Məhkəmə qərarları › İş №2(102)-563/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-563/2021

03.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-563/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ iş № 2(102)-563/2021 İddiaçı: İddiaçı Cavabdeh: XXX İddia tələbi: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi Açar sözlər: sosial sığorta stajı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun nümayəndəsi və vəkili Vəkil, İddiaçı, vəkili X1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat Ərizəçi İddiaçı xx xxxxxx 2020-ci il tarixdə hazırki ərizə ilə məhkəməyə müraciət edərək, 1970-1974-cü illərdə İmişli rayonu “Yüksəliş” kolxozunda işləməsi, yəni sosial sığorta stajı olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi bildirmişdir ki, o, 1955-ci ildə İmişli rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1970-1974-cü illərdə İmişli rayonunun “Yüksəliş” kolxozunda işləmişdir. Lakin onun işlədiyi dövrdə həmin kolxozda yanğın baş vermişdir və yanğın nəticəsində ona aid sənədlər yanmışdır. Hazırda o, həmin kolxozda işləməsi barədə sənədləri başqa qaydada əldə edə bilmir. Bu isə onu əmək pensiyası almaq hüququndan məhrum edir. İmişli Rayon Məhkəməsinin 2(036)-866/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Q.H.Hacıyev) ərizə təmin edilmiş, İddiaçı 1970-1974-cü illərdə İmişli rayonu “Yüksəliş” kolxozunda işləməsi faktının müəyyən edilməsi və həmin illərin sosial sığorta stajına daxil edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh həmin qətnamədən verdiyi apellyasiya şikayətini birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, işin hallarına düzgün hüquqi qiymət verilməməsi ilə əsaslandırmışdır. Həmçinin MPM-in 104.3-cü maddəsinə istinad edilərək göstərilmişdir ki, alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab olunmur. Şirvan Apellyasiy a Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1865/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.B.Kərimov, Z.B.Babayev, N.F.Mirzəyev) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırması zamanı ərizəçinin 1970-1974-cü illərdə İmişli rayonunun Yüksəliş kolxozunda işləməsi, ona əmək kitabçasının verilməməsi, pensiya stajı ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinə müraciət etməsi və iş stajı barədə əmək kitabçasının olmaması, həmin sənədlərin arxivə verilməməsi və hazırda da həmin sənədlərin alınmasının qeyri-mümkün olması iş materialları ilə müəyyən edilmişdir. Bu səbəbdən ərizəçinin pensiya almaq hüququ vardır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmiş və şikayətini onunla əsaslandırılmışdır ki, ərizəçinin əmək fəaliyyəti barəsində sənədlərin təqdim edilməməsi üçün hər hansı bir üzürlü səbəb yoxdur, onunla birlikdə həmin dövrdə müəssisədə işləmiş digər şəxslərin əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Bu halda, ərizəçinin sənədlərinin mövcud olmaması qanunvericilikdə göstərilən üzürlü səbəblərdən hesab edilə bilməz. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı və vəkili isə kassasiya şikayətini əsassız hesab edərək q ətnamənin dəyişdirilmədən saxanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məc əlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Ərizəçinin tələbinin əsasını 1970-1974-cü illər üzrə sosial sığorta stajının müəyyən edilməsi təşkil edir. Ərizəçi 1970-1974-cü illərdə İmişli rayonu “Yüksəliş” kolxozunda işlədiyini, lakin bunu təsdiq edən sənədlərin təqdim edə bilmədiyini göstərərək, bunu kolxozda baş vermiş yanğın nəticəsində ona aid sənədlərin yanması ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 16-cı bəndinə əsasən, iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Ərizəçi tələbinin əsası kimi istinad etdiyi halların təsdiq edilməsi üçün onunla birlikdə həmin kolx ozda işlədiyini göstərdiyi iki nəfər şahidin dindirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində ifadə vermiş şahidlərdən biri 1959-1968-ci illərdə, digəri isə 1948-1980-ci illərdə həmin kolxozda çalışmışdır, yəni yalnız birinin kolxozda işlədiyi müddət ərizəçinin orada işlədiyini istinad etdiyi dövr ilə üst-üstə düşür. Halbuki, yuxarıda qeyd edilən normanın tələblərinə görə, şahidlərin ifadəsi o zaman ərizəçinin müvafiq iş yerində işləməsi faktının təsdiq edilməsi üçün sübut qismində qəbul edilə bilər ki, həmin şahidlər ərizəçi ilə eyni müddətdə işləmiş olsunlar. Eyni zamanda ərizəçi həmin kolxozda hansı vəzifədə çalışdığını ümumiyyətlə göstərməmiş, şahid ifadələrində bu barədə heç bir məlumat verilməmiş, apellyasiya məhkəməsi tərəfindən də həmin hal araşdırılmamışdır. Digər tə rəfdən, apellyasiya məhkəməsi tərəfindən ərizəçinin yaşı nəzərə alınmaqla, həmin dövrdə orta məktəbdə təhsil aldığı və hərbi xidmətə getdiyi illərdə işləmək imkanının olmamasına ümumiyyətlə qiymət verilməmişdir. Yuxarıda sadalananlarla bərabər, mülki prosessual qanunvericiliyin tələblərinə görə, hüquqi faktın inzibati qaydada müəyyən edilməsinin nəzərdə tutulması xüsusi icraat qaydasında məhkəməyə müraciət edilməsini istisna edir. Ərizəçi kolxozda işləməsi faktının müəyyən edilməsi ilə bərabər həmin illərin sosial sığorta stajına daxil edilməsi tələbini də irəli sürmüşdür. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına mə cburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21-ci maddəsi ilə sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri, 25-ci maddəsi ilə isə sığorta stajının təsdiq edilməsi qaydası müəyyən edilmişdir. Sadalanan normalardan göründüyü kimi, əmək pensiyası təyin edilməsi üçün stajın müəyyən edilməsi müvafiq icra hakimiyyəti orqanının səlahiyyətindədir. Mübahisələrin məhkəmə aidiyyətinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-cü maddəsinin tələblərinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzə rə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Sadalanan normaların tələbləri baxımından kolxozda işləmək faktının müəyyən edilməsi ilə bərabər həmin illərin sosial sığorta stajına daxil edilməsi tələbinə fakt təsdiqi qaydasında baxılaraq qiymət verilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsində işə b axılmanın hədləri müəyyən edilmişdir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulduğundan, qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar