Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5639/2021 02.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı, Cavabdeh1 İddiaçı qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun tutulması, müqavilənin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-242/2021 nömrəli iş üzrə 21 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 02 dekabr 2021-ci il tarixdə Ali M əhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında 16.11.2018-ci il tarixdə E-001/2018 saylı mövcud borcun etirafı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borclu Cavabdeh1 qardaşı Cavabdeh2 ilə birlikdə kreditora müəyyən edilmiş ticarət fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar 100000 (bir yüz min) ABŞ dolları borcunun olduğunu etiraf etmiş, həmin borcu 31.12.2018-ci il tarixədək tam məbləğdə qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 100000 ABŞ dol larının və vurduqları zərərə görə 30000 ABŞ dollarının alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərə investisiya vermək istəmişdir. 2018-ci ildə cavabdehlər (onlar bacı-qardaşdırlar) onlara sahibkarlıq fəaliyyətində istifadə etmələri üçün 100000 ABŞ dolları verməsini təklif etmiş, həmin məbləği ilin sonunadək qaytaracaqlarını, investisiya etdiyi vəsaitin 1/3- i məbləğində fayda götürəcəyini onlara bildirmişdir. Cavabdehlər bir neçə şirkəti təchiz etdiklərini və malların alınıb-satılması üçün bu 100000 ABŞ dollarından əldə edəcəkləri xalis mənfəətin bir hissəsini-təxminən 30000 ABŞ dollarını ona verəcəklərini bildirmişlər. Onlarla razılaş mış və 2018-ci il ərzində cavabdehlərə hissə-hissə 100000 ABŞ dolları vermişdir. Cavabdehlər ilin sonunda pulunu qaytarmalı olduqları halda, bunu etməmişlər. Cavabdehlərdən Cavabdeh1 mövcud borcun etirafı haqqında 16.11.2018-ci il tarixli yazılı müqavilədə faktları təsdiq etmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) 25 sentyabr 2019ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 100000 (bir yüz min) ABŞ dolları borc (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş dövlət rüsumunun 23 (iyirmi üç) manat hissəsi tutulub İddiaçı ödənilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, işin məhkəmədə araşdırılmış halları ilə Cavabdeh1 2018-ci ildə İddiaçı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə 100000 ABŞ dolları məbləğində pul alması, onlar arasında həmin pul məbləğinin qaytarılmasının təminatı qismində 16.11.2018-ci il tarixdə E-001/2018 saylı mövcud borcun etirafı müqaviləsinin bağlanması, müqavilə ilə müəyyən edilmiş müddətdə qeyd olunan borcun qaytarılmaması müəyyən edilmişdir. Ona görə də, iddia ərizəsi qismən təmin edilərək həmin borc məbləği Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır.
6. Bununla yanaşı, məhkəmə hesab etmişdir ki, iddia ərizəsi borcun digər cavabdeh Cavabdeh2 tutulması və cavabdehlərdən maddi zərər olaraq 30000 ABŞ dollarının utulması hissələrində heç bir mötəbər sübutla əsaslandırılmadığına görə təmin edilməməlidir.
7. Belə ki, kreditor İddiaçı ilə borclu Cavabdeh1 arasında 16.11.2018-ci il tarixdə bağlanmış E-0 01/2018 saylı mövcud borcun etirafı müqaviləsində cavabdeh Zeynalov Cavabdeh2 tərəfindən həmin borcun qaytarılmasına dair üzərinə məsuliyyət götürməsi barədə heç bir şərt qoyulmamış, həmçinin, iddiaçı tərəfindən iddia ərizəsində verdiyi vəsaitin 1/3 hissəsi məbləğində fayada götürməsi qeyd olunsa da, həmin fakt müqavilədə əksini tapmamışdır..
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 14.2.1, 385.1, 390.1, 425.1, 442, 739.1, 740.1, 882.1, Mülki Prossesual Məcəllənin 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. İkinci iş üzrə birinci instansiya məhkəməsində icraat
9. Cavabdeh1 İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 16.11.2018-ci il tarixli, E-001/2018 nömrəli mövcud borcun etirafı haqqında müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə çıxararkən tərəflər arasında olan 16.11.2018-ci il tarixli, E-001/2018 nömrəli müqaviləni əsas götürmüşdür. Lakin, burada tərəflərin hüquqi vəziyyətini kökündən dəyişdirən bir hüquqi məsələ vardır. Belə ki, sonradan mülki qanunvericiliklə yaxından tanış olduqdan sonra ona məlum olmuşdur ki, onunla İddiaçı arasında bağlanmış müqavilə qanunsuzdur. Belə ki, o qeyd edilən müqavilənin mahiyyətini bilməmişdir və əlavə olaraq, onunla İddiaçı arasında heç vaxt biznes fəaliyyəti olmayıb və belə olan halda, aralarında da pul verilib-alınması mümkünsüzdür. O İddiaçılə 16.11.2018-ci il tarixdə borc müqaviləsi bağladığını güman etmiş, lakin sonradan məlum olmuşdur ki, ona 100000 ABŞ dolları məbləğində borcunu etiraf etməsi barədə müqaviləyə imza etdirmişlər. O iddiaçıdan həmin məbləğdə pul almamışdır. Onun qardaşı Cavabdeh2 iddiaçı arasında uzun müddətdir ki, BƏƏ-də biznes fəaliyyəti mövcud olmuş, aralarında bu fəaliyyətlə əlaqədar pul məsələsinin mövcud olması ehtimalı yüksək olmuşdur. O da həmin məsələlərlə əlaqədar qardaşına orada pul veriləcəyini güman etmiş və müqavilənin mahiyyətini bilmədən imza etmişdir. Sonradan Dubayda olan qardaşı ilə danışdıqdan sonra ona məlum olmuşdur ki, İddiaçıl tərəfindən qardaşına pul verilməmişdir. Belə olan halda, həmin müqavilə mülki qanunvericiliyə əsasən müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığı üçün etibarsızdır.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim O.Məmmədli) 14 se ntyabr 2020-ci il tarixli, 2(004)-3157/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisələndirilən əqd əsdiq edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.5, 324.1, 337.1, 337.2, 339.1, 390.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Hər iki qətnamədən Cavabdeh1 apellyasiya şikayətləri vermişdir.
15. Apelyasiya instansiyası məhkəməsində hər iki iş bir icraatda birləşdirilmiş və Bak ı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-242/2021 nömrəli iş üzrə 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Kazımov və Ş.Məmmədova) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(004)-3258/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli 2(004)-3157/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə əlaqələr mövcud olmuş, bu məqsədlə İddiaçı Cavabdeh1 100000 ABŞ dolları məbləğində p ul vermiş, 16.11.2018-ci il tarixli, E-001/2018 saylı mövcud borcun etrafı haqqında müqavilə də bu məqsədlə bağlanmışdır.
17. İddiaçı tələbinin əsası kimi 16.11.2018-ci il tarixli, E-001/2018 saylı mövcud borcun etrafı haqqında müqaviləyə istinad etmişdir. Həmin müqavilə ilə Cavabdeh1 İddiaçı 100000 ABŞ dolları məbləğində borcu olduğu öz təsdiqini tapmışdır.
18. Nəzərə alınmalıdır ki, həmin müqavilə MM-nin 739-cu və davamındakı borc müqaviləsinə aid müddəalar çərçivəsində deyil, MM-nin 882-ci maddəsi baxımından qiymətləndirilməlidir. Çünki, İddiaçı ilə Cavabdeh1 arasında MM-nin 739-cu maddəsi mənasında hər hansı borc müqaviləsi bağlanmamışdır. Əksinə, tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə əlaqələr mövcud olmuş, Cavabdeh1 100000 ABŞ dolları məbləğində pu l verilmiş, Cavabdeh1 öhdəliyi yaranmış, nəticədə 16.11.2018-ci il tarixli, E-001/2018 saylı mövcud borcun etrafı haqqında müqavilə bağlanmışdır. Başqa sözlə, 16.11.2018-ci il tarixli, E-001/2018 saylı müqavilə üzrə Cavabdeh1 mövcudluğunu etiraf etdiyi pul öhdəliyinin məhz tərəflərin işgüzar münasibətləri çərçivəsində yarandığını demək mümkündür.
19. Kollegiya yuxarıda qeyd olunanlara əsasən apellyatorun İddiaçı ilə aralarında heç bir biznes fəaliyyətinin olmaması, belə olan halda onların arasında pul verilibalınmasının mümkünsüz olması, nə özü, nə də qardaşı qarşı tərəfdən borc almaması ilə bağlı dəlillərini əsassız hesab edərək, qeyd etmişdir ki, həmin dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
20. Həmçinin kollegiya qeyd etmişdir ki, cavabdeh mübahisələndirilən müqavi ləni imzalamaqla, borclu olması və müqavilə ilə müəyyən edilmiş müddətdə geri qaytarılmasına razılığını bildirmişdir. Həmin əqd təsdiq edilərkən, qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də, qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və pul tələbinə dair iddianın rədd edilməsi, müqavilənin etibarsızlığı tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün ar aşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
25. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydı nlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
26. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində iş üzrə Cavabdeh1 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
29. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. (maddə 14.1)
30. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, ha belə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. (maddə 14.2.1)
31. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. (maddə 324.1)
32. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. (maddə 337.1)
33. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. (maddə 337.2)
34. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (maddə 337.4)
35. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)
36. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. (maddə 390.1)
37. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)
38. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)
39. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1)
40. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)
41. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (maddə 740.1)
42. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (maddə 740.2)
43. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. (maddə 882.1) Mülki Prossesual Məcəllə
44. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
45. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
46. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
47. Kassasiya şikayətin də işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
48. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
49. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası he sab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəm əsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-242/2021 nömrəli iş üzrə 21 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.