Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5620/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh2 vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)12074/2019 nömrəli qətnaməsindən X1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim M.Bağırova) xx.xx.2018-ci il tarixli, 2(009)-447/ 2018 nömrəli qətnaməsi ilə X1nın cavabdehlər Cavabdeh1 Rafik qızına və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxx” ASC cəlb edilməklə) qarşı “borcun tutulması” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh2 kredit müqaviləsi üzrə 4362 manatın və kredit xətti müqaviləsi üzrə 1500 manatın, cəmi 5862 manatın tutularaq X1na ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Mərdanova, E.Həsənov, Ş.Məhərrəmova) xx.xx.2019-cu il tarixli, 2(103)-12074/2019 nömrəli qətnaməsi ilə X1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)-447/2018 saylı qətnaməsinin X1na münasibətdə dəyişdirilməsi, Cavabdeh1 X1nın xeyrinə ödənilməli olan borcun 9266 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Mərdanova, E.Həsənov, Ş.Məhərrəmova) xx.xx.2019-cu il tarixli, 2(103)-12074/2019 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-12074/2019 nömrəli qətnaməsinə düzəliş edilməsi, nəticə hissəsinin 3-cü abzasında qeyd olunmuş “Cavabdeh1” sözlərinin “Cavabdeh2” kimi oxunması qərara alınmışdır. X1 və Cavabdeh2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən ayrı-ayrılıqda kasasiya şikayətləri vermişlər. İşin halları: X1 Cavabdeh1 Rafik qızına qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi ilə bankdan götürüb verdiyi 450 0 manatın və kapital kartı əsasında əmək haqqından çıxarılan 4300 manat borcun Cavabdeh1 Rafik qızından alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra X1 həmçinin cavabdeh qismində Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində “xxxx” ASC-ni göstərməklə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12802 manat məbləğində maddi ziyana görə, 5000 manat məbləğində mənəvi ziyana görə, cəmi 17802 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra X1 iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11691.04 manat məbləğində pulun və 5000 manat məbləğində mənə vi zərərin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətlərinin dəlilləri və tərəflərin izahatları: X1 və vəkili Vəkil2 kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını araşdırmamış, nədənsə borcun Cavabdeh1 tutulması barədə qətnamə çıxarmışdır. Lakin verilən izahatlardan da görünür ki, iddiaçını sonuncu şəxslə tanış edən onun bacısı Cavabdeh2dır. Bundan əlavə, iddia tələbi pul məbləği ilə bağlı hissədə də düzgün nəticəyə gəlinməmişdir. Baxmayaraq ki, iddiaçı həm maddi zərərə düşmüş, həm də mənəvi əziyyət çəkmişdir. Mənəvi zərər isə təmin olunmamışdır. Məhkəmə maddi zərərlə də bağlı tam və hərtərəfli araşdırma aparmamışdır. Göstərilənlərə əsas ən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-12074/2019 saylı qətnaməsinin iddianın təmin olunmayan hissəsində qismən ləğv edilərək, iddianın təmin olunmayan 3535.33 manat maddi zərər və 5000 manat mənəvi zərər hissəsində təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh2 və vəkili Vəkil1 kasasiya şikayətini onunla əsaslandırmışlar ki, Cavabdeh2 tərəfindən borc alınmış məbləğ cəmi 3300 manat olmuş, həmin məbləğdən 400 manat və 700 manat olmaqla, 1100 manat pul geri ödənilmişdir. Məhkəmə işin faktiki hallarını araşdırmadan, cavabdehləri dinləmədən yekun qənaətə gəlmişdir. Məhkəmə həmçinin cavabdehin məhkəmə müdafiəsi hüququnu pozmuşdur. Beləliklə məhkəmə heç bir faktiki halı araşdırmamış, sübutlara ötəri şəkildə q iymət vermişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-12074/2019 saylı qətnaməsinin iddianın təmin olunmayan hissəsində qismən ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin X1, vəkili Vəkil2, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxx” ASC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılması nı mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil1 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməməsini, iddiaçı tərəfin kasasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, «xxxx» ASC-nin Bakıxanov filialı ilə X4 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 121GTKR161620003 saylı kredit müqaviləsi ilə sonuncuya bank tərəfindən illik 31% ödənilməklə 36 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir.«xxxx» ASC-nin Bakıxanov filialı ilə X4 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, **********01944121 saylı “Birkart” bank məhsulu, kredit və digər bank xidmətlərinə dair müqavilə ilə kredit xətti üzrə illik 31% ödəməklə 1500 manat məbləğində bərpaolunan kredit xətti ayrılır və kredit xəttindən ilkin olaraq müştəri tərəfindən istifadə edilə biləcək məbləğ bank tərəfindən 1500 manat müəyyən olunur.xx.xx.2017-ci il tarixli 105RGTK173380001 saylı kredit müqaviləsi ilə 3000 manat kredit məbləği və 1500 manat kredit xətti üzrə borc gecikmələri olduğu üçün xx.xx.2017ci il tarixdə ləğv edilmiş, hər iki müqavilə üzrə qalıq borc birləşdirilərək, yeni xx.xx.2017-ci il tarixli, 3762,69 manat məbləğində yeni müqavilə bağlanmışdır. «xxxx» ASC Bakıxanov filialı tərəfindən bankın xx.xx.201 6-cı il tarixli 121GTKR161620003 müqavilə üzrə X4 adına rəsmiləşdirilmiş 3000 manat məbləğində kredit və xx.xx.2016-cı il tarixli **********01944121 saylı müqavilə üzrə 1500 manat məbləğində kredit xətti üzrə borc gecikmələr olduğu üçün xx.xx.2017-ci il tarixli 3762,69 manat məbləğində 105RGTK173380001 saylı kredit müqaviləsi rəsmiləşdirilmişdir. Bakı şəhəri Səbail RPİnin İş-nin müstəntiqinin xx xxxx 2017-ci il tarixli qərarı ilə X2 müraciəti əsasında toplanmış material üzrə cinayət cinayət hadisəsi olmadığından cinayət işi başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, təhqiqat zamanı izahatı alınmış Cavabdeh2 bildirmişdir ki, Elnarə Qasımova onun bacısı Səbinə ilə bir məktəbdə müəllimə işləmiş və münasibətləri yaxşı olmuşdur. 2016-cı ilin iyun ayında ona müalicəsi üçün borca pul lazım olduğundan və Elnarə bunu bildiyindən, ona təklif etmişdir ki, bankdan öz adına kredit götürüb ona verə bilər. Bundan sonra o, Elnarə ilə birlikdə “xxxx”ın Bakıxanov filialına getmişlər. Bankdan Elnarə 3000 manat kredit götürərək ona 2300 manat nağd şəkildə, 1000 manat isə “xxxx” kartında ona vermişdir. O, Elnarəyə bildirmişdir ki, pulu hər ay faizləri ilə birlikdə banka ödəyəcəkdir. O və bacısı ümumilikdə Elnarəyə 400 manat pul vermişlər. Sonra isə Elnarə polisə şikayət etdiyi üçün başları qarışdığından pulu ödəməmişlər. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2018-ci il tarixli, 11065 saylı rəyinə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatından və xx xxxx 2016-cı il tarixli, 121GTKR161620003 nömrəli kredit müqavil əsinin qeyd olunan şərtləri nəzərə alınmaqla X2 bir il müddətinə, yəni xx.xx.2017-ci il tarixə olan borcu 2429.84 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 2354.73 manat, faiz borcu üzrə 75.11 manat. İşin mübahisəsiz hallarından görünür ki, X4 bankdan 4500 manat məbləğində pul vəsaiti alaraq Cavabdeh2 vermişdir. Apelyasiya kollegiyası qeyd etmişdir ki, məhkəməyə xx.xx.2019-cu il tarixdə daxil olmuş məktubdan görünür ki, X4 adına Bakıxanov filialında xx.xx.2016-cı il tarixində rəsmiləşdirilmiş 121GTKR161620003 №-li nağd kredit müqaviləsi üzrə və **********01944121 №-li kredit xətti müqaviləsi üzrə müştərinin əmək haqqı kartından müvafiq olaraq 2404.93 manat və 1679.19 manat məbləğdə vəsait tutulmuşdur. xx.xx.2017-ci il tarixində Səbail filialında mövcud olan 121GTKR1616200 03 №-li və **********01944121 №-li müqavilələr ləğv edilib birləşdirilərək 105RGTK173380001 №li yeni nağd kredit müqaviləsi rəsmiləşdirilmişdir. Qeyd olunan müqavilə üzrə isə müştərinin əmək haqqı kartından 2719.59 manat tutulmuşdur. Həmçinin xx.xx.2018-ci il tarixində ödəniş terminalı vasitəsilə 162 manat kredit ödənişi və xx.xx.2019-cu il tarixində müştəri tərəfindən 2300.96 məbləğində kreditin tam ödənişi olmuşdur. Hal-hazırda qeyd olunan müqavilələr üzrə borc tam bağlanıb və müştərinin bu müqavilələr üzrə heç bir öhdəliyi mövcud deyil. Belə olan halda apelyasiya kollegiyası hesab etmişdir ki, iddiaçı təfindən “xxxx” ASC-yə ödənilmiş cəmi məbləğ 9266,67 manat Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razıl aşır və kasasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı mənəvi zərərlə bağlı tələbinin heç, maddi zərərlə bağlı tələbinin isə tam təmin edilmədiyinə istinadən kasasiya şikayətini əsaslandırmağa çalışsa da, kasasiya yoxlaması zamanı iddiaçının mənəvi zərərə məruz qalması ilə bağlı hər hansı sübutun mövcudluğuna rast gəlinməmiş, maddi zərərlə bağlı tələbinin hissəsi isə təyin edilmiş və əldə edilmiş ekspert rəyinə əsasən müəyyən edilmiş, iddiaçı ekspert rəyinin qeyri-mötəbərliyi barədə də hər hansı sübuta əsaslana bilməmişdir. Odur ki, iddiaçının kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Cavabdehin kasasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, cavabdeh kasasiya şikayətində on un tərəfindən borc alınmış məbləğin cəmi 3300 manat olmasını, həmin məbləğdən 400 manat və 700 manat olmaqla, 1100 manat pulun geri ödənilməsini bildirsə də, bu barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, cavabdehin kasasiya şikayətinin də dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, ümumilikdə kasasiya yoxlaması zamanı apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız mə hkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayətləri təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-12074/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5620/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5620/2020
17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver