Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-563/2022 28.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi Maraqlı şəxs1nə və maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu qarşı “hər iki valideynin himayəsindən məhrum olmuş uşaq hesab edilməsi, atası tərəfindən imtina edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iş üzrə QƏRARDADİ iş № 2(102)-563/2022 (Açar sözlər: məhkəmədə baxılmalı deyil, iş üzrə icraat xitam verilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-689 9/2021 nömrəli iş üzrə 17 avqust 2021-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 28 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Ərizəçi xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Valideynləri Maraqlı şəxs2 ilə X2 arasında olan nikah 15.07.2003-cü il tarixdə ləğv edilmişdir. Ərizəçinin anası X1 16.04.2018-ci ildə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Ərizəçi Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, hər iki valideyinin himayəsindən məhrum olunması, atası tərəfindən imtina edilməsi faktının müəyyən edilməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs1 tələbəsidir, orada ödənişli əsaslarla təhsil alır. Atası Maraqlı şəxs2 və X2 2003-cü ildə onun 2 yaşı olarkən boşanıblar. Həmin vaxtdan atasına onun yetkinlik yaşına çatanadək saxlanması üçün aliment təyin edilmişdir. Lakin o, atasını heç vaxt görməmiş, bu günə qədər də atası ona aliment ödəməmişdir. Atası faktiki olaraq onu atıb gedib, heç vaxt onun qayğısına qalmayıb. Anası isə 2018-ci ildə ağır xəstəlikdən vəfat edib. Hazırda o, nənəsinin himayəsində qalır. Nənəsi yaşlıdır, pensiyası yemək-içməyə güclə çatır. Hazırda universitetin təhsil haqqını ödəyə bilmirlər. Özü isə oxuduğu üç ün işləyə bilmir. Dəfələrlə universitetdə məsul şəxslərə təhsil haqqından azad olunması üçün müraciət etmişdir. Sonuncu dəfə ona bildiriblər ki, ancaq ata və ana himayəsindən kənar yaşamağı məhkəmə qaydasında təsdiq edildikdən sonra təhsil ödənişindən azad oluna bilər. Anası vəfat edib, atası isə ondan imtina etmişdir. Bu səbəbdən də məhkəməyə hər iki valideynlərinin himayəsindən məhrum olması və atası tərəfindən imtina olunması faktının müəyyən edilməsi üçün müraciət etmişdir. Məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu, Maraqlı şəxs2 və Azərbaycan Respublikası Təhsil Nazirliyi maraqlı şəxs qismidə cəlb olunmuşlar. Birinci instansiya məhkəməsində Maraqlı şəxs1 nümayəndəsi X4 öz izahatında göstərmişdir ki, o, iddianı qəbul etmir. YYYonların tələbəsidir. Bu kimi uşaqların təhsil haqları dövlət tərəfindən təmin olunur, onlara güzəşt olunur. Lakin belə uşaqlar 3 kateqoriyaya aiddirlər - valideyni itirmiş, valideyn himayəsindən məhrum olmuş və valideyn imtina etmiş uşaqlardır. Lakin YYYbunların heç birinə aid deyil. YYYın atası sağdır, məhkəmə iclasında da ondan imtina etmədiyini bildirmişdir. Onlar YYYa kömək etmək istəyirlər. Buna görə Təhsil Nazirliyinə müraciət etmişlər, lakin onların müraciətinə müsbət cavab verməmişlər və onlara imtina etmişlər ki, uşağın atası sağdır. Göstərilənləri nəzərə alaraq maraqlı şəxsin nümayəndəsi ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs qismində cəlb edilmiş Dövlət Sosial Müdafiə Fondunun etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X3 ərizəyə etiraz edərək göstərmişd ir ki, şəxsin hər iki valideyn himayəsindən məhrum olunmuş hesab edilməsi “Valideynləri itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müəyyən edilir. Həmin qanunun 1-ci maddəsinin 5-ci bəndində əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilə bilər ki, onların hər iki valideyni uşaqların tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina etsinlər. Bir valideyni vəfat etmiş və o biri valideyni İ və İİ qrup əlilliyi olan şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər. Digər tərəfdən ərizəçi on səkkiz yaşına çatmışdır və tam həcmdə mülki hüquq qabiliyyəti əldə etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli,03 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə hansı hallarda hüquqi əhəmiyyətli faktlal barədə işlərə baxıb həmin faktları müəyyən edə bilər. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Hazırki işin hallarından görünür ki, ərizəçi yetkinlik yaşına çatdığından və hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi üçün qanunvericiliyin tələbləri ödənilmədiyindən iddia tələbinin təmin edilməsinin hüquqi əsası yoxdur. Məhkəmə iclasına maraqlı şəxs qismində cəlb edilmiş Maraql ı şəxs2 öz izahatında göstərmişdir ki, o YYYın atasıdır. Ondan heç vaxt imtina etməmişdir, YYYın nənəsi ailənin dağılmasına səbəbkar olmuş, onu uzun müddət şərləyərək həbsə göndərmişlər. 3 il yarım YYYa görə aliment vermis, sonra uşağı ilə görüşmək istəyərkən ona mane olmuşlar. Özləri alimentdən imtina etmişlər, o bu gün də oğlunun təhsil haqqını ödəməyə yardımçı ola bilər, hətta xaricdə təhsil almasına da kömək edə bilər, bir şərtlə ki, YYYonun yanına gəlsin. Uzun müddət YYYı görməmişdir, uşağa köməklik etməməyinin səbəbi anası tərəfindən qohumlarının ona qarşı mənfi münasibəti olmuş və bu gün də onlar YYYı ona qarşı qərəzli mövqedə olmasına səbəb olmuşlar. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (Şahin Abdullayev) 06 may 2021-ci il tarixli 2(009)-780/2021 saylı qətnaməsi ilə Maraqlı şəxs 2 YYYoğlunun atası tərəfindən imtina olunması faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməmiş, həmin tarixli qərardadla ərizənin valideyn himayəsindən məhrum olma faktının müəyyən edilməsi barədə hissəsində işin icraatına xitam verilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçinin hər iki valideynin himayəsindən məhrum olan şəxs statusuna sahib olması yuxarıda göstərilən qanunun müddəaları ilə tənzimlənir və bu səbəbdən qanunla tənzimlənən məsələnin hüquqi fakt kimi müəyyən edilməsi yolverilməzdir. Lakin digər fakt – şəxsin atası tərəfindən imtina edilməsi faktının müəyyən edilməsi ərizəçiyə sonradan hər iki valideynin himayəsindən məhrum olan şəxs hesab edilməsi müəyyən edilərkən lazım olduğundan, həmin faktın məhkəmə qaydasında müəyyən edilməsinə yol verilir. Ərizəçinin valideynləri boşandıqdan sonra ərizəçi 2018-ci il tarixədək anasının və nənəsinin, 2018-ci ildən sonra isə nənəsinin himayəsində yaşasa da, o, atası tərəfindən atılmamış və imtina olunmamışdır. Ərizəçinin atası onun tərbiyəsində iştirak etmək istəsə də, ərizəçinin anası və nənəsi buna şərait yaratmamışdır. Hazırda da ərizəçinin atası bir valideyn kimi vəzifələrini həyata keçirmək arzusunda olduğu üçün, ərizəçinin atası tərəfindən imtina edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi əsaslı hesab edilə bilməz. Ərizəçi o halda atası tərəfindən imtina olunmuş uşaq olardı ki, bu hallar mötəbər sübutlarla təsdiq olunsun. Lakin belə sübutlar məhkəməyə təqdim olunmadığından, eyni zamanda ərizəçinin atası hazırda da bir valideyn kimi ərizəçinin tərbiyə edilmə sində, onun hüquq və mənafeylərinin müdafiəsində iştirak etmək və valideyn kimi öz vəzifələrini yerinə yetirmək arzusunda olduğu üçün, həmin hüquqi əhəmiyyətli fakt məhkəmə qaydasında təsdiq edilə bilməz. Ərizəçi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(009)-780/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İlham Kərimli - sədrlik edən və məruzəçi, Namiq Cəfərov və Elşən Kazımov) 2(103)-6899/21 nömrəli, 17 avqust 2021-ci il tarixli qətnaməsi ilə Ərizəçi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək Səbail Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2 (009)-780/2021 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq, ərizənin təmin edilməsi, Ərizəçi atası Maraqlı şəxs2 tərəfindən imtina edilməsi (uşağın tərbiyə edilməsindən və onun hüquq və mənafelərinin müdafiəsindən imtina) barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməsi qət edilmişdir. Ərizəçi tərəfindən verilmiş ərizədən görünür ki, o, məhkəmədən hər iki valideynin himayəsindən məhrum olması və atası tərəfindən imtina edilməsi (uşağın tərbiyə edilməsindən və ya onun hüquq və mənafelərinin müdafiəsindən imtina) faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Həmin faktların müəyyən edilməsi ərizəçiyə əyani şəkildə ödənişli əsaslarla təhsil aldığı ali təhsil müəssisəsində təhsil haqqı ödəməkdən azad edilməsi üçün lazımdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Ərizəçi atası tərəfindən imtina olunması faktının müəyyən edilməsi hüquqi əhəmiyyət daşıyır və bu faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyil. Birinci instansiya məhkəməsi yalnız ərizəçinin atası Maraqlı şəxs2 izahatına əsaslanaraq onun öz övladı Ərizəçi imtina etməməsi barədə nəticəyə gəlməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, Ərizəçi atası Maraqlı şəxs2 tərəfindən imtina olunmuşdur. Maraqlı şəxs2 övladı Ərizəçi imtina etmədiyini bildirsə də, faktiki olaraq öz hərəkətləri ilə ondan imtina etdiyini nümayiş etdirmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6899/21 nömrəli, 17 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək ərizənin təmi n edilməməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, şəxsin hər iki valideyn himayəsindən məhrum olunmuş hesab edilməsi “Valideynləri itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların social müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müəyyən edilir. Həmin qanunun 1-ci maddəsinin 5-ci bəndində əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilə bilər ki, onların hər iki valideyni uşaqların tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina etsinlər. Bir valideyni vəfat etmiş və o biri valideyni İ və İİ qrup əlilliyi olan şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məh rum olmuş uşaqlar hesab edilirlər. Digər tərəfdən ərizəçi on səkkiz yaşına çatmışdır və tam həcmdə mülki hüquq qabiliyyəti əldə etmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli, 03 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə hansı hallarda hüquqi əhəmiyyətli fakt barədə işlərə baxıb həmin faktları müəyyən edə bilər. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin fakt ları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Hazırki işin hallarından görünür ki, ərizəçi yetkinlik yaşına çatdığından və hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi üçün qanunvericiliyin tələbləri ödənilmədiyindən iddia tələbinin təmin edilməsinin hüquqi əsası yoxdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin vəkili Ədalət Əhmədli kassasiya şikayətinə qarşı etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ərizəçi anasının vəfat etməsi, atasının isə ondan ayrı yaşaması nəticəsində həqiqətən hər iki valideyninin himayəsindən faktiki olaraq məhrum olmuşdur. Bu faktın müəyyən edilməsi ona təhsil aldığı Universitetdə təhsil haqqınn ödənilməsindən azad edilməso üçün lazımdır. Ərizəçinin bu barədə sənədi başqa qaydada ala bilməsi imkanı qanunvericilikdə nəzərdə tutulmamışdır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 114.1. Valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 115.1. Bu Məcəllənin 114.1-ci maddəsində gö stərilən uşaqlar haqqında məlumatlara malik doğum evləri, məktəbəqədər, ümumtəhsil, müalicə və digər müəssisələrin vəzifəli şəxsləri və digər vətəndaşlar bu məlumatları müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 115.2. Müvafiq icra hakimiyyəti orqanı belə məlumatları aldıqdan sonra üç gün müddətində uşağın həyat şəraitini müəyyən etməyə, valideynlərin və yaxın qohumlarının himayəsindən məhrum olma faktı müəyyən edildikdə uşaqların yerləşdirilməsi məsələsi həll olunana qədər onların hüquq və mənafelərinin müdafiəsini təmin etməyə borcludur. 115.4. Müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olmuş uşaqları aşkar etdikdən və bu Məcəllənin 114.1-ci maddəsində göstərilmiş məlumatları aldıqdan sonra həmin uşaq haqqında bu Məcəllənin 119.2.1-ci və 119.2.3-cü maddələr ində göstərilən məlumatları dərhal müvafiq icra hakimiyyəti orqanının Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (bundan sonra – elektron informasiya sistemi) daxil edirlər. "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06.02.2000-ci l tarixli Fərmanı Maddə 2.9. Həmin Məcəllənin 7, 26.1.1, 26.1.6, 26.2, 44.4, 44.6, 49.4, 51.2, 51.5, 51.6, 53.4, 54.1-54.3, 59.2, 60.3, 61.3, 62.3, 63.3, 66.5, 67.3, 68.3, 68.5, 69.4, 71.2, 72.1, 72.2, 73, 73.1, 73.2, 74.3, 75.5, 96.2, 114.1, 114.2, 114.3, 115.1-115.3 və 191.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yerli icr a hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. “Valideynləri itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi: valideyn himayəsindən məhrum olmuş uşaqlar – hər iki valideyni: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhru m hesab edilən 18 yaşınadək şəxslərdir. Bir valideyni vəfat etmiş və o biri valideyni İ və İİ dərəcə əlilliyi olan şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər; Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir. Maddə
5. Bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində tə hsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirənədək tam dövlət təminatına götürülürlər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayırlar. Azərbaycan Res publikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” Bənd 2.8. Yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanları: 2.8.1. uşaqların hüquqlarını və mənafelərini müdafiə edir; 2.8.2. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqları və uşağını tərbiyə etməkdən yayınan valideynlərin uşaqlarını, səhhətinə görə qəyyumluq və ya himayəyə ehtiyacı olan yetkinlik yaşına çatmayanları aşkara çıxarır; 2.8.3. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq, valideyn himayəsindən məhrum olan uşaqların ilkin uçotunu aparır, valideyn himayəsindən məhrum olmağın konkret hallarını nəzərə almaqla, həmin uşaqların yerləşdirilməsi formalarını seçir, eləcə də onların saxlanılma, t ərbiyə və təhsil şəraitinə nəzarəti həyata keçirir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 261.1. Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrüb əsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla ape lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi işə baxılarkən prossesual hüquq normalarının tələblərini pozmuş, iş üzrə icraata işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verməli olduğu halda, ərizəyə mahiyyəti üzrə baxmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019cu il tarixli, 08 saylı qərarınına əsasən: -1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizə çi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. - 1.7. Hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, ya xud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. -13. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən e dilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 114.1-ci, 115.2-ci maddələrinə əsasən Valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayınd ıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər halların aşkara çıxarılması, belə məlumatları aldıqdan sonra uşağın həyat şəraitini müəyyən etmək, valideynlərin və yaxın qohumlarının himayəsindən məhrum olma faktı müəyyən etmk səlahiyyəti mübafiq icra hakimiyyəti orqanının, yəni Azərbaycan Respublikası Prezidentinin 06.02.2000-ci l tarixli Fərmanının 2.9-cu maddısinə əsasən yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının səlahiyyətindədir. Lakin iş materiallarında iddiaçının sağ qalan valideyninin onun tərbiyəsindən və ya hüquq və mənafelərinin müdafiəsindən yayınması faktının müəyyən edilməsi üçün həmin quruma müraciət olunması iş materialları ilə təsdiq edilmir. Göründüyü kimi, ailə qanun vericiliyində bu faktın məhkəmə qaydasında müəyyən edilməsi imkanı nəzərdə tutulmadığından,əksinə bu halların aşkar edilməsi yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının səlahiyyətinə aid olduğundan bu faktın müəyyən edilməsi barədə ərizəyə məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, məhkəmədə baxılmalı olmayan tələbə mahiyyəti üzrə baxılaraq qətnamə qəbul edilməsi ilə apellyasiya məhkəməsi tərəfindən mülki prossesual qanunvericiliyin tələbləri pozulmuşdur. Eyni zamanda, apelyasiya məhkəməsi maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına yol vermiş, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 08 saylı qərarında verilmiş izahlara zidd qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi-nin 418.6-cı maddəsinə əsasən hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın. Azərbaycan Respublikası MPM-nin 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prossesual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və Ərizəçi atası Maraqlı şəxs2 tərəfindən imtina edilməsi (uşağın tərbiyə edilməsindən və onun hüquq və mənafelərinin müdafiəsindən imtina) barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməsi tələbinə dair iş üzrə icraata xitam verilməli, iddiaçıya yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarına müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 261, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6899/2021 nömrəli iş üzrə 17 avqust 2010-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi atası Maraqlı şəxs2 tərəfindən imtina edilməsi (uşağın tərbiyə edilməsindən və onun hüquq və mənafelərinin müdafiəsindən imtina) barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.