Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5624/2022 05.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 Saməddin oğlu, X2 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikiliyə köçürülmə, məhkəmə aktının əsaslandırılması, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 Saməddin oğlu, X2 və Cavabdeh4 qarşı evə köçürülmə və s. tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3889/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 05 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı və Cavabdeh2 xx.xx.2016-cı ildə nikaha daxil olmuşdur, birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X4 doğulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 Saməddin oğlu, X2 və Cavabdeh4 (bundan sonra - cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun iki övladı 11 may 2017-ci il təvəllüdlü X1 və 30 may 2018-ci il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi nə köçürülməsi, cavabdehlərə və digər şəxslərə ona qoyulan maneələrin (fərdi yaşayış evinə köçürülmə və yaşamağa dair) qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, X4 anadangəlmə xəstədir. Sağ yuxarı ətrafda hərəkəti yoxdur. Əzələ toxuması zəifdir, barmaqları hərəkətsizdir. Bununla bağlı əməliyyata ehtiyacı var və mütəmadi müalicələr alır, cavabdehlə ailə münasibətləri tamamilə bitmişdir. Cavabdeh, onun qardaşı, bacısı zorakı şəkildə onu birgə nikah dövründə aldığı, yaşadığı və hal-hazırda bütün əşyalarının olduğu mübahisəli evdən şərböhtan ataraq qovmuş və bununla bağlı aidiyyəti üzrə polis orqanına şikayət edilmiş, cavabdehin qardaşı və bacısı barədə cinayət işi başlanılmış və istintaqı Xəzər RPİ İŞ-də aparılmış, daha sonra tərəf indən barışıq ərizəsi verilmiş, həmçinin xx.xx.2021-ci il tarixində “Zəfər günü” münasibətilə Milli Məclisinin elan etdiyi amnistiya aktını tətbiq edilərək “cinayət işinin icraatına xitam verilməsi”nə dair qərar qəbul edilmişdir. Dəfələrlə birgə nikah dövründə alınmış, təmir edilmiş sözügedən özbaşına tikiliyə geri dönmək istəsə də, cavabdehlər ona mane olmuş, fiziki məhdudiyyətli övladı ilə birlikdə natəmiz şəraitdə olan yataqxanada yaşamağa məcbur etmişlər. Onun sözügedən tikiliyə hər iki övladı ilə birlikdə köçürülməsi mütləq və zəruridir.
4. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 09 mart 2022-ci il tarixli, 2(003)-658/2022 saylı qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia rədd edilmişdir.
5. Birinci instansiya məhkəməsi işin faktiki hallarına əsas ən müəyyən etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bu barədə mötəbər sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan halları ilə iddia tələbi öz təsdiqini tapmamışdır.
6. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, onun Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək hüququ yoxdur. Ona görə də iddia təmin oluna bilməz. Belə ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, torpaq sahəsi fərdi evin t ikintisi üçün Hicran Zülfüqarovun istifadəsinə verilmiş, sonuncu tərəfindən torpaq üzərində hüquqları etibarnamə əsasında Cavabdeh5 ötürülmüşdür.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 27.1-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.1, 30.2, 30.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il və 16 dekabr 2014-cü il tarixli qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icra at
8. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş materialında Cavabdeh5 Saməddin oğlunun adına hər hansı bir hüquqmüəyyənedici sənəd olmadığı halda həmin fərdi yaşayış evinin tikildiyi torpağın etibarnamə ilə Cavabdeh5 Saməddin oğlunun adına rəsmiləşdirilməsinə istinad etmişdir. Məhkəmənin bu yanaşması kobud qaydada savadsızlıq əlamətidir. Belə ki, birinci instansiya məhkəməsinin istinad etdiyi etibarnamə hər hansı bir formada istifadə hüququnu və ya mülkiyyət hüququnu özündə ehtiva edən hüquq müəyyənedici sənəd deyildir. İddiaçının Cavabdeh5 Saməddin oğlunu cavabdeh qoyması həmin özbaşına tikiliyə digər cavabdehlərlə birlikdə daxil olmasına qoyduğu maneə ilə bağlıdır. Həmçinin, birinci instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının iddiaçının iddia etdiyi tələblə əlaqəsi yoxdur.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instasiya məhkəməsi) 25 may 2022-ci il tarixli, 2(103)-3889/2022 saylı qətnaməsi ilə (hakimlər V.N.Sadıqovun sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və E.M.Həsənovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılarmış, iddia təmin edilmiş, iddiaçının mübahisəli evə köçürülməsi qət edilmiş, cavabdehlərə və digər şəxslərə ona qoyulan manelələr (fərdi yaşayış evinə köçürülmə və yaşamağa dair) qadağan edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmamışdır. Mübahisəli evin Cavabdeh5 tərəfindən tikilməsi barədə məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir. İş materiallarından belə bir hal müəyyən edilmir.
12. Məhkəmə, həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsində ifadə vermiş şahid ifadələri ziddiyyətli olmuşdur. Şahidlər bilavasitə Ruslanı tanıdıqlarını, evin tikilməsinə sonuncunun nəzarət etməsini göstərməmişlər, əksəriyyəti evin tikilməsinə Eldənizin nəzarət etdiyini qeyd etmişdir. Eldəniz isə iddiaçının qayını, Cavabdeh2 qardaşıdır. İki şahid isə ifadəsində mübah isəli evdə iddiaçı ilə ailəsinin yaşadığını, onlar tərəfindən tikildiyini qeyd etmişdir. Göründüyü kimi şahid ifadələri özlüyündə ziddiyyətlidir, onlara əsasən evin Cavabdeh5 üçün tikilməsi qənaətinə gəlmək yolverilməzdir.
13. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, mübahisəli ev özbaşına tikili olmaqla hər hansı şəxsin adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Qüvvədə olan mənzil qanunvericiliyində özbaşına tikilidən istifadə hüququ ilə bağlı hər hansı norma yoxdur. Bununla belə, respublikamızda özbaşına tikintilərin mövcudluğu reallıq kimi qəbul edildiyindən, özbaşına tikiliyə köçürülmə barədə iddiaların təmin olunmaması sosial ədalət prinsiplərinə cavab verməmiş olardı.
14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahi səli ev iddiaçı ilə Cavabdeh2 birgə nikahı dövründə tikilmişdir. Evə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, dövlət faktiki olaraq həmin evin mövcudluğunu tanımışdır. İddiaçının fasiləsiz olaraq 4 ilə yaxın müddətdə əri və qayınanası ilə birlikdə mübahisəli evdə yaşaması da onu göstərir ki, o, evin tikilməsində maddi və fiziki cəhətdən iştirak etmişdir.
15. Məhkəmə kollegiyası torpağa etibarnamənin və qaz xəttinin Cavabdeh5 adına olması ilə bağlı qeyd etmişdir ki, bu halın özü mübahisəsiz qaydada evin məhz onun üçün tikilməsinə dəlalət etmir. İddiaçı bununla bağlı bildirmişdir ki, əri məcburi köçkün oluğu üçün dövlətdən mənzil əldə etmək istəmiş, buna görə də adlarında əmlak olmasının əleyhinə olmuşlar. Apellyasiya instansiyası məhkəməsi isə həmin xüs usatı inandırıcı hesab etmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 11, 27, 157.8, 225.1-ci, MPM-in 14.2, 77.1, 384.0.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişlər.
18. Cavabdeh2 şikayətini onunla əsaslandırmışdır ki, artıq qanunsuz tikiliyə mülkiyyət hüququ yarandığından apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin əsaslandırma hissəsində Mülki Məcəllənin 157.8-ci maddəsinə istinad edilməsi yanlışdır. Çünki ə mlakın mülkiyyətçisinin ondan istifadə etmək hüququ özünə məxsusdur və bu hüququ başqa şəxsə (lərə) verməyib. Hal-hazırda da həmin əmlak mülkiyyətçinin istifadəsindədir. İddiaçı o əmlakın nə sahibi, nə də istifadəçisi olmayıb.
19. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qətnamədə Konstitusiyanın 43-cü maddəsinə istinad edərək, qanunsuz tikiliyə köçürülmə tələbini əsaslı hesab etsə də, mübahisəli evin iddiaçının və onun həyat yoldaş olan Cavabdeh2 da vəsaiti hesabına əldə olunması və ya onun (ların) vəsaiti hesabına tikinti quraşdırma işlərinin aparılması müəyyən olunmamışdır.
20. Qətnamədə şahid ifadələri arasında ziddiyyətin olduğunu qeyd edilsə də, məhkəmə araşdırması zamanı tərəflərin izahatları və şahid ifadələri arasındakı ziddiyyətli məqamları dəqiqləşdirilməmişdir.
21. Cavabdeh1 şikayətini onunla əsaslandırmışdır ki, hal-hazırda mübahisəli yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ ona məxsusdur. İddiaçının və digər şəxslərin həmin evə dair hər hansı tələb irəli sürmək üçün subyektiv hüquqları yoxdur.
22. Artıq mübahisəli ev qanunsuz tikili deyildir, həmin ev və evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi var. Mübahisəli evə və onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüquqi artıq məhkəmə qətnaməsi qəbul etdikdən sonra əldə edildiyindən buna dair sübutları apellyasiya instansiyasında təqdim etmək mümkün olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
24. Maddə
43. İ hissə. Heç kəs yaşadığı mə nzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllə
25. Maddə
11. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
26. Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Mülki Prosessual Məcəllə
27. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
28. Maddə 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştira k edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.
29. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərə kətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şa hidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi f akt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb...
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
38. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gə tirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 39. 392.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir: 40....392.1.5. məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar.
41. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut o lunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qa nunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
47. Hazırkı icraat üzrə kassasiya şikayətlərində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğvi xahiş edildiyindən, habelə şikayətlərin dəlillərinə əsasən mübahisənin predmeti bölünməz olduğundan həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə çıxarılmış və iddia təmin olunmuşdur.
49. MPM-in 9, 14, 77.1 və 88-ci maddələrinə əsasən belə olan halda tam hüquqlu məhkəmə kimi işə baxan apellyasiya instansiyası məhkəməsi öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri və tərəflər arasında sübutetmə yükü müəyyən edilmədən, işin müəyyən edilmiş hallarının iddia təlbinin qanuni əsaslarına uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz.
50. Eyni zamanda prosessual qanunvericiliyə əsasən qəbul edilmiş q ətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir (MPM-in 217, 220-ci maddələri).
51. Apellyasiya instansiyası məhkəməsi tərəfindən belə iş üzrə qəbul edilmiş məhkəmə aktında işin müəyyən edilmiş halları, məhkəmənin nəticəyə gəlməsi barədə motivləri və rəhbər tutduğu qanunlar (iddia tələbinin qanuni əsası) göstərilməli, hansı dəlillərə əsasən qətnamənin ləğv edildiyi və iddianın təmin olunduğu əsaslandırılmalıdır.
52. Lakin hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılması və məhkəmə aktlarının tərtib olunmasına dair prosessual qanunvericiliyin sadalanan tələblərinə riayət olunmamışdır.
53. Baxılan iş üzrə iddia tələbi iddiaçının azyaşlı uşaqları ilə birlikdə mübahisəyə baxıldığı dövrdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış tikiliyə köçürülməsi, həmin evdən istifadə ilə bağlı yaradılan maneələrin aradan qaldırılmasından ibarət olmuşdur.
54. Apellyasiya instansiyası məhkəməsi baxılan iş üzrə iddianın təmin olunması üçün hansı tərəfin işin hansı hallarını sübut etməli olduğu, MPM-in 77.1-ci maddəsinə əsasən sübutetmə yükünün hansı tərəfin üzrərində olduğu barədə hüquqi dəyərləndirmə aparmamış, b irinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə tam hüquqlu məhkəmə kimi işə mahiyyəti üzrə baxsa da MPM-in 14.1-ci maddəsinə əsasən bu məsələni tərəflərlə müzakiə etməmişdir.
55. Məhkəmə birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələri arasında ziddiyyət olduğunu müəyyən etsə və bununla da mübahisəli evin Cavabdeh5 üçün inşa edilməsi qənaətinə gəlməyin mümkün olmadığını qeyd etsə də, mübahisəli evin iddiaçı ilə Cavabdeh2 birgə nikahı dövründə və onların birgə səyləri (maddi və fiziki iştirakı) hesabına və ya qohumları tərəfindən onlar üçün inşa edildiyini hansı sübutlar əsasında müəyyən etdiyini əsaslandırmamışdır.
56. Halbuki cavabdeh tərəfin iddiaya etirazı məhz mübahisəli evin iddiaçıya aidiyyətinin olmadığı, Cavabdeh5 məxsus olduğu, sadəcə sonuncunun evi müvəqqəti o laraq iddiaçı və Cavabdeh2 yaşamaq üçün verdiyi ilə əsaslandırılmışdır.
57. Eyni zamanda Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlərlə yanaşı, digər şəxslər tərəfindən də iddiaçıya qoyulan manelələrin qadağan edilməsi hissəsində prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, həmin tələb qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış, iddiaçı həmin şəxsləri müəyyən edib cavabdeh kimi işə cəlb etməmişdir. Halbuki MPM-in 149.2-ci maddəsinə əsasən iddia ərizəsində tələbin yönəldiyi şəxslərin cavabdehlərin soyadı, adı, atasının adı, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, o cümlədən, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir.
58. Məhkəmə kollegiyası qeyd o lunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayətləri qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən mübahisə ilə bağlı həm işin faktiki vəziyyəti əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməklə, həm də müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır.
59. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-38 89/2022 nömrəli mülki iş üzrə 25 may 2022-ci il tarixli qətnaməsi ləğv olunsun və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.