olmaqla əmək müqaviləsi üzrə öz əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də cavabdeh buna əhəmiyyət verməyərək onunla bağlanmış əmək müqaviləsinə 13.11.2020-ci il tarixli əmrlə 13.11.2020-ci ildən xitam vermişdir.

68. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən halın araşdırılması hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olsa da apelyasiya instansiyası məhkəməsi bu halı araşdırmamışdır.

69. Belə ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçi yə verilməlidir.

70. Həmçinin iş materiallarından görünür ki, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, peşəkarlıq səviyyəsini, 30 ildən artıq bir müddətdə heç bir nöqsana yol vermədən işləməsini nəzərə almamışdır. Apelyasiya instansiyası məhkəməsi bu hala da hüquqi qiymət verməmişdir. (46)

71. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır.

72. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

73. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-ni n 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4342/2021 nömrəli iş üzrə 04 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar