Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-562/2022 18.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sahibliyin müdafiəsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7157/2021 nömrəli iş üzrə 13 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh 2012-ci ildən qeyri-rəsmi ailə qurmuşlar. Faktiki nikaha daxil olduqdan sonra cavabdeh ün van 1ndə torpaq sahəsi almış və orada qanunsuz tikili inşa etmişdir. Bir müddət sonra onların münasibətləri korlandığından ayrılmışlar.
2. Hazırda iddiaçı evə köçürülmə və istifadə hüququnun tanınması tələbi ilə məhkəməyə müraciət edərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, onun ünvan 1 ünvanda yerləşən cavabdehlə birlikdə yaşadıqları evə köçürülməyi və sözügedən mənzilə dair istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Faktiki münasibətləri olduqdan sonra ünvan 2 ünvanda yerləşən fərqlənmə nişanı olmayan bir torpaq sahəsi almışlar. Birgə toplanan vəsaitlərlə (onun qızıllarının satılmasından əldə edilən pul vəsaitləri və bir qədər əlavə pul vəsaitləri ilə) həmin torpaq sahəsi üzərində 110 kv.m. sahəsi olan 3 otaqdan ibarət bir ev tikmişlər. Bir ailə kimi kiçik mübahisələri olsa da, sonra həmin məsələləri öz aralarında həll etmiş və normal şəkildə yaşamışlar. 2019-cu ilin iyul ayının əvvəllərində cavabdeh ona məlum olmayan planına əsasən onun çantasından evin açarlarını götürmüş, o işdə olarkən isə ona zəng edərək “sən bir daha bu evə gəlmə, açarları da götürmüşük” bildirmiş, səbəb soruşduqda cavabdeh ona səbəbini bildirməmiş, əsassız yerə onu evdən məhrum etmişdir. 08 iyul 2019-cu il tarixdə o həmin ünvanda yerləşən evə gedərək çöl qapısını açıb həyətə daxil olmuşdu r. Çöl qapı köhnə olduğundan rahat şəkildə açara ehtiyac duyulmadan açılır. Həyətə daxil olub həyətdə saxladıqları itə yemək vermiş və həyəti suvarma borusu ilə sərinlətmək məqsədilə suvarmışdır. Bu zaman ərazidə Rafael kimi tanınan sahə müvəkkili həmin qapıya gəlmiş və həyətə daxil olmaq istəmişdir. Bir qədər danışıqlardan sonra sahə müvəkkili “oğurluq hadisəsi barədə şikayət zəngi”-nin olmasını bildirmişdir. Daha sonra polis idarəsində izahatı alınaraq sərbəst şəkildə idarəni tərk etmişdir. Dəfələrlə cavabdehdən evə daxil olmağına icazə verməyini tələb etdikdə ona etiraz etmişdir. Göründüyü kimi cavabdeh planlı şəkildə o evdə olan zaman çantasından ona məxsus olan qapı açarını götürmüş, daha sonra o işdə olarkən ona evə qayıtmamağı bildirmişdir. Daha sonra isə o, həyətə gələrkən əsassız şikayətlə guya oğru kimi qələmə verilərək evdən məhrum edilmişdir. Hesab edir ki, cavabdehin əməlləri qanunsuzdur. Hazırda onun yaşamaq üçün evi yoxdur. O həmin ünvanda yaşayıb, orada təsərrüfat aparmışdır.
5. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, o, Günəşli qəsəbəsində olan evini 68000 manata satmış və 8000 manata ünvan 1ndə torpaq sahəsi almışdır. 2018-ci ilin yayında evin təməlini tökmüşdür. O, İddiaçı ilə qeyri-rəsmi münasibətdə olmuşdur. Onların uşağı yoxdur. Həmin torpağın pulunun 4000 manatını özü vermiş, qalan 4000 manatını isə bacısı vermişdir. Həmin ev ona məxsusdur. Qeyd olunan tikili rəsmi dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. İddiaçı həmin evdə cəmi 6 ay yaşamışdır. İddiaçı evdən gedəndə qızıllarını da aparmışdır. Onda Sevdaya məxsus heç b ir əmlak yoxdur.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim A.Rzayev) 14 oktyabr 2019-cu il tarixli, 2(008)-5449/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Həmin normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, evə, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə evdən çıxarma, güc tətbiq etməklə evə buraxmama və s.) yol verən şəxsin ev üzərində mülkiyyət hüququ, istifadə hüququ və ya digər əşya hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində qeydə alınan hüququ olmadığından onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Ona görə də qanun pozuntusunun nəticələri aradan qaldırılmalı, iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
8. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia nın rədd edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən məhkəməyə tikilinin əldə edilməsində, yenidən qurulmasında və ya artırmaların aparılmasında bilavasitə və ya dolayısı ilə iddiaçının iştirakı ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Lakin apellyasiya instansiya məhkəməsi yalnız iddiaçının fərziyyələrinə əsaslanmaqla qətnamə qəbul etmişdir. Halbuki qətnamədən göründüyü kimi iddiaçının öz iddia ərizəsində göstərdiyi halları təsdiq edən heç sübutu məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Cavabdeh Bakı şəhəri, Günəşli qəsəbəsində olan evini 68000 manata satmış və 8000 manata ünvan 1ndə torpaq sahəsi almışdır. 2018-ci ilin yayında evin təməlini tökmüşdür. O, İddiaçı ilə qeyri-rəsmi münasibətdə olmuşdur. Onların uşağı yoxdur. Həmin torpağın pulunun 4000 manatını özü vermiş, qalan 4000 manatını isə bacısı vermişdir. Həmin ev ona məxsusdur. Qeyd olunan tikili rəsmi dövlət reyestrindən qeydiyyatdan keçməmişdir, iddiaçı həmin evdə cəmi 6 ay yaşamışdır. İddiaçı evdən gedəndə qızıllarını da aparmışdır. Onda iddiaçıya məxsus heç bir əmlak qalmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə isə yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən məhkəməyə tikilinin əldə edilməsində, yenidən qurulmasında və ya artırmaların aparılmasında bilavasitə və ya dolayısı ilə iddiaçının iştirakı ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Lakin apellyasiya instansiya məhkəməsi yalnız iddiaçının fərziyyə lərinə əsaslanmaqla qətnamə qəbul etmişdir. Halbuki qətnamədən göründüyü kimi iddiaçının öz iddia ərizəsində göstərdiyi halları təsdiq edən heç sübutu məhkəməyə təqdim etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
11. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Odur ki, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.
12. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbu l edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası:
13. Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
14. Maddə
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
15. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
16. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
17. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. İşə mahiyyəti üzrə baxmış məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçı mübahisə predmeti olan evdə bir neçə il yaşamışdır. Başqa sözlə, iddiaçının həmin evə münasibətdə qanunla qorunan sahiblik vəziyyəti əmələ gəlmişdir (§ 14).
22. Mövcud vəziyyətdə cavabdehin iddiaçını iradəsinə zidd şəkildə həmin əşyaya sahiblikdən məhrum etməsi qadağandır (§ 15).
23. Ona görə də, iddiaçı sahibliyinin qadağan edilmiş özbaşınalıq yolu ilə pozulmasına istinad edərək cavabdehdən pozuntulara son qoymağı tələb edə bilər (§ 16).
24. Eyni zamanda iddiaçı bildirir ki, cavabdeh onu 2019-cu ilin iyul ayında evə sahiblikdən məhrum etmiş, hazırkı iddia isə 24.07.2019-cu ildə qaldırılmışdır.
25. Belə olan halda, sahibliyin müdafiəsinə dair iddia dərhal qaldırıldığı üçün tələbin evə köçürülmə hissəsində təmin olunması əsaslıdır (§ 17).
26. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara ə sasən hüquqi qiymət verilməklə, məhkəmənin gəldiyi qənaət əsaslandırılmışdır.
27. Kollegiya apellyasiya məhkəməsinin iddianın təmin olunan hissəsində gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
28. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7157/2021 nömrəli iş üzrə 13 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrl ik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov