Məhkəmə qərarları › İş №2(102)-5620/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5620/2021

06.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5620/2021 06.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5620/21 (Açar sözlər: mülkiyyətdə olan evə köçürülmə) Bakı şəhəri, 06 dekabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı İddiaçı, Cavabdeh vəkili Vəkil2 Tofiq oğlunun iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasın ın 2(103)-3767/2021 nömrəli, 02 iyun 2021 il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 06 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ½ hissədə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və mülkiyyətindən istifadəyə olan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırıb ki, hazırda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində pasport qeydiyyatındadır.

3. Cavabdeh iddiaçının qardaşının arvadıdır.

4. İddiaçı cavabdeh tərəfindən evdən qovulmuşdur. Evdən qovulanadək iddiaçı or ada yaşamışdır. Halbuki qeyd edilən fərdi yaşayış evinin ½ hissəsinə iddiaçının mülkiyyət hüququ Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontorunun 07.09.2005-ci il tarixli, 2V01-41 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 16.09.2005-ci il tarixdə qeydiyyatdan keçmiş və hazırda iddiaçının mülkiyyətindədir.

5. Dəfələrlə evə qayıtmağa cəhd etsə də, cavabdeh buna imkan verməmişdir.

6. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 43, Mülki Məcəllənin 157.2 və 157.4-cü maddələrinə istinad etmişdir.

7. Birinci instansiya məhkəməsində Cavabdeh iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - iddiaçının həmin evə köçürülməsi qeyri-mümkündür. Belə ki, mübahisəli fərdi yaşayış evində iddiaçının yaşaması üçün boş sahə mövcud deyil; - həmçin in həmin evdə yaşadığı dövr ərzində öz şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görmüş, o cümlədən əlavə tikili inşa etmişdir. Həmin tikilinin iddiaçıya, ümumiyyətlə, hər hansı aidiyyəti yoxdur və iddiaçı oraya köçürülə bilməz.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3516/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı paylı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, korpus 77, 36 saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. (hakim Fuad Abdiyev)

9. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, korpus 77, 36 saylı fərdi yaşayış evinin bir hissəsi İddiaçı adına B akı şəhəri 14 saylı Dövlət Notariat Kontorunun 07.09.2005-ci il tarixli, 2V01-41 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 16.09.2005-ci il tarixində qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Evin digər hissəsi cavabdehin mülkiyyətindədir. Hazırda iddiaçı bu evdə yaşamır, cavabdeh yaşayır.

10. Birinci instansiya məhkəməsi qeyd edib ki, iddiaçının paylı mülkiyyətində olan fərdi yaşayış evindən maneəsiz istifadə və ona sahiblik etmək imkanı bu mənzilin digər paylı mülkiyyətçisi olan cavabdehin hüquqazidd hərəkətləri ilə məhdudlaşdırılmış, bununla da iddiaçının öz əmlakından maneəsiz istifadəsinə və sahibliyinə müdaxilə baş vermiş, onun mülkiyyət hüququnu həyata keçirməsi imkanı əhəmiyyətli dərəcədə məhdudlaşdırılmışdır. Buna görə də iddia tələbi iddiaçı nın həmin mənzilə köçürülməsi hissəsində əsaslıdır və təmin edilməlidir.

11. Birinci instansiya məhkəməsi cavabdehin etirazının dəlilləri ilə bağlı qeyd edib ki, tərəflərin mülkiyyətini təşkil etməyən və cavabdeh tərəfindən inşa edilən tikiliyə münasibətdə iddiaçı hər hansı hüquq sahibi deyil.

12. Birinci instansiya məhkəməsinin iddia tələbinin “mülkiyyətdən istifadəyə yaradılan maneənin aradan qaldırılması” hissəsi ilə bağlı mövqeyi belə olub ki, iddiaçı hazırda həmin əmlakda yaşamır və mövcud vəziyyətdə maneənin nədən ibarət olduğu aşkar deyil, iddiaçı, ümumiyyətlə, mülkiyyətində olan əmlakdan istifadə və ona sahiblik edə bilmir, cavabdeh onu həmin əmlaka buraxmır. Bu məsələ də əmlaka köçürülmə ilə öz həllini tapmış olur. Artıq paylı mülkiyyətçisi olduğu əmlaka köçdükdən sonra cavabdeh in hərəkət (hərəkətsizliyi) nəticəsində iddiaçının istifadə ilə bağlı çətinlikləri yaranarsa bu hal belə bir iddianın qaldırılması üçün əsas yaradır. Bu səbəbdən məhkəmə iddia tələbi bu hissədə əsassızdır.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 71-ci maddəsinə, Mülki Məcəllənin 152.1, 152.5, 157.2 və Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

15. Apelyasiya şikayətinin dəlilləri: - iddiaçı sözügedən fərdi yaşayış evində yaşamır. Uçuq vəziyyətdə olan və şəraiti olmayan həmin evdə cavabdeh qızı və oğlu ilə birlikdə yaşayırdı. Cavabdehin oğlu X 1 şəhid olmuşdur; - iddiaçı ilə birlikdə yaşamaları qeyri-mümkündür. Belə ki, iddiaçı birgə yaşayış qaydalarına əməl edən insan deyil, düzgün həyat tərzi sürmür, daim ona və ailəsinə əziyyətlər vermişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3767/2021 nömrəli, 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Binəqədi rayon məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ziya Şirinov (sədrlik edən və məruzəçi), Rafael Eyvazov, Fuad Talışınski)

17. Apellyasiya məhkəməsi müəyyən edib ki, mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, korpus 77, 36 saylı fərdi yaşayış evinin bir hissəsi (qalan hissədən – ½ hissə) İddiaçı adına B akı şəhəri 14 saylı Dövlət Notariat Kontorunun 07.09.2005-ci il tarixli, 2V01-41 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 16.09.2005-ci il tarixdə qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Hazırda həmin fərdi yaşayış evində (o cümlədən iddiaçının mülkiyyətində olan hissəsində) Cavabdeh ailəsi ilə birlikdə yaşayır.

18. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən qeyd etmişdir ki, mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, cavabdehin əşyanın sahibi olması, cavabdehin əşyaya sahiblik hüququnun olmaması. Hazırkı işdə mübahisəli evin bir hissəsi İddiaçı mülkiyyətindədir. Cavabdeh ail ə isə birlikdə iddiaçının mülkiyyətində olan hissə də daxil olmaqla həmin evdə yaşamaqla, iddiaçını evin mülkiyyətində olan hissəsinə mülkiyyət hüququnun (sahiblik, istifadə və sərəncam hüququ) həyata keçirilməsindən məhrum etmişdir.

19. Apellyasiya instansiyasının qənaətinə görə birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları c) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (X2 oölu) kassasiya şikayəti verib, qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyasına qay tarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

22. Kassasiya şikayətinə iddiaçının yazılı etiraz daxil olub. Etirazda kassasiya şikayətinin dəlillərinin əsassız olmasına istinad edilməklə, şikyətin təmin edilməməsi, apellyasiya instansiyasının qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunur. c) Kassasiya icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Vəkil2 Tofiq oğlu kassasiya sikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

24. İddiaçı vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Tə tbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahib liyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Kassasiya şikayətində Cavabdeh qətnamənin ləğvini xahiş etdiyi üçün qətnamə tam yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsindən Cavabdeh apellyasiya şikayəti verib, apellyasiya baxışının predmeti də yalnız onun apellyasiya şikayəti üzrə həmin hissə olub. Buna görə də qətnamənin tam yoxlanıması dedikdə, apellyasiya baxışının predmeti olmuş hissə başa düşülür. Kassasiya instansi yası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

29. İddia tələbi evə köçürülmə barədədir. İddiaçı tələbini əsası kimi ev üzərində ½ hissədə mülkiyyət hüquqlarının olmasına istinad etmişdir.

30. İşin məhkəmələr tərəfindən müəyyən edilən halı da ondan ibarətdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəq ədi qəsəbəsi, 2-ci mədən küçəsi, korpus 77, 36 saylı fərdi yaşayış evinin ½ hissəsi İddiaçı mülkiyyətindədir. Hazırda həmin fərdi yaşayış evində (o cümlədən iddiaçının mülkiyyətində olan hissəsində) Cavabdeh ailəsi ilə birlikdə yaşayır.

31. Göründüyü kimi, iddiaçının köçmək istədiyi ev ½ hissədə onun mülkiyyətindədir. Mülkiyyətçinin isə ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquq vardır, bu hüquq dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

32. Bu baxımdan, iddiaçının mülkiyyətində (½ hissədə) olan evə köçürülməsi barədə gəlinən nəticə və tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olmuşdur.

33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır. Həmin dəlillər iddiaçının mülkiyyət hü quqları olan evdən istifadəsinə hər hansı məhdudiyyət qoymaq üçün əsas sayıla bilməz. Əks halda, bu, iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarar.

34. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2021 il tarixli 2(103)3767/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar