Məhkəmə qərarları › İş №2(102)-5627/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5627/2021

27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5627/2021 27.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5627/21 (Açar sözlər: ipoteka qoyanın reqress qaydasında pul tələbi, məhkəmə iclası barədə məlumat verilməməsi ) Bakı şəhəri, 27 dekabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı “ipoteka qoyanın reqress qaydasında pul tələbinə” dair mülki iş üzrə Bakı Apellyasiya Məh kəməsi Mülki Kollegiyasının 2(103)-3938/2021 nömrəli, 07 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh kassasiya şikayətinə 27 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 213, mənzil 18 və Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 213, mənzil 21 cavabdehin "xxxx" ASC qarşısında 25.01.2008-ci il tarixli, 0750/0801 saylı və 02.08.2008-ci il tarixli, 080832-0107/070750 saylı kredit müqavilələrindən irəi gələn öhdəliyini təminatı kimi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilib.

2. Məhkəmə qətnaməsi ilə iddiaçının mülkiyyətində olan mənzillər hərracda satılmaqla, əldə edilən pul vəsaiti cavabdehin kred it öhdəliyinin ödənilməsinə yönəlib.

3. Mübahisə reqress qaydasında pulun cavabdehdən tələb edilməsi ilə bağlıdır. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 765000 manat pulun (realizə edilmiş mənzillərin ilkin satış qiymətinin) reqress qaydasında Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5. "xxxx" Açıq Səhmdar Cəmiyyəti üçüncü şəxs qismində göstərilmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin MülkiKollegiyasının verdiyi 2(103)-3532/2015 saylı, 30.11.2015-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı kredit müqavilələrinin ləğvi və s. tələbləri barədə iddiası qismən təmin edilmiş, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 25.01.2008-ci il tarixli, 0750/0801 saylı və 02.08.2008-ci il tarixli, 080832-0107/070750 saylı kredit müqavilələrinin ləğv edilməsi, 02.08.2008-ci il tarixli 080832- 0107/070750 saylı kredit müqaviləsi üzrə yaranmış 487720,56 ABŞ dolları məbləğində əsas kredit borcunun Cavabdeh tutulub iddiaçı "Bank Respublika” ASC-yə ödənilməsi, tutmanın cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 162 kv.m ümumi, 114 kv.m yaşayış sahəsindən ibarət 6 otaqlı, 18 nömrəli və Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli bi nanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 20 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 21 nömrəli mənzillərə yönəldilməsi, həmin mənzillərin 750000 manat ilkin satış qiyməti ilə açıq hərraca çıxarılması və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh "xxxx" ASC-yə olan 487720,56 ABŞ dolları borcunun ödənilməsi, həmin mənzillərin satıldıqda 1 ay ərzində boşaldılması qət edilmişdir.

7. İcra sənədi icraya yönəldilmiş və Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun 25.07.2016-cı il tarixli qərarı ilə icraata başlanmış, daha sonra həmin icra şöbəsi tərəfindən "xxxx" MMC-yə 17/70-2412/1 saylı, 28.01.2016-cı il tarixli sifariş məktubu ilə hərrac sifarişi verilmişdir.

8. Beləliklə, iddiaçının mülkiyyətində olan mənzillər "xxxx" MMC tərəfindən 765000 manat ilkin satış qiymətinə a çıq hərracdan satışa çıxarılmışdır.

9. Keçirilmiş hərraclar baş tutmadığından sözügedən ipoteka predmeti olan mənzillər "xxxx" MMC tərəfindən tərtib edilmiş Y-750 saylı 08 iyun 2018-ci il tarixli hərracın nəticələri haqqında yekun protokola və həmin tarixli müvafiq alqı-satqı müqaviləsinə əsasən 487688 manata "xxxx" ASC tərəfindən əldə edilmiş, Bank Respublika” ASC-yə sözügedən mənzillərə dair mülkiyyət hüquqlarına dair çıxarış verilmişdir.

10. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 11.1, 475.1, 509.1, 509.3, 1090.1 və 1114-cü maddələrinə istinad etmişdir.

11. Yasamal Rayon Məhkəməsinin 16.11.2020-ci il tarixli, 2(004)-1064/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 487688 (dörd yüz səksən yeddi min altı yüz səksən səkkiz) manat məbləğində pulun alınaraq iddiaçı İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Orxan Məmmədli)

12. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, İddiaçı mülkiyyətində olan ünvan 1ında yerləşən 18 saylı və ünvan 1ında yerləşən 21 saylı mənzillər Bank Respublika ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini məqsədilə ipoteka ilə yüklü edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3532/2015 saylı, 30.11.2015-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı kredit müqavilələrinin ləğvi və s. tələbləri barədə iddia ərizəsi qismən təmin edilmiş, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 25.01.2008-ci il tarixli, 0750/ 0801 saylı və 02.08.2008-ci il tarixli, 080832-0107/070750 saylı kredit müqavilələrinin ləğv edilməsi, 02.08.2008-ci il tarixli 080832-0107/070750 saylı kredit müqaviləsi üzrə yaranmış 487720,56 ABŞ dolları məbləğində əsas kredit borcunun Cavabdeh tutulub iddiaçı "Bank Respublika” ASC-yə ödənilməsi, tutmanın cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 162 kv.m ümumi, 114 kv.m yaşayış sahəsindən ibarət 6 otaqlı, 18 nömrəli və Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 213 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 20 kv.m yaşayış sah əsindən ibarət 1 otaqlı 21 nömrəli mənzillərə yönəldilməsi, həmin mənzillərin 750000 manat ilkin satış qiyməti ilə açıq hərraca çıxarılması və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh "xxxx" ASC-yə olan 487720,56 ABŞ dolları borcunun ödənilməsi, həmin mənzillər satıldıqda 1 ay ərzində boşaldılması qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Daha sonra "xxxx" Hərracın nəticələri haqqında protokola əsasən Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin sifarişi ilə keçirilmiş hərracda İddiaçı mülkiyyətində olan 2 mənzil – ünvan 1ında yerləşən 18 saylı və ünvan 1ında yerləşən 21 saylı mənzillər ümumilikdə 487688 manat məbləğində satılmış və bununla da borclu Cavabdeh "xxxx" ASC-yə olan ümumi borcu 487688 AZN hissəsində İddiaçı məxsus əmlaklar hesabına ödənilmişdir.

13. Birinci instansiy a məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 389.1, 431.1- 431.3-cü Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı İddiaçı apellyasiya şikayəti verib, qətnamənin dəyişdirilərək, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, məhkəmə 487688 manat məbləğində pul tutmaqla düzgün nəticəyə gəlib.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3938/2021 nömrəli, 07 may 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin 16.11.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin olunmuş, 765.000 (yeddi yüz altmış beş min) manat pulun Cavabdeh alınara q İddiaçı verilməsi qət olunmuşdur. (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Xəyalə Cəmilova, Emin Mehdiyev)

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir, bu münasibəti tənzimləyən norma olmadığına görə Mülki Məcəllənin 475.1-ci maddəsindəki norma qanunun analogiyası üzrə tətbiq edilməlidir. Belə ki, ipoteka da zaminlik kimi öhdəliyin icrasının təmini üsuludur. Mülki Məcəllənin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.

18. Apellyasiya instansiyası məhkəmə si Mülki Məcəllənin 475.1-ci maddəsinin məzmunundan çıxış edərək göstərib ki, öhdəliyi icra etmiş şəxsin 3 ödənişə hüququ çatır: 1) kreditorun tələbini ödədiyi həcmdə ödəniş; 2) ödənilmiş məbləğdən faizlər; 3) borclunun əvəzinə məsuliyyətlə bağlı zərərin əvəzi.

19. Apellyasiya instansiyası məhkəməsinə görə 487.688 manat (mənzillərin hərracda satıldığı qiymət) 1-ci ödənişə aiddir. Həmin qiymətlə (487.688 manatla) ilkin satışı qiymətinin (765.000 manatın) arasındakı fərq (277.312 manat) 3-cü ödənişə aiddir. Yəni 277.312 manat “borclunun əvəzinə məsuliyyətlə bağlı zərər” anlayışı ilə əhatə olunur, çünki ipoteka qoyan borclunun əvəzinə məsuliyyət daşıdığına görə 765.000 manat qiymətində əmlakından məhrum olub. Odur ki, 765.000 manatın 487.688 manatı borclunun əvəzinə ödəniş kimi, 277.312 manat ı isə borclunun əvəzinə məsliyyətlə bağlı zərər kimi qiymətləndirilməldir.

20. Apellyasiya instansiyası məhkəməsimövqeyini Mülki Məcəllənin 21.2 və 475.1ci maddələri ilə əsaslandrımışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayətinin dəlilləri: -məhkəmələr işə baxarkən prosessual qanunvericiliyin tələblərinə əməl etməmiş, cavabdehin məhkəmə proseslərində iştirakımı təmin etməmişlər. Nəticədə cavabdehin əsassız iddiadan müdafiə olunmaq hüququ məhdudlaşıb; - cavabdehin iştirakı ilə hər ha nsı bir araşdırma aparmadan ona qarşı irəli sürülmüş iddia təmin edilmişdir; - halbuki ipotekaya qoyulan mənzillərin əvəzində 25 dekabr 2014-cü ildə iddiaçı ilə cavabdeh arasında 600000 ABŞ dollarının dair borcun etirafı haqqında müqavilə bağlanıb. Həmin müqavilə əsasında Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə 600 min ABŞ dolları pulun tutulması qət edilib. Həmin qətnamə mövcud olduğu halda yenidən cavabdehdən pul tutulub. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

25. İşə baxı lmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Mülki Prosessual Məcəllə Maddə

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçi rilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 134.1.4. Məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə bildirişini rəsmi qaydada verməlidir. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin bel ə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmamas ı qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

27. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehı qətnaməni tam mübahisələndirdiyi üçün məhkəmə kollegi yası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə çıxararkən prosessual hüquq normalarını pozmuşdur.

29. Belə ki, tərəflərin məhkəmədə iştirakının təmin edilməsi qaydasını müəyyən edən mülki prosessual qanunvericiliyin tələblərinə baxmayaraq, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmiş, işə onun iştirakı olmadan baxılmışdır.

30. Qətnamədən yalnız iddiaçı iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti vermiş, apellyasiya məhkəməsində də cavabdehin iştirakına tam şərait yaradılmamışdır. Belə ki, iş materiallarında olan cavabdehə ünvanlanmış xəbərnaməni imzalayan “Qaca rov” soyadlı şəxsin isə cavabdehlə hansı münasibətdə olması xəbərnamədən görünmür.

31. Nəticədə apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmış, çəkişmə prinsipi pozulmuşdur. Məhkəmə kollegiyası bunu prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirir.

32. Cavabdehin işə mahiyyəti üzrə baxan məhkəmələrdə iştirakı təmin edilmədiyi üçün onun kassasiya şikayətində qeyd etdiyi dəlillərin, başqa sözlə, faktiki olaraq iddiaya etirazının dəlillərinin (borcun etirafı ilə bağlı müqavilə və s.) əsaslı olub-olmamasını müəyyən etmək kassasiya baxışının predmetindən kənara çıxır. Çünki qanunvericiliyin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Cavabdehin kassasiya şikayətindəki dəlillər də işin faktiki hallarının araşdırılması ilə bağlıdır.

33. Nəzərə alınsa ki, cavabdeh iddianın qanuni, əsaslı və obyektiv həllinə təsir göstərə biləcək bu dəlillərini işə mahiyyəti üzrə baxan məhkəmələrdə irəli sürmək imkanından məhrum olunub, belə olan halda, cavabdehin kassasiya şikayətindəki dəlillər kassasiya instansiyasına verilmiş yeni dəlil kimi qəbul edilə bilməz və bu baxımdan, məhkəmə kollegiyası cavabdehin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulan hüquq və azadlıqların məhkəmə təminatı hüququnun təmin edilməsi məqsədilə hesab edir ki, qətnamə ləğv edilməlidir.

34. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmi n edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi şərh edilən pozuntuları aradan qaldırmalı, cavabdehin iştirakının təmin edilməsi ilə bağlı prosessual qaydalara əməl etməklə, cavabdehin iddiaya etirazının dəlillərini araşdırıb qanuni və əsaslı qərar qəbul etməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3938/2021 nömrəli, 07 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar