Məhkəmə qərarları › İş №2(102)-5624/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5624/2021

22.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5624/2021 22.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 vəxxx oğluna qarşı “mənzildən çıxarılma“ tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin səlahiyyətsiz şəxs tərəfindən imzalanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh (eyni zamanda digər cavabdeh xxx oğlunun nümayəndəsi) Cavabdeh2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsin in Mülki Kollegiyasının 01 iyul 2020-ci il tarixli, 2(103)3781/2020 nömrəli qərardadından cavabdeh X1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2(010)1317/2019 nömrəli qətnaməsi ilə İddiaçı iddiasının təmin edilməsi, Bakı şəhəri, ünvan 1 ünvanından cavabdehlər Cavabdeh1, Cavabdeh2 vəxxx oğlunun çıxarılmaları qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli, 2(103)-9865/2019 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi rə dd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2020-ci il tarixli, 2(102)-780/2020 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 24 iyul 2019-cu tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2(103)-3781/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2(010)-1317/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 aprel 2021-ci il tarixli, 2(102)-436/2021 nömrəli qərarı ilə Cavabdeh2 tərəfindən verilmiş kassas iya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2(103)-3781/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra cavabdeh xxx oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2(103)-3781/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh kassasiya şikayətinə həmçinin prosessual müddətin bərpasına dair ərizə əlavə etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(103)-3781/2020 nömrəli qərardadı ilə (hakim Ş.Ə.Məhərrəmovanın sədrliyi və məruzəsi ilə, hakimlər Z.A.Şirinovdan və V.Ə.İbayevdan ibarət tərkibdə) cava bdeh xxx oğlunun kassasiya şikayəti geri qaytarılmış, həmin cavabdehin kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir. Cavabdehxxx oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(103)-3781/2020 nömrəli qərardadının ləğv edilməsi və buraxılmış prosessual müddətin bərpa edilərək, kassasiya şikayətinə baxılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında göstərilən nöqsan aradan qaldırılmış və kassator tərəfindən Cavabdeh2 kassasiya şikayətini imzalamaq səlahiyyətini təsdiq edən yeni etibarnamə verilmişdir. İddiaçı məhkəməyə müraciət (kassasiya şi kayətinə etiraz) verərək, cavabdehlərin əsassız olaraq qətnamənin icrasına mane olmalarını əsas gətirməklə, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında İddiaçı və cavabdeh (eyni zamanda kassatorun etibarnamə əsasında nümayəndəsi) Cavabdeh2 vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların izahatlarını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416.1-ci kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Cavabdehxxx oğlunun kassasiya şikayətini geri qaytaran apellyasiya instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, məhkəmə iclasında cavabdeh, eyni zamanda digər cavabdehxxx oğlunun nümayəndəsi Cavabdeh2 izahatında bildirmişdir ki, kassator hal-hazırda hərbi xidmətdən tərxis edilməmiş, vəkil tərəfindən tərtib edilmiş kassasiya şikayətinə isə nümayəndə qismində o qol çəkmişdir. Lakin nümayəndənin adına verilmiş 02 mart 2021-ci il tarixli etibarnamədə onun məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar səlahiyyəti göstərilməmişdir. Həmin etibarnamədə nümayəndənin cavabdehin adından ərizə vermək səlahiyyətində olması göstərilsə də, bu səlahiyyət MPM-nin 74-cü maddəsinin tələbləri baxımından məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar səlahiyyəti özündə ehtiva etmir. Çünki qeyd edilən prosess ual norma müzakirə edilən səlahiyyətin nümayəndəyə verilən etibarnamədə xüsusi qaydada, yəni ayrıca, aşkar və aydın şəkildə qeyd olunmasını tələb edir. Kassasiya şikayəti hüququ olmayan şəxs tərəfindən imzalandığından, kassasiya şikayəti geri qaytarılmalıdır. Həmçinin kassasiya şikayəti geri qaytarıldığından, müddətin bərpası barədə ərizə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və y a əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 408.1.1-ci maddəsinə əsasən kassasiya şika yəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin kassator tərəfindən deyil, onun atası olan digər Cavabdeh2 tərəfindən imzalanması işin mübahisəsiz hallarıdır. Həmçinin mübahisəsizdir ki, kassasiya şikayəti imzalanan, habelə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı qəbul olunan dövrdə kassatorun kassasiya şikayətini imzalayan şəxsə buna səlahiyyət verən, qanunvericiliklə nəzərdə tutulmuş etibarnamə olmamışdır. Belə olan halda məhkəm ə kollegiyasının qənaətinə görə, kassasiya şikayətinin geri qaytarılmalı olması, habelə buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin qərardadı mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olmuşdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehxxx oğlunun apellyasiya instansiyası məhkəməsinin qərardadı qəbul edildikdən sonra, 05 iyul 2021-ci il tarixdə atası olan Cavabdeh2 məhkəmə aktlarından şikayətlər (o cümlədən kassasiya şikayəti) verməyə səlahiyyət verməsinə dair yeni etibarnamə verilməsi qanuni olan məhkəmə qərardadının ləğvi üçün əsas ola bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin geri qaytarılmasına d air apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər dəlillər apellyasiya məhkəməsinin qərardadının ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehxxx oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2020-ci il tarixli, 2(103)3781/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar