Məhkəmə qərarları › İş №2(102)-5635/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5635/2021

23.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5635/2021 23.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iddia üzrə ddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh1 qarşı, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin boşaldılması, torpaq sahəsinin abadlaşdırılmasına görə verdiyi pulun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızının vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 may 2021-ci il tarixli, 2(107)772/2021 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı, İddiaçı5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Qax Rayon Aqrar İslahat Komissiyasının 30.07.1998-ci il tarixli 08 nömrəli qərarı ilə 1.91 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı2 Hümmət qızı, X3, X2 və İddiaçı5 mülkiyyətinə verilmiş, bu barədə torpağa mülkiyyət hüququna dair JN-0007 KOD 40311018 saylı dövlət aktı tərtib olunmuşdur.

2. Cavabdeh1la İddiaçı1 arasında 11.10.2002-ci il tarixdə torpaq sahəsinin alğısatqısı barədə X4 akt tərtib olunmuşdur. Lakin sonradan torpaq sahəsinin alğı-satqısı ilə bağlı mübahisə yarandığına görə Cavabdeh1 alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş, Qax Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı1 ilə Cavabdeh1 arasında Qax rayonu Qanlıqobu adlanan ərazidə yerləşən JN 0007 KOD 40311018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə 10665.18 kv.m. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alğısatqısına dair 11.10.2002-ci il tarixdə X4 bağlanmış müqavilə bağlanmış hesab edilmişdir.

3. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 noyabr 2017-ci il tarixli 2(107)-2102/2017 saylı qətnaməsi ilə Qax Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2018-ci il tarixli, 2(102)-1977/2018 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş baxılması üçün yenidən həmin məhkəməyə göndərilmişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyun 2018-ci il tarixli 2(107)-1522/2018 saylı qətnaməsi ilə Qax Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli, 2(024)-709 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi”nə dair iddiası rədd edilmi şdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli, 2(102)-7064/2018 saylı qərarı ilə Cavabdeh1 oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı, İddiaçı5 iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 onlara məxsus olan Qax rayonunda yerləşən 1.91 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin boşaldılaraq onlara təhvil verilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmi şlər.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qax Rayon Aqrar İslahat Komissiyasının 30.07.1998-ci il tarixli 08 nömrəli qərarı ilə onların mülkiyyətinə verilmiş 1.91 ha torpaq sahəsinin 10665,18 kv.m. hissəsi 11.10.2002-ci il tarixli müqaviləyə əsasən cavabdehin icarəsinə verilmişdir. Cavabdehin onlara qarşı həmin torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin bağlanması tələbinə dair iddiası nəticə etibarilə təmin olunmamışdır. Mübahisəli torpaq sahəsi üzərində hüquqlara qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə münasibət bildirilmişdir. Lakin buna baxmayaraq cavabdeh həmin torpaq sahəsindən könüllü olaraq çıxmaq istəmir və bunun da nəticəsində iddiaçıların qanunla qorunan hüquqları kobud şəkildə pozulur. Mülkiyyətlərində olan torpaq sahəsindən təyinatı üzrə istifadə edib xeyli gəl ir əldə edə bilmək hüququ olduğu halda, cavabdehin özbaşınalığı ucbatından bunu faktiki həyata keçirə bilmirlər. Cavabdeh qanunsuz olaraq həmin torpaqdan illərdir ki, saysız-hesabsız gəlir əldə edir. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində ciddi sıxıntılara məruz qalmışlar. Buna görə də cavabdeh onlara məxsus olan mübahisəli torpaqdan çıxarılmalı və torpaq sahəsi boşaldılaraq onlara təhvil verilməli, son iki il ərzində qanunsuz və iradəsi ziddinə istifadə etdiyi torpaq sahəsindən gəlir olaraq əldə etiyi 34.200 manat cavabdehdən alınaraq onlara verilməlidir.

7. İddiaçılar məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək Cavabdeh1 onlara məxsus olan Qax rayonunda yerləşən 10665.18 kv.m. torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq onlara təhvil verilməsi və son iki il ərzində qanunsuz və iradələri ziddinə istifadə etdiyi torpaq sahəsindən gəlir olaraq əldə etiyi 34.200 manat məbləğin ondan alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

8. Cavabdeh Cavabdeh1 isə İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı və İddiaçı5 qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunması, İddiaçı1, X1, Ramazanova (Hətəmova) Günay Nəriman qızından, Sadıqova (Hətəmova) Məryət Nəriman qızından və İddiaçı5 onun xeyrinə 11 oktyabr 2002-ci il tarixində torpaq sahəsinə görə verdiyi 1.000.000 (bir milyon) manat, yəni 10.000 (on min) manat pulun geri qaytarılması, hər biri 200 (iki yüz) manat olma qla 180 (bir yüz səksən) ədəd fındıq ağacına görə 36.000 (otuz altı min) manat, hər biri 100 (bir yüz) manat olmaqla 10 (on) ədəd qoz ağacına görə 1.000 (bir min) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ailə üzvləri ilə mülkiyyətində olan torpaq sahəsini ailə üzvlərinin razılığı ilə 11 oktyabr 2002-ci il tarixdə həmin vaxt qüvvədə olan pul vahidi ilə 1.000.000 manat müqabilində ona satmışdır. Lakin sonradan iddiaçı notariat kontoruna gəlmədiyindən torpaq sahəsinə dair aralarında bağlanmış alğı-satqı müqaviləsini rəsmiləşdirə bilməmişlər. Sözügedən torpaq sahəsini İddiaçı1 11 oktyabr 2002-ci ildə aldığı müddətdən indiyə kimi 180 (bir yüz s əksən) ədəd fındıq ağacı, 10 (on) ədəd qoz ağacı bazardan alaraq həmin torpaq sahəsində əkib böyütmüşdür. Həmin torpaq sahəsini 11 oktyabr 2002-ci il tarixdə alanda torpaq sahəsi boş olmuş, torpaqda bir ədəd olsun belə ağac olmamışdır. O, ağaclara qulluq etmək üçün su xəttlərinin çəkilməsi və eyni zamanda ağaclara müxtəlif qurd və ya digər bitki məhv edən həşəratlar əleyhinə olan dərmanlar alaraq gündəlik qulluq göstərmişdir. Eyni zamanda ağacların diblərinin yumşaldılması, budanması və s. kimi işləri gördürmək üçün o və ailə üzvləri zəhmət sərf etmişdir və indi də edirlər. İddiaçılardan onun xeyrinə 11 oktyabr 2002-ci il tarixində torpaq sahəsinə görə verdiyi 1.000.000 manat, yəni 10.000 (on min) manat pulun, hər biri 200 manat olmaqla 180 ədəd fındıq ağacına görə 36.000 manat, hər biri 1 00 manat olmaqla 10 ədəd qoz ağacına görə 1000 manat pul alınaraq ona ödənilməlidir. Alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsi 30.10.2018-ci il tarixli, 2(102)-7064/2018 saylı qərarında da qeyd etmişdir ki, o mübahisəli torpaq sahəsində əkdiyi ağacların və oranı yararlı hala salmaq üçün çəkdiyi məsrəflərin əvəzini geri tələb edə bilər.

10. Qax Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 2(024)-250/2019 saylı qətnaməsi ilə (hakim M.İ.Qarayev) ilkin iddia qismən təmin edilərək, Cavabdeh1 JN-0007 KOD 40311018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı, İddiaçı5 ümumi birgə mülkiyyətində ola n 10665.18 kv.m. torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq iddiaçılara təhvil verilməsi, son iki il ərzində qanunsuz istifadə etdiyi torpaq sahəsindən gəlir olaraq əldə etdiyi 20480 manat məbləğin Cavabdeh1 alınaraq iddiaçılara verilməsi, ilkin iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Həmçinin qarşılıqlı iddia qismən təmin edilərək, İddiaçı1, X1, Ramazanova (Hətəmova) Günay Nəriman qızından, Sadıqova (Hətəmova) Məryət Nəriman qızından və İddiaçı5 Cavabdeh1 xeyrinə 180 ədəd fındıq ağacına görə 18000 və 10 ədəd qoz ağacına görə 1500 manat olmaqla, cəmi 19500 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq Cavabdeh1 ödənilməsi, qarşılıqlı iddianın qalan hissəsinin rədd edilməsi, iş üzrə 50 (əlli) manat ekspertiza xərcinin ilkin iddia üzrə id diaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, X1, Ramazanova (Hətəmova) Günay Nəriman qızından, Sadıqova (Hətəmova) Məryət Nəriman qızından və İddiaçı5 birgə qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, qətnamənin eyni vaxtda icra edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilkin iddianın cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılmasına dair hissəsi təmin edilməlidir. İddia tələbinin cavabdehin son iki il ərzində qanunsuz və iradəsi ziddinə istifadə etdiyi torpaq sahəsindən gəlir olaraq əldə etdiyi 34.200 manat məbləğin alınaraq onlara verilməsinə dair hissəsi üzrə məhkəmə "xxxx" MMC-nin verdiyi məktuba və iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə istinad edərək mübahisənin ədalətli həll edilməsi üçü n 180 ədəd fındıq kolunun hər birindən əldə olunan məhsulun orta hesabla 12 kq hesablanaraq 180 ədəd fındıq ağacı x 12 kq fındıq=2160 kq fındıq və fındığı orta bazar dəyəri 4.50 manat x 2160 kq fındıq məhsulu=9720 manat x 2 mövsüm=19440 manat, 10 ədəd məhsuldarlığı 10 ədəd qoz ağacı x 13 kq qoz məhsulu =130 kq qoz məhsulu x 4 manat = 520 manat x 2 mövsüm=1040 manat məbləğində müəyyən edilməsini əsaslı hesab etmişdir.

12. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin alğı-satqı zamanı ödənilmiş pul tələbi ilə bağlı qeyd etmişdir ki, cavabdehin alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə iddia tələbi təmin edilmədiyi üçün tələbin həmin hissəsi əsassızdır. Qarşılıqlı iddia tələbinin mübahisəli torpaq sahəsində cavabdehin ağaclarla bağlı hissəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə istinadla bildirmişdir ki, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Ona görə də, məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə 180 ədəd məhsuldarlığı 10-15 kq olan fındıq topasının (kolu) orta bazar dəyəri 18000 manat, 10 ədəd məhsuldarlığı 13 kq olan qoz ağacının orta bazar dəyəri 1500 manat təşkil etməsi müəyyən edildiyindən məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 152.2, 152.5, 157.2, 157.4, 157.7, 164.1, 165.1, 372, 373, 375, 384.0.4, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsini 111-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instan siyası məhkəməsindəki birinci icraat

14. İddiaçılar da apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilkin iddianın tam təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsini xahiş etmişlər.

15. Cavabdeh1 da həmin qətnamədən apellyasiya şikayəti verərək ilkin iddianın təmin olunan hissəsində ləğv edilməsi, həmin hissədə ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etmişdir.

16. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyun 2020-ci il tarixli, 2(107)-748/2020 saylı qətnaməsi ilə (hakimlər G.Q.Abbasov (sədrlik edən və məruzəçi), M.M.Hüseynov və R.R.Rəfiyev) iddiaçılar tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni qətnamənin nəticə hissəsində “qətnamə eyni anda icra edils in” cümləsinə aid hissədə ləğv edilmiş və “qətnamə eyni anda icra edilsin” cümləsi qətnamədən xaric edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, cavabdehin аpellyаsiyа şikаyəti təmin edilməmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə ümumən razılaşmış və hesab etmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçıların mülkiyyətindədir, həmin torpaq sahəsindən cavabdeh hazırda qanunsuz olaraq istifadə edir, iddiaçıların mülkiyyətlərində olan torpaq sahəsindən cavabdehin çıxarılması barədə iddiaları qanuni və əsaslıdır, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçılarla c avabdehin arasında sözügedən torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin bağlanmadığı müəyyən edilmişdir. Belə olan halda iddiaçıların torpaq sahəsini 2002-ci ildə 15 il müddətinə cavabdehə icarəyə vermələri haqqında bildirdikləri əsaslı hesab edilməlidir. Çünki, cavabdeh bunun əksini sübut edə bilmir. İddiaçıların bildirdiyinə görə 2017-ci ildə icarənin müddəti bitmiş, həmin vaxtdan cavabdehlə aralarında məhkəmə mübahisələri başlamışdır. İşin gerçək hallarından görünür ki, cavabdehin “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” haqqında iddiası Qax Rayon Məhkəməsində 2017-ci ildə qaldırılmışdır. Deməli, həmin vaxtdan cavabdeh iddiaçılara məxsus torpaq sahəsindən istifadəsinin qanunsuz olduğunu bilmişdir. Ona görə də iddiaçıların həmin torpaq sahəsindən cavabdehin son iki ildə götürdüyü gəlirləri tələb etmələri barədə iddiaları Mülki Məcəllənin 157.5-ci maddəsinə uyğun olaraq qanuni və əsaslıdır.

19. Apelyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbi qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə də razılaşmış, hesab etmişdir ki, birinci instansiya məhkməsinin bu hissədə də gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları düzgün təbiq edilmişdir.

20. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

21. Azərbaycan Respublikası Ali Məhkəməsin Mülki Kollegiyası nın 25 yanvar 2021-ci il tarixli, 2(102)-102/2021 saylı qərarı ilə (hakimlər A.Q.Hüseynov (sədrlik edən və məruzəçi Ə.G.Nurməmmədov və İ.K.Xəlilov) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyun 2020-ci il tarixli, 2(107)-748/2020 saylı qətnaməsi qismən – ilkin iddia tələbi üzrə 20480 manat pulun tutulması hissəsində ləğv edilmiş və həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.

22. Kassasiya instansiyasının mövqeyinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddia tələbi üzrə 20480 manat pulun tutulması hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İşə baxmış həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi həmin hissədə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.5-ci maddəsinə istinad etsələr də, həmin maddəni mübahisəyə düzgün tətbiq etməmişlər. e) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

23. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 may 2021-ci il tarixli, 2(107)-772/2021 saylı qətnaməsi ilə (hakimlər A.A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və M.A.Əsədli) Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilmiş, Qax Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(024)-250/2019 nömrəli qətnaməsi qismən - “son iki il ərzində qanunsuz istifadə etdiyi torpaq sahəsindən gəlir olaraq əldə etdiyi 20480 (iyirmi min dörd yüz səksən) manat məbləğin ilkin iddia üzrə Cavabdeh1 alınaraq iddiaçılara verilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, ilkin iddia tələbi bu hissədə təmin edilməmişdir.

24. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi ilkin iddia tələbi üzrə 20480 manat pulun tutulması hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İşə baxmış birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.5-ci maddəsinə istinad edərək gəldiyi nəticə ilə razılaşmayaraq, hesab etmişdir ki, qeyd olunan maddənin məzmununa əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gə lirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. Vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

25. İddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı, İddiaçı5 kass asiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ali Məhkəmə öz qərarında Mülki Məcəllənin 157.5-ci maddəsinin bu mübahisəyə düzgün tətbiq edilməməsi dedikdə, yalnız 2017-2018-ci illəri nəzərdə tutmuşdur. Hesab edir ki, mübahisənin bu hissəsi “kompensasiya institutu” ilə əlaqəli qiymətləndirilməli və anoloji olaraq həmin institutdan irəli gələn məsələlər bu mübahisəyə tətbiq olunmalıdır. Yəni hazırki məhkəmə mərhələsində iddianın ziyanla bağlı hissəsi dəyişdirilərək, dəymiş ziyan 2019-2020-ci illər üzrə hesablanma lıdır. Göründüyü kimi cavabdeh qeyd olunan torpaq sahəsindən çıxmamaqla əsassız yerə həmin torpaqdan bəhər (qazanc) əldə edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə iclasında iddiaçıların vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi.

29. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ var dır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs o na vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə

152. Mülkiyyət hüququnun anlayışı və mə zmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə

157. Mülkiyyətin müdafiəsi 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Kassasiya baxışının hədləri

32. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

33. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiya sı məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin “alqı- satqı müqaviləsinin bağlanmış hesab edilməsi” haqqında iddia ilə Qax Rayon Məhkəməsində iddia qaldırmaqla həmin vaxtdan mübahisəli torpaq sahəsindən istifadəsinin qanunsuz olduğunu bildiyi barədə Mülki Məcəllənin 157.5-ci maddəsinə uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, cavabdeh 2017-ci ildə məhkəmədə qaldırdığı iddia ərizəsini onunla əsaslandırmışdır ki, əslində 2002-ci ildə mübahisəli torpaq sahəsini əvəzli şəkildə iddiaçılardan əldə etmiş və həmin dövrdən əmlaka fasiləsiz və etirazsız sahiblik etmişdir. Həmin iddia ilkin olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış, yalnız kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilib yeni baxışa göndərildikdən sonra Şəki Apellyasiya Məhkəməsinin 1 3.06.2018-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş və sonuncu qətnamə Ali Məhkəmənin 30.10.2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin məhkəmələr iddianı Cavabdeh1 tələbini təsdiq edən sübut kimi məhkəməyə təqdim etdiyi aktın kserosurət olması, həmçinin həmin tarixdə torpaq mülkiyyətçilərindən bir neçəsinin yetkinlik yaşına çatmadığı və həmin şəxslərin mübahisəyə baxılarkən işə cəlb olunmadığı ilə əsaslandırmışlar. Bu baxımdan məhz cavabdehin təşəbbüsü ilə başlanmış və cavabdehlərin (hazırkı iş üzrə iddiaçların) torpağın qanunsuz sahiblikdən qaytarılması barədə tələb irəli sürmədikləri həmin mülki işə istinadla cavabdehin 2017-ci ildən mübahisəli torpaq sahəsi üzərində sahibliyinin qanunsuz olduğunu bildiyi barədə birmənalı qənaət Mülki Məcəllənin 157.5-ci maddəsinə uyğun hesab edilə bilməz.

38. Əmlakın başqasının sahibliyindən geri qaytarılması barədə iddialarla yanaşı, cavabdehin götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılması və ya əvəzinin ödənilməsi tələbi də irəli sürümüşdürsə, mübahisənin həlli üçün ilk növbədə əmlakı istifadə edən şəxsin sahibliyinin qanunsuz olduğunu bilib (vicdansız sahib), bilmədiyi (vicdanlı sahib), habelə vicanlı sahibin bu barədə nə vaxtdan məlumatlı olduğu, yaxud mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini nə vaxt aldığı aydınlaşdırılmalıdır.

39. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdehin iddiaçılara məxsus əmlakdan 2002-ci ildən qarşılıqlı razılıq əsasında istifadə etməsi işin mübahisə olunmayan halıdır. İddiaçılar mübahisəli torpaq sahəsini həmin ildə cavabdehə 15 i llik icarəyə verdiklərini, cavabdeh isə torpaq sahəsini əvəzli şəkildə əldə etdiyini (aldığını) bildirir.

40. Birinci instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçılarla cavabdehin arasında sözügedən torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin bağlanmadığı müəyyən edildiyi halda iddiaçıların torpaq sahəsini 2002-ci ildə 15 il müddətinə cavabdehə icarəyə vermələri haqqında bildirdikləri əsaslı hesab edilməlidir. Çünki, cavabdeh bunun əksini sübut edə bilmir.

41. Məhkəmə, həmçinin hesab etmişdir ki, iddiaçıların bildirdiyinə görə 2017-ci ildə icarənin müddəti bitmiş, həmin vaxtdan cavabdehlə aralarında məhkəmə mübahisələri başlamışdır. Cavabdehin “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” haqqında iddiası Qax Rayon Məhkəməs ində 2017-ci ildə qaldırılmışdır və həmin vaxtdan cavabdeh iddiaçılara məxsus torpaq sahəsindən istifadəsinin qanunsuz olduğunu bilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçıların həmin torpaq sahəsindən cavabdehin son iki ildə götürdüyü gəlirləri tələb etmələri barədə iddiaları əsaslıdır.

42. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən müqavilə müddəalarında və maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması üçün iddia tələbinin qanuni əsasını təşkil edən müqavilə və ya qanun normalarının, o cümlədən, mübahisəyə tətbiq edilməli olan digər maddi hüquq normalarının müəyyənləşdirilməsi vacib əhəmiyyətə malikdir.

43. Baxılan iş üzrə cavabdeh mübahisəli torpaq sahəsinin icarəyə verildiyi faktını etiraf etmədiyi (mübahisələndirdiyi) üçün həmin halı sübut etmək yükü iddiaçı tərəfin üzərində olmuşdur. Cavabdehin iştirak etdiyi başqa mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə tərəflər arasında torpaq sahəsinin alqı-satqısına dair etibarlı müqaviləninin bağlanmadığının müəyyən edilməsi də iddiaçıları bu halı sübut etmək yükündən azad etmir. Çünki tərəflər arasında alğı-satqı müqaviləsinin bağlanmaması mübahsəli sahənin icarəyə verildiyi barədə birmənalı qənaət üçün əsas ola bilməz. Buna baxmayaraq bir inci instansiya məhkəməsi MPM-in 77.1-ci maddəsinin tələbini pozaraq, torpaq sahəsinin 15 illik müddətə icarəyə verilmədiyini sübut etmək yükünü cavabdehin üzərinə qoymuş, iddiaçı tərəfin hər hansı sübut təqdim etməməsinə baxmayaraq istinad olunan əsasla həmin halı sübuta yetirilmiş hesab etmiş və yalnız iddiaçıların bildirdiyi əsasında 2017-ci ildə icarənin müddəti bitdiyi barədə qənaətə gəlmişdir.

44. Eyni zamanda birinci instansiya məhkəməsi cavabdehin “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” haqqında iddia ilə Qax Rayon Məhkəməsində iddia qaldırmaqla həmin vaxtdan mübahisəli torpaq sahəsindən istifadəsinin qanunsuz olduğunu bildiyi barədə Mülki Məcəllənin 157.5-ci maddəsinə uyğun olmayan nəticəyə gəlmişdir.

45. Belə ki, cavabdeh 2017-ci ildə məhkəmədə qaldırdığı iddia ərizəs ini onunla əsaslandırmışdır ki, əslində 2002-ci ildə mübahisəli torpaq sahəsini əvəzli şəkildə iddiaçılardan əldə etmiş və həmin dövrdən əmlaka fasiləsiz və etirazsız sahiblik etmişdir. Həmin iddia ilkin olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış, yalnız kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilib yeni baxışa göndərildikdən sonra Şəki Apellyasiya Məhkəməsinin 13.06.2018-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş və sonuncu qətnamə Ali Məhkəmənin 30.10.2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

46. Bu baxımdan məhz cavabdehin təşəbbüsü ilə başlanmış və cavabdehlərin (hazırkı iş üzrə iddiaçların) torpağın qanunsuz sahiblikdən qaytarılması barədə tələb irəli sürməd ikləri həmin mülki işə istinadla cavabdehin 2017-ci ildən mübahisəli torpaq sahəsi üzərində sahibliyinin qanunsuz olduğunu bildiyi barədə birmənalı qənaət Mülki Məcəllənin 157.5-ci maddəsinə uyğun hesab edilə bilməz.

47. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlər in qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəz ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir (maddə 157.5).

48. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər (maddə 157.6).

49. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, on u yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 157.7).

50. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1).

51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi işin faktik hallarına tətbiq olunmalı maddi hüququ normaları əsasında qiymət verərək düzgün nəticəyə gəlmişdir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

52. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MP M-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 may 2021-ci il tarixli, 2(107)772/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar