Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5634/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh x2nə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5634/21 (Açar sözlər: əmək mübahisələri) Bakı şəhəri, 26 oktyabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı, nümayəndəsi X1, vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh x2nə qarşı əmək mübahisələri tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-846/2021 saylı, 01.06.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkə mənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Mingəçevir şəhəri 1 saylı tam orta məktəbdə riyaziyyat-informatika müəllimi vəzifəsində çalışır. 06.07.2018-ci il tarixli 767 saylı əmrlə bir dəfə işdən azad olunmuşdu. Mingəçevir Şəhər Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(051)-2237/2018 saylı qətnaməsi ilə Mingəçevir şəhəri 1 saylı tam orta məktəbin 06.07.2018-ci il tarixli 767 saylı əmrin etibarsız hesab edilməsi, İddiaçı Mingəçevir şəhəri 1 saylı tam orta məktəbdə riyaziyyat-informatika müəllimi vəzifəsinə müddətsiz əmək müqaviləsi üzrə işə bərpa edilməsi qət edilmişdir. Eyni zamanda Mingəçevir Şəhər Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(051)-1129/2019 saylı qətnaməsi ilə İddiaçı 06.07.2018-ci il tarixdən başlayaraq Mingəçe vir şəhəri 1 saylı tam orta məktəbdə işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı hesablanıb ödənilməsi qət edilmişdir. O, məhkəmə qətnaməsi ilə işinə bərpa olunduqdan sonra onun aylıq əmək haqqı aşağı düşmüş, eyni zamanda məktəbdə sinif rəhbəri kimi əlavə haqq gətirən vəzifəsini də icra etməmişdir. Bu səbəbdən iddiaçı hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhər 1 saylı orta məktəbdə sinif rəhbəri və riyaziyyat-informatika müəllimi kimi 18 saatdan az olmayan dərs yükü ilə təmin olunması, əmək haqqının işə bərpa olunduğu gündən yeni vahid tarif cədvəlinə uyğun 11 dərəcə ilə hesablanmaqla ödənilməsi barədə qətnamə qəbul edil məsini xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər 1 saylı orta məktəbin 06 iyul 2018-ci il tarixli 767(p-5) saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 maddəsinin «d» bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(051)-2237/2018 saylı qətnaməsi ilə məktəbin əmri ləğv edilmiş, məktəbə riyaziyyat-informatika müəllimi vəzifəsinə müddətsiz əmək müqaviləsi üzrə bərpa edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli, 2( 107)2660/2018 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(051)-2237/2018 saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanıl mışdır. Əmək haqqı ödənilmədiyindən Mingəçevir Şəhər Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(051)-1129/2019 saylı qətnaməsi ilə 06 iyul 2018-ci il tarixdən başlayaraq Mingəçevir şəhər 1 saylı tam orta məktəbdə işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı hesablanıb ödənilməsi qət edilmişdir. O, işdən azad olunanadək tədris ilində əmək müqaviləsinə uyğun əmək funksiyası yerinə yetirərək vahid tarif cədvəlinə uyğun sinif rəhbərliyi və 18 saat dərs yükü ilə 11 dərəcə ilə əmək haqqı almışdır. Ancaq işə bərpa olunduqdan sonra məktəb ona 6 saat dərs vermiş və bildirilmişdir ki, işəbərpa qətnaməsi ilə işə qayıdanların dərs saatı bu şəkildədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2010-cu il tarixli 215 nömrəli “Təhsil müəssisələrinin pedaqoji işçilərini n dərs yükü normalarının müəyyən edilməsi haqqında” Qərarının 1-ci hissəsinin 2-ci abzasına əsasən bütün tipdən olan ümümtəhsil məktəblərdə, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 stavka dərs yükü-18 saat müəyyən edilmişdir. Baxmayaraq ki, o müddətsiz şərtlərlə müəllim kimi fəaliyyət göstərir, məktəb məhkəmə qətnaməsini nəzərə almayaraq ona müəyyən edilmiş 18 saatdan az olmayaraq dərs yükü ilə təmin etmir. Bundan əlavə, əmək haqqını vahid tarif cədvəlinə uyğun 11 dərəcə ilə hesablamır. Həmçinin onun diaqnostik qimətləndirməyə getməyinə imkan vermir. Bununla da onun yeni tarif cədvəlinə uyğun əmək haqqı almağına mane olur.
4. Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək, Mingəçevir şəhər 1 saylı orta məktəbdə sinif rəhbəri və riyaziyyatinformatika müəllimi kimi 18 saatdan az olmayan dərs yükü ilə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Mingəçevir Şəhər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 2(051)-195/2021 nömrəli qətnaməsi ilə (hakim H.Mirzəliyev) iddia rədd edilmişdir.
6. Birinci instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında müsabiqədən kənar müddətsiz əmək müqaviləsi bağlanmış, sonradan həmin müqaviləyə xitam verilsə də, Mingəçevir Şəhər Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(051)-2237/2018 saylı qətnaməsi ilə sözügedən əmr etibarsız hesab edilərək, iddiaçı əvvəlki işinə bərpa olunmuşdur.
7. Məhkəmə iddia tələbini rədd edərkən Təhsil Nazirliyinin 08 may 2018-ci il tarixli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Na zirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na istinad etmişdir.
8. Birinci instansiya məhkəməsi Təhsil Nazirliyinin sözügedən Qaydalarına əsasən hesab etmişdir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır.
9. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Şəki Apellyasiya Məhkəməsinin (hakimlər – A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) 01.06.2021-ci il tarixli, 2(107)-846/2021 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya icraatı zamanı verilmiş sorğuya cavabdeh məktəb 15.04.2021-ci il tarixli, 12 nömrəli məktubla cavab o laraq bildirmişdir ki, “Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. İddiaçı müəllilmlərin işə qəbulu müsabiqəsindən kənar işə qəbul edildiyinə görə Təhsil Nazirliyi onu diaqnostik qiymətləndirməyə buraxmamışdır. Müəssisələrdə işləyən müəllimlər arasında dərs bölgüsü “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli, 994 nömrəli Sərəncamın, “Azərbaycan Respublikası NK-nin dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik q iymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” 11.07.2016-cı il tarixli 270 nömrəli qərarına, “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin və ümumitəhsil fənlərini tədris edən digər pedoqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydalarının təsdiqi və diaqnostik qiymətləndirmənin keçirilməsi barədə” AR TN-nin 04.08.2017-ci il tarixli 236-1 nömrəli əmri ilə təsdiq edilmiş qaydalara uyğun aparılır. İddiaçı əvvəlcə işə müəllimlərin işə qəbulu müsabiqəsindən kənar, yəni mərkəzləşdirilmiş müsabiqə yolu ilə qəbul olunmamış, sonradan da məhkəmə qərarı ilə bərpa olunmuşdur. Bu səbəbdən də diaqnos tik qiymətləndirmədən keçməmişdir. İddiaçı mövcud “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılma qaydalarına” əsasən diaqnostik qiymətləndirmədə iştirak etmədiyindən təhsil müəssisəsində dərs bölgüsü zamanı minimum dərs yükü ilə (6 saat) təmin edilmişdir.
12. Apellyasiya Məhkəməsi hesab etmişdir ki, cavabdeh yuxarıda qeyd olunan qaydalara riayət etməklə, məsul şəxs kimi iddiaçını əvvəlki vəzifəsinə bərpa etməklə yanaşı, minimum dərs yükü ilə təmin etmişdir. Cavabdehə bu qaydalardan kənara çıxmağa əlavə səlahiyyət verilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. İddiaçı qeyd etmişdir ki, məktəbdə ondan başqa, 24, 33 saat dərs yükü olan riyaziyyat-informatika, 20, 21, 25, 26 saat dərs yükü olan riyaziyyat müəllimləri var ki, cavabdeh ədalətli və qanunauyğun dərs bölgüsü apararsa, iddiaçı da tələb olunan 1 stavka (18 saat) dərslə təmin oluna bilər. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçı və vəkili Mediyev Dərgah Hüseyn oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Cavabdeh məhkəmə icl asının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası:
18. Maddə
35. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə
88. M əhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
23. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
24. Maddə 9, d) bəndi. Əmək müqaviləsi üzrə işçi qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ var. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin f aktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi mübahisəni həll edərkən iddiaçının tələbinin qanuni əsaslarını tapmağa cəhd göstərməmiş, apellyasiya şikayətinin dəlillərini aydınlaşdırmamış, onlara qiymət verməmiş, çıxarmış olduğu qətnaməni cavabdehin təqdim etdiyi etiraz ın dəlilləri ilə əsaslandırmışdır.
26. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı Mingəçevir şəhəri 1 saylı tam orta məktəbdə riyaziyyat-informatika müəllimi vəzifəsində çalışır. O, cavabdehin 06.07.2018-ci il tarixli 767 saylı əmrilə bir dəfə işdən azad olunmuşdu. Mingəçevir Şəhər Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(051)-2237/2018 saylı qətnaməsi ilə həmin əmr ləğv olunaraq iddiaçı əvvəlki işinə bərpa olunmuşdur. Lakin, o, məhkəmə qətnaməsi ilə işinə bərpa olunduqdan sonra onun aylıq əmək haqqı aşağı düşmüş, eyni zamanda məktəbdə sinif rəhbəri kimi əlavə haqq gətirən vəzifəsini də icra etməkdən məhrum olmuşdur.
27. İddiaçı nə istəyir?. İstəyir ki, məhkəmə qətnaməsi ilə işinə bərpa olunanadək gördüyü işi və əmək haqqı ona verilsin. O, bildirir ki, hal-hazırda cəmi 6 saat iş yükü ilə təmin olunmuşdur və aylıq əmək haqqı 120 manat təşkil edir. Həyat yoldaşı Vətən müharibəsi iştirakçısıdır, döyüşlərdə iştirakına görə medallarla təltif olunub, öhdəsində iki azyaşlı uşağı var və onların maddi tələbatını qarşılaya bilmir.
28. İşə baxan Apellyasiya Məhkəməsi iddiaçının məhkəmə qətnaməsi ilə işə bərpa olunanadək nə qədər əmək haqqı alması ilə bağlı dəlilini, o cümlədən qətnamə icra edilmişdirsə, iddiaçının əvəlki əmək haqqından hansı əsaslarla məhrum olunduğunu araşdırmamışdır.
29. İddiaçı qətnamə ilə əvvəlki işinə bərpa olunmuşdursa onun bütün hüquqları bərpa edilməli idi, o cümlədən gördüyü iş və aldığı əmək haqqı.
30. İşə bərpa olunma barədə qətnamənin icrası təkcə işçinin əvvəlki işinə bərpası demək deyil, həm də onun əvvəlki hüquqlarının (gördüyü işi və əmək haqqını almaq) bərpası deməkdir.
31. Mingəçevir Şəhər Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(051)2237/2018 saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Əmək haqqı ödənilmədiyindən Mingəçevir Şəhər Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(051)1129/2019 saylı qətnaməsi ilə 06 iyul 2018-ci il tarixdən başlayaraq Mingəçevir şəhər 1 saylı tam orta məktəbdə işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı hesablanıb ödənilməsi qət edilmişdir.
32. Apellyasiya Məhkəməsi qeyd olunan qətnamə əsasında əmək haqqının hansı qaydada hesablanaraq ödənilməsini aydınlaşdırdımamışdır. Qətnamə əsasında tutulan əmək haqqının və iş yükünün birdən-birə hansı səbəblərdən aşağı salınmasını, belə dəyişikliyin əsaslı olub-olmamasına qiymət verməmişdir. Hansı ki, iddiaçı haqlı olaraq hesab edir ki, onun iş yükünün və əmək haqqının azaldılmasının səbəbi məhz məhkəmə qətnaməsi ilə işə bərpa olunması olmuşdur.
33. İşə baxan məhkəmələr bu məsələyə daha həssas yanaşmalı və araşdırmalıydılar. Dövlətin adından çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə qətnaməsindən sonra işə bərpa olunan işçinin iş yükü, əmək haqqı digərləri ilə müqayisədə kəskin azaldılır, müəllimlərin işə qəbulu müsabiqəsindən kənar, yəni mərkəzləşdirilmiş müsabiqə yolu ilə işə qəbul olunmaması əsası ilə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə çağırılmır (hansıki iddiaçı bunu arzu edir).
34. İşçinin öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etməsi onun Konstitusion hüququdur və heç kəs bu hüquqdan məhrum edilə bilməz. Qətnamə icra edildikdən sonra işçini bilərəkd ən yenidən çıxılmaz vəziyyətə salmaqla məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirmək təəssüfündən çıxış edərək işə baxan məhkəmələr bu halı diqqətlə yoxlamağa borclu idilər.
35. Apellyasiya Məhkəməsinin sorğusuna cavab məktubunda cavabdeh bildirmişdir ki, İddiaçı müəllimlərin işə qəbulu müsabiqəsindən kənar işə qəbul edildiyinə görə Təhsil Nazirliyi onu diaqnostik qiymətləndirməyə buraxmamışdır. Bu hal özü iddiaçıya münasibətdə ayrı-seçkiliyə yol verilməsinin etirafıdır. 36. “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması” Qaydalarının 3.1.1-ci maddəsinə əsasən, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində (ibtidai, ümumi orta və tam orta məktəblər, ümumtəhsil internat məktəbləri və istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər) və xüsusi tipli ümumi təhsil müəssisələrində (xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəbləri) əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri diaqnostik qiymətləndirilməyə cəlb olunur.
37. Həmin Qaydaların 7.3-cü maddəsinə əsasən, yerli təhsili idarəetmə orqanları və təhsil müəssisələrinin rəhbərləri müəyyənləşdirilmiş vaxtda müəllimlərin diaqnostik qiymətləndirilmədə iştirakının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi üçün birbaşa məsuliyyət daşıyırlar.
38. Gör ündüyü kimi, Qaydalar müsabiqədənkənar işə qəbul olunmuş müəllimlərlə bağlı istisna müəyyən etməmiş, orada əmək müqaviləsi əsasında işləyən müəllimlərin hamısının diaqnostik qiymətləndirməyə cəlb edilməsi nəzərdə tutulmuşdur.
39. İddiaçı orta məktəbdə müəllim vəzifəsində çalışırsa, onun bu vəzifəyə yararlılığı qanunvericilik qaydasında istisna olunmayıbsa, işçinin hansı əsasla, kim tərəfindən işə qəbul edilməsi əhəmiyyət kəsb etmir. Həmin əsasla iş yükündə, peşəkarlığının inkişafında və əmək haqqının artırılmasında fərqli münasibət ayrı-seçkiliyə yol verilməsi kimi qiymətləndirilməlidir. 40. “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2010-cu il tarixli Qərarı ilə bütün tipdən olan ümu mtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 (bir) stavka dərs yükü – 18 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır), idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 (bir) stavka dərs yükü - 12 saat (bu zaman həftəlik dərs yükü 3 (üç) stavkanı aşmamalıdır) müəyyən edilmişdir.
41. Göründüyü kimi, Qərarda 6 saat dərs yükü nəzərdə tutulmamışdır ki, bununla da, apellyasiya instansiyası məhkəməsi iddiaçının 6 saat dərs yükü ilə işləməsini cavabdehin etirazında qeyd olunanlarla əsaslandırmaqla yanlışlığa yol vermişdir. Məhkəməyə lazım gəlirdi ki, cavabdehin etirazında istinad etdiyi qanunvericilik aktlarını dəqiqliklə öyrənib onların mahiyyəti və məqsədl ərini düzgün şərh etsin.
42. Mingəçevir şəhəri 1 saylı tam orta məktəb Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisəsidir. Nazirlər Kabinetinin Qərarına və Təhsil Nazirliyinin müəyyən etdiyi Qaydalara əsasən İddiaçı müvafiq icra hakimiyyəti orqanları tərəfindən diaqnostik qiymətləndirilməyə cəlb olunmalı idi. Hətta, belə qiymətləndirmə keçirilmədən onun aylıq 120 manat əmək haqqı müqabilində işləməsi Azərbaycan Respublikası Konstitusiyasına (35-ci maddə) və Əmək Məcəlləsinin müvafiq normalarına (9-cu maddə) ziddir.
43. İşə yenidən baxarkən Apellyasiya Məhkəməsi hazırkı qərarda qeyd olunanlarla bağlı ardıcıl olaraq hüquqi dəyərləndirmələr aparmalıdır. İlk növbədə məhkəmə qətnaməsi əsasında işə bərpa olunmuş şəxsin əmək haqqı və iş yükündə kəskin azalmanın səbəbləri, belə aza lmanın qanunvericiliyin tələblərinə əməl etməklə aparılıbaparılmaması, cavabdehin etirazında qeyd olunan diaqnostik qiymətləndirməyə cəlb edilmənin kimin vəzifəsi olması, iddiaçıya münasibətdə belə bir təklifin edilib-edilməməsi, ümumiyyətlə, belə qiymətləndirmənin hazırkı mübahisə ilə əlaqəsinin olub-olmaması, iddiaçının müəllimlərin işə qəbulu müsabiqəsindən kənar müəllim vəzifəsinə təyin edilməsinin hazırkı mübahisəyə, qiymətləndirməyə hansı təsirinin olması, məktəbdə analoji vəzifəni tutan müəllimlərin iş yükü və əmək haqqları ilə müqayisədə ədalətli tarazlığa riayət edilib-edilməməsi və s. zəruri hallar aydınlaşdırıldıqdan sonra yekun qərar qəbul edilməlidir.
44. Məhkəmə kollegiyası bir məsələni də qeyd etməyi zəruri hesab edir. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarının birində iddi açının gələcəkdə iş yükü ilə təmin olunması imkanları barədə vədlər vermiş, bunu təhsil ilinin əvvəlində həll edilməsinin mümkünlüyünü qeyd etmişdir (məhkəmə iclas protokolundan). Lakin, hazırda da mübahisə həllini tapmamışdır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının həyat yoldaşı Vətən müharibəsinin iştirakçısıdır, medallarla təltif edilmiş və iki azyaşlı uşaqları var. Orta məktəb gənc nəslin təlim-tərbiyəsi və təhsilinin inkişafına xidmət edir, gənclərin vətənpərvərlik ruhunun yüksək olmasına xidmət edir. Hamıya bəlli olan indiki vaxtda (Vətən müharibəsindən sonrakı dövrdə) cavabdeh təşkilat tərəfindən bu məsələyə daha həssas yanaşılmalı, mübahisənin məhkəmə müstəvisinə çıxmaması üçün təbrilər görülməli idi. Gənc nəslin tərbiyəsi və təhsili ilə məşğul olan təşkilat vətən müharibəsi iştir akçısının ailəsinə daha diqqətlə yanaşmalı idi. Çünki, bu hal təkcə bir ailənin probleminə münasibət deyil, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına əsaslı təkan verən bir hadisədir. Ona görə, işə yenidən baxılarkən məhkəmə tərəflərə mübahisəni barışıqla həll olunmasını təklif etməli, buna çalışmalı, belə həll yolunun daha səmərəli və effektli olmasını onlara izah etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.3. maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər.
45. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etm ədiyi üçün qətnamə ləğv olunmalı, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-846/2021 saylı, 01.06.2021-ci il tarixli qətnaməsi ləğv olunsun, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova