Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5630/2021 06.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı oğlunun Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi Qarşlıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı evə köçürülmə tələbəinə dair iş üzrə QƏRARİ iş № 2(102)-5630/2021 (Açar sözlər: istifadə hüququna xitam, mənzilə köçürülmə, tələbin hüquqi əsasının olmaması) Bakı şəhəri, 06 dekabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Nümayəndə, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddiası üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-989/2021 nömrəli, 19 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 06 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh 14 fevral 2007-ci ildə nikaha daxil olublar, 3 uşaqları var.
2. Cavabdeh İsmayıllı şəhəri, Natəvan küçəsi, ev 4, mənzil 16-ya gəlin köçərək, həmin mənzilə qeydiyyata düşmüşdür. Mənzil mülkiyyət hüququ ilə İddiaçı atası X1 adına qeydə alınıb.
3. Tərəflərin nikahı məhkəmə qətnaməsi ilə pozulub.
4. Mübahisə qeyd edilən evlə bağlıdır. a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra iddiaçı) İsmayıllı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh) İsmayıllı şəhəri, Natəvan küçəsi, ev 4, mənzil 16 ünvanında olan mənzilə istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılıb ki, 2017-ci il sentyabr ayında Cavabdeh bütün əmlaklarını götürərək evdən çıxmış, daimi olaraq Göyçay rayonunda yerləşən atası evinə getmişdir. İsmayıllı rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur.
7. İsmayıllı şəhəri, Natəvan küçəsi, ev 4, mənzil 16 iddiaçının atasının mülkiyyətində olmuşdur. İddiaçının atası 31 mart 2019-cu il tarixdə vəfat etmişdir. Atasının v əfatından sonra iddiaçı qanun üzrə varisi kimi mirası faktiki qəbul edərək həmin mənzilə sahiblik edir.
8. Cavabdeh İsmayıllı şəhəri, Natəvan küçəsi, ev 4, mənzil 16-ya köçərək qeydiyyata düşmüşdür. Nikah münasibətlərinə xitam verildiyindən cavabdehin qeyd edilən mənzilə istifadə hüququna xitam verilməli və cavabdeh qeydiyyatdan çıxarılmalıdır.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228, Mənzil Məcəlləsinin 30.4-cü maddələrinə istinad etmişdir.
10. Cavabdeh də qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı məxsus İsmayıllı şəhəri, Natavan küçəsi, ev 4, məzil 16-ya köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılıb ki, cavabdeh 14 fevral 2007-ci il tarixdə İddiaçılə rəsmi nika hla ailə qurmuş və həmin vaxtdan İsmayıllı şəhəri, Natəvan küçəsi, ev 4, mənzil 16-ya gəlin köçmüş, mənzilə qeydiyyata düşmüşdür. Cehiz əşyalarını mənzilə aparmışdır.
12. İsmayıllı rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, övladlarından ikisi cavabdehib yanında, biri isə İddiaçı yanında qalmışdır. Nikahları pozulduqdan 1 il sonra cavabdeh istifadə zərurəti yarandığından cehiz əşyalarını mübahisəli mənzildən götürərək atası evinə aparmışdır.
13. Cavabdehin və övladlarının hazırda qalacaq yerləri olmadığından Göyçay rayonunda yerləşən atası evində yaşayırlar. Atasının evi iki otaqlı olmaqla yaşamaq üçün yetərli deyil.
14. Onlar birgə nikah dövrlərində Abşeron rayonunun Mehdiabad qəsəbəsində 0,02 hektar torpaq sahəsində 6 otaqdan ibarət iki mərtə bəli fərdi yaşayış evi inşa etsələr və bir müddət həmin evdə yaşasalar da hazırda orada İddiaçı yaşayır.
15. Cavabdehin İddiaçı qarşı Mehdiabad qəsəbəsindəki fərdi yaşayış evinə iki azyaşlı uşaqları ilə birlikdə evə köçürülməsi və həmin evdən istifadə qaydasının müəyyən edilməsi barədə iddiası Abşeron Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Hesab edir ki, İsmayıllı şəhəri, Natəvan küçəsi, ev 4, mənzil 16-ya istifadə hüququ var və həmin mənzilə köçürülməlidir.
16. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-150/2012 nömrəli, 19 fevral 2021-ci il tarixli qərardadı ilə ilk iddia tələbinin Cavabdeh İsmayıllı şəhəri, Natavan küçəsi, ev 4, mənzil 6-dan qeydiyyatdan çıxarılmasına dair hissəsi üzrə icraata xitam verilmişdir.
17. İsmayıllı Rayon Məhkəməsinin 2(037) -150/2021 nömrəli, 19 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı İsmayıllı şəhəri, Natəvan küçəsi, ev 4, mənzil 16-ya istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilmiş, qarşılıqlı iddia isə təmin edilərək, Cavabdeh İsmayıllı şəhəri, Natəvan küçəsi, ev 4 ünvanında olan mənzilə köçürülməsi qət edilmişdir. (hakim Rəfayel Şirinov)
18. Birinci instansiya məhkəməsi iş materiallarındakı sənədlərə əsasən müəyyən etmişdir ki, Cavabdeh Nadir Babayevin mülkiyyətində olan İsmayıllı şəhəri, Natəvan küçəsi, ev 4, mənzil 16-ya gəlin köçərək 2007-ci ildən həmin mənzilə qeydiyyata düşmüş və hazırda da orada qeydiyyatdadır. İddiaçılə Cavabdeh birgə nikah dövründə həm həmin mənzildə, həm də Abşeron rayonunun Mehdiabad qəsəbəsində inşa etdikləri fərdi yaşayış evində yaşa mışlar. Tərəflər arasında nikah münasibətinə 08 iyun 2018-ci il tarixdə xitam verilmişdir.
19. Birinci instansiya məhkəməsi qeyd edib ki, 2009-cu il oktyabrın 1-dək, yəni tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələbinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razı lığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
20. Birinci instansiya məhkəməsi ilk iddia və qarşılıqlı iddia tələbinə münasibət bildirərək hesab edib ki, Cavabdeh 2007-ci ildən İsmayıllı şəhəri, Natəvan küçəsi, ev 4, mənzil 16 ünvanında yerləşən mübahisəli mənzilə gəlin köçərək orada yaşaması və qeydiyyata düşməsi mənzilin mülkiyyətçisi X7 Məmmədovanın mübahisəli mənzilə köçməsinə razılığını ehtiva edir. Cavabdeh mübahisəli mənzilə Nadir Babayevin razılığı ilə köçməklə və həmin vaxtdan orada qeydiyyatda olmaqla istifadə hüququ yaranmışdır və hazırda da istifadə hüququ vardır. Cavabdeh mübahisəli mənzildən hər hansı səbəbdən yaşamaması və ya əmlaklarını həmin mənzildən götür məsi onun istifadə hüququnun xitamı üçün əsas ola bilməz.
21. Bundan əlavə, İddiaçı istinad etdiyi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsi hazırki münasibətlərə şamil edilə bilməz. Belə ki, həmin Məcəllənin 30.4.cü maddəsi 2009-cü ildən sonra yaranan münasibətləri tənzimləyir. Tərəflər arasında münasibətlər isə 2007-ci ildən yaranmışdır. Eyni zamanda İddiaçı izahatında qeyd etdiyi xüsusatlar da Cavabdeh yaşayış hüququnun məhdudlaşdırılması üçün əsas hesab edilə bilməz.
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni 2009-cu il oktyabrın 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 53, 123-cü, Mülki Məcəllənin 228.5, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. İddiaçı İddiaçı qətnamə dən apellyasiya şikayəti verib, qətnamənin ləğv, ilk iddia tələbinin təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.
24. Apelyasiya şikayətinin dəlilləri: - cavabdehin qeydiyyatda olduğu İsmayıllı şəhəri, Natəvan küçəsi, ev 4, mənzil 16 atası mərhum X4 ilə anasının birgə nikah dövründə order əsasında birgə istifadələrinə verilmişdir. Sonradan anasının da yazılı razılığı əsasında mənzil atasının adına qediyyatdan keçməklə atasının mülkiyyəti olmuşdur. Atası 01.04.2019-cu ildə ürək çatışmazlığından vəfat etmişdir. Atasının vəfatından sonra iddiaçı qanun üzrə vərəsə kimi mirası faktiki qəbul edərək mənzilə sahiblik və mənzildən istifadə edir; - bununla da iddiaçı qanun üzrə vərəsə kimi atasından miras qalan əmlakların, o cümlədən bu mənzilin mülkiyyətçisidir; - mənzil 16 dekabr 2 005-ci ildə mərhum atasınnı mülkiyyətinə keçib, cavabdeh mənzilə 14 fevral 2007-ci ildə gəlin gəlmiş, onunla yazılı razılaşma olmamışdır; - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarında göstərilib ki, yaşayış sahəsinə ehtiyac aradan qalxdığı təqdirdə, yaşayış sahəsinə istifadə hüququna kompensasiya verilmədən xitam verilə bilər.
25. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli 2(107)-989/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2(037)-150/2021 nömrəli qətnаməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı İsmayıllı şəhəri, Natavan küçəsi, ev 4, mənzil 16 ünvanında olan mənzilə istifadə hüququna xitam verilməsi tələ binə dair ilk iddiası və Cavabdeh İddiaçı qarşı İsmayıllı şəhəri, Natavan küçəsi, ev 4 olan mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Vəzirxan Məlikov, İmamverdi Şükürov)
26. Apellyasiya məhkəməsi ilk iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşmayaraq qeyd edib ki, birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini rədd etməkdə ümumilikdə düzgün nəticəyə gəlsə də, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.
27. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 11.1, 11.5, 228.1, 228.2-ci maddələrinə istinadən qeyd edib ki, göstərilən maddələrin tələblərinə əsasən Cavabdeh İsmayıllı şəhəri, Natavan küçəsin dəki, 4 saylı evin 16 nömrəli mənzilindən istifadə hüququnun əmələ gəlməsi üçün onunla mənzilin mülkiyyətçi arasında notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmalı idi. X9 İnventarlaşdırma Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 16 dekabr 2005-ci il tarixli 511 nömrəli qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətinə əsasən qeyd edilən mənzil mülkiyyət hüququ üzrə X1 adına qeydə alınmışdır.
28. Apellyasiya məhkəməsini mövqeyinə görə Cavabdeh mübahisəli mənzilə gəlin köçərkən mülkiyyətçi olan X4 ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlamamış, beləliklə də mənzildən istifadə hüququ əldə etməmişdir. Cavabdeh İsmayıllı şəhəri, Natavan küçəsindəki, 4 saylı evin 16 nömrəli mənzilindən istifadə hüququ mövcud olmadığından İddiaçı ona qarşı mən zilə istifadə hüququna xitam verilməsi tələbinə dair ilk iddiası təmin edilə bilməz.
29. Apellyasiya məhkəməsi Cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddiasına münasibət də qeyd edib ki, Cavabdeh mübahisəli mənzilindən istifadə hüququ mövcud olmadığından onun da qarşılıqlı iddiası təmin edilə bilməz.
30. Apellyasiya məhkəməsi göstərib ki, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin mənasına görə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa qanuni hüququ mövcud olduqda və ya hər hansı belə hüquq olmadan yaşayış sahəsini verən şəxsin iradəsi (razılığı) əsasında.
31. Apellyasiya məhkəməsinə görə qarşılıqlı iddia üzrə iddiaçı özü bütünlüklə hazırki iddia ilə m əhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmadığı halda bu iddia ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının subyektiv hüququ olmadığından onun hazırki iş üzrə iddia tələbinin qanuni əsası da yoxdur. Yаşаyış sаhəsinə pаspоrt qeydiyyаtınа аlınmа inzibаti аkt оlmаqlа, mənzilə isitfadə hüququnun verilməsi ilə nəticələnmir. Bu səbəbdən, Məmmədova X3 şəhəri, Natavan küçəsindəki, 4 saylı evin 16 nömrəli mənzilinə qeydiyyаtа аlınаrkən, о, həmin mənzildən istifаdə hüququ əldə etməmişdir. O, İddiaçı ilə ailə qurduqdan bir müddət sonra daimi yaşamaq üçün Abşeron rayonunun Mehdiabad qəsəbəsində inşa etdikləri fərdi yaşayış evinə köçmüş və orada yaşamışlar.
32. İsmayıllı şəhəri, Natavan küçəsindəki, 4 saylı evin 16 nömrəli mənzilinin 16 dekabr 2005-ci il tarixdən İdd iaçı atası – 01 aprel 2019-cu il tarixdə ölmüş X1 mülkiyyətində olması, cavabdeh X2 14 fevral 2007-ci il tarixdə İddiaçı ilə nikahlarını Göyçay rayon VVADQ şöbəsində 55 nömrə ilə qeydə aldırmaqla ailə qurub həmin mənzilə köçməsi, 2010-cu ildən onların daimi yaşamaq üçün Abşeron rayonunda inşa etdirdikləri fərdi yaşayış evinə köçmələri, həmin evdə 2017-ci ilədək ailə kimi yaşamaları, 08 iyun 2018-ci ildə tərəflərin nikahın pozulması, həmin vaxtdan cavabdeh X2 cehiz əşyalarını da, götürərək Göyçay rayonunda yerləşən atasına məxsus evə köçməsi, mənzilin mülkiyyətçisi X1 01 aprel 2019-cu il tarixdə ölməsi, onun ölümündən sonra mirası faktiki olaraq hazırki iş üzrə İddiaçı qəbul etməsi, cavabdeh X5 ilə X4 arasında mübahisəli mənzildən istifadə ilə bağlı hər-hansı bir müqavilənin bağlanılmaması işin mübahisəsiz hallarındandır.
33. Apellyasiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 158.1.2, 158.4, 228.1, 228.2, 228.4, 228.5, 1147.1, 1151.1, 1159.1.1 və 1243.1-1243.3-cü mаddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
34. Cavabdeh (vəkil X6) kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsi və İsmayıllı Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.
35. Kassasiya şikayətinin dəlilləri: -2009-cu il oktyabrın 1-dək, yəni tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələbinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ail ə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar; - mərhum qaynatası Nadir Babayev cavabdehi 2007-ci ildə qeydiyyata almaqla onu ailə üzvü kimi qəbul etmişdir; - cavabdehin qarşılıqlı iddianı verməkdə subyektiv hüququnun olmaması barədə apellyasiya məhkəməsini gəldiyi nəticə səhvdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
36. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
37. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.
38. Məhkəm ə kollegiyasının iclasında İddiaçı vəkili Nümayəndə kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hə r bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiy a baxışının hədləri
39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Cavabdeh (qarşılıqlı iddiaçı) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etsə də, şikayətin dəlillərindən və şikayətin sonunda xahişin məzmunundan görünür ki, qətnamə qarşılıqlı iddianın təmin edilməyən hissəsində mübahisələn dirilir. İlk iddianın təmin edilməməsindən isə kassaisya şikayəti yoxdur. Buna görə də məhkəmə kollegiyası qətnamə qarşılıqlı iddianın təmin edilməyən hissəsində yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə qanuni nəticəyə gəlmişdir.
43. Cavabdeh İsmayıllı şəhəri, Natəvan küçəsi, ev 4 ünvanında olan mənzilə köçürülməsini xahiş edib və tələbinin əsası kimi 2007-ci ildə həmin mənzilə mənzilin mülkiyyətçisi tərəfindən ailə üzvü kimi köçürülməsinə, mənzilə qeydiyyata alınmasına istinad edib. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh 2007-ci ildə mübahisəli mənzilə gəlin köçərkən mənzilin mülkiyyətçisi olan X4 ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlamamış, beləliklə də mənzildən istifadə hüququ əldə etməmişdir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən edilmiş halları tətbiq edilən Mülki Məcəllənin yuxarıda qeyd edilən 228.2-ci maddəsinin dispozitiv şərtləri baxımından qarşılıqlı iddianın təmin edilməsini istisna etdiyi üçün apellyasiya məhkə məsi düzgün nəticəyə gəlmişdir. Çünki qarşılıqlı iddianın təmin olunmasının yeganə qanuni şərti Cavabdeh 2007-ci ildə mübahisəli mənzilə gəlin köçərkən mənzilin mülkiyyətçisi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşmasının olmasıdır, belə bir razılaşma da olmamışdır. Cavabdehin 2007-ci ildə mənzilə mənzilin mülkiyyətçisi tərəfindən ailə üzvü kimi köçürülməsi, mənzilə qeydiyyata alınması isə qarşılıqlı iddianın təmin olunması üçün qanuni şərt deyil.
45. Məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə apellyasiya məhkəməsinin hazırki qərarın 29-33-cü bəndlərində qeyd edilən mövqeyi ilə razılaşır və hər hansı əlavə şərhə zərurət görmür. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya məhkəməsi qarşılıqlı iddia üzrə işin bütün hallarını araşdırmış, mübahisənin düzgün və qanuni həl li üçün mühüm əhəmiyyət daşıyan cavabdehin köçmək istədiyi mənzilin statusu, cavabdehin mənzilə köçməsi tarixi, cavabdehlə mənzilin mülkiyyətçisi arasında yazılı razılaşma olmaması və s. məsələlərə aydınlıq gətirmiş və mübahisəyə tətbiq edilməli olan maddi hüquq normaları baxımından düzgün qiymət vermişdir.
46. Məhkəmə kollegiyası mübahisəyə 2009-cu il oktyabrın 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin tətbiq edilməli olması barədə kassasiya şikayətinin dəlilini əsassız sayır. Çünki “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənz ildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə də cavabdeh mübahisəli mənzilə 2007-ci ildə köçmüş, həmin vaxt mənzil mülkiyyətdə olmuşdur. Buna görə də mübahisəyə 2009-cu il oktyabrın 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin normalarının tətbiq edilməsi istisna edilir.
47. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıd ır.
48. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli 2(107)989/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.